Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1702/2025 21.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cəlilabad şəhəri, H.Əliyev prospekti 236 nömrəli binanın 04 nömrəli mənzilə mərhum anası X1 adına verilmiş order və sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cəlilabad şəhəri, H.Əliyev prospekti 236 nömrəli binanın 04 nömrəli mənzilə mərhum anası X1 adına verilmiş order və sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X2 xx.xx.1967-ci il tarixli müqavilə əsasında Cəlilabad şəhəri ərazisində (keçmiş Lenin küçəsində) halhazırki ünvanı isə ünvan 2rilmişdir. Mərhum anası xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Mərhum atası Fərman Məmmədov 1961-ci ildə, qardaşı Bəxtiyar Məmmədov xx.xx.2020ci ildə, bacısı Nazilə Hüseynova isə xx.xx.1995-ci ildə vəfat etmişlər. Hal-hazırda o anasının yeganə vərəsəsidir. İddiaçı anasından qalmış əmlaka vərəsəliyinin tanınmasında ötrü ərizə ilə Cəlilabad rayon 1 saylı Notariat Kontoruna müraciət etmişdir və Cəlilabad rayon 1 saylı Notariat Kontoru tərəfindən o mərhum anası Kifayət Məmmədovanın qanun üzrə vərəsəsi hesab edilmişdir. O, 1967-ci ildən, yəni həmin mənzil alınandan halhazıradək həmin mənzildə yaşayır və vaxtı-vaxtında kommunal xərcləri ödəyir, bir sözlə həmin mənzilə fakitiki olaraq sahiblik edir. Belə ki, ilk öncə iddiaçı qeyd edilən mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etdmiş və oradan ona bildirilmişdir ki, sözügedən mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bundan sonra iddiaçı Cavabdehnə müraciət etmiş, mərhum anasının adına verilmiş order barədə sənəd verilməsini və sosial kirayə müqaviləsinin bağlansını istəmişdir. Lakin ona Cəlilabad rayon Dövlət Arxivi tərəfindən cavab olaraq bildirilmişdir ki, order və müqavilə barədə arxivdə heç bir məlumat yoxdur. İddiaçı cavabdeh təşkilatın imtinasını əsassız saymışdır. Ona görə ki, mövcud olan xx.xx.1967-ci il tarixli müqavilə hal-hazırda qüvvədədir və həmin müqavilə mülkiyyət hüququnun tanınması üçün əsasdır. Qeyd edilən order və müqavilənin arxivdə olmaması vətəndaş olaraq onun günahı deyildir. Qeyd olunan səbəblərdən iddiaçı olaraq mülkiyyət hüququnun tanıtdıra bilmir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı və Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və Cavabdeh nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İş materiallarında olan Cəlilabad rayon Mənzil İstismar sahəsi tərəfindən məhkəməyə ünvanlanan 24 yanvar 2025-ci il tarixli 4 nömrəli məktuba əlavə edilmiş müqavilənin məzmunundan görünür ki, Cəlilabad rayonu Mənzil İstismar Sahəsinin balansında olan H.Əliyev pr-ti 236 nömrəli binanın, 04 saylı mənzilinə mərhum X3 ilə xx.xx.1967-ci il tarixli müqavilə bağlanmış, həmin mənzilində faktiki olaraq İddiaçı və onun ailə üzvləri yaşayır. X3 ilə bağlanmış 01 avqust 1967-ci il tarixli müqavilə mövcuddur. Həmin müqavilənin surəti məhkəməyə təqdim olunur. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Məmmədov X4 şəhəri, H.Əliyev prospekti 236 nömrəli binanın 04 nömrəli mənzilə mərhum anası X1 adına verilmiş order və sosial kirayə müqaviləsinin bağlanmasını istəyir və cavabdeh qismində Cavabdeh göstərmişdir. Məhkəmə qeyd edir ki, mərhum X3 ilə xx.xx.1967-ci il tarixdə bağlanmış müqavilə hazırda mövcud olduğu halda, iddiaçı ölmüş şəxslə Cavabdeh yenidən kirayə müqviləsi bağlanması öhtəliyinin cavabdehin üzərinə qoyulmasında dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hüquqi marağına uyğun Cəlilabad şəhəri, H.Əliyev pr 236 nömrəli binanın 04 nömrəli mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın (hüququn ölmüş şəxs X2 məxsus olması haqqında) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmək hüququ vardır. Belə ki, sözügedən mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbi Cəlilabad İcra Hakimiyyətinə qarşı yönələ bilməz. Başqa sözlə hazırki iş üzrə cavabdeh tələbə cavab verən inzibati orqan deyildir. Məhkəmə iddiaçıya izah edərək bildirir ki, iddiaçının həmin tələbinə cavab verməli orqan Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli 2-1(120)- 1702/2025 saylı məktubla yardım edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cəlilabad şəhəri, H.Əliyev prospekti 236 nömrəli binanın 04 nömrəli mənzilə mərhum anası X1 adına verilmiş order və sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cəlilabad şəhəri, H.Əliyev prospekti 236 nömrəli binanın 04 nömrəli mənzilə mərhum anası X1 adına verilmiş order və sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1702/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1702/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver