Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-17/2024 14.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 оğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraiət edərək “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və qeydiyyatin mümkünsüz olduğu halda 600 (altı yüz) manatının faizlə Astara bələdiyyəsi tərəfindən ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(120)-1492/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və qeydiyyatin mümkünsüz olduğu halda 600 (altı yüz) manatının faizlə Astara bələdiyyəsi tərəfindən ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması, Astara bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara şəhəri, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsinin Astara bələdiyyəsindən alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsi 28 noyabr 2007-ci il tarixli, 41 saylı protokolla, Astara bələdiyyəsi ərazisndə 0,06 ha torpaq sahəsinin satılması barədə torpaqların alqı-satqısına dair aktla, 29 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsi ilə rəsmiləşmişdir. Astara bələdiyyəsi ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə torpaqların alqı-satqısına dair akta görə Astara rayon Kapital Bankının hesabına 15 fevral 2008-ci il tarixdə (qəbz əlavə edilir) 600(altı yüz) manat pul köçürmüşdür. Astara bələdiyyəsi ərazisndə 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********31 saylı, 04 iyul 2020-ci il tarixli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bilrişlə cavab verilmiş, həmin bildirişə görə Astara bələdiyyəsi ərazisndə yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Bunlara əsasən Şirvan İnzibati Məhkəməsinə bu iddia ərizəsi ilə müraciət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən Astara şəhəri ərazisində onun üçün torpaq sahəsi ayrılmış və bunlar sənədlərlə təsdiq olunur. Qeyd edir ki, Astara bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsi 20 noyabr 2007-ci il tarixdən istifadəsindədir. Daşınmaz əmlakın, torpağın alqı-satqı müqaviləsinin 5-ci bəndinə görə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş tərəf bununla digər tərəfə vurduğu ziyanı tam həcmdə, qanunla müəyyən edilmiş miqdarda cərimə ödəməlidir. Bunlara əsasən Astara bələdiyyəsi ərazisndə 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkünsüz olduğu halda həmin torpaq sahəsinə dair X9 rayon şöbəsinə tərəfindən ödənilmiş 600 (altı yüz) manatının faizlə qaytarılmasını tələb edir. Yuxarıda qeyd edilənləri və AR İPM-nin 45, 46-cı madələrini rəhbər tutaraq xahiş edirəm: Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmuşdur. İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə və üçüncü şəxs Astara bələdiyyəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə İddiaçı, cavabdehin və üçüncü şəxs Astara bələdiyyəsinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 41 saylı qərarından, torpaqın alqı-satqı müqaviləsindən, torpaqların alqı-satqısına dair aktdan, rəydən və yerquruluşu planından çıxarışdan görünür ki, Astara bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan, Astara şəhəri, S.Vurğun küçəsində torpağın kateqoriyası yaşayış məntəqəsi, istifadə məqsədi fərdi ev tikmək üçün olan, 600 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Astara rayonu Astara bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-01 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı qaldırdığı iddiaya qarşı etirazımız yoxdur. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2020-ci il 21 may tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, ünvan 4 ünvanında yerləşən, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 41 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü sizə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında ünvan 4 ünvanında yerləşən sizə məxsus həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın və faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 41 saylı qərarı ilə sizə ayrılmış həmin 0.06 ha həyətyanı torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən təsərrüfat tikililəri kimi göstərilən ərazidə yerləşir. Həmçinin, təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan “Torpaqların alqı-satqısına dair Akt”ında tərəfinizdən bələdiyyə orqanına nə vaxt müraciət edildiyi barədə, habelə alqı-satqı aktının həmin dövrdə səlahiyyətli orqan olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən aidiyyəti hissədə (nə vaxt və hansı qeydiyyat nömrəsi ilə) qeydiyyata alınması barədə hər-hansı bir qeyd aparılmamışdır. Odur ki, həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılması zərurəti yaranmışdır. Qeyd edilən uyğunsuzluğun araşdırılması məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Lənkəran Ərazi şöbəsinə, Azərbaycan Respublikası Dövlət X5, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və aidiyyəti üzrə Astara bələdiyyəsinə müvafiq sorğular göndərilmişdir. Həmin sorğulara aidiyyəti qurumlardan müsbət cavab daxil olmadığı səbəbindən icraatda olan ərizənizin icrası təmin olunmamışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunan səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********71 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2020-ci il 09 sentyabr tarixli, 2- 1 (120)-1492/2020 saylı inzibati iş üzrə “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Məlumat üçün bildiririk ki, hazırki iş üzrə iddiaçı X2 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2020-ci il 21 may tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında ünvan 4 ünvanında yerləşən, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 41 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü ona ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlər tərəfimizdən icraata qəbul edilmiş və həmin sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında ünvan 4 ünvanında yerləşən hazırki iş üzrə iddiaçıya məxsus həmin 0.06 ha həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın və faktiki yerinə keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, Astara bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 41 saylı qərarı ilə iddiaçıya ayrılmış həmin 0.06 ha həyətyanı torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən təsərrüfat tikililəri kimi göstərilən ərazidə yerləşir. Həmçinin, təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan “Torpaqların alqı-satqısına dair Akt”da hazırki iş üzrə iddiaçının bələdiyyə orqanına nə vaxt müraciət etməsi barədə, habelə alqı-satqı aktının həmin dövrdə səlahiyyətli orqan olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən aidiyyəti hissədə (nə vaxt və hansı qeydiyyat nömrəsi ilə) qeydiyyata alınması barədə hər-hansı bir qeyd aparılmamışdır. Qeyd olunan səbəblərdən, həmin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılması zərurəti yaranmışdır. Təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər üzrə yaranmış uyğunsuzluqların araşdırılması məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Lənkəran Ərazi şöbəsinə, Azərbaycan Respublikası Dövlət X5, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və aidiyyəti üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivi, habelə Astara bələdiyyəsinə müvafiq sorğular göndərilmişdir. Hazırki iş üzrə iddiaçının ərizəsi icraatda olarkən yuxarıda qeyd olunan sorğulara aidiyyəti qurumlardan müvafiq cavab daxil olmadığı səbəbindən, həmin şəxsin icraatda olan ərizəsindən imtina edilmiş və bu barədə onun ünvanına tərəfimizdən xx.xx.2020-ci il tarixli, **********31 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki sərəncamın icrası olaraq zərurət yarandığından həmin qurumlardan daxil olmuş cavab məktublarının təsdiqlənmiş surəti baxılmasından ötrü Sizə təqdim olunur. Lakin sərəncamla yanaşı təqdim olunmuş sorğuda barəsində qeyd olunan arxiv və bələdiyyə sənədlərinin, habelə həmin sənədlərin verilməsinə əsas olmuş ilkin qərarların təqdim olunmasına münasibətdə isə bildiririk ki, sözü gedən sənədlərin əldə olunmasından ötrü aidiyyəti üzrə (Astara rayon Dövlət Arxivinə və Astara bələdiyyəsinə) müraciət etməyinizi qanunamüvafiq hesab edirik. Hazırki sərəncamın icrası olaraq bildiririk ki, gələcəkdə iş üzrə qanunamüvafiq qərar qəbul edildiyi təqdirdə (ərazi idarəsinə daxil olmuş cavab məktublarında göstərilənləri nəzərə almaq şərtilə) tərəfimizdən baxıla bilər. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 saylı mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq üçün iddiaçının və bələdiyyənin iştirakı ilə mübahisəli ərazinin koordinatları naturada plana alındı, kameral şəraitdə baza məlumatları və hüquqmüəyyənedici sənədlər əsasında araşdırılma aparılaraq mütəxəssis rəyi tərtib edildi. Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin sərhədləri və koordinatları naturada plana alındı. Sözügedən 0,06 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında (sxemdə) qeyd edilmişdir (iddiaçı X2 faktiki olaraq 0,10 ha torpaq sahəsindən istifadə etməsi müəyyən edildi). Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsi mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına (təbii təsərrüfat yeri ictimai tikililər ərazisi) aid torpaq sahəsidir. Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin yerləşmə yeri və sərhədləri əks olunan kompleks yerquruluşu layihəsindən çıxarış və s.) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini müəyyən etmək mümkün olmadı. Sözügedən 0,06 ha torpaq sahəsinin ilkin torpaqayırma cizgi planında torpaq sahəsinin qərb tərəfində yalnız “fermaya gedən yol” situasiyası qeyd edilmiş (faktiki olaraq həmin torpaq sahəsi qərb tərəfdən su kanalı ilə sərhəddir), digər heç bir situasiya göstərilməmişdir. Buna görə də həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyətini müəyyənləşdirmək mümkün olmadığından, faktiki vəziyyəti ilə müqayisəli təhlil aparmaq mümkün olmadı. Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin koordinatları mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin (torpaq sahəsinin üzərində yarımçıq tikili fərdi yaşayış evi mövcuddur) faktiki olaraq iddiaçının öz istifadəsində olması tədqiqat zamanı müşahidə edildi. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2890 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci və ikinci sualları üzrə: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 saylı mütəxəssis rəyinə əsasən, Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin sərhədləri və koordinatları naturada plana alınmışdır. İddiaçı X2 faktiki olaraq 0,10 ha torpaq sahəsindən istifadə etməsi müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında (sxemdə) qeyd edilmişdi. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 saylı mütəxəssis rəyinə əsasən, Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin mövcud baza məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına (təbii təsərrüfat yeri ictimai tikililər ərazisi) aid torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 saylı mütəxəssis rəyinə əsasən, Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin yerləşmə yeri və sərhədləri əks olunan kompleks yerquruluşu layihəsindən çıxarış və s.) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,06 ha torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini müəyyən etmək mümkün olmadı. Sözügedən 0,06 ha torpaq sahəsinin ilkin torpaqayırma cizgi planında torpaq sahəsinin qərb tərəfində yalnız “fermaya gedən yol” situasiyası qeyd edilmiş (faktiki olaraq həmin torpaq sahəsi qərb tərəfdən su kanalı ilə sərhəddir), digər heç bir situasiya göstərilməmişdir. Buna görə də həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyətini müəyyənləşdirmək mümkün olmadığından, faktiki vəziyyəti ilə müqayisəli təhlil aparmaq mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 saylı mütəxəssis rəyinə əsasən, Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 saylı mütəxəssis rəyinə əsasən, Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçı X4 ayrılmış 0,06 ha torpaq sahəsinin (torpaq sahəsinin üzərində yarımçıq tikili fərdi yaşayış evi mövcuddur) faktiki olaraq iddiaçının öz istifadəsində olması müəyyən edilmişdir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 41 saylı qərarı ilə Astara bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən həyətyanı üçün 600 kv.m torpaq sahəsinin İddiaçı ayrılaraq verilməsi qərara alınmış, həmçinin həmin torpaq sahəsinin plan ölçüsü tərtib olunmuşdur. İddiaçı torpaqların alqısatqısına dair akt əsasında iddiaçı X1 600 kv.m torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Bundan başqa iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2890 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin, iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu, digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 41 saylı saylı qərarı və torpaqların alqı-satqısına dair aktı qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Bundan başqa Astara rayonu Astara bələdiyyəsinin mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyi məhkəmə tərəfindən müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Astara bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 41 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-17/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-17/2024
14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver