Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1707/2023 18.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X2 Filialı üçüncü şəxs qismində cəlb edilməklə) qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-2369/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə iddiası üzrə zəruri cəlb etmə qaydasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X2 Filialı adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixdə iş axtaran kimi qeydiyyata alınmışdır. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünəməşğulluq proqramina cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsait ayrılmışdır. Hər bir keçi üçün ayrılan vəsait göstərilməklə, ümumilikdə nə qədər vəsait ayrılması və ayrılmasına dair sənədlərin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Artıq bu tələblə məhkəməyə 3-cü dəfədirki müraciət edir. Lakin hec bir müraciətimə düzgün cavab verilməmişdir. Bu isə “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərini kobut şəkildə pozur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verdiyim sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsait ayrılması barədə məlumatın ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X2 Filialının iddiaçıya ünvanladığı 03 noyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubdan göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş müraciətə Nazirliyin tabeliyində X1 X2 filialında baxılmışdır. Müraciətin araşdırılması məqsədilə xx.xx.2022-ci ii tarixində Fiiialın əməkdaşı böyük mütəxəssis - X4 tərəfindən (***-***-**-**) telefon (***-***-**-**) əlaqəsi saxlanılaraq Sizinlə ətraflı söhbət aparılmışdır. Danışıq zamanı istəyinin cəlb olunduğu özünüməşğulluq proqramı üzrə verilən aktivlərin dəyəri barədə məlumatın verilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir.Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində 27 noyabr 2019-cu il tarixdə işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlər Nazirlik tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib gələn təchizatçı şirkət tərəfindən alınaraq təhvil verilir. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünüməşğulluq proqramına cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. Verilən aktivlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kliniki baxış keçirilmiş aktivlərin sağlam olması barədə akt tərtib olunmuşdur. Əlavə olaraq Sizə aktivlər verilərkən təhvil-təslim ilə bağlı video çəkiliş aparılmış çəkiliş zamanı tam razı qaldığı bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Nazirliyin tabeliyində X1 X2 filialında işaxtaran kimi qeydiyyata alınaraq özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət etmişdir. Seçim mərhələsindən sonra sözügedən proqramda iştirakı məqsədəmüvafiq hesab edilmiş və xx.xx.2019-cu il tarixdə təşkil olunmuş təlim kursunda iştirak edərək biznes planını uğurla müdafiə etmişdir. xx.xx.2019cu il tarixdə müvafiq aktı imzalamaqla təchizatçı şirkət tərəfindən aktivlərlə təmin olunmuşdur. Eyni zamanda, aktivlərin dəyərinin özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müdafiə etdiyi biznes planındakı məbləğlər əsasında deyil, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq imzalanan müqavilə əsasında müəyyən olunduğu izah edilmişdir. Agentliyin təqdim etdiyi məlumata əsasən Sizə verilmiş aktivlərin tələf olması ilə bağlı Filiala heç bir sənəd təqdim etməmişdir. Bundan əlavə, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-2/2- 15694/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və üçüncü şəxs qismində Nazirliyin tabeliyində X1 X2 filialına qarşı “sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqaviiə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın ona verilməsi barədə” iddi tələbi ilə əlaqədar inzibati məhkəmə işi üzrə tərəfindən Nazirliyə ünvanlanan 23 dekabr 2022-ci il tarixli 2-1(120)- 3469/2022 nömrəli məhkəmə sorğusuna Agentlikdə baxılmışdır. İddiaçı teleqram vasitəsilə etmiş olduğu xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri uyğun olaraq xx.xx.2022 tarixli **********9 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli, xx.xx.2022-ci il tarixli **********9 nömrəli və xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktublarla cavablandırılmışdır (əlavə olunur).Özünüməşğulluq proqramı çərçivəsində xx.xx.2019-cu il 191 nömrəli tarixli müqaviləyə əsasən "Keçiçilik təsərrüfatı" zərfinə daxil olan əmlaklar (20 baş keçi, 2 baş təkə) İddiaçı istifadəsinə verilmişdir. Qanunvericiliyə uyğun olaraq tərəflərarası müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə vətəndaşın fəaliyyətinə yekun monitorinq keçirilmiş və əmlaklar iddiaçı F. Salmanovun mülkiyyətinə verilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı informasiya sorğusu barədə müraciətinə xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla cavab verilmişdir. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X2 Filialı üçüncü şəxs qismində cəlb edilməklə) qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1707/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1707/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver