Məhkəmə qərarları › İş №2-1(120)-1700/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1700/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1700/2022 09.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 09 dekabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 aprel 2021-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 21 aprel 2022-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Bildirmək istəyir ki, onun 01 aprel 2021-ci tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Əmək stajının 12 (on iki) il 06 (altı) aydan artıq müddətini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X18ı və X16 Birliyində zərərəli işlərlə müxtəlif vəzifələrdə, yəni X12 Yayım Müəsissəsində elektrik montyoru, Salyan RTS-də elektrik montyoru, Salyan RTS-də elektrik mexaniki, Neftçala RTS-də elektrik mexaniki, Neftçala RTS-də elektrik montyoru və ultra qısa dalğalı, ultra yüksək tezlikli, həddən artıq yüksək tezlikli şüalanma mənbələrində əmək şəraiti zərərli olan ağır işlərdə işləmişdir. O, 2006-cı il tarixdən sonra ümümi iş stajının 12 (on iki) il 06 (altı) aydan artıq zərərli işlə, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun güzəştli şərtlərlə əmək pensiya almaq hüququ 60 yaşdan yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. O, SSRİ-nin ərazisində hərbi xidmət keçmiş, 1976-cı il tarixdən hazırkı dövrə qədər 30 ildən artıq əmək stajının yəni 28 yanvar 2008-ci il tarixdən 12 (on) il 06 (altı) aydan artıq əmək şəraiti zərərli olan ağır işlərdə işləyir. Onun 01 aprel 2021-ci il tarixədək ümumilikdə 25 (iyimi beş) ildən artıq əmək stajı vardır. 2008-ci ildən 12 (on iki) il 06 (altı) ay əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir və hazırda da işləyir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. Əvəllər qüvvədə olmuş “X3 haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetini tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi onun 01 aprel 2022-ci il tarixdə 60 yaşı olduğundan əmək stajının 12 (on iki) il 06 (altı) ay güzəştli şərtlərlə əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumiqaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X18ı və X16 Birliyinin 23 noyabr 2021-ci il tarixli arayışından göründüyü kimi onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 35-ci bəndinin 54-cü yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X13 ərizə ilə müraciət edərək əmək pensiyasının 60 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını və ödənilməsini xahiş etmişdir. Ona 01 aprel 2021-ci il tarixli məktubla əsassız olaraq imtina verərək bildirilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası almasına əmək stajı olmadığından imtina verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsində ümumi stajının 25 ildən çox, güzəştli şərtlərlə iş stajının isə 12 il 6 aydan çox olduğunu iddia etməklə həmin dövrlərin sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 01 aprel 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Bundan narazı qalan iddiaçı Ə.K.X17 Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi MT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçasında 1-2-ci səhifəsi və 42-ci səhifəsinin 1-2-3-cü qeydlərində həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənmişdir. Eyni zamanda 2-ci səhifəsində müvafiq olaraq sözlərin yazılışında qarısıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində “Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında” 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. İstinad olunan qərara əsasən, 1992-ci il tarixdən etibarən möhür, stamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılmalı olduğu qeyd olunurdu. Bu da onu göstərir ki, latın qrafikalı əlifbanın bərpa olunmasına 1992-ci il tarixdən başlanılmışdır. Lakin iddiaçının əmək kitabçasının 2-ci səhifəsində latın-kiril qrafikalı əlifbadan qarısıq olaraq istifadə olunmuşdur. Qeyd olunan hal iddiaçının əmək kitabçasının 42-43-cü və 44-45-ci səhifələrində də təkrarlanır. Belə ki, həmin səhifələrdəki qeydlər xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.2008-ci illərə aid olmasına baxmayaraq, kiril qrafikalı azərbaycan əlifbası ilə yazılmışdır. Bundan başqa iddiaçının əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçıya dair əmək kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Eyni zamanda, Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli xidməti məktubuna əsasən, iddaçının Sabirabad rayonu, “Oktyabr” və “H.B.Zərdabi” adına kolxozlarda işlədiyi dövrün sığorta stajı yoxlanılmışdır. Qeyd edirlər ki, iddiaçının təqdim etdiyi arxiv arayışıyla bəzi fərqlər aşkar olunmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi 13 dekabr 2021-ci il tarixli, 191 nömrəli arxiv arayışında iddiaçının 1976- 1996-cı illərdə işlədiyi qeyd olunsa da, qarşılıqlı yoxlama zamanı tərtib olunmuş 06 sentybar 2022-ci il tarixli akta əsasən iddiaçının əmək fəaliyyəti 1979-1996-cı illəri əhatə edir. Qeyd edirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Pensiya və Müavinətlər İdarəsinin 29 sentyabr 1993-cü il tarixli, 1-20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək stajının təqdim edilmə qaydaları haqqında bəzi məsələlər” də qeyd edilmişdir ki, kolxoz işçilərinin iş stajı ya kolxozçunun əmək kitabçasındakı qeydlərinə, ya da kolxoz idarə heyətinin, kolxoz sovxoza çevrildikdə isə sovxoz müdriyyətinin verdiyi arayışa əsasən müəyyən olunur. 1 yanvar 1996-cı il tarixdən isə il ərzində tələb olunan minimum əmək günü normaları yerinə yetirilmədikdə iş stajı istənilən müddətə uyğun hesablanır. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirak minimumunu üzrlü səbəb olmadan yerinə yetirilməyibsə. 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə hesablanır. Lakin iddiaçının təqdim etdiyi arxiv arayışında, nə də ki, əmək kitabçasında minimum əmək iştirak norması nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Kəramət” adına kəndli-fermer təsərrüfatında işlədiyi və əməkhaqqı aldığını iddia etsə də, “Sığortaolunanların hesabatı” AS-dən alınan məlumata əsasən, həmin müəssisə məcburi dövlət sosial sığorta haqqlarını ödəməmişdir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********206700 nömrəli cavab məktubuna əsasən, həmin müəssisənin dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 18 avqust 2022-ci il tarixli, MİHO/1.2-2-2022-5635 nömrəli sorğuya cavab məktubuna əsasən qeyd edilən müəssisənin adına Nazirliyin müvafiq siyahılarında rast gəlinməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 5 avqust 2022-ci il tarixli, 4/1488 nömrəli məktubuna əsasən qeyd edilən müəssisənin yerləşdiyi ərazi müəyyən olunmadığından sorğunu icra etmək mümkün olmamışdır. Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********3 saylı xidməti məktubuna əsasən həmin müəssisənin hesabat məlumatları mərkəzi Filiala təhvil verilməmişdir. "xxxx" ASC-nin 21 sentyabr 2022-ci il tarixli, 09/5-511 nömrəli sorğuya cavab məktubuna əsasən “Kəramət” adına kəndli-fermer təsərrüfatı "xxxx" ASC-nin tabeliyində olmamışdır. Həmçinin Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli xidməti məktubuna əsasən iddiaçı sənədlərin əsllərinin geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, AЗЕ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixli, 158 nömrəli əmrə əsasən Sabirabad rayonu “Oktyabr” kolxozuna sıravi üzv qəbul edilmişdir. xx.xx.1979-cu il tarixli, 176 nömrəli əmrə əsasən Sabirabad rayonu “Oktyabr” kolxozuna sıravi üzv qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, 176 nömrəli əmrə əsasən Sabirabad rayonu “Oktyabr” kolxozuna sıravi kolxozçu qəbul edilmişdir. xx.xx.1986-cı il tarixli, 248 nömrəli əmrə əsasən “Oktyabr” kolxozuna pambıqçılıq briqadiri vəzifəsinə təyin edilmişdir. xx.xx.1997-ci ildə “Şən-Həyat” kolxozunda aparılan torpaq islahatı ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixli, 11-1/1-14 nömrəli əmrə əsasən “Kəramət” adına kəndlifermer təsərrüfatının sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə “Kəramət” adına kəndli-fermer təsərrüfatının sədri vəzifəsindən azad edilmişdir. xx.xx.2008-ci il tarixli, K/Ə 8 nömrəli əmrə əsasən "xxxx" X4 X18 Müəssisəsi, Salyan RTS-na 1 (bir) aylıq sınaq müddəti ilə 6-cı dərəcə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixli, 51 nömrəli əmrə əsasən Salyan RTS-nin X12 Yayım Müəssisəsinin tabeliyindən çıxarılması ilə əlaqədar olaraq Bakı Teleqüllə Müəssisəsinin sərancamına keçirilmiş, xx.xx.2008-ci il tarixli, K/Ə140 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı) işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixli, 115 nömrəli əmrə əsasən Bakı Teleqüllə Müəssisəsi Salyan RTS-na 6-cı dərəcə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixli, 08 nömrəli əmrə əsasən "xxxx" İstehsalat Birliyinin xx.xx.2009-cu il tarixli, 34 saylı əmrinə əsasən Bakı Teleqüllə Müəssisəsi ləğv olunmuşdur və onun bazasında Bakı X2 yaradılmışdır. xx.xx.2010-cu il tarixli, 11 nömrəli əmrə əsasən həmin stansiyada 8-ci dərəcəli elektrik mexaniki vəzifəsinə keçirilmiş, 12.032020-ci il tarixli, 25 nömrəli əmrə əsasən həmin stansiyada C3 kateqoriyalı elektrik mexaniki vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 85 nömrəli əmrə əsasən Neftçala RTS-na D2 kateqoriyalı elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 192 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli, İRŞ/195 nömrəli əmrə əsasən "xxxx" X10 X18 Departamenti Ələt-İmişli yayım sahəsinin Neftçala RTYS-nə C4 kateqoriyalı elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir, hal-hazıra kimi işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X18ı və X15 X6 Birliyinin 23 noyabr 2021-ci il tarixli, TR-21 saylı arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" X10 X18 Departamentində: xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi Salyan RTS-də elektrik montyoru vəzifəsində ("xxxx" İB, X12 Yayım Müəssisəsi, xx.xx.2008-ci il tarixli, KƏ/8 saylı əmr); xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixinə kimi Salyan RTS-də elektrik montyoru vəzifəsində ("xxxx" İB, Bakı Teleqüllə Müəssisəsi, xx.xx.2008-ci il tarixli, KƏ/115 saylı əmr); xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Salyan RTS-də elektrik mexaniki vəzifəsində ("xxxx" İB, Bakı Teleqüllə Müəssisəsi, xx.xx.2010-cü il tarixli, KƏ/11 saylı əmr); xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Neftçala RTS-də elektrik montyoru vəzifəsində ("xxxx" İB, Bakı Teleqüllə Müəssisəsi, xx.xx.2021-ci il tarixli, KƏ/85 saylı əmr); xx.xx.2021-ci il tarixindən hal-hazıradək Neftçala RTS-də elektrik montyoru vəzifəsində işləyir ("xxxx" İB, X12 Yayım Departamenti xx.xx.2021-ci il tarxili, İPŞ 195 saylı əmr); İddiaçı, UQD (ultra qısa dalğalı), UYT (ultra yüksək tezlikli) HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə məşğul olur (ona görə də 8 % zərərliyə görə əlavə əmək haqqı alır, məzuniyyətinə 6 gün əlavə edilir). Bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələrindən istifadə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinin (ümumi peşələr) 54-cü yarımbəndinə əsasən güzəştli pensiyaya hüququ var. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X18ı və X15 X6 Birliyinin məhkəməyə ünvanlanmış xx.xx.2022-cü il tarixli, 109-2- 7/1005-22 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi X7 Bakı Teleqüllə müəssisəsinin xx.xx.2008-ci il tarixli, K 115 nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixindən Salyan RTS stansiyasına 127,0 manat əmək haqqı ilə 6-cı dərəcəli elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir; - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi X7 Bakı X1 xx.xx.2010-cu il tarixli, K/Ə 11 nömrəli əmrin surətindən görünür ki, Əliyev X8 RTS stansiyasının 6-cı dərəcəli elektrik montyoru xx.xx.2010-cu il tarixindən həmin stansiyada 169,0 manat əmək haqqı ilə 8-ci dərəcəli elektrik mexaniki vəzifəsinə keçirilmişdir. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi X7 Bakı X1 xx.xx.2021-ci il tarixli, K/Ə 85 nömrəli əmrin surətindən görünür ki, Əliyev X8 radio-televiziya stansiyasının C3 kateqoriyalı elektrik mexaniki xx.xx.2021-ci il tarixindən Neftçala radio-televiziya yayım stansiyasına 340,0 manat əmək haqqı və 8 % zərərlik ilə D2 kateqoriyalı elektrik montyoru vəzifəsinə keçirilmişdir. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X18ı və X15 X6 Birliyinin xx.xx.2022-ci il tarixli, İR№ 195 nömrəli Əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən 1 (bir) ay sınaq müddəti tətbiq etməklə 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmaqla X12 Yayım Departamentinin Ələt-İmişli yayım sahəsinin Neftçala radio-televiziya yayım stansiyasına C4 kateqoriyada elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Sabirabad Rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 11-1/1-14 nömrəli Qərarından Çıxarışın surətindən görünür ki, müraciət və təkliflərə, həmçinin “Kəndli (fermer) təsərrüfatı, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Kəramət” kəndli (fermer) təsərrüfatı yaradılmış və kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Sabirabad Rayonu İcra Hakimiyyəti Başıçısı Aparatının xx.xx.1997-ci il tarixli, 1063 nömrəli məktubundan görünür ki, Salmanlı kəndində yaradılmış “Kəramət” kəndli (fermer) təsərrüfatı rayon Aqrar İslahat Komissiyasının 15 iyul 1997-ci il tarixli, 11-1/1-14 nömrəli qərarı ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********32 nömrəli məktubundan görünür ki, “Kəramət” adına kəndli fermer təsərrüfatı barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********206200 saylı məktubun surətindən görünür ki, dövlət reyestrində “Kəramət” adına kəndli fermer təsərrüfatı adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022ci il tarixli, 4/1488 saylı arayışından görünür ki, “Kəramət” adına kəndli fermer təsərrüfatının yerləşdiyi ərazi göstərilmədiyindən və əmək kitabçası olmadığı üçün sorgunuzu icra etmək imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Meliorasiya və X20 Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 09/5-511 saylı arayışından görünür ki, İddiaçı əvvəllər işlədiyi “Kəramət” adına kəndli fermer təsərrüfatı «Azmelsutəsərrüfat” ASC-nin tabeliyində olmamışdır. Ona görə də İddiaçı bu təşkilatda işlədiyi dövr üçün lazım olan məlumatları Sizə təqdim etmək imkanımız xaricindədir. İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 191 nömrəli arxiv arayışının surətindən görünür ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan “Oktyabr”, “H.B.Zərdabi” adına kolxozun müvafiq sənədlərinə əsasən İddiaçı həmin kolxozda işləməsi barədə aşağıdakı qeydlər vardır: 1979-cu ildə 164 adam günü, 1980-ci ildə 145 adam günü, 1982-ci ildə 182 adam günü; 1983-cü ildə 242 adam günü; 1984-cü ildə 244 adam günü; 1985-ci ildə 259 adam günü; 1986-cı ildə 274 adam günü; 1987-ci ildə 299 adam günü; 1988-ci ildə 310 adam günü; 1989-cu ildə 300 adam günü; 1990-cı ildə 280 adam günü; 1991-ci ildə 343 adam günü; 1992-ci ildə 344 adam günü; 1993-cü ildə 281 adam günü; 1994-cü ildə 345 adam günü; 1995-ci ildə 321 adam günü, 1996-cı ildə 318 adam günü işləmişdir. Lakin arayışda tələb olunan minimum adam günü norması qeyd edilməmişdir. İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin 30 oktyabr 2022-ci il tarixli, 105 nömrəli arayışından görünür ki, “Oktyabr” və H.B.Zərdabi” adına kolxozlara qonşu olmuş “Partiyanın XX qurultayı” adına kolxozda kişilər üçün tələb olunan minimum adam günü norması-240, “Kommunizm” kolxozunda -240 gün olmuşdur. İş materiallarında olan Sabirabad rayonu “Oktyabr” adına kolxozun xx.xx.1989-cu il tarixli, 39 nömrəli arayışından görünür ki, Sabirabad rayonu “Oktyabr” kolxozunda 1966-cı ildən 1988-ci il tarixə kimi kolxozun üzvləri üçün minimum adam günü aşağıdakı kimi müəyyən edilmişdir: uşaqlı qadınlar üçün -120 gün; subay qadınlar üçün-160 gün; pensiyaçı qadın/kişilər üçün-60 gün . Qeyd: 1979, 1985, 1986, 1987, 1988-ci illərdə uşaqlı qadınlar üçün 90 gün müəyyən edilmişdir. İş materiallarında olan НЗ-4033406 saylı hərbi biletdən görünür ki, İddiaçı 17 may 1980-ci il tarixdən 07 iyun 1982-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensıyaiarı haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35728,28 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1961-ci il tarixdə Sabirabad rayonu, Salmanlı kəndində doğulmuş, xx.xx.1979-cu il tarixdə Sabirabad rayonu “Oktyabr” kolxozuna üzv qəbul edilmiş, 1980-ci ilin 17 may tarixinədək həmin kolxozda işləmiş, 17 may 1980-ci il tarixdən 07 iyun 1982-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmiş, xx.xx.1982-ci il tarixli, 176 nömrəli əmrinə əsasən Sabirabad rayonu “Oktyabr” kolxozuna sıravi kolxozçu qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 248 nömrəli əmrinə əsasən “Oktyabr” kolxozuna pambıqçılıq briqadiri vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci ildə “Şən-Həyat” kolxozunda aparılan torpaq islahatı ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1998-ci il tarixli, 11-1/1-14 nömrəli əmrə əsasən “Kəramət” adına kəndlifermer təsərrüfatının sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə “Kəramət” adına kəndli-fermer təsərrüfatının sədri vəzifəsindən azad edilmişdir. xx.xx.2008-ci il tarixli, K/Ə 8 nömrəli əmrə əsasən "xxxx" X4 X18 Müəssisəsi, Salyan RTS-na 1 (bir) aylıq sınaq müddəti ilə 6-cı dərəcə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixli, 51 nömrəli əmrə əsasən Salyan RTS-nin X12 Yayım Müəssisəsinin tabeliyindən çıxarılması ilə əlaqədar olaraq Bakı Teleqüllə Müəssisəsinin sərancamına keçirilmiş, xx.xx.2008-ci il tarixli, K/Ə140 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı) işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixli, 115 nömrəli əmrə əsasən Bakı Teleqüllə Müəssisəsi Salyan RTS-na 6-cı dərəcə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixli, 08 nömrəli əmrə əsasən "xxxx" İstehsalat Birliyinin xx.xx.2009-cu il tarixli, 34 saylı əmrinə əsasən Bakı Teleqüllə Müəssisəsi ləğv olunmuş və onun bazasında Bakı X2 yaradılmışdır. xx.xx.2010-cu il tarixli, 11 nömrəli əmrə əsasən həmin stansiyada 8-ci dərəcəli elektrik mexaniki vəzifəsinə keçirilmiş, 12.032020-ci il tarixli, 25 nömrəli əmrə əsasən həmin stansiyada C3 kateqoriyalı elektrik mexaniki vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 85 nömrəli əmrə əsasən Neftçala RTS-na D2 kateqoriyalı elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 192 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli, İRŞ/195 nömrəli əmrə əsasən "xxxx" X10 X18 Departamenti Ələt-İmişli yayım sahəsinin Neftçala RTYS-nə C4 kateqoriyalı elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş və hal-hazıra kimi işləyir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1). iddiaçının 60 yaşının tamam olması; 2). 25 il ümumi iş stajının mövcud olması; 3). 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4). fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh iddiaçının 60 yaşının tamam olmasını; 12 il 6 ay güzəştli iş stajının mövcud olmasını mübahisələndirmir. İşdə mövcud olan sənəd və sübutlar da bu halları təsdiq edir. Cavabdehin əsas mübahisələndirdiyi məsələ 25 il ümumi iş stajının olmadığına, eləcə də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair dəlillərdir. Cavabdeh bildirir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi MT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının əmək kitabçasında 1-2-ci səhifəsi və 42-ci səhifəsinin 1-2- 3-cü qeydlərində həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənmişdir. Eyni zamanda 2-ci səhifəsində müvafiq olaraq sözlərin yazılışında qarısıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində “Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında” 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. İstinad olunan qərara əsasən, 1992-ci il tarixdən etibarən möhür, stamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılmalı olduğu qeyd olunurdu. Bu da onu göstərir ki, latın qrafikalı əlifbanın bərpa olunmasına 1992-ci il tarixdən başlanılmışdır. Lakin iddiaçının əmək kitabçasının 2-ci səhifəsində latın-kiril qrafikalı əlifbadan qarısıq olaraq istifadə olunmuşdur. Qeyd olunan hal iddiaçının əmək kitabçasının 42-43-cü və 44-45-ci səhifələrində də təkrarlanır. Belə ki, həmin səhifələrdəki qeydlər xx.xx.1997-ci il və xx.xx.1998-xx.xx.2008-ci illərə aid olmasına baxmayaraq, kiril qrafikalı azərbaycan əlifbası ilə yazılmışdır. Bundan başqa iddiaçının əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçıya dair əmək kitabçanızdakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Eyni zamanda, Mil-Muğan regional filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli xidməti məktubuna əsasən, iddaçının Sabirabad rayonu, “Oktyabr” və “H.B.Zərdabi” adına kolxozlarda işlədiyi dövrün sığorta stajı yoxlanılmışdır. Qeyd edirlər ki, iddiaçının təqdim etdiyi arxiv arayışıyla bəzi fərqlər aşkar olunmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi 13 dekabr 2021-ci il tarixli, 191 nömrəli arxiv arayışında iddiaçının 1976-1996-cı illərdə işlədiyi qeyd olunsa da, qarşılıqlı yoxlama zamanı tərtib olunmuş 06 sentybar 2022-ci il tarixli akta əsasən iddiaçının əmək fəaliyyəti 1979-1996-cı illəri əhatə edir. Məhkəmə iddiaçının əmək kitabçasının 1-2-ci səhifəsinin və 42-ci səhifəsinin 1-2-3cü qeydlərində həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsi, eyni zamanda 2-ci səhifəsində müvafiq olaraq sözlərin yazılışında qarısıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması barədə dəlilləri ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Cavabdeh həmçinin bildirir ki, iddiaçının təqdim etdiyi arxiv arayışında, nə də ki, əmək kitabçasında minimum əmək iştirak norması nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi arxiv arayışında, nə də ki, əmək kitabçasında minimum əmək iştirak normasının nəzərdə tutulmaması barədə cavabdeh inzibati orqanın etiraz dəlillərinə münasibətdə isə qeyd edir ki, Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 191 nömrəli arxiv arayışında, eləcə də əmək kitabçasında işlədiyi illərə dair yerinə yetirilmiş adam günü norması barədə məlumat mövcud olmasa da, iddiaçının həmin illərdə sözügedən kolxozlarda işləməklə əmək haqqı alması öz təsdiqini tapmışdır. Eləcə də Sabirabad rayon Dövlət Arxivinin 30 oktyabr 2022-ci il tarixli, 105 nömrəli arayışından görünür ki, “Oktyabr” və H.B.Zərdabi” adına kolxozlara qonşu olmuş “Partiyanın XX qurultayı” adına kolxozda kişilər üçün tələb olunan minimum adam günü norması-240, “Kommunizm” kolxozunda -240 gün olmuşdur. Qüvvədən düşmüş “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələlərdən biri 1976-1980, 1982-1996-cı illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə (1976-1978-ci illər istisna olmaqla) Sabirabad rayonu “Oktyabr”, “H.B.Zərdabi” adına kolxozlarda işlədiyi Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 191 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Sabirabad rayonu “Oktyabr”, “H.B.Zərdabi” adına kolxozlarda işlədiyi 1983-1996-cı illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1979-1980, 1982-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdəki iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməlidir. Habelə iddiaçı 1976-1978-ci illərdə ümumiyyətlə kolxozda işləmədiyindən həmin illərə münasibətdə iddia rədd edilməlidir. Cavabdeh eyni zamanda bildirir ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Kəramət” adına kəndli-fermer təsərrüfatında işlədiyi və əməkhaqqı aldığını iddia etsə də, “Sığortaolunanların hesabatı” AS-dən alınan məlumata əsasən, həmin müəssisə məcburi dövlət sosial sığorta haqqlarını ödəməmişdir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********206700 nömrəli cavab məktubuna əsasən, həmin müəssisənin dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkarlanmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın bu etiraz dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarına əsasən “Kəramət” kəndli (fermer) təsərrüfatı Sabirabad Rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 11-1/1-14 nömrəli Qərarına əsasən yaradılmış və kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsi ayrılmışdır. Həmçinin Salmanlı kəndində yaradılmış “Kəramət” kəndli (fermer) təsərrüfatı rayon Aqrar İslahat Komissiyasının 15 iyul 1997-ci il tarixli, 11-1/1-14 nömrəli qərarı ilə qeydiyyatdan keçmişdir. Bundan əlavə, iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, AЗЕ № ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, o, xx.xx.1998-ci il tarixli, 11-1/1-14 nömrəli əmrə əsasən “Kəramət” adına kəndli-fermer təsərrüfatının sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə “Kəramət” adına kəndli-fermer təsərrüfatının sədri vəzifəsindən azad edilmişdir. Qeyd olunan kəndli-fermer təsərrüfatının əmək haqqı cədvəllərinin Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməməsinin, həmin “Kəramət” adına kəndli fermer təsərrüfatı adlı hüquqi şəxsin dövlət reyestrində dövlət qeydiyyatından keçməməsi, eləcə də “Sığortaolunanların hesabatı” AS-dən alınan məlumata əsasən, həmin müəssisə məcburi dövlət sosial sığorta haqqlarını ödəməməsi məsuliyyətinin iddiaçının üzərinə qoyulması isə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bundan başqa 01 iyul 1999-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar. 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. 01 iyul 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 304-cu maddəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. (...) 306-cı maddəsinin 2-ci bəndinə əsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. Belə olan halda “X3 haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Üçüncü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci il tarixədək işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır ki, 01 yanvar 2002-ci il tarixədək sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmiş və həmin tarixdən sonra qanunvericiliyin tələbi baxımından 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçıya məxsus xx.xx.1979cu il tarixli, AЗЕ № ******* nömrəli əmək kitabçasında onun xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Kəramət” adına kəndli-fermer təsərrüfatının sədri vəzifəsinə vəzifəsində işləməsi göstərilsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Sığortaolunanların hesabatı” AS-dən alınan məlumata əsasən, həmin müəssisə məcburi dövlət sosial sığorta haqqlarını ödəməmişdir. Bundan başqa şərh olunan qanunvericilik aktlarından göründüyü kimi, xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir ki, iddiaçının həmin tarixdən sonra müəssisədə işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyinə dair hər hansı sübut mövcud deyildir. xx.xx.2002-ci il tarixdən əvvəl işlənilmiş əmək fəaliyyəti dövrünə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi mövcud olmadığından, habelə iddaçının işlədiyi müəssisənin mövcudluğu və onun həmin müəssisədə işləməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının “Kəramət” adına kəndli-fermer təsərrüfatında xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalı, idda qalan hissədə isə rədd edilməlidir. Cavabdehin mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 191 nömrəli arxiv arayışında göstərilən Sabirabad rayon Dövlət “Oktyabr”, “H.B.Zərdabi” adına kolxozda 1983-1996-cı illərə dair iş stajı tam, həmin kolxozda işlədiyi 1979-1980, 1982-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Kəramət” adına kəndlifermer təsərrüfatında işlədiyi dövr, əmək kitabçasındakı digər dövrlər və hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 191 nömrəli arxiv arayışında göstərilən Sabirabad rayon Dövlət “Oktyabr”, “H.B.Zərdabi” adına kolxozda 1983-1996-cı illərə dair iş stajı tam, həmin kolxozda işlədiyi 1979-1980, 1982-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Kəramət” adına kəndli-fermer təsərrüfatında işlədiyi dövr, əmək kitabçasındakı digər dövrlər və hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar