Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1703/2022 20.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) X1, İddiaçı cavabdeh Neftçala rayonu Neftçala bələdiyyəsinə qarşı “Neftçala rayonu Neftçala bələdiyyəsinin sədri İddiaçı tutduğu vəzifədən azad edilməsi və Neftçala bələdiyyəsinin sədr vəzifəsinin X2 həvalə edilməsi barədə Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli iclas qərarının ləğv edilməsi və İddiaçı Neftçala rayonu Neftçala Bələdiyyəsinin sədri vəzifəsinə bərpa edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Neftçala rayonu Neftçala bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli iclas qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 iyul 2022-ci il tarixdə keçirilən iclasında iddiaçının nümayəndəsi (vəkili) X4 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin Neftçala rayonu Neftçala bələdiyyəsinin sədri İddiaçı tutduğu vəzifədən azad edilməsi və Neftçala bələdiyyəsinin sədr vəzifəsinin X2 həvalə edilməsi barədə Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli iclas qərarının ləğv edilməsi və İddiaçı Neftçala rayonu Neftçala Bələdiyyəsinin sədri vəzifəsinə bərpa edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(120)-1703/2020 saylı qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Neftçala rayonu Neftçala bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Həmin bələdiyyənin 23 aprel 2022-ci il tarixli növbədənkənar iclasının qərarı ilə sədr vəzifəsindən azad edilmişdir. Vəzifədən azad edilmə səbəbi isə onun guya bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına qərar qəbul etməsi olmuşdur. Lakin həmin qərar qanunsuz qəbul edilmişdir. Belə ki, ilk növbədə o, iclasa dəvət olunmamış və dəvət olunduğu təsdiq edən heç bir sənəd olmamışdır, ikinci hal isə protokolun möhürlənməməsi və nömrələnməməsi olmuşdur. Üçüncü hal kimi səs vermənin düzgün keçirilməməsidir. Buna görə də hesab edir ki, Neftçala rayonu Neftçala bələdiyyəsi tərəfindən keçirilən 23 aprel 2022-ci il tarixli iclasın qərarları qanunsuzdur və həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Neftçala rayonu Neftçala bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iddia ərizəsinə etirazı məhkəmənin icraatına daxil olmamışdır. Azərbaycan Respublikasını İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Neftçala rayonu Neftçala Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə mahiyyəti üzrə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materiallarında olan Neftçala rayonu Neftçala bələdiyyəsinin 16 yanvar 2020-ci il tarixli iclas protokoluna əsasən İddiaçı bələdiyyə sədri seçilməsi barədə qərar qəbul edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli növbədənkənar iclas protokoluna əsasən İddiaçı bələdiyyə sədri vəzifəsindən azad olunması və bələdiyyə sədri vəzifəsinin Jalə Sərdarzadəyə həvalə edilməsi barədə qərar qəbul edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, 1151 nömrəli məktubuna əsasən Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli iclas protokolunun tərtibi və qəbul edilmiş qərarlar üzrə qanunvericiliyin tələblərinə tam əməl olunmadığı, habelə nöqsanlara yoll verildiyi, bu səbəbdən Neftçala bələdiyyəsinə qanunvericiliyin müddəalarına ciddi riayət edilməsi barədə xx.xx.2022-ci il tarixli tövsiyə məktubu ünvanlandığı müəyyən edilmişdir. (Tövsiyə məktubu iş materiallarına əlavə edilmişdir) Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli növbədənkənar iclas protokolunun surətindən görünür ki, 23 aprel 2022-ci il tarixdə Neftçala şəhərində 9 nəfər bələdiyyə üzvünün iştirakı ilə növbədənkənar iclas keçirilmiş, iclasa E.B.Quliyev sədrlik etmişdir. İclasda Neftçala bələdiyyəsinin sədri İddiaçı Neftçala bələdiyyəsinin sədri vəzifəsindən azad edilməsi və Neftçala bələdiyyəsinin sədri vəzifəsinin bələdiyyə üzvlərindən birinə həvalə edilməsi müzakirə olunmuşdur. İclasda bələdiyyə sədrinə xx.xx.2022-ci il tarixdə teleqram vasitəsilə məlumat verildiyi bildirilmiş, onun mütəmadi olaraq bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına qərarlar verdiyi qeyd edilmiş və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanununun 19-cu maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə əsasən tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Daha sonra həmin iclasda bələdiyyə sədri vəzifəsinin bələdiyyə üzvlərindən birinə həvalə edilməsi müzakirə edilmiş və Neftçala bələdiyyəsinin sədri vəzifəsinin bələdiyyə sədri müavini X2 həvalə edilməsi və növbədənkənar iclas protokolunun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinə göndərilməsi qərara alınmışdır. Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli növbədənkənar iclas protokolunun surətinə baxış zamanı protokolun nömrələnmədiyi, möhürlənmədiyi, eləcə də səsvermənin nəticəsi olaraq bələdiyyə sədri müavini Jalə Sərdarzadənin namizədliyinə 6 nəfər əleyhinə səs verməsinə baxmayaraq ona bələdiyyə sədri vəzifəsinin həvalə edildiyi, iclasda iştirak etməyən 2 nəfər bələdiyyə üzvünə iclas barədə məlumat verilməsinə dair konkret fakt göstərilməmiş, əsaslandırma zamanı işin faktiki və hüquqi halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul olunarkən istinad olunan bütün qanunlar və normativ hüquqi aktlar göstərilməmişdir. Həmçinin qeyd edilən nöqsanlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsi tərəfindən Neftçala rayon Neftçala Bələdiyyəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli tövsiyə məktubunda da qeyd edilmişdir. İş materiallarında olan 24 may 2022-ci il tarixli, 2-1(120)-1703/2022 saylı Sərəncamı tərəflərə göndərilmiş, sərəncamda cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək, həmçinin, etirazı əsaslandıran sübutların məhkəməyə təqdim olunması tələb olunmuş və həmin tələblərin yerinə yetirilməsi üçün cavabdehə 27 iyul 2022-ci il tarixədək müddət təyin edilmişdir. Həmçinin tərəflərə iddia ilə bağlı özlərində olan bütün sübutların məhkəməyə təqdim olunması təklif edilmişdir. Lakin cavabdeh tərəfindən Sərəncamın tələbləri təmin edilməmiş, məhkəməyə iddiaya qarşı yazılı münasibət bildirilməmiş və iddianın əsassızlığına yönələn hər-hansı sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən dəftərxana vasitəsilə məhkəməyə mübahisələndirilən 23 aprel 2022-ci il tarixli növbədənkənar iclas protokolunun surəti və iclasın keçirilməsini təsdiq edən disk təqdim edilmiş, lakin keçirilmiş növbədənkənar iclasla bağlı iddiaçıya qanunvericiliklə müəyyən edilmiş müddətdə xəbərdarlıq edilməsi, qərarların iddiaçıya rəsmi qaydada təqdim edilməsi və s. kimi iş üçün mühüm əhəmiyyəti ola biləcək sübutlar təqdim edilməmişdir. Həmçinin cavabdehə leçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə, bu məlumatın vaxtında cavabdeh tərəfindən qəbul edilməsinə (poçt xəbərnamələrinə və qəbzə əsasən) baxmayaraq, keçirilən məhkəmə iclaslarında nümayəndəsi vasitəsilə təmsil olunmamış, iddiaya qarşı etirazını heç şifahi qaydada da bildirməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, aparılan inzibati icraat və məhkəmə qaydasında mübahisələndirilən inzibati akt barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya rəsmi məlumat verilməmişdir. Halbuki, bu qərarlar barədə iddiaçıya rəsmi məlumat vermək mübahisələndirilən aktları (qərarları) qəbul etmiş inzibati orqanın borcu idi. (Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatda olan bu işlə bağlı 10 noyabr 2020-ci il tarixli 2-1(106)-547/2020 saylı qərardadına əsasən Kollegiyanın mövqeyi də bu istiqamətdə olmuşdur) Cavabdeh tərəfindən məhkəməyə surəti göndərilən Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli növbədənkənar iclas protokoluna baxış zamanı həmin protokolun yuxarıda qeyd edilən eyni tarixli, eyni tərkibli, mahiyyət üzrə eyni olan protokoldan fərqli yazıldığı müəyyən edilmişdir. Fərqlilik bələdiyyə üzvlərinin birinci və sonuncu vərəqdə olan sıralamalarında, səs vermə hissəsində, bələdiyyə üzvü Cəfərov Ramil tərəfindən cavabdeh tərəfindən təqdim olunan protokola imza çəkməməsi hissəsində öz əksini tapmışdır. Həftənin şənbə günü çağırılan mübahisələndirilən 23 aprel 2022-ci il tarixli növbədənkənar iclas protokolu ilə bağlı cavabdeh tərəfindən dəftərxana vasitəsilə daxil olan 26 iyul 2022-ci il tarixli ərizədə İddiaçı hələ də Neftçala bələdiyyəsini tərk etmədiyi, rəsmi sənədləri, peçat – ştampı təhvil vermədiyi, bu səbəbdəndə digər sənədlərin göndərilə bilmədiyi qeyd edilmişdir. Həmin məktuba əlavə olunan “DİSK”ə baxış zamanı növbədənkənar iclasa sədrlik edən E.Quliyev tərəfindən İddiaçı məzuniyyətdə olması səbəbindən səlahiyyətlərinin müvəqqəti digər müavin Ramil Cəfərova təhvil verdiyini (həmçinin xidməti otağın açarıda), bu səbəbdən həftənin birinci günü 3 bələdiyyə üzvünün həmin otağa daxil olaraq rəsmi sənədləri, peçat – ştampı akt tərtib edərək Jalə Sərdarzadəyə təhvil verilməsi bildirilmişdir. Həmçinin baxış zamanı iclasın təcili xarakter almadığı, növbədənkənar iclasla bağlı digər 2 üzvə rəsmi məlumatın verildiyinin öz təsdiqini tapmadığı, sədrin qanuni formada olub-olmamasından asılı olmayaraq məzuniyyətdə olduğunu nəzərə alaraq iclasın digər bir vaxta keçirilə biləcəyi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə və yuxarıda qeyd edilənlərə əsasən protokol və qərarın tərtibi zamanı kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab edilir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 16.1 -ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 25.1-ci və 25.8-ci maddələrinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 28-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü inzibati icraatın başlanılması üçün əsasdır. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Həmin Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Bu Qanunun 51.1 -ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 58.1 -ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 59.1 -ci maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Həmin Qanunun 61 -ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 62.1-62.3-cü maddələrinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71-73-cü maddələrinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1 -ci və 2-ci hissələrinə əsasən, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1 -ci, 2-ci və 6-cı bəndlərinə əsasən, bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır.Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinin 3-cü bəndinə əsasən, öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə, bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə, bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla), əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə, qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə və qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda bələdiyyənin sədri və onun müavinləri vaxtından əvvəl vəzifədən azad edilə bilərlər. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına, iş materiallarına əlavə edilmiş sübutlara və işin faktiki hallarına əsasən məhkəmə, qanuni və əsaslı olduğundan iddianın təmin edilməli olduğu qənaətinə gəlir. Belə ki, İddiaçı bələdiyyənin sədri vəzifəsindən azad edilməsi və bələdiyyənin sədri vəzifəsinin bələdiyyə üzvü X2 həvalə edilməsi haqqında Neftçala rayonu, Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli qərarı, elə həmin tarixdə keçirilən bələdiyyənin növbədənkənar iclasında qəbul edilmişdir. Həmin iclasın keçirilməsi barədə iddiaçı iclas gününə azı 5 gün qalmış xəbərdar edilməmişdir. Xəbərdar edilmə ilə bağlı sübutetmə yükü inzibati orqan kimi bələdiyyənin üzərinə düşür. Lakin cavabdeh tərəfindən iddiaçının iclas gününə azı 5 gün qalmış xəbərdar edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq, iclas protokolunda, cavabdeh tərəfindən iddiaçıya teleqram vasitəsilə iclasa dəvət edildiyi və telefon vasitəsilə məlumat verildiyi qeyd olunmuşdur. Bununla bağlı da cavabdeh hər-hansı sübut təqdim etməmişdir. İddiaçı isə ona məlumat verilməsini inkar edir. Hətta bir anlıq cavabdehin bu dəlili qəbul edilməli olsa, bu özlüyündə sübut edir ki, iddiaçı iclas gününə azı 5 gün qalmış rəsmi xəbərdar edilməmişdir. Digər tərəfdən, qanunvericiliyin tələbinə əsasən, bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Yəni hazırki işə münasibətdə, əvvəlcə bir iclasda keçiriləcək növbəti iclasın gündəliyi təsdiq olunmalı, növbəti iclasda isə həmin gündəlikdə olan məsələlər müzakirə olunmalı olduğu halda, bu baş verməmişdir. Protokol bələdiyyənin möhürü ilə təsdiqlənməmiş və onun nömrəsi qeyd olunmamışdır. Həmçinin protokolda iclasda iştirak etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat mövcud deyildir (iştirak etməyən 2 üzvdən 1 -inin iddiaçı olduğunu nəzərə alsaq, digər 1 üzv barədə onun dəvət edilib-edilməməsi, iştirak etməmələrinə dair məlumat və s. ümumiyyətlə yoxdur). Bələdiyyə tərəfindən protokol təsdiqlənənədək iddiaçının onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ da məhdudlaşdırılmışdır. Eləcə də Ali Məhkəmə 2-1(102)-2603/19 saylı iş üzrə qəbul etdiyi 25 sentyabr 2019-cu il tarixli qərarında da analoji mövqedən çıxış etmiş və qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxslərin dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. Məhkəmə kollegiyası, həmçinin dinlənilmə hüququnun təmin edilməməsinin nəticəyə təsir etməsindən çıxış edir (İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsi). “İnzibati icraat haqqında” Qanunun inzibati orqanlara münasibətdə tətbiq olunan 67.2-ci maddəsindən fərqli olaraq, İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsi məhkəmələrin inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edilmiş inzibati aktları ləğv etməsinə yalnız o halda yol verir ki, həmin pozuntu ilə inzibati aktın qəbulu arasında səbəbli əlaqə mövcud olsun. Hazırkı işdə də vəziyyət məhz belədir. İddiaçı dinlənilmiş olacağı təqdirdə məhkəmə icraatındakı izahatına uyğun olaraq, maddi hüquq baxımından mövcud olan halları göstərərdi və bu, başqa bir qərarın qəbulu ilə nəticələnə bilərdi. Həmçinin məhkəmə belə qənaətə gəlir ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, bələdiyyə inzibati icraat barədə iddiaçıya məlumat verməli və işdə onun iştirakını təmin etməli olduğu, qərarları qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iddiaçıya məlumat verməyə və bu barədə onun mülahizələrini dinləməyə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, iddiaçını inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə, qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul etməyə, qərarlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı iddiaçının şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatı qərarda əks etdirməyə, qərarları yazılı şəkildə əsaslandırılmağa, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları, habelə qərarlar qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları düzgün göstərməyə, qərarların qəbul edilməsi haqqında iddiaçıya rəsmi məlumat verməyə, onun inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etməyə borclu olduğu halda bunları etməmiş, nəticədə qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini pozmuşdur. Mübahisələndirilən bələdiyyə qərarlarının qəbulu və iclas protokolunun tərtibi zamanı qanunvericiliyin tələblərinə tam əməl olunmaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsi tərəfindən Neftçala rayon Neftçala bələdiyyəsinə ünvanlanmış 10 may 2022-ci il tarixli məktubda da aydın şəkildə qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı bələdiyyənin sədri vəzifəsindən azad edilməsi və bələdiyyənin sədri vəzifəsinin bələdiyyə üzvü X2 həvalə edilməsi haqqında qərarlar bir-biri ilə əlaqəli olduğundan və ilkin qərar (vəzifədən azad edilmə) ləğv edildiyindən sonrakı qərar (vəzifənin həvalə edilməsi) da ləğv edilməli və İddiaçı bələdiyyənin sədri vəzifəsi işinə bərpa edilməlidir. Bundan başqa, məhkəmə müddət (iddia müddəti) ilə bağlı bəzi məsələləri qeyd etməyi zəruri hesab edir. Mübahisələndirilən qərar xx.xx.2022-ci ildə qəbul edilmiş, iddia ərizəsi isə məhkəmənin icratına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İddiaçı qərarın (protokolun) surətini 2022-ci ilin aprel ayının 27-i aldığını bildirir. Belə olduğu halda, qanunvericliyin tələblərinə əsasən, sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qərarların iddiaçıya təqdim olunması faktını və müddətini sübut etməyə borcludur. Cavabdeh isə zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Hətta iddiaçı tərəfindən iclas protokolu xx.xx.2022-ci il tarixdə deyil, protokolun tərtib edildiyi xx.xx.2022-ci il tarixdə də qəbul edilsə belə, yenə də iddiaçı tərəfindən müddət ötürülməmişdir. Belə ki, bələdiyyənin növbədənkənar iclasının protokolundan görünür ki, qərarlarda həmin qərarlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Belə olan halda, qanunvericiliyin tələblərinə uyğun olaraq, qərarlardan onların qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı heç bir halda qərarları mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1 .-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı bələdiyyənin sədri vəzifəsindən azad edilməsi və bələdiyyənin sədri vəzifəsinin bələdiyyə üzvü X2 həvalə edilməsi haqqında Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli iclas qərarı ləğv edilməli və Quliyev X5 rayonu Neftçala Bələdiyyəsinin sədri vəzifəsi işinə bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1 -ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Neftçala rayonu Neftçala bələdiyyəsinin sədri İddiaçı tutduğu vəzifədən azad edilməsi və Neftçala bələdiyyəsinin sədr vəzifəsinin X2 həvalə edilməsi barədə Neftçala rayonu Neftçala bələdiyyəsinin 23 aprel 2022-ci il tarixli iclas qərarı ləğv edilsin və Quliyev X5 rayonu Neftçala Bələdiyyəsinin sədri vəzifəsinə bərpa edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1703/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1703/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver