Məhkəmə qərarları › İş №2-1(120)-1718/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1718/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1718/2022 02.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad rayon Polis Şöbəsinə qarşı «üçüncü şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh Sabirabad rayon Polis Şöbəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X9 ilə 29 fevral 1972-ci ildə rəsmi nikaha daxil olaraq Sabirabad rayon VVAQ şöbəsi tərəfindən 31 saylı nikahla qeydə alınmaqla ailə həyatı qurmuşlar. Bu barədə Sabirabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, İİ-JQ 489579 nömrəli nikah haqqında şəhadətnamədə ətraflı qeydlər vardır. Birgə nikah dövründə Sabirabad Rayon Qalaqayın X19 24 mart 1981-ci il tarixli, 3 nömrəli protokolundan Çıxarışla fərdi yaşayış evi tikmək məqsədilə mərhum həyat yoldaşı X6 0,25 hektar (25 sot) həyatyanı torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi üzərində 1984-1988-ci illər ərzində fərdi yaşayış evi və digər adda tikinti işləri aparmışlar. Bu haqda iddia ərizəsinə əlavə etdiyi yaşayış evinə dair Reystr nömrəsi **********41-10301 olan Texniki Pasportun texniki göstəriciləri hissəsində ətraflı qeyd olunmuşdur. 2001-ci ilin aprel ayının 23-də həyat yoldaşı X9 vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququna əsasən birgə nikah dövründə əldə olunan daşınmaz əmlak ona qalmışdır. Bu barədə ona notariat kontoru tərəfindən xx.xx.2002-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra ona DƏDRXnın 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən sözügedən mülkiyyətə dair xx.xx.2014-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* saylı Reyestrdən ÇİXARİŞ verilmişdir. Bu yaxınlarda, yəni Sabirabad ASAN xidmət Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası DİN Pasport, Qeydiyyat və Miqrasiya şöbəsi tərəfindən təqdim olunan xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan ona məlum olmuşdur ki, Sabirabad RİHB-nın Qaralar kənd İƏD-si üzrə nümayəndəlikdə qeydiyyatda olan X10 onun xəbəri və rəsmi razılığı olmadan onun fərdi yaşayış evində rəsmi qeydiyyata düşmüşdür. Bu barədə o, cavabdeh orqana xx.xx.2022ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində üçüncü şəxsin qeydiyyata alınmasının hüquqi əsasılılığı barədə yazılı məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən ona verilən xx.xx.2022-ci il tarixli, 018-741OA-3222 saylı məktubla yalnız Ruhiyyə Allahverdiyevanın xx.xx.2005-ci il tarixdə Sabirabad şəhəri, Muğan prospekti, 9 ünvanında qeydiyyatda olması göstərilsə də bunun hansı hüquqi əsasla yaranma səbəbi gösətrilməmişdir. Həmin məktubda qeyd olunan tarixlə ASAN Sabirabad Xidməti tərəfindən verilən arayışda belə ziddiyyət vardır. Bildirmək istəyir ki, 2005-ci ilin may ayında o, Azərbaycan Respublikası DİN-nin Hospitalında stasionar müalicədə olmuşdur. Üçüncü şəxsin onun evinə qeydiyyata düşməsinə heç vaxtı rəsmi razılıq verməmişdir. Hesab edir ki, inzibati orqan onun razılığı olmadan üçüncü şəxsi qanunsuz olaraq onun evinə rəsmi qeydiyyata almışdır. Üçüncü şəxsin onun xüsusi mülkiyyətinə cavabdeh tərəfindən qeydiyyata alınması onun mülkiyyət hüququnu pozmuşdur. Ona görə də o, cavabdehə qarşı üçüncü şəxsin onun xüsusi mülkiyyətində olan evindən qeydiyyatdan çıxarlımasına dair iddia qaldırmağa məcbur olmuşdur. İddiaçı göstərilənlərə əsaslanaraq, üçüncü şəxs X4 onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndələri X11 və X5 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişlər. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X11 və X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndələrini dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İş materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi hazırkı İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 96 saylı məktubunda bildirilmişdir ki, X10 hazırda ünvan 4 ünvanında yaşamır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(032)-1103/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh X7 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, X11 ilə X10 arasında xx.xx.2003cü il tarixdə Sabirabad rayon VVAQ şöbəsində bağlanmış və 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Sənan qızı, xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X8 anaları X4 yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 ümumi gəlirlərinin yarı hissəsində aliment və eyni zamanda əlavə olaraq hər ay, hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq X7 verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(032)-739/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X7 qarşı “yaşayış sahəsinin boşaldılması” tələbi barədə ilkin iddia tələbinin təmin edilməməsi, X4 İddiaçı qarşı “evə köçürülmə” barədə qarşılıqlı iddia tələbi təmin edilərək, X4 yetkinlik yaşına çatmayan övladları-xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X14 ilə birlikdə Sabirabad şəhəri, Muğan prospekti, 9 nömrəli evə köçürülmələri və Ruhiyyə Allahverdiyevanın həmin evdə digər sakinlərlə bərabər eyni imkanlarla yaşaması hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaradılan manelərin İddiaçı qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə görə yaşayış yerini dəyişdikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hazırkı İddiaçı mülkiyyətində olduğundan, üçüncü şəxs X10 həmin evdə yaşamadığından, eləcə də onun həmin evdə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh və ya üçüncü şəxsin özü tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, üçüncü şəxsin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sabirabad rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sabirabad rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar