Məhkəmə qərarları › İş №2-1(120)-17/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-17/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-17/2025 01.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi” X35 Cavabdeh2nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X13 cəlb edilmək) qarşı “Horadiz Bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi” X39 nümayəndəsi X26, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin nümayəndəsi X27 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi” X35 Cavabdeh2nə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X13 cəlb edilmək) qızına qarşı “Horadiz Bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi” X35 Cavabdeh2nə üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X9 qarşı məhkəməyə müraciət qarşı “Horadiz Bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 213 saylı, xx.xx.2021-ci il tarixli dövlət əmlakı haqqında reyestrdən çıxarışın etibarsız sayılması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək Horadiz bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X37 oöluna satılması barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1547/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, iddiaçı Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi” X35 Cavabdeh2nə qarşı “Horadiz Bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 213 saylı, xx.xx.2021-ci il tarixli dövlət əmlakı haqqında reyestrdən çıxarışın etibarsız sayılması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı qismində Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi”, cavabdeh qismində Cavabdeh2 tanınması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh siyahısından çıxarılması, iddia tələbinə “Horadiz bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarının ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X7 iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal hazırda Azərbaycan Respublikası X6 Regional Mərkəzinin yerləşdiyi Fizuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə 114 ünvanında yerləşən inzibati binalar və torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Minatəmizlənmə Agentliyinin balansındadır. X2 cavabdeh Azərbaycan Respublikası Minatəmizlənmə Agentliyinə qarşı yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ünvanında 40 sot torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, ümumi sahəsi 216 kv.m 8 otaqdan ibarət yaşayış evi var. Həmin ev onun şəxsi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən onun adına 0.40 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Hazırda Azərbaycan Respublikası X6 Regional Mərkəzinin yerləşdiyi Füzuli rayonu Horadiz şəhəri M.Ə.Rəsulzadə 114 ünvanında yerləşən inzibati binalar və torpaq sahəsi keçmiş SSSR-i dönəmində Bakı şəhərində yerləşən “Kalinin” adına zavodun Horadiz şəhərində yerləşən filialının balansında olmuşdur. Daha sonra qeyd edilən müəssisə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin 19 may 1994-cü il tarixli 43 saylı əmrinə əsasən “Sənayeavtomatika” istehsalat Birliyi olaraq adlandırılmışdır. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı işğal məqsədilə apardığı hərbi əməliyyatlar zamanı Horadiz qəsəbəsi işğal edilmişdir. Daha sonra işğaldan azad edilmiş ərazilərin, işğaldan bərpası məqsədilə təsis edilmiş “Azərbaycan Respublikası Ərazilərin Bərpası və X25 tərəfindən xx.xx.1997-ci il tarixdə 101 saylı məktubla “Sənayeavtomatika” İstehsalat Birliyinə müraciət edərək, onların inzibati binalarının birindən istifadə etmək məqsədi ilə razılıq istəmiş, “Sənayeavtomatika” İstehsalat Birliyi xx.xx.1997-ci il tarixdə 46-01 nömrəli məktubu ilə, enerji daşıyıcılarının və mühafizə işçilərinin əmək haqlarının ödənilməsi şərti ilə buna razılığını bildirmişdir. Bundan sonra Agentlik qeyd edilən müəssisənin binalarında fəaliyyət göstərmişdir. Ərazilərin X19 Milli Agentliyi 29 noyabr 1999-cu il tarixdə 1/86 saylı məktubla Azərbaycan Respublikası Ərazilərinin Bərpası və X36 Dövlət Komissiyasının sədri Abid Şərifova müraciət edərək keçmiş Kalinin adına zavodun balansında olmuş və müraciət edilən tarixdə Dövlət Əmlak Komitəsinin balansında olan və qurğuların bərpa edib səhra ofisi yaratmaq məqsədi ilə müraciət etmişdir. Bununla əlaqədar Füzuli rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Baş Nazirinin müavininə 08 dekabr 1999-cu il tarixdə 01/217 saylı məktubla müraciət edərək Ərazilərin X19 Milli Agentliyi “Sənayeavtomatika” istehsalat birliyi Horadiz qəsəbəsinin ərazisində olan erməni təcavüzü zamanı yararsız vəziyyətə düşmüş binasında yerləşdirilməsini məqsədəuyğun hesab etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Əmək Komitəsinin 16 dekabr 1999-cu il tarixli məktubu ilə qeyd edilən bina və tikililərin Ərazilərin X19 Milli Agentliyinin balansına verilmişdir. Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya komitəsi xx.xx.2000-ci il tarixli 01 saylı əmr verərək Nazirlər Kabinetinin 23 dekabr 1999-cu il tarixli göstərişini icra etmişdir. 21 yanvar 2000-ci il tarixli 01 nömrəli aktla fəaliyyətini dayandırmış “Sənayeavtomatika” İstehsalat Birliyi balansında olan və Horadiz qəsəbəsinin ərazisində yerləşən bina, tikililər və 3,8 ha torpaq sahəsi Azərbaycan Respublikası Ərazilərin X19 Milli Agentliyinin balansına və istifadəsinə verilmişdir. Bu zaman həmin akta əlavə edilmiş Əlavə 1 adlı sənəddə verilmiş bina və tikililərin adı, sayı, qiyməti və vəziyyəti qeyd edilmişdir. Həmin əlavədən göründüyü kimi, qeyd edilən binalar içərisində klub binası və sanitar qovşağı Ərazilərin Bərpa Agentliyi tərəfindən təmir olunmuşdur. Ərazilərin Minalardan Təmizləmə üzrə Milli Agentliyi tərəfindən verilmiş 14 saylı 1 mart 2000-ci il tarixli əmri ilə qeyd edilən əmlakı öz balansına qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2014-cü il tarixli 17/1678-14/12 saylı məktubu və 06 iyun 2014-cü il tarixli 170 s nömrəli sərəncamına əsasən Fizuli rayon Horadiz şəhəri X38 kücəsi 114 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m sahəsi olan klub binası və 13.5 kv.m sahəsi olan sanitar qovşağı 3000 kv.m torpaq sahəsi ilə birlikdə Ərazilərin X19 Milli Agentliyinin balansından çıxardılaraq Azərbaycan Respublikasının Ərazilərin Bərpası və X36 Agentliyin balansına verildiyindən həmin qurumlar arasında 25 iyun 2014-cü il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin yaradılması barədə” Fərmanı ilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi yaradılmışdır. Azerbaycan Respublikası Ərazilərin Bərpası və X36 Agentliyi ilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi arasında 09 fevral 2021-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktı ilə Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidən Qurması üzrə Agentliyi balansında olan və təhvil-təslim aktında qeyd edilən əmlakı və torpaq sahəsini Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin balansına təhvil verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 213 saylı 11 fevral 2021-ci il tarixli Dövlət Əmlakı haqqında Reyestri çıxarışından göründüyü kimi, ünvan 3 ünvanında 1972-ci ildə istismara verilmiş 216 kv.m torpaq sahəsində yerləşən tikilinin ümumi sahəsi 190.8 kv.m olan inzibati bina, 1972-ci ildə istismara verilmiş 13,5 kv.m torpaq sahəsində yerləşən tikilinin ümumi sahəsi 11.5 kv.m olan sanitar qovşağı və 3000 kv.m torpaq sahəsi ləğv edilmiş Ərazilərin Bərpası və X36 Agentliyinin (qeydiyyat 6533) balansında olmuşdur. Göründüyü kimi hal-hazırda Azərbaycan Respublikası Minatəmizlənmə Agentliyinin balansında olan M.Ə.Rəsulzadə küçəsi 114 ünvanında yerləşən qeyd edilən ərazi və tikililər daimi olaraq dövlət mülkiyyətində olmuş, heç bir bələdiyyə və şəxsi mülkiyyətdə olmamışdır. Qeyd edilən ünvanda yerləşən binalar və torpaq sahəsi heç vaxt nə şəxsi mülkiyyətində nə də ki, Horadiz Bələdiyyəsinin balansında olmamışdır. Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Ərazilərin Bərpası və X36 Agentliyə ünvanlanmış xx.xx.2014-cü il tarixli 20 saylı məktubunda göstərilmişdir ki, Horadiz bələdiyyəsinin 25 avqust 2002-ci il tarixli 06 saylı qərarı ilə 0,40 hektar torpaq sahəsi X1, həmin ərazi Horadiz bələdiyyəsinin mülkiyyətindədir və orda heç bir tikinti qeydə alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 213 saylı 11 fevral 2021-ci il tarixli Dövlət Əmlakı haqqında Reyestrdən çıxarışdan göründüyü kimi, ünvan 4 ünvanında yerləşən torpaq sahəsində olan tikililər 1972-ci ildə istismara verilmişlər. Buradanda aydın görünür ki, qeyd edilən cıxarış qanunsuz və asassız olaraq iddiaçıya verilmişdir. X30 Kamal ağlunun adına verilmiş JN-0007 KOD 60601016 saylı Torpağa Mülkiyyət Hüququna X40 görundüyü kimi, Füzuli rayon X28 Surxayovə 25 avqust 2002-ci il tarixli 06 saylı qərarı ilə 0,40 hektar torpaq sahəsini TİCARƏT İAŞƏ MƏQSƏDİ ilə satmışdır. Lakin, qeyid edilən Dövlət Aktında qeydiyyat kitabında hansı nömrə ilə qeydiyyata alınması qeyd edilməmişdir. 25 avqust 2002-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi” Haqqında Azerbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən (xüsusi mülkiyyət verilən torpaq sahələrinin normaları) Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir. 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün layihə sənədləri ilə tələb olunan ölçüdə torpaq sahəsi; Göründüyü kimi, qanunvericilik qeyd edilən norma ilə ictimai (ticarət)-iaşə məqsədi ilə bələdiyyə torpaqlarının satılmasını ancaq həmin layihə sənədlərində qeyd ediləcək ölçüdə torpaq sahəsi verə bilərdi. Yəni mərhum həmin 0,40 hektar torpaq sahəsini almaq məqsədi ilə layihə sənədini təqdim etməli idi, lakin onun tərəfindən belə sənəd təqdim edilməmişdir. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunun İİİ “X20 X32 Qaydası” 15-ci bəndinə əsasən Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Azərbaycan Respublikası Minatəmizlənmə Agentliyinin balansında olan M.Ə.Rəsulzadə küçəsi 114 ünvanında yerləşən torpaq sahəsində Horadiz Bələdiyyəsi tərəfindən 25 avqust 2002-ci il tarixində 06 saylı qərar qəbul etməzdən əvvəl baxış keçirilməmişdir və bununla da yuxarıda adı çəkilən qanunun müddəası pozulmuşdur. Belə ki, Bələdiyyə Qanunda nəzərdə tutulan baxışı keçirsə idi müəyyən edərdi ki, qeyd edilən ərazidə 1972-ci ildə istismara verilən müxtəlif tikililər var (Bələdiyyə məktubunda X5 torpaq sahəsində heç bir tikilinin olmamasını göstərmişdir) və qeyd edilən tikililər Azərbaycan Respublikası Ərazilərin X19 Milli Agentliyinin balansına və istifadəsinə verilmişdir. X17 adına ticarət iaşə məqsədi ilə torpaq sahəsinin satılması barədə Cavabdeh2 25 avqust 2002-ci il tarixli 06 saylı qərarı qəbul edilərək həmçinin “Bələdiyyə torpaaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsi də pozulmuşdur. Belə ki, qeyd edilən “Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən - Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Lakin qeyd edilən torpaq sahəsinin satılması barədə X28 rayon İcra Hakimiyyətinə müraciət etməmiş və ondan həmin torpaq sahəsinin satılmasına heç bir razılıq alınmamışdır. Belə ki, yuxarıda qeyd etdikləri və məhkəməyə təqdim etdikləri Füzuli rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Baş Nazirinə ünvanladığı 06 dekabr 1999-cu il tarixli məktubu ilə qeyd edilən binanın Ərazilərinin X19 Milli Agentliyinə verilməsini təklif etmişdir. Yəni, Füzuli rayon İcra Hakimiyyəti qeyd edilən ərazi və tikililəri Ərazilərin X19 milli Agentliyinə verilməsi barədə təklif irəli sürmüş və həmin əmlakın sonuncuya verilməsi barədə daim məlumatlı olmuşdur. Bu da bir daha sübut edir ki, Bələdiyyə yuxarıda qeyd edilən qanunu kobud surətdə pozmuşdur. Üçüncü şəxs inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Hesab edirlər ki, iddia Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 213 saylı, 11 fevral 2021-ci il tarixli dövlət əmlakının Reyestrdən çıxarışın etibarsız sayılması barədə qərar qəbul edilməsinə aid hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dövlət əmlakının Reyestrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılması ilə bağlı qanunvericiliyin tələblərini nəzərə almadan, Əmlak məsələləri Dövlət Xidməti tərəfindən ünvan 4 ünvanında yerləşən dşınmaz dövlət əmlakına dair 11 fevral 2021-ci il tarixli, 213 nömrəli dövlət əmlakı haqqında Reyestrdən çıxarışın qanunsuz və əsassız olaraq verildiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Reyestri haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasında dövlət əmlakının Reyestrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Qeyd olunan Fərmanın tələblərinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının Reyestrində Ərazilərin bərpası və X36 Agentliyin balansında olan ünvan 4 ünvanında yerləşən daşınmaz dövlət əmlakına hazırda mübahisələndirilən qeydiyyat aparılmışdır. Bundan əlavə 9 fevral 2021-ci il tarixli təhvil-təslim aktı əsasında Azərbaycan Respublikası Ərazilərinin Bərpası və X36 Dövlət Agentliyinin balansında olan ünvan 4 ünvanında yerləşən daşınmaz dövlət əmlakı Azərbaycan Respublikası Minatəmizlənmə Agentliyinin balansına verilmişdir və hazırda Azərbaycan Respublikası Minatəmizlənmə Agentliyinin balansında olan qeyd olunan dövlət əmlakına dair dövlət əmlakının Reyestrində qeydiyyat aparılmışdır. Beləliklə, yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz dövlət əmlakının həm əvvəl ləğv edilmiş Azərbaycan Respublikası Ərazilərinin Bərpası və X36 Dövlət Agentliyinin, həm də daha sonra Azərbaycan Respublikası Minatəmizlənmə Agentliyinin balansında olmasına dair dövlət əmlakının Reyestri haqqında Əsanamə”yə uyğun olaraq balanssaxlayıcı təşkilatların təqdim etdiyi sənədlər əsasında aparılmışdır və bununla bağlı Xidmət tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Azərbaycan Respublikasının ləğv edilmiş Ərazilərinin Bərpası və X36 Dövlət Agentliyinin balansında olmuş, ünvan 4 ünvanında yerləşən daşınmaz dövlət əmlakına dair dövlət əmlakının Reyestrindən verilmiş çıxarışı mübahiələndirsə də, qeyd olunan çıxarışın onun hansı hüquq və maraqlarına toxunduğunu qanunsuz olaraq verildiyini əsaslandırmamışdır. Hesab edirlər ki, iddia Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi” X39 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X33 iddia tələbinin dəlillərinə istinad edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X34 təqdim olunmuş etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, digər üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 38ci maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, iddiaçı məhkəməddə ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 213 saylı, xx.xx.2021-ci il tarixli dövlət əmlakı haqqında reyestrdən çıxarışın etibarsız sayılması barədə iddia tələbi irəli sürməklə xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi zamanı Horadiz Bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarı barədə məlumatlı olmuşdur. Horadiz Bələdiyəssinin 28 avqust 2002-ci il tarixli qərarının iddiaçıya məlum olması barədə hər hansı sübut məhkəmyə təqdim edilməmişdir. Mübahisə predmeti Horadiz Bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarının ləğv edilməsi barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. Faktiki hallar və sübutlar: İş materiallatında olan: “Azərbaycan Respublikası Ərazilərin Bərpası və X11 xx.xx.1997-ci il tarixli, 101 nömrəli məktubunun surətindən görünür ki, “Sənayeavtomatika” İstehsalat Birliyinə müraciət edərək, onların inzibati binalarının birindən istifadə etmək məqsədi ilə razılıq istəmişdir., “Sənayeavtomatika” İstehsalat Birliyi xx.xx.1997-ci il tarixdə 46-01 nömrəli məktubu ilə, enerji daşıyıcılarının və mühafizə işçilərinin əmək haqlarının ödənilməsi şərti ilə buna razılığını bildirmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatının 01/217 nömrəli, xx.xx.1999-cu il tarixli məktubunun surətindən görünür ki, Füzuli rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Baş Nazirinin müavininə məktubla müraciət edərək Ərazilərin X19 Milli Agentliyi “Sənayeavtomatika” istehsalat birliyi Horadiz qəsəbəsinin ərazisində olan erməni təcavüzü zamanı yararsız vəziyyətə düşmüş binasında yerləşdirilməsini məqsədəuyğun hesab etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 170 s nömrəli sərəncamının surətindən görünür ki, Fizuli rayon Horadiz şəhəri X38 kücəsi 114 ünvanında yerləşən ümumi sahəsi 216 kv.m sahəsi olan klub binası və 13.5 kv.m sahəsi olan sanitar qovşağı 3000 kv.m torpaq sahəsi ilə birlikdə Ərazilərin X19 Milli Agentliyinin balansından çıxardılaraq Azərbaycan Respublikasının Ərazilərin Bərpası və X36 Agentliyin balansına verilmişdir. JN-0007 KOD 60601016 saylı Torpağa Mülkiyyət Hüququna X44 surətindən görünür ki, Füzuli rayon X28 rayonu, Horadiz qəsəbə sakini X23 25 avqust 2002-ci il tarixli, 06 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,40 hektar torpaq sahəsini Ticarət İaşə Məqsədi ilə satmışdır. Füzuli rayon Horadiz Bələdiyyəsinin 25 avqust 2002-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Füzuli rayonu, Horadiz qəsəbə sakini X23 tikinti materiallarının satışı məqsədi ilə 0,40 ha torpaq sahəsi satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Füzuli rayonu, Horadiz şəhərində yerləşən 0.40 hektar torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində X7 adına qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 213 saylı, 11 fevral 2021-ci il tarixli Dövlət Əmlakı haqqında Reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsində olan tikililər 1972-ci ildə istismara verilmişlər. Azərbaycan Respublikası Ərazilərin X19 Milli Agentliyinin 29 noyabr 1999-cu il tarixli, 1/86 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və X36 Dövlət Komissiyasının sədri Abid Şərifova müraciət edərək keçmiş Kalinin adına zavodun balansında olmuş və müraciət edilən tarixdə Dövlət Əmlak Komitəsinin balansında olan və qurğuların bərpa edib səhra ofisi yaratmaq məqsədi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitısinin 08-1/8160 nömrəli, xx.xx.1999cu il tarixli məktubunun surətindən görünür ki, Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən Bakı şəhəri Kalinin adına zavodun filialına məxsus bina və tikililərin Ərazilərin X19 Milli Agentliyinin balansına verilməsi barədə tapşırığa Dövlət Əmlak Komitəsində baxılmış, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi haqqında Əsasnaməyə və mövcud qanunvericiliyə uyğun olaraq, Bakı şəhəri Kalinin adına zavodun razılığı əsasında Horadiz qəsəbəsində yerləşən filialının bina və tikililərin Milli Agentliyin balansına verilməsinə Dövlət Əmlak Komitəsi etiraz etmir. Azərbaycan Respublikası Dövlət Xüsusi maşınqayırma və Konversiya komitəsinin xx.xx.2000-ci il tarixli, 01 saylı əmrin surətindən görünür ki, Nazirlər Kabinetinin 23 dekabr 1999-cu il tarixli göstərişini icra etmişdir. Azərbaycan Respublikası Ərazilərin X19 Milli Agentliyinin 14 saylı, 17 mart 2000-ci il tarixli əmri ilə qeyd edilən əmlakı öz balansına qəbul etmişdir. Azərbaycan Respublikasının Ərazilərin Bərpası və X36 Agentliyin balansına verildiyindən həmin qurumlar arasında 25 iyun 2014-cü il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və X36 Agentliyinin xx.xx.2014-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Horadiz şəhərində, Horadiz bələdiyyəsi 25 avqust 2002-ci il tarixli Horadiz bələdiyyəsinin 06 saylı qərarı ilə 0.40 hektar torpaq sahəsi X1 və həmin ərazi Horadiz Bələdiyyəsinin mülkiyyətindədir və orda heç bir tikinti qeydə alınmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, Füzuli rayonu, Horadiz şəhərində yerləşən 0.40 hektar torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində X17 adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli Qanun üzrə X31 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X17 vərəsələri ünvan 6 ünvanında qeydiyyatda olan arvadı X10r. AR DƏDRX-NİN 6 saylı Beləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X23 verilmiş **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Füzuli rayonu, Horadiz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.40 ha olan yaşayış məntəqələri torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-9/2-44059/2025 nömrəli məktubunun surətindən görünür ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2003-cü il tarixdə qəbul olunmuş və bələdiyyə aktları xx.xx.2004-cü il tarixindən sonra inzibati nəzarət icraatı qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-248/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5987 nömrəli ekspert rəyinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri X39 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: Cavabdeh2 25 avqust 2022-ci il tarixli, 06 saylı qərarına əsasən X4 Füzuli rayonu, Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) yerləşən 0,40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Cavabdeh2 25 avqust 2022-ci il tarixli, 06 saylı qərarına əsasən X4 Füzuli rayonu, Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) yerləşən 0,40 ha torpaq sahəsi xx.xx.2002-ci ildə qərarın qəbul olunduğu tarixdə Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) torpaq sahələrinin mülkiyyət növünə görə dəqiqləşdirilməsi işlərinə aid yerquruluşu planı tərtib olunmadığı üçün 0,40 ha torpaq sahəsinin hansı mülkiyyət növünə, kateqoriyaya aid olmasını müəyyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: Cavabdeh2 25 avqust 2022-ci il tarixli, 06 saylı qərarına əsasən X4 (hazırda X7) mülkiyyətində Füzuli rayonu, Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) yerləşən 0,40 ha torpaq sahəsi xx.xx.2002-ci ildə qərarın qəbul olunduğu tarixdə Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) torpaq sahələri daxilində 218 kv.m ölçüdə mişar daşından inşa edilmiş əsaslı tikinti olan birmərtəbəli qeyri-yaşayış binası (inzibati bina) və 32 kv.m ölçüdə mişar daşından inşa edilmiş köməkçi tikili (sanitar qovşaq) mövcuddur. Qərardadın dördüncü sualı üzrə: Cavabdeh2 25 avqust 2022-ci il tarixli, 06 saylı qərarına əsasən X4 Füzuli rayonu, Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) yerləşən 0,40 ha torpaq sahəsi faktiki olaraq Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin istifadəsindədir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-108/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2025-ci il tarixli, 3-16-16/2-10/4588 nömrəli ekspert rəyinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri X39 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-7474/2023 saylı mütəxəssis rəyinə əsasən: Cavabdeh2 25 avqust 2022-ci il tarixli, 06 saylı qərarına əsasən, ticarət iaşə məqsədi ilə X4 Füzuli rayonu, Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) yerləşən 0,40 ha torpaq sahəsi xx.xx.2002-ci ildə qərarın qəbul olunduğu tarixdə Horadiz qəsəbəsinin ərazisində torpaq sahələrinin mülkiyyət növünə görə dəqiqləşdirilməsi işlərinə aid yerquruluşu planı tərtib olunmadığı üçün 0.40 ha torpaq sahəsinin hansı mülkiyyət növünə, kateqoriyaya aid olmasını müəyyən etmək mümkün olmamışdır. X21 Kadastr Uçotu və İnformasiya sistemində qeyd olunan 0,40 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Cavabdeh2 25 avqust 2002-ci il tarixli, 06 saylı qərarına əsasən, ticarət iaşə məqsədi ilə X4 0,40 hektar torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17-6943/11 saylı xx.xx.1999-cu il tarixli göstərişi əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən, “Sənayeavtomatika” X15 filialının ləğv edilməsi ilə əlaqədar olaraq həmin müəssisənin balansında olan bina və tikililərin yerləşdiyi 3,80 ha torpaq sahəsi ilə birlikdə Azərbaycan Respublikası Ərazilərinin X19 Milli Agentliyin balansına və istifadəsinə verilmişdir və hal-hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin istifadəsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17-6943/11 saylı xx.xx.1999-cu il tarixli göstərişi əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən, “Sənayeavtomatika” X15 filialının ləğv edilməsi ilə əlaqədar olaraq həmin müəssisəsinin balansında olan bina və tikililərlə birlikdə Azərbaycan Respublikası Ərazilərinin X19 Milli Agentliyinin balansına və istifadəsinə verilmiş 3,8 ha torpaq sahəsinin yerləşdiyi ərazi X22 Uçotu və X16 mülkiyyətində olmaqla, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Tətbiq edilən hüquq: “İnzibati iсraat haqqında” AR Qanunu: Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; Həmin Qanunun 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; Həmin Qanunun 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; Həmin Qanunun 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; Həmin Qanunun 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarını öyrənmək və şikayət verə bilmək hüquqları vardır, inzibati orqanın isə həmin hüquqları təmin etmək vəzifəsi vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 56-cı maddəsinin ikinci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin altıncı bəndinin üçüncü hissəsinə görə isə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud tikinti normalarına, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu: 4-cü maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək (maddə 4.0.1), müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır (maddə 4.0.2). Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir (maddə 9.2). Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır (maddə 9.3). Həmin Qanunun 16-cı maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (maddə 16.1). Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 16.2). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (maddə 16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə 16.4). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: Həmin Qanunun 65.1.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; Həmin Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Həmin Qanunun 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. Həmin Qanunun 65.1.4-cü maddəsinə əsasən maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; Həmin Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; Həmin Qanunun 65.1.6-ci maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X8rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının Konstitusiyası: 143-cü maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. 144-cü maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir. 145-ci maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. 145-ci maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Həmin Qanunun 6-ci maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatının 01/217 nömrəli, xx.xx.1999-cu il tarixli məktubunun surətindən görünür ki, Füzuli rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Baş Nazirinin müavininə məktubla müraciət edərək Ərazilərin X19 Milli Agentliyi “Sənayeavtomatika” istehsalat birliyi Horadiz qəsəbəsinin ərazisində olan erməni təcavüzü zamanı yararsız vəziyyətə düşmüş binasında yerləşdirilməsini məqsədəuyğun hesab etdiklərini bildirmiş və Azərbaycan Respublikası Dövlət Xüsusi maşınqayırma və Konversiya komitəsinin xx.xx.2000-ci il tarixli, 01 saylı əmrin surətindən görünür ki, Nazirlər Kabinetinin 23 dekabr 1999-cu il tarixli göstərişini icra edilmişdir. Belə ki, Azerbaycan Respublikası Ərazilərin Bərpası və X36 Agentliyi ilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi arasında 09 fevral 2021-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktı ilə Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidən Qurması üzrə Agentliyi balansında olan və təhvil-təslim aktında qeyd edilən əmlakı və torpaq sahəsini Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin balansına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 213 saylı 11 fevral 2021-ci il tarixli Dövlət Əmlakı haqqında Reyestri çıxarışından göründüyü kimi, ünvan 3 ünvanında 1972ci ildə istismara verilmiş 216 kv.m torpaq sahəsində yerləşən tikilinin ümumi sahəsi 190.8 kv.m olan inzibati bina, 1972-ci ildə istismara verilmiş 13,5 kv.m torpaq sahəsində yerləşən tikilinin ümumi sahəsi 11.5 kv.m olan sanitar qovşağı və 3000 kv.m torpaq sahəsi ləğv edilmiş Ərazilərin Bərpası və X36 Agentliyinin (qeydiyyat 6533) balansında olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh2 25 avqust 2002-ci il tarixli, 06 saylı qərarına əsasən, ticarət iaşə məqsədi ilə X4 0,40 hektar torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17-6943/11 saylı xx.xx.1999-cu il tarixli göstərişi əsasında keçmiş Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin xx.xx.2000-ci il tarixli əmrinə əsasən, “Sənayeavtomatika” X15 filialının ləğv edilməsi ilə əlaqədar olaraq həmin müəssisənin balansında olan bina və tikililərin yerləşdiyi 3,80 ha torpaq sahəsi ilə birlikdə Azərbaycan Respublikası Ərazilərinin X19 Milli Agentliyin balansına və istifadəsinə verilmişdir və hal-hazırda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin istifadəsindədir. Ekspert rəyində müəyyən edilir ki, torpağın kateqoriyası hazır ki vəziyyətdə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı tikinti altında olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Göründüyü kimi hal-hazırda Azərbaycan Respublikası Minatəmizlənmə Agentliyinin balansında olan M.Ə.Rəsulzadə küçəsi 114 ünvanında yerləşən qeyd edilən ərazi və tikililər daimi olaraq dövlət mülkiyyətində olmuş, heç bir bələdiyyə və şəxsi mülkiyyətdə olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Horadiz Bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarının qəbul etdiyi mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh Horadiz Bələdiyyəsi özünə məxsus olmayan torpaq sahəsinin satılması barədə qərar qəbul etmişdir. Bələdiyyə torpaq sahəsini satarkən torpaq sahəsinin üzərində hər hansı tikilinin mövcud olmaması qeyd edilsədə iş materialları ilə sübut olunur ki, ünvan 4 ünvanında 1972-ci ildə istismara verilmiş 216 kv.m torpaq sahəsində yerləşən tikilinin ümumi sahəsi 190.8 kv.m olan inzibati bina, 1972-ci ildə istismara verilmiş 13,5 kv.m torpaq sahəsində yerləşən tikilinin ümumi sahəsi 11.5 kv.m olan sanitar qovşağı və 3000 kv.m torpaq sahəsi ləğv edilmiş Ərazilərin Bərpası və X36 Agentliyinin (qeydiyyat 6533) balansında olmuşdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi” X35 Cavabdeh2nə qarşı iddia tələbi təmin edilməli, Horadiz bələdiyyəsinin 25 avqust 2002-ci il tarixli, 06 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatların dəyəri ayrı-ayrılıqda 50 (əlli) manat olmuş, ümumilikdə100 (yüz) manat təşkil edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının “Minatəmizlənmə Agentliyi” X39 iddia tələbi təmin edilsin. “Horadiz Bələdiyyəsinin 0,40 hektar torpaq sahəsinin X3 barədə 06 saylı, 25 avqust 2002-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar