Məhkəmə qərarları › İş №2-1(120)-170/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-170/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-170/2024 13.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X6, Üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarına əsasən, alqı-satqı yolu ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarına əsasən ona alqı-satqı yolu ilə satılmış 0, 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1408/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1408/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi üzrə "İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarına əsasən, alqı-satqı yolu ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-170/2024 nömrəli qərardadı ilə Bəhrəmtəpə qəsəbə bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin 20 iyun 2004-cü il tarixli 04 saylı qərarına əsasən həmin bələdiyyənin mülkiyyətində olan boş torpaq sahəsindən 0,20 ha torpaq sahəsinin alqı-satqı qaydasmda ona verilməsi qərara alınmış, həmin toıpaq sahəsinin ölçüsü və planı hazırlanmış, akt tərtib edilərək torpaq sahəsi naturada ona təhvil verilmişdir. Torpaq alqı-satqısına dair akt Azərbaycan Respublikası DTXK-nin İmişli rayon şöbəsində qeydiyyata alınmış, diqqətsizlikdən qeydiyyat nömrə rəqəmi göstərilməmişdir. Lakin rayon torpaq şöbəsinin həmin torpaq sahəsi ilə bağlı arayışı, xəritəsi və rəyi vardır. Həmin torpaq sahəsində ev tikib ailə üzvləri ilə yaşayır. Bu fakt bələdiyyə sənədləri icra nümayəndəliyinin 3166 saylı arayışı ilə təsdiq olunur. Həmin torpaq sahəsi onun sahibliyidədir, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüquq yalnız ona məxsusdur. Buna heç bir fiziki və hüquqi şəxsin mübahisəsi yoxdur. O həyətyanı torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 6 saylı Ərazi İdarəsindən mülkiyyət sənədi almaq üçün müraciət etdikdə xx.xx.2022 tarixli, **********90 saylı arayışla bildirdilər ki, torpaq alqı-satqı aktında rayon torpaq şöbəsində qeydiyyatın tarixi və nömrəsi yoxdur. Hazırda torpaq şöbəsi ləğv edildiyindən həmin yanlışlığı məhkəmədən kənar düzəltmək mümkün deyildir. Həm də cavabda göstərilmişdir ki, həmin sahə meşə fonduna aiddir. Halbuki X15 təsərrüfatı mərkəzinin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib və rəsmi məktub verilmişdir ki, ərazi meşə fonduna aid deyildir. Ona izah olundu ki, daşınmaz əmlaka mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər.Bu faktı şahidlər də təsdiq edə bilərlər. Həmin torpaq sahəsinə başqa heç bir orqandan sənəd almması mümkün deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin nümayəndəsi X9 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının bələdiyyə tərəfindən aldığı torpaq sahəsi meşə fondu ərazisinə düşsə idi, həmin torpaq ərazisində və ətrafında tikililər tikilə bilməzdi, heç bir mübahisəl torpaq sahəsi üzrə mübahisə yoxdur, qanuna müvafiq qaydada alqı-satqı qaydasında torpağı almışdır, bu günə kimi həmin torpaqdan istifadə edir, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, İmişli rayonu, Bəhrəmtəpə kəndində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 161 nömrəli arayışa qeyd edilmişdir ki, verilir 1962-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, onun qardaşı X13 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********26 saylı məktubunda göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlakla bağlı təqdim sənədlərin araşdırılması zamanı İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında ayrılmış ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq İmişli rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən torpaq sahəsinin bu məqsədlə ayrılmasının məqsədə müvafiqliyi barədə rəy almadan torpaq sahəsinin alqı-satqı aktında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon Şöbəsinin rəyində tarix və qeydiyyat nömrəsi qeyd olunmadığı və torpaq ayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyat və ya arxiv surətlərinin olmadığı məlum olmuşdur. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericlilkə müəyyən ediiir. Daşınmaz əmlakın ünvanında İdarənin mütəxəssisləri tərəfindən yoxlama ölçü işləri aparılmadığından torpaq sahəsinin təyinatı və kommunikasiya xətlərinin mühafizə zolağında yerləşib və ya yerləşmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası ununun 9.1.2-ci maddələrinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və baxış zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi və X7 X11 ilə eyniləşdirilən zaman islahatın kompleks yerquruluşu xəritəsi və X7 X2 məlumatlarla müraciətinə əlavə etdiyi JN- 008A, KOD 90700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki məlumatlar arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi və X7 X11 ilə eyniləşdirilən zaman həmin torpaq sahəsinin islahatın kompleks yerquruluşu xəritəsində və X7 Uçotu X5 mülkiyyətinə aid X17 ərazisində yerləşməsi müəyyən edilmişdir. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilərək inventarlaşdırma işləri aparılmış fərdi yaşayış eyi müraciətinə əlavə etdiyi JN-00FA, KOD 90700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən “X17nın özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən aiqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi müikiyyətə verilə bilməz."Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1 -ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şırvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir. Odur ki, yuxarıda şərh olunanları, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7 və 8-ci maddələrinə əsasən iddaçı İddiaçı 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərində qoyulması barədə iddiasına etiraz edir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı torpaq alqı-satqı üçün Bəhrəmtəpə bələdiyyəsinin hesabına 650.000 manat köçürmüşdür. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı Bəhrəmtəpə bələdiyyəsi tərəfindən Bəhrəmtəpə bələdiyyə ərazisində 0.10 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan 20 sentyabr 2004-cü il tarixli aktdan görünür ki, Bəhrəmtəpə bələdiyyəsinin sədri Qadir Əsgərov, İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Aydın Məmmədov, İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini İddiaçı akt tərtib edərək, Bəhrəmtəpə bələdiyyəsinin 04 saylı 20 iyun 2004-cü il tarixli qərarı ilə İddiaçı daimi istifadə üçün bələdiyyənin torpağından 0.10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdirinin imzası ilə təsdiqlənmiş İddiaçı Bəhrəmtəpə bələdiyyəsi mülkiyyətindən ev tikmək üçün 0.10 ha torpaq sahəsinin ayrılması barədə rəydə göstərilmişdir ki, İddiaçısatılması nəzərdə tutulmuş torpaq sahəsi 1000 kv.m olmaqla Bələdiyyənin mülkiyyətinə aiddir və alqı satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi şərti yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X15 X3 Aydın Hüseyn oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli 27/1/A-009 nömrəli məktubunda göstərilmişdir ki, Mərkəzin mütəxəssisləri tərəfindən ərizədə qeyd olunan sahəyə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə koordinatları vurulmuş və məlum olmuşdur ki, ərazi X15 Təsərrüfatı Mərkəzinin inzibati ərazisinə aid olmamaqla X19 aid deyildir. İş materiallarında olan İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 №-li iclas protokolundan çıxarışda göstərilmişdir ki, İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini İddiaçı Bəhrəmtəpə İmişli yolunun sağ tərəfindəki 0.10 ha olmaqla həyətyanı torpaq sahəsi satılmaqla verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubunda göstərilmişdir ki, N-008A və adlı siyahının təsdiq edilmiş surətləri təqdim edlilir. İş materiallarında olan İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 02 №-li arayışdan göstərilmişdir ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 №-li iclas qərarına əsasən, onun mülkiyyətinə alqı-satqı yolu ilə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddia ərizəsi tərəfindən çıxarışın verilməsinə Bəhrəmtəpə bələdiyyəsi etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X15 Təsərrüfatı Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 27/1/82 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarına əsasən alqı-satqı yolu ilə 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyin qoyulmasına dair” icraatda olan 2-1(120)-1408/2022 saylı inzibati işlə bağlı Mərkəzin əməkdaşları həmin əraziyə baxış keçirmiş, koordinatları vurulmuş və 2003-cü il meşə quruluşu xəritələrinə əsasən məlum olmuşdur ki, ərazi X15 Təsərrüfatı Mərkəzinin inzibati ərazisinə aid olmamaqla Dövlət X17na aid deyildir. Odur ki, xx.xx.2022-ci il tarixdə saat 14:30-da Şirvan İnzibati Məhkəməsində təyin edilmiş iclasın nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 80 saylı məktubunda göstərilmişdir ki, İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1408/2022 saylı qərardadı ilə məhkəmə yerquruluşu və tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-5390/2023 saylı məktubu ilə mütəxəssis rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/7882 nömrəli məktubu ilə 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/7882 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/7882 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin koordinatları müəyyən edilmişdir. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsi ayrılan zamanı 2004-cü ildə) bələdiyyə mülkiyyətində olmaqla boş torpaq sahəsi olmuşdur. Ancaq, elektron məlumat bazasında həmin ərazi bələdiyyə mülkiyyətində olmaqla tarlaqoruyucu meşə zolağı kimi qeyd alınmışdır. Qeyd olunan 0.10 ha torpaq sahəsinin X7 X5 mülkiyyətində olmaqla X17 kateqoriyasına aid tikinti altında, fərdi yaşayış torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə 18 may 2023-cü il tarixli **********96 saylı ünvanlanmış məktubda 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi barədə məlumat verilməsi üçün xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı 01 iyun 2023-cü il tarixli 3-14-27/2-217/2023 saylı cavab məktubunda qeyd olunan 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin Dövlət X17na aid olmaması qeyd olunmuşdur. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin naturadakı yeri ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir.İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur.İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi hal hazırda fərdi yaşayış evi tikilməklə həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Ona görə də təyinatına üzrə alqı- satqının predmeti ola bilər. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin koordinatları üçüncü şəxsin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsi satılmış, İddiaçı torpaqların alqı-satqısına dair aktına əsasən, torpaq alqı-satqı üçün Bəhrəmtəpə bələdiyyəsinin hesabına 650.000 manat köçürmüşdür. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən məhkəməyə məlumat verilmişdir ki, qeyd olunan daşınmaz əmlakla bağlı təqdim sənədlərin araşdırılması zamanı İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında ayrılmış ümumi sahəsi 0.10 ha olan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq İmişli rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən torpaq sahəsinin bu məqsədlə ayrılmasının məqsədə müvafiqliyi barədə rəy almadan torpaq sahəsinin alqı-satqı aktında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon Şöbəsinin rəyində tarix və qeydiyyat nömrəsi qeyd olunmadığı və torpaq ayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyat və ya arxiv surətlərinin olmadığı məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətinin icrasından imtina edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi və cavabdeh orqan tərəfindən təqdim edilən mütəxəssis rəyi üzrə təqdim edilən sənədlər əsasında məlumatlarla faktiki vəziyyət arasında heç bir uyğunsuzluq müəyyən edilməmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu qeyd edir ki, iddiaçının adına tərtib edilmiş İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin İddiaçı 0.10 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli 04 saylı qərarı, kassa mədaxil orderinin qəbzi, torpaqların alqı-satqısına dair akt, rəy, aktlar mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin İddiaçı 0.10 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli 04 saylı qərarı, kassa mədaxil orderinin qəbzi, torpaqların alqı-satqısına dair akt, rəy, aktlar və onun mülkiyyətinə verilməsi barədə digər sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir. Məhkəmə tərəfindən qeyd edilir ki, hal-hazıradək İddiaçı tərəfindən mübahisəli torpaq sahəsindən istifadə, sahiblik edildiyi və torpaqların alqı-satqısına dair akt və inzibati akt qüvvədə olduğu halda, İmişli rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən torpaq sahəsinin bu məqsədlə ayrılmasının məqsədə müvafiqliyi barədə rəy almadan torpaq sahəsinin alqı-satqı aktında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon Şöbəsinin rəyində tarix və qeydiyyat nömrəsi qeyd olunmaması və torpaq ayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyat və ya arxiv surətlərinin olmaması 0.10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılmaması anlamı vermir. Belə ki, iddiaçı tərəfindən Bələdiyyənin hesabına ödənilmiş pul məbləğinin qəbzi, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin İddiaçı 0.10 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli 04 saylı qərarı, torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon Şöbəsinin rəyi, plan və sxem öılçü sənədi mübahisəli torpaqla bağlı iddiaçı və Bələdiyyə arasında münasibətlərin həqiqətən olduğuna əsas verir. İşdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir. Həmçinin Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında təqdim edilmiş sənədlər aşkar olunmamasında iddiaçının məsuliyyəti olmadığı üçün və Hüquqların qeydiyatı üzrə təqdim olunmalı sənədlərin içərisində “Torpaq sahəsinin planı və ölçüsü”nün və Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin torpaqların icarəyə verilməsinə dair rəyində tarix və qeydiyyat nömrəsinin olmamasına gəldikdə, həmin sənədin verilməsi hazırda DƏDRX-in səlahyyətlərində olduğundan, onun ərizə ilə birlikdə təqdim olunmamasına zərurət qalmır. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı Əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin koordinatları müəyyən edilmişdir, İddiaçı satılmış 0.10 ha torpaq sahəsi ayrılan zamanı 2004-cü ildə) bələdiyyə mülkiyyətində olmaqla boş torpaq sahəsi olmuşdur. Ancaq, elektron məlumat bazasında həmin ərazi bələdiyyə mülkiyyətində olmaqla tarlaqoruyucu meşə zolağı kimi qeyd alınmışdır. Qeyd olunan 0.10 ha torpaq sahəsinin X7 X5 mülkiyyətində olmaqla X17 kateqoriyasına aid tikinti altında, fərdi yaşayış torpaq sahəsi kimi qeyd olunmuşdur. Ona görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə 18 may 2023-cü il tarixli **********96 saylı ünvanlanmış məktubda 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi barədə məlumat verilməsi üçün xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanladığı 01 iyun 2023-cü il tarixli 3-14-27/2-217/2023 saylı cavab məktubunda qeyd olunan 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazinin Dövlət X17na aid olmaması qeyd olunmuşdur. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin naturadakı yeri ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və həyətyanı torpaq sahəsi kimi istifadə olunur, 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi hal-hazırda fərdi yaşayış evi tikilməklə həyətyanı torpaq sahəsi kimi istifadə olunur, ona görə də təyinatına üzrə alqı-satqının predmeti ola bilər. İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı satılmış 0.10 ha torpaq sahəsinin koordinatları üçüncü şəxsin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, göndərilmiş sorğu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X15 Təsərrüfatı Mərkəzinin məhkəməyə məktub ünlanaraq göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarına əsasən alqı-satqı yolu ilə 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyin qoyulmasına dair” icraatda olan inzibati işlə bağlı Mərkəzin əməkdaşları həmin əraziyə baxış keçirmiş, koordinatları vurulmuş və 2003-cü il meşə quruluşu xəritələrinə əsasən məlum olmuşdur ki, ərazi X15 Təsərrüfatı Mərkəzinin inzibati ərazisinə aid olmamaqla Dövlət X17na aid deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X12 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zamAan tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və mütəxəssis cavabdeh sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi etiraz edərək bildirmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və baxış zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi və X7 X11 ilə eyniləşdirilən zaman islahatın kompleks yerquruluşu xəritəsi və X7 X2 məlumatlarla müraciətinə əlavə etdiyi JN-008A, KOD 90700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki məlumatlar arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi və X7 X11 ilə eyniləşdirilən zaman həmin torpaq sahəsinin islahatın kompleks yerquruluşu xəritəsində və X7 Uçotu X5 mülkiyyətinə aid X17 ərazisində yerləşməsi müəyyən edilmişdir. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilərək inventarlaşdırma işləri aparılmış fərdi yaşayış eyi müraciətinə əlavə etdiyi JN- 00FA, KOD 90700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilən torpaq sahəsindən kənarda yerləşir. Lakin iddia ərizəsi və iş materiallarına əsasən, məhkəmə tərəfindən etirazda qeyd eidlən fərdi yaşayış evi və JN-00FA, KOD 90700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilən torpaq sahəsi deyil, “İmişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarına əsasən, alqı-satqı yolu ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia predmeti tələbi üzrə işə baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 0.10 ha (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi üzrə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar