Məhkəmə qərarları › İş №2-1(120)-1708/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1708/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1708/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “doğumu haqqında ünvan 3 İƏN-i tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 36 nömrəli akt qeydində uşaq haqqında məlumatlar qrafasında düzəliş olunaraq, adının “Esmira”, doğum tarixinin “xx.xx.1962-ci il” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş və doğumu ünvan 3 İƏN tərəfindən dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Şəxsiyyətini təsdiq edən sənəd olan AZE0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi isə sonuncu dəfə ona xx.xx.2012-ci ildə Şirvan şəhər Polis şöbəsinin PVŞV bölməsi tərəfindən verilmişdir. Qısa müddət öncə sənədləşmə işi ilə əlaqədar doğumu haqqında şəhadətnamə təqdim etməyinə zərurət yaranmışdır ki, həmin sənəd onda olmadığı üçün Cavabdehnə müraciət etmiş, lakin həmin qurumun arxivində doğumu barədə sənəd aşkarlanmamışdır. Bundan sonra yaşları çox olan ailə üzvlərindən əldə etdiyi məlumat əsasında məlum olmuşdur ki, əslində doğularkən ilkin halda adı “Ağabəyim” yazdırılmış, lakin bu adın yazılması digər ailə üzvəri tərəfindən narazılıqla qarşılandığı üçün müasir ad vermək məqsədilə icra nümayəndələrində ilkin şəhadətnamə geri qaytarılmaqla Esmira adı ilə yeni doğum haqqında şəhadətnamə alınmışdır. Nəticə etibarı ilə də bu səbəbdən doğumu barədə arxiv sənədində adı Ağabəyim, onda olan sənədlərdə isə adı Esmira yazılmışdır. Eləcə də digər törəmə və hüquqmüəyyənedici bütün sənədlərdə adı "Esmira”dır. Adının ilkin halda Ağabəyim, sonradan Esmira kimi yazılmasında isə onun heç bir təqsiri olmamış və ümumiyyətlə bu məsələdən qısa müddət öncə xəbərdar olmuşdur. Bildirir ki, 1962-ci ildə atası X9 ilə anası X1 birgə nikahından o, Esmira doğulmuş və onunla birgə doğulan əkiz bacı və ya qardaşı olmamışdır. Göstərdiyi bu fakt isə onu deməyə əsas verir ki, düzəliş olunmasını istədiyi doğum haqqında akt qeydi ona məxsus sənəd olmuş, lakin yuxarıda qeyd etdiyi səbəbə görə həmin arxiv sənədində adı “Ağabəyim”, ona verilmiş şəhadətnamədə isə adı “Esmira” yazılmışdır. Ona görə də hesab edir ki, doğumu haqqında akt qeydinə düzəliş olunmalı və ona yeni şəhadətnamə verilməlidir. Eyni zamanda şəxsiyyət vəsiqəsində, eləcə də bütün digər sənədlərində doğum günü 09-u yazılmışdır ki, bu səbəbdən doğum tarixində müvafiq düzəliş olunması zəruridir. Beləliklə, hazırda doğumu haqqında şəhadətnamənin olmaması ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Digər tərəfdən isə doğumu haqqında müvafiq sənədlərə düzəliş edilməsi tələbindən rəsmi qaydada imtina olunmuşdur ki, göstərdiyi bu hal da onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına Cavabdeh nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddiaçını dinləyərək,iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, iş materialarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanıda qeydiyyatdadır. Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 İƏN tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 36 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Ağabəyim”, doğum tarixi “xx.xx.1962-ci il” yazılmış və həmin akt qeydinin üzərində hər hansı dəyişiklik edilməsinə dair heç bir qeyd aparılmamışdır. Beləliklə, mövcud məsələ üzrə inzibati icraat qaydasında Esmira və Ağabəyim adlı şəxslərin eyniləşdirilməsi mümkünsüzdür və belə olan halda düzəlişlə bağlı tələbiniz inzibati qaydada təmin oluna bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1.-ci maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normalarda, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 8-ci bəndini rəhbər tutaraq, müvafiq doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin ad və doğum tarixinə dəyişiklik edilməsi tələbinin icrasından imtina olunur. Azərbaycan SSR Mədəniyyət Nazirliyi Əli Bayramlı şəhər Mədəniyyət və İstirahət parkının xx.xx.1989-cu il tarixli, M3 nömrəli diplomundan görünür ki, 1962-ci il tarixdə anadan olmuş İddiaçı dərzi ixtisası üzrə Azərbaycan SSR Mədəniyyət Nazirliyi Əli Bayramlı şəhər Mədəniyyət və İstirahət parkında təhsil almışdır. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 13234 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məlumat üçün bildirir ki, verdikləri məlumat sorğuda göstərilən şəxslərin yuxanda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə aparılmış yoxlama zamanı X2 ana qismində qeyd edildiyi iki doğum, X4 ilə X6 ər-arvad qismində qeyd edildiyi nikah və sonuncuların valideyn qismində qeyd edildiyi bir doğum haqqında Qarabağlı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş akt qeydləri aşkarlanmış, 09(19).01.1962-ci il təvəllüdlü İddiaçı isə doğumu və sonuncunun ana qismində qeyd edildiyi hər hansı akt qeydi aşkar edilməmişdir. Vətəndaş İddiaçı müraciətinə baxılmasının nəticəsi barədə və informasiya sistemində aşkar edilmiş, kağız daşıyıcıları şöbənin arxivində saxlanılan həmin akt qeydlərinin təsdiq olunmuş surəti göndərilir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 15 №-li əlavəsinə əsasən nikaha daxil olmaq haqqında ərizələr, dövlət rüsumunun ödənilməsinə dair və ərizələrə əlavə edilən digər sənədlərin saxlanma müddəti 5 (beş) il müəyyən olunduğu üçün sorğu məktubunun nikah haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş sənədlərin göndərilməsinə dair hissədə icrası mümkünsüzdür. xx.xx.1962-ci il tarixli, 36 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1962-ci il tarixdə anadan olmuş, atası X13, anası X3r. X12 filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh 1949-cu ildən hal-hazıra kimi doğum, nigah və ölüm aktları filiala təhvil verilmədiyi üçün, İddiaçı xx.xx.1962-ci il doğum tarixini və 15 iyul 1960-cı il tarixdə bağlanmış nikahı təsdiq etmək mümkün olmadı. Şirvan şəhər Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məktubda adı göstərilən şəxs həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxs ünvan 8 ünvanında 2005-ci il tarixdən qeydiyyatdadır. Həmin şəxsə ilk dəfə xx.xx.2005-ci il tarixində Şirvan ŞPŞ tərəfindən AZE 02481899 serialı şəxsiyyət vəsiqəsi verilmişdir. Salyan rayonu İcra hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, barəsində soruşulan İddiaçı Salyan rayonu Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə qeydiyyatda yoxdur və ərazidə yaşamır. İddiaçı mərhum atası və anası Salyan rayonu Kərimbəyli kənd sakinləri olmuşlar və həmin ərazidə yaşamışlar. İddiaçı ailə üzvlərindən yalnız bir bacısı, X10 (xx.xx.1956-cı il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuşdur və Qarabağlı kəndində qeydiyyatdadır) Kərimbəyli kəndindən Qarabağlı kəndinə ərə gəlmişdir və hazırda Qarabağlı kəndində yaşayır. Qeyd: Məlumat üçün bildirir ki, Kərimbəyli kəndi 2006-cı ilədək Qarabağlı kənd Ərazi nümayəndəliyinin tərkibində olmuşdur. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Mülki Məcəllənin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il taruxli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - (2.5.1.) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; - (2.5.2.) valideynlərin nikah haqqında şəhadətnaməsi; - (2.5.3.) doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; - (2.5.4.) uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; - (2.5.5.) uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; - (2.5.6.) uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; - (2.5.7.) valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, mövcud qanunvericilik doğumun qeydə alınması üçün təqdim edilməli sənədlərin siyahına doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədi, eləcə də müvafiq sənədlər, o cümlədən tibb müəssisəsinin sənədi olmadıqda doğumla bağlı məhkəmə qətnaməsinin (qanuni qüvvəyə minmiş) olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçının doğulması ilə bağlı əsas sənəd doğum haqqında akt qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı doğum tarixi 19 yanvar 1962-ci il, isə Ağabəyim kimi qeyd edilmiş və 19 fevral 1962-ci il tarixdə də tərtib edilmişdir. İddiaçı qeyd edir ki, o, xx.xx.1962-ci il tarixdə doğulmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki doğum tarixinin və adının düzgün göstərilməməsi ilə bağlı heç bir sübut, yəni doğum tarixinə “xx xxxxxx 1962-ci il” adının isə “Esmira” kimi düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, həmçinin onun adı və doğum tarixi ilə bağlı sonradan akt qeydində müvafiq dəyişiklik edilmədiyindən və kifayət qədər əsas mövcud olmadığından onun tələbi əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni hesab edilməlidir və iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz. İddiaçı ad və doğum tarixinə dair sonradan dəyişiklik edilməklə yeni şəhadətnamə alınmasını qeyd etsə, bu hal heç bir mötəbər sübutla öz təsdqini tapmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının adının və doğum tarixinin dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “doğumu haqqında ünvan 3 İƏN tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 36 nömrəli akt qeydində uşaq haqqında məlumatlar qrafasında düzəliş olunaraq, adının “Esmira”, doğum tarixinin “xx.xx.1962-ci il” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar