Məhkəmə qərarları › İş №2-1(120)-1706/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1706/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1706/2022 23.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyin0at üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyin0at üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2018-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə ə!illiyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq birdəfəlik ödənilməsi” tələbi üzrə inzibati işə 23 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1NETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2018-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2018-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır, xx.xx.2004-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlildir. xx.xx.2011-ci ildən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar müddətsiz müharibə əlillidir. Əmək və Əhalinin Sosial Miidafiəsi Nazirliyi yanmda Döv/ət Sosial Müdafiə Fondunun müvafıq rayon şöbəsindən 2004-cü ilin yanvar ayından 2018-ci ilin mart ayınadək əmək pensiyası almışdır. xx.xx.2018-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun müvafıq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfındən 2018-ci ilin aprel ayından etibarən ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosiaİ Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən ona xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddətə pensiyanın yenidən hesablanması barədə müraciət etmişdir. Lakin cavabdeh ona xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək qeyd etdiyi müddət üçün 3 il ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək müddət üçün ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsə də, cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiyanın məbləğinin ən çoxu üç il miiddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hesab edir ki, cavabdehin ona yazdığı cavab məktubları əsassız və qanunsuzdur. Belə ki, ona xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2018-ci ilədək Dövlət Sosial Miidaftə Fondunun müvafıq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanuna müvafiqdir. Əlavə qeyd edir ki, Ali Məhkəmənin 2-1(102)-1539/2021 nömrəli, xx.xx.2021-ci il tarixli analoji qərarına əsasən iddia tələbi haqlıdır və təmin edilməsi qanuna müvafiqdir. “X3” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanununa və həmin qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 saylı Fərmanı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksiyalar Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fonduna verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 saylı Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasэnэn Dцvlət Sosial Mьdafэə Fondu Haqqэnda Əsasnamənin” 8.5-ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçirilməsi, 8.6.1-ci maddəsində isə “X3” Azərbaycan Respublikasının Qanununa müvafıq olaraq “Əmək pensiyaları xərclərinin məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələюdirilməsinin təmin edilməsi” fondun əsas vəzifələrı kimi göstərilmişdir. Həmin Əsasnamənin 9.4-cü maddəsində “məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetmənin, əmək pensiyalarının təyin edilməsinin maliyyələşdirilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək” fondun əsas funksiyalarından biri kimi göstərilmişdir. Bundan basqa, “X3” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsində keçmiş müddət üçün alınmış əmək pensiyasınn məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi” göstərilmişdir. Belə ki, “X3” 07 fevral 2006-cı il tarixli 54-1110 nömrəli Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinə əsasən İ qrup müharıbə əlillərinə (o cümlədən, xidməti vəzifələrini yerinə yetirərkən əlil olanlara) müvafıq təminat xərcliyinin 100 faizi, İİ qrup müharibə əlillərinə 80 faizi, İİİ qrup müharibə əlillərinə 55 faizinin 2006-cı ilin yanvar ayından 2015-ci ilin aprel ayına qədər fərq məbləği qanunla tam şəkildə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı 16 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ‘xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin xx.xx.2018-ci ilədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Lakin qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulduğundan və İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7931,76 manat fərq məbləği xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə ödənildiyindən İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin xx.xx.2018-ci ilədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi 2ci dərəcəli əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “X3” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8.10.2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadına müvafiq olaraq “X3” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmıs, lakin əmək pensiyasınm təyin edilməsi və ya venidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmis səxslərə münasibətdə də tətbiq edilməlidir. Belə ki, Fondun Suraxanı rayon şöbəsinin 16 mart 2018-ci il tarixli, 63 nömrəli məktubundan məlum olur ki, İddiaçı xx.xx.2018-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 6 mart 2018-ci il tarixli MN-10169 nömrəli məlumat vərəqəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlillliyə görə təminat xərcliyinin (509,00 manat) 80 faizi-407,20 manat məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “X3” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı münasibətdə təyin edilmiş əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7931,76 manat fərq məbləği xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq bildirirlər ki, hazırda mərkəzi filial tərəfindən İddiaçı “X3” Qanunun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (671,00 manat) 80 faizi- 536,80 manat məbləğində əmək pensiyası ödənilir, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla 53,68 manat maddi yardım müvafiq kart hesabına köçürülür. Qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulduğundan və İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7931,76 manat fərq məbləği xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə ödənildiyindən onun xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin xx.xx.2018-ci ilədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanaraq birdəfəlik ödənilməsinə dair tələbi əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli zona Tibbi Sosial Ekspert Komissiyasının AR seriyalı 688722 nömrəli, 925995 nömrəli, SER TSE-01 seriyalı 082904 nömrəli, 287051 nömrəli, 509370 nömrəli və 060587 nömrəli arayışlarından görünür ki, İddiaçı «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» səbəbilə əvvəlcə üçüncü, sonra ikinci və nəhayət müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 109 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 14 yanvar 1993-cü il tarixdə aldığı yaralanma ilə əlaqədar xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissənin tibb taborunda, xx.xx.2000-ci ildən xx.xx.2001-ci il tarixədək “Azərsutikinti” xəstəxanasında müayinə və müalicə olunmuş, yaralanmanın hərbi xidmətlə səbəb-əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilmişdir. İş materiallarından, o cümlədən işdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXNSİİ Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli 18/917 nömrəli qərarından görünür ki, iddiaçının müraciətinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi zamanı səbəbilə İİ dərəcə əlillik təyin edilmiş, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 6 mart 2018-ci il tarixli MN-10169 nömrəli məlumat vərəqəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlillliyə görə təminat xərcliyinin (509,00 manat) 80 faizi- 407,20 manat məbləğində əmək pensiyası təyin edilmiş və həmin tarixdən əvvəlki üç il müddət üçün yenidən hesablanmışdır. İş materiallarında olan cavabdeh təşkilatın 26 may 2022-ci il tarixli **********6 nömrəli məktubundan və iddiaya qarşı etirazından görünür ki, iddiaçı 16 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin xx.xx.2018-ci ilədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmiş, lakin qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulduğundan və İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7931,76 manat fərq məbləği xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissəhissə ödənildiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2004-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlillik, xx.xx.2011-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin olunmuş, Əmək və Əhalinin Sosial Miidafiəsi Nazirliyi yanmda Döv/ət Sosial Müdafiə Fondunun miivafıq rayon şöbəsindən 2004-cü ilin yanvar ayından 2018-ci ilin mart ayınadək əlilliyə görə əmək pensiyası almış, xx.xx.2018-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun müvafıq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmış, 2018-ci ilin aprel ayından etibarən ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiyanın ödənişinə başlanılmış, iddiaçı Əmək və Əhalinin Sosiaİ Müdafıəsi Nazirliyi yanmda Döv/ət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiyasının yenidən hesablanması barədə müraciət etmiş, cavabdeh ona xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək miiddət üçün 3 illik ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək müddət üçün ödəniş etməkdən imtina etmişdir. İddiaçı hazırda xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək ödənilməyən pensiya fərqinin ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “X3” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanununun 20.1.12-ci maddəsinə əsasən bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanununun 20.16.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin-100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31- 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-55 faizi müəyyən edilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi "X3” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüqunun yarandığı dövrdə qüvvədə olmuş "Hərbi qulluqçuları pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin, yəni xx.xx.2018-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə ə!illiyə görə aldığı pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi”ni tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əsaslarla 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əsaslarla 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar