Məhkəmə qərarları › İş №2-1(120)-1718/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1718/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1718/2025 10.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydinə ləğv edilməsi barədə tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsevər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında akt qeydinin ləğv edilməsi” barədə tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Qeydiyyat şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1995-ci il tarixdə Beyləqan rayonunun Tatalılar kəndində doğulan İmanova (Abbasova) Elnarə Əli qızının adına verilmiş İİİ-JQ 323840 saylı ölüm haqqında şəhadətnamədə yalnış olaraq qeyd edilmiş X10 adı dəyişdirilməklə yeni ölüm haqqında şəhadətnamə verilərkən (bacısının adı) X1 qeyd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.1986-cı il tarixli 9 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci il tarixdə Beyləqan rayonunda o və ekiz bacısı X7 doğulmuşdur. Onun qızlıq soyadı Abbasova olmuşdur. Nikaha daxil olduqdan sonra İmanova soyadına dəyişilmişdir. O, yenidən şəxsiyyət vəsiqəsi almaq istəyərkən ona bildirilmişdir ki, o ölmüş şəxs olduğu üçün ona şəxsiyyət vəsiqəsi verilə bilməz. Bundan sonra hazırkı tələbi ilə cavabdeh inzibati orqan Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi onun tələbini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdehin inzibati orqanın iddiaya dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır.İddia mümkündür. Faktiki hallar və sübutlar: Xİ-ЖГ seriyalı 277919 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.1985-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabıənda 1985-ci ilin dekabr ayının 7-ci günündə 149 №- ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında X12, ana qrafasında isə X5 qeyd olunmuşdur. Beyləqan RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş xx.xx.2020-ci il tarixədək etibarlı olmuş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci ildə Beyləqan rayonu Tatalılar kəndində doğulmuşdur. Beyləqan rayon Tatalılar kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 347519 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə X10 xx.xx.2008-ci ildə nikaha daxil olmuşdur. Bu barədə nikah haqqında akt qeydləri kitabında 2008-ci ilin may ayının 14 günün də 05 № ilə qeyd edilmişdir. Nikha bağlandıqdan sonra ərə İmanov, arvada İmanova soyadı verilmişdir. Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 59 №-li, xx.xx.2024-cü il tarixli Tibbi arayışda Beyləqan rayonu, Tatalılar kənd sakini 1985-ci il təvəllüdlü İmanova (Abbasova) Elnarə Əli qızının həqiqətən sağsalamat olduğu, bu şəxsə ölüm haqqında tibbi şəhadətnamə almaq üçün Bbeyləqan Rayon Mərkəzi Xəstəxanasına müraciət olunmadığı qeyd edilmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Tatalılar kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 27 №-li, xx.xx.2025-ci il tarixli arayışında İmanova (Abbasova) Elnarə Əli qızının Beyləqan rayonu Tatalılar kəndində yaşadığı, ailə tərkibi qaynanası X6, qardaşı X8, bacısı X11 olduğu qeyd edilmişdir. Beləqan rayon Qeydiyyat şöbəsinin 241 №-li, xx.xx.2015-ci il tarixli 241 №-li rəyindən müəyyən olunur ki, Qeydiyyat şöbəsi tərəfindən Abbasova (İmanova) Elnarə Əli qızının mərhum bacısı X3 ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: Cavabdeh 05/13-444 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, doğum haqqında akt qeydlərinin hər ikisi Beyləqan rayonu Tatalılar Feldşer mama məntəqəsinin xx.xx.1985-ci il tarixli arayışına əsasən tərtib olunmuşdur. Məktuba əlavə olunmuş: 149 №-li, xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında uşağın adı Elnarə, ata adı Əli, soyadı Abbasova, doğum tarixli xx.xx.1985-ci il qeyd olunmuşdur. 150 №-li, xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında uşağın adı Gülnarə, ata adı Əli, soyadı Abbasova, doğum tarixli xx.xx.1985-ci il qeyd olunmuşdur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-13-12/2- 218549/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təsdiq olunaraq məhkəməyə geri qaytarılmış tələbnamədə İddiaçı barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmadığı qeyd olunmuşdur. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətin 3-38-2/33-3939/4 saylı, xx.xx.2024-cü il tarixli cavab mktubunda xx.xx.1985-ci il təvəllüdlü İmanov (Abbasova) Elnarə Əli qızının dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2015-ci il tarixdə çıxışı İran, xx.xx.2015-ci ildə giriş İran, xx.xx.2015-ci il tarixdə çıxış İran, xx.xx.2015-ci il tarixdə giriş İran qeyd olunmuşdur. Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 3-16-5/4-13-10016/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda E.Abbasovanın xx.xx.1985-ci ildə Beyləqan rayonunun Eyvazallar icra nümayənəliyində tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1939-cu il təvəllüdlü X12, anasının isə xx.xx.1953-cü il təvəllüdlü X5 olduğu məlum olmuşdur. Valideyinləri Ə.Abbasov və Z.Abbasova olan xx.xx.1985-ci il təvəllüdlü Gülnarə Abbasovanın və xx.xx.1989-cu il təvəllüdlü Elnurə Abbasovanın doğumları Beyləqan rayonunun Eyvazallar İcra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh 05/13-519/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş 09 №-li xx.xx.1986-cı il tarixli ölüm haqqında akt qeydində X4 xx.xx.1986-cı il tarixdə öldüyü qeyd olunmuşdur. Beyləqan rayon Polis Şöbəsinin 44/3013-67/2-15910/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş fərdi uçot kartoçkasının surətindən təqdim olunmuşdur. Beyləqan RİHB-nın Tatalılar kən ərazi nümayəndəliyi tərəfindən verilmiş cavab məktubunda 26.10.195-ci il təvəllüdlü X3 ölümünə dair nümayəndəlikdə heç bir qeydiyyat olmadığı bildirilmişdir. Məktuba əlavə olunmuş ünvan 1 ünvanlanmış məktubda Tatalılar kənd sakini xx.xx.1985-ci il təvəllüdlü X3 ölümünə dair nümayəndəlikdə heç bir qeydiyyat aparılmamışdır və arxiv sənədləri saxlanılmır. İddiaçının ölüm haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 14 may 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X4 ölüm haqqında akt qeydində düzəliş edilməsindən imtina edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Alə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (maddə 158.2). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər (maddə 158.3) Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (159.2). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 160.1). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (maddə 160.2) Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir (maddə 161.1) Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər (maddə 161.2) Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır (161.3) Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür (maddə 161.4) Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir (maddə 163.1) Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür (maddə 163.3) Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir ( maddə 164.1) İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarında Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydası aşağıdakı kimi qeyd olunmuşdur: Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir( 23-cü bənd) Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər ( 26-cı bənd). Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır (27-ci bənd) Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. (28-ci bənd). Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində .Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir (30-cu bənd) “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasəhn inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarında olan Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 59 №-li, xx.xx.2024-cü il tarixli Tibbi arayışda Beyləqan rayonu, Tatalılar kənd sakini 1985-ci il təvəllüdlü İmanova (Abbasova) Elnarə Əli qızının həqiqətən sağsalamat olduğu, bu şəxsə ölüm haqqında tibbi şəhadətnamə almaq üçün Bbeyləqan Rayon Mərkəzi Xəstəxanasına müraciət olunmadığı qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Beyləqan rayon X9 tərəfindən Abbasova (İmanova) Elnarə Əli qızının adına xx.xx.1986-cı il tarixdə ölüm haqqında qeyd aparılarkən onun sağlam olması nəzərə alınmamışdır. İddiaçı Abbasova (İmanova) Elnarə Əli qızı adına ölüm haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə olan halda həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İmanova (Abbasova) Elnarə Əli qızının 28 aprel 1986-cı ildə Beyləqan rayonu Tatalılar kəndində ölümünə dair tərtib edilmiş xx.xx.1986-cu il tarixli 09 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İmanova (Abbasova) Elnarə Əli qızının 28 aprel 1986-cı ildə Beyləqan rayonu Tatalılar kəndində ölümünə dair tərtib edilmiş xx.xx.1986-cu il tarixli 09 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar