Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1719/2025 13.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı “Qapalı kəllə beyin travması” sonrası sağlamlığını itirməyini nəzərə alıb müharibə əlilliyi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli xxxxxxx0004 №-li qərarının ləğv olunması, qərar ləğv olunduğu tarixdən ona yəni İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar orqanizim funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 10 ildən artıq müddət ərzində Azərbaycan Respublikası MN-nin MAHXHQ-cu kimi xidmətdə olmuşdur. 2016-cı ildə baş vermiş Aprel Döyüşlərində iştirak etmişdir. 2014-cü ildən 2023-cü ilin fevral ayına kimi MNnin N saylı hərbi hissəsində MAHXHQ əsgəri kimi xidmətdə olmuşdur. Həmin dövrdə 27 sentyabr 2020-ci ildən 25 oktyabr 2020-cı il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “Vətən Müharibəsi”ndə sürücü yanacaqdoldurucu vəzifəsini icra etmişdir. Döyüş zonasına daim yanacaq daşımışdır. Müharibə zamanı 25 oktyabr 2020-ci ildə Xocavənd rayon ərazisində aparılan döyüşlər zamanı hərbi texnikalara yanacaq dolduran zaman düşmən tərəfindən atılan mərminin yaxınlıqda partlaması nəticəsində yaranan zərbə dalğasından yıxılmaqla kəllə beyin tarvması almışdır. Mərmi təxminən mənim 10 mert yaxınlığına düşmüşdür. Həmin gün o huşsuz halda Ağcabədi rayon MX-na təxliyə olunmuşvə xəstəxanada yardım alaraq hərbi hissəyə qayıtmışdır. Orada müayinə olunan zaman ona “Barotravma Qapalı kəllə beyin travması” təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Hərbi hissə komandiri tərəfindən də 1929 nömrəli “Travma haqqında” arayış verilmiş və həmin arayışda onun mərmi partlaması nəticəsində “Barotravma Qapalı kəllə beyin travması" aldığı göstərilmişdir. Aldığım xəsarətdən sonra şiddətli baş ağraları. əsəbilik, qulaqlarındakı küy və yuxusuzluq səbəbindən hərbi hissə komandanlığı tərəfindən ixtiisaslaşdırılmış müayinə üçün MN BKH-ya göndərilmişdir. Onkologiya bölməsində 28 gün müddətinə “Qalxanabənzər vəzin popilyar karsinoması, pTbNxMx mərhələli. Vegtativ damar distoniyası, İkincili hissəvi adentiya diaqnozu ilə stsionar müayinə və müalicə olunaraq xx.xx.2021-ci il tarixdə “Total tireoidektorniya” cərrahi əməliyyatı icra olunaraq “Xəstəliklər cədvəli”nin 8c,13 ç maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008- ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən 30 gün məzuniyyət verilmişdir. Bundan sonra da hərbi hissədə xidmətimi davam etdirdiyi zaman əsəbilik, ətraf qıcıqlara dözümsüzlük, mübahisə və münaqişələrə meyillik. həyəcan, yaddaşın zəifləməsindən, başında olan ağrılardan, yuxunun pozulması, döyüş səhnələrinin təkrar-təkrar yaşanması kimi narahatlıqları davam etmişdir. Bu səbəbdən hətta hərbi hissə tərəfindən onun qeyri adi hərəkətlərə yol verməyi ilə bağlı xx.xx.2022-ci il tarixli, 3456 nömrəli akt tərtib edilmiş və onun haqqında həmin aktda “ davranışlarında tez tez hər adi şeyə əsəbləşməsi, yuxuya gedə bilməməsi yaddaş zəifliyi, gün ərzində əhvalının tez tez dəyişməsi, yoldaşları ilə münasibət qura bilməməsi, başında olan ağrılardan şikayətlənir” kimi ifadələr yer almışdır. Bununla əlaqədar hərbi hissə komandanlığı tərəfindən müayinə və müalicə üçün MN BKHya göndərilmiş və 23 gün müddətində Psixiatriya bölməsində “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyinsilkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, asteno nevrotik təzahürlər və s ciddi xəstəliklər mənim sağlamlığımı itirməyimə səbəb olmuşdur.Aldığı travmadan sonra həmçinin onda onkoloji xəstəlik əlamətləri büruzə vermiş və o, hal hazırda onkoloji xəstə kimi nəzarətdədir. Ağ ciyərində 90 faiz metastaz baş verməsi mümkündür, həmçinin ağ ciyərində pnevmaniya olmuşdur. Qalxanvari vəzin əməliyyatından sonra Onkologuiya xəstəxanasında yod şüası qəbul etmişdir. Bütün bu xəstəlik və sağlamlığını itirməsi halları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibə dövründə aldığı travmalardan sonra baş vermişdir. Travma alana kimi onun sağlamlığında heç bir problemi olmamışdır.Sağlamlıq vəziyyətimə görə mən 02 fevral 2023-cü il tarixdən xidmətdən azad edilmişdir. Hazırda xəslətiliyinə görə heç bir yerdə işləyə bilmir.Lakin Hərbi xidmət dövründə aldığı kəllə beyyin tarvması sonrası sağlamlığının 50 faizini itirməyilə əlaədar ona xx.xx.2023-cü il tarixdə 3-cü dərəcəli əlilik təyin edilmişdir. Sonrakı müayinə xx.xx.2024-cü ildə keçirilmiş və xx.xx.2025-ci il tarixədək yenidən 3-cü dərəcəli əlillik təsdiq edilmiş və hərbi xidmət dövründə alınması göstərilmişdir.O həmin əlillik səbəbinin hərbi xidmət dövründə alınmasından narazıdır. Bununla əlaqədar o ilk dəfə əlillik təyin edilərkən Azərbaycan Respublikası Prezidentinə şikayət etmişdir. Şikayətindən sonra Agentlikdən xx.xx.2024-cü ildə ona cavab məktubu gödərilmiş və növbəti müayinə zamanı həmin şikayət üzrə araşdırma aparılacağı bildirilmişdir. Lakin ikinci dəfə əlillik dərəcəsi qiymətləndirilərkən yenidən onun əlilliyinin müharibə əlilliyi deyil, hərbi xidmət dövründə alınması kimi qeyd edilmişdir.Hesab edir ki, yuxarıda göstərdiyi xüsusatlar nəzərə alınmalı, onun əlilliiyinin səbəbinin “Vətən Müharibəsi"ndə aldığı travma nəticəsində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda baş verməsi göstırilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(120)-4707/2024 sayı qərardadı ilə Ağcabədi Rayon Mərkəzi X4 şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Daha sonra məhkəmənin 2-1(120)-1719/2025 saylı xx.xx.2025-ci il il tarixli qərardadı ilə Ağcabədi Rayon Mərkəzi X4 şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
Xəstəlik haqqında 1328 №-li 22 dekabr 2022-ci il tarixli Şəhadətnamədə ( surətində) qeyd olunmuşdur ki, xx.xx.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrində xidmətdə olan xx.xx.1983-cü il təvəllüdlü İddiaçı təin edilmiş Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhknın qərarı: F06.4 F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressive) pozuntu, postkommission sindrom, vegetative damar davamsızlığı və davranış pozuntuları ilə təzahür edən nəticəsi.F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.“Hərbi travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Qalxanvari vəzin pT,bN0M0 İ mərhələ kapilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahi əməliyyatından ( xx.xx.2021) və aparılmış bir kurs radioaktiv yod müalicəsindən (xx.xx.2022, MOM) sonrakı vəziyyət. Sağ bazunun yuxarı 1/3-nin bayır səthinin lipomasının xaric edilməsindən (03.2018), boyunun ön səthinin tireoidektomiya əməliyyatından sonrakı (xx.xx.2021) bərkimi dəri çapıqları. İkinci hissəvi adentiya. Hər iki ağciyərin aşağı payının yüngül gedişli ocaqlı pnevmoniyasından sonrakı vəziyyət. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 (bundan sonra mətndə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ) tərəfindən verilmiş 2989 №-li, xx.xx.2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F 07.0 diaqnozu qoyulmuşdur. Ağcabədi Rayon Mərkəzi X4 şəxsi tərəfindən verilmiş 18-1-23/3-112/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda X5 həqiqətən xx.xx.2024-cü il tarixində Ağcabədi RMX PHŞ-nin Acil bölməsinə gətrildiyi, xəstənin bildiridiyinə görə özünə bıçaqla xəsarət yetirmiş, “Sol saidin ön səthin 3 ədəd səthi kəsilmiş yaraları” diaqnozu ilə ilkin yardım göstərilib evə buraxılmışdır. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin 4068 №-li, xx.xx.2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyində “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixiotik daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F 07.0 diaqnozu qoyulmuşdur. Xəstəlik Haqqında 4707 №-li, 17 may 2024 cü il tarixli Şəhadətnamənin surətindən müəyyən olunur ki, Mamedov X2 və Hərbi Xidmətə Çaöırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-4/2-121/24 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Hərbi Həkim Komissiyasının qərarına əsasən sonuncuya təyin olunmuş Diaqnoz: F07.0, F62.0 Partlayış Travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyi silkələnmədindən sonrakı ağır ( kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalar, intihar cəhdləri və koqnitiv funksiyaların enməsi ilə. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin ağır (kəskin) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi S 06.0, G90 Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetative damar davamsızlığı. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Diaqnoz: “C 75.0 Daimi hormonal müalicə tələb edən qalxanvari vəzin papilyar karsenomasına görə aparılmış tireoidektomiyadan (xx.xx.2021) və radioaktiv yod terapiyasından (xx.xx.2022 MOM) sonrakı vəziyyət, qalxanvari vəzin funksiyasının mühüm dərəcədə pozulması ilə C 75.0 Qalxanvari vəzin pT1bN0M0 İ mərhələli papilyar karsenomasına görə aparılmış tireoidektomiya cərrahi əməliyyatından (xx.xx.2021) və aparılmış bir kurs radioaktiv yod müalicəsindən (xx.xx.2022 MOM) sonrakı vəziyyət. T 17.2 Sağ bazunun yuxarı 1/3-nin bayır səthinin lipomasının xaric edilməsindən sonrakı (xx.xx.2019) bərkimiş dəri çapıqları. K 00.0 İkincili hissəvi adentiya”. “Xəstəlikdir, Hərbi Xidmət Dövründə almışdır”. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0003 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə xx.xx.2025-ci il tarixədək səbəbi hərbi xidmət dövrü ilə əlaqədar göstərilməklə “Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ İ GX Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixiotik daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi diaqnozu ilə orqanizim funksiyalarının pzoulması faizi 50 faiz olmaqla əlillik təyin olunmuşdur. Məhkəmə Psixiatrik Ekspertiza X6 Şəxsinin xx.xx.2025-ci il tarixli 649 saylı rəyinin nəticə- motivləşdirici hissəsində qeyd olunmuşdur ki, İddiaçı üzvi (Qapalı kəllə-beyin travması nəticəsində) Şəxsiyyət pozuntusu (F07.0) koqnitiv funksiyaların enməsi, anamnezində suisidal cəhdlər, affektiv və psixiotik epizodlar ilə aşkar olunur. Bunu anamnestik məlumatlar-xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma. Qapalı kəllə beyin travması” xəsarəti alması, bununla xx.xx.2020-ci il tarixdə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına təxliyə edilməsi, həmin xəstəxanada “Barotravma.Qapalı kəllə beyin travması” diaqnozu ilə ambulator müalicə alması, psixi vəziyyətində dəyişikliklərin qeyd olunması ilə ambulator müalicə alması, psixi vəziyyətində dəyişikliklərin qeyd olunması ilə əlaqədar SQ Baş Klinik Hospitalında müayinə olunması, hərbi həkim komissiyasının qərarına əsasən “F06.4 F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə təzahür edən nəticəsi.F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu” Diaqnozunun təyin edilməsi “Xəstəliklər cədvəli”nin 8 a, 13 a, 14 b, 17 b maddələrini İİİ qrafasına əsasən, həmin dinc dövrdə həmdə müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək, xx.xx.2024- 28.03.204-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalar intihar cəhdləri, koqnitiv fünksiyaların enməsi ilə” diaqnozu ilə müalicə olunması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həsasslığının yüksəlməsi koqnitiv funksiyalarının zəifləməsi və s sübut edir. Rəyin yekun hissəsində 1-ci sual xx.xx.1983-cü il təvəllüdlü İddiaçı əyani müayinə olmaqla onda “Üzvi mənşəli şəxsiyyət” pozuntusu, baş beyinin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsində, travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi (F07.0), Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) pozuntuları aşkar olunurmu? Cavab: İddiaçı hal-hazırda “Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu (F07.0) koqnitiv funksiyaların enməsi, anamnezidə suisidal cəhdlər, affektiv və psixotik epizodlar ilə” aşkar olunur. Təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı psixi pozuntulara səbəb olmuş travma İİ Qarabağ müharibəsində alınmışdır. 2-ci sualda göstərilənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin təyin olunması meyarı”na əlavədə olan “orqanizim funksiyalarının faiz göstəriciləri və müddətləri” cədvəlində (№ 7.6.2.1 və 7.6.2.2) verilmiş meyardır. Qeyd olunan meyarlar bilavasitə əmək ekspertizasına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırılmır. Ağdam RƏD tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli G00299030BZF №-li göndəriş -Forma 88-də xx.xx.1983-cü il təvəllüdlü İddiaçı təyin olunmuşı əsas diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu affektiv epizodlar, psixotik daxilolmalar, intihar cəhdləri, koqnitiv funkisiyaların enməsi ilə (F07.0). Yanaşı xəstəliklər: Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ İ GX təyin olunmuşdur. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli xxxxxxx0004 №-li qərarından müəyyən olunur ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı orqanizim funksiyasının pozulması faizi 40 faiz olmaqla Hərbi xidmət dövrü ilə əlaqədar, əlillik meyarı 14.9.1.1.14 Yenitörəmələ=>Bədxassəli yenitörəmələr =>Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi => İ-İİ mərhələ limfatik düyünün zədələnməsi olmadan papilyar və ya follikulyar törəmənin sfesifik müalicəsindən sonra => göstərilməklə 1 ( bir) il müddətinə xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək təyinat aparılmışdır. Tətbiq edilən hüquq.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”:
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə.
7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il);
İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə:-şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlillik meyarı 14.9.1.1.14 Yenitörəmələ=>Bədxassəli yenitörəmələr =>Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi => İ-İİ mərhələ limfatik düyünün zədələnməsi olmadan papilyar və ya follikulyar törəmənin sfesifik müalicəsindən sonra => göstərilməklə 1 ( bir) il müddətinə xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək təyinat aparılmasına əsas olmuş qərar qanunsuz və əsassız sayılmalıdır. Belə ki, iddiaçıya Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0003 №li, xx.xx.2024-cü il tarixli qərarı ilə Hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə xx.xx.2025-ci il tarixədək səbəbi hərbi xidmət dövrü ilə əlaqədar göstərilməklə “Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ İ GX Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixiotik daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi diaqnozu ilə orqanizim funksiyalarının pzoulması faizi 50 faiz olmaqla əlillik təyin olunmuşdur. Təyin olunmuş əlillik müddəti xx.xx.2025-ci il tarixdə bitdikdən sonra iddiaçının müraciəti əsasında Ağdam ƏRD tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, G00299030BZF nömrəli tibbi göndərişdə əsas diaqnoz F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ mübaribəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0; Yanaşı xəstəlik Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ İ GX müəyyən olunsa da, Agentliyin tibbi sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli xxxxxxx0004 №-li qərarı ilə əlillik meyarı 14.9.1.1.14 Yenitörəmələ=>Bədxassəli yenitörəmələr =>Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi => İ-İİ mərhələ limfatik düyünün zədələnməsi olmadan papilyar və ya follikulyar törəmənin sfesifik müalicəsindən sonra => göstərilməklə hərbi xidmət dövrü ilə əlaqədar 1 ( bir) il müddətinə xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək orqanizim funksiyalarının 40 faiz pozulması ilə əlillik təyinatı aparılmışdır. İddiaçının hazırkı halda hüquqi marağı onun barəsində Ağdam ƏRD tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, G00299030BZF nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ mübaribəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə xəstəliyi ilə əlillik təyinatının aparılmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 649 saylı ekspert rəyində yuxarıda qeyd edilən diaqnozu təkzib edən məlumat yer almamış,əksinə rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı üzvi (Qapalı kəllə-beyin travması nəticəsində) Şəxsiyyət pozuntusu (f07.0) koqnitiv funksiyaların enməsi, anamnezində suisidal cəhdlər, affektiv və psixiotik epizodlar ilə aşkar olunur. Bunu anamnestik məlumatlar-xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma. Qapalı kəllə beyin travması” xəsarəti alması, bununla xx.xx.2020-ci il tarixdə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına təxliyə edilməsi, həmin xəstəxanada “Barotravma.Qapalı kəllə beyin travması” diaqnozu ilə ambulator müalicə alması, psixi vəziyyətində dəyişikliklərin qeyd olunması ilə ambulator müalicə alması, psixi vəziyyətində dəyişikliklərin qeyd olunması ilə əlaqədar SQ Baş Klinik Hospitalında müayinə olunması, hərbi həkim komissiyasının qərarına əsasən “F06.4 F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə təzahür edən nəticəsi.F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu” Diaqnozunun təyin edilməsi “Xəstəliklər cədvəli”nin 8 a, 13 a, 14 b, 17 b maddələrini İİİ qrafasına əsasən, həmin dinc dövrdə həmdə müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsi, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2023xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-28.03.204-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, affektiv epizodlar, psixotik daxilolmalar intihar cəhdləri, koqnitiv fünksiyaların enməsi ilə” diaqnozu ilə müalicə olunması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həsasslığının yüksəlməsi koqnitiv funksiyalarının zəifləməsi və s sübut edir. Cavabdeh inzibati orqanın iddiaçıya onun hüquqi marağına uyğun əlillik təyinatı aparılmasından imtinası öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmış, onun müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicələrdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2025-cü il tarixli, xxxxxxx0004 nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd eilən 7.6.2-2.ci bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli xxxxxxx0004 №-li qərarı ləğv olunmalı, İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 65-80 faiz aralığında pozulması ilə bağlı (Ağdam RƏD tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli G00299030BZF №-li göndərişdə qeyd olunan diaqnoz ilə) əlilliyin təyin edilməsi barədə müvafiq qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli xxxxxxx0004 №-li qərarı ləğv olunsun. İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 65-80 faiz aralığında pozulması ilə bağlı (Ağdam RƏD tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli G00299030BZF №-li göndərişdə qeyd olunan diaqnoz ilə) əlilliyin təyin edilməsi barədə müvafiq qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva