Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-17/2022 15.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı «MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən mülkiyyətinə verilmiş müvafiq olaraq 3,0004 ha və 2,900198 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində inşa edilmiş 116x69=8004 m2 ölçüdə 5 min tonluq taxıl təmizləmə və saxlama kompleksindən ibarət daşınmaz əmlaka dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən mülkiyyətinə verilmiş müvafiq olaraq 3,0004 ha və 2,900198 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində inşa edilmiş 116x69=8004 m2 ölçüdə 5 min tonluq taxıl təmizləmə və saxlama kompleksindən ibarət daşınmaz əmlaka dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati məhkəməsinin 02 mart 2020-ci il tarixli 2-1(120)-506/2020 saylı qərardadı ilə Ağcabədi rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2-1(120)-506/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı «MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən mülkiyyətinə verilmiş müvafiq olaraq 3,0004 ha və 2,900198 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində inşa edilmiş 116x69=8004 m2 ölçüdə 5 min tonluq taxıl təmizləmə və saxlama kompleksindən ibarət daşınmaz əmlaka dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi vəsatət göndərərək, 2-1(120)-40/2021 nömrəli iş üzrə ekspertizanın aparılması üçün əlavə materialların (tədqiq olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi, tədqiq olunan torpaq sahəsinin koordinatları və baza məlumatları) təqdim olunması xahiş olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı «MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən mülkiyyətinə verilmiş müvafiq olaraq 3,0004 ha və 2,900198 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində inşa edilmiş 116x69=8004 m2 ölçüdə 5 min tonluq taxıl təmizləmə və saxlama kompleksindən ibarət daşınmaz əmlaka dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair 2-1(120)-40/2021 nömrəli iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerşünaslıq ekspertizasının aparılması üçün tədqiqat obyektinə baxış keçirilməsi təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 02.09.2021-ci il tarixli **********63 nömrəli məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, təqdim olunmuş smetada nəzərdə tutulan 445,00 manat xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təqdim ediləcəyi təqdirdə, mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(120)-40/2021 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 02.09.2021-ci il tarixli **********63 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş 06/01/77 nömrəli smetanın və bank rekvizitlərini əks etdirən cədvəlin surətlərini proses iştirakçılarına göndərilərək, xidmət haqqını ödəməyə razı olub-olmadığınızı 10 gün müddətində Şirvan İnzibati Məhkəməsinə yazılı şəkildə bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş 23.09.2021-ci il tarixli, **********42 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbinə dair mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün xidmət haqqının ödənilməsi barədə məlumat verilməsi haqqında 10 sentyabr 2021-ci il tarixli, 2-1(120)-40/2021 saylı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, İddiaçı iddia tələbinə dair mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün Ərazi İdarəsi tərəfindən xidmət haqqı ödənilməyəcək. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(120)-40/2021 nömrəli məktubunun göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq digər proses iştirakçıları o cümlədən iddiaçı tərəfindən smetada nəzərdə tutulan 445,00 manat xidmət haqqı ödənilməmiş, həmçinin həmin semtanın ödənilib-ödənilməməsinə dair yazılı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi vəsatətinin (iş üzrə ekspertizanın aparılması üçün əlavə materialların (tədqiq olunan torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi, tədqiq olunan torpaq sahəsinin koordinatları və baza məlumatları) təmin olunmaması səbəbində iş üzrə ekspertizanın aparılmasından imtina edərək 2-1(120)- 40/2021 nömrəli işi məhkəməyə geri qaytarmışdır. İş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən geri qaytarıldıqdan sonra iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi 14.12.2021-ci il tarixə saat 14:30-a məhkəməyə dəvət edilmişlər. Göstərilən vахtdа iddiaçı (o cümlədən cavabdeh) məhkəmə iclаsınа gəlmədiyindən təkrаrən 21 fevral 2022-ci il tаriхdə, 15:00-dа məhkəməyə dəvət оlunmuşlаr. O cümlədən məhkəmə tərəfindən iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Göstərilən vахtdа iddiaçı (o cümlədən cavabdeh) məhkəmə iclаsınа gəlmədiyindən təkrаrən 15 mart 2022-ci il tаriхdə, 12:30-dа məhkəməyə dəvət оlunmuşlаr. O cümlədən məhkəmə tərəfindən iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. İddiaçı tərəfindən bildiriş məktublarının poçt xəbərnamələrinə imza edilərək qəbul edilməsinə baxmayaraq 15 mart 2022-ci il tаriхdə, 12:30-dа təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bundan başqa məhkəmə tərədindən mütəxəssis rəyinin verilməsi üçün smetanın və bank rekvizitlərini əks etdirən cədvəlin surətlərini proses iştirakçılarına göndərilərək, xidmət haqqını ödəməyə razı olub-olmadıqlarını 10 gün müddətində Şirvan İnzibati Məhkəməsinə yazılı şəkildə bildirilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən həmin məktuba münasibət bildirilsə də iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün smetada nəzərdə tutulan xidmət haqqının ödənilib-ödənilməməsinə dair yazılı münasibət bildirilməmişdir. Hansı ki, mübahisənin obyektiv və hərtərəfli araşdırlması və işin mahiyyəti üzrə həll edilməsi üçün mütəxəssis və ekspertiza rəyinin əldə edilməsi və iddiaçının mütəxəssis rəyinin verilməsi ilə bağlı məhkəmənin yazılı məktublarına münasibət bildirməsi zəruridir. Yuxarıda qeyd edilən məktublardan görünür ki, mütəxəssis rəyin verilməsinin yalnız smeta üzrə nəzərdə tutulmuş vəsaitin qabaqcadan ödəniləcəyi təqdirdə mümkün olacağı qeyd olunur. Lakin, iddiaçının məhkəmə iclasında iştirak etməməsi və məhkəmənin məktublarına münasibət bildirməməsi həmin vəsaitin ödəmək niyyətinin olub-olmadığını aydınlaşdırılmasını mümkünsüz edir. Ümumiyyətlə belə olduğu halda iddiaçının hazırki iddianı qaldırılmasında və ya sonradan onun müdafiəsində marağının olub-olmadığını müəyyən etmək olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı «MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən mülkiyyətinə verilmiş müvafiq olaraq 3,0004 ha və 2,900198 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində inşa edilmiş 116x69=8004 m2 ölçüdə 5 min tonluq taxıl təmizləmə və saxlama kompleksindən ibarət daşınmaz əmlaka dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası geri götürülmüş hesab edilsin.
2. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun.
3. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Samir Həsənov