Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1723/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X13, Üçüncü şəxslər X7 və X30 nümayəndəsi X31 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2007-ci il tarixli, 12 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 16 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0,03 ha torpaq sahəsinin X10 ayrılması, 0,05 ha torpaq sahəsinin X34 ayrılmasına dair xx.xx.2007-ci il tarixli 12 saylı qərarlarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “Cavabdeh 0,03 ha torpaq sahəsinin X10 ayrılması, 0,05 ha torpaq sahəsinin X34 ayrılmasına dair xx.xx.2007-ci il tarixli, 12 saylı qərarlarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X15 və X52 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank VTB Azərbaycan ASC-yə məxsus olmuş və Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən ümumi sahəsi 0.1709 hektar torpaq sahəsi və onun üzərində olan 195.8 kv.m qeyrı-yaşayış binasını hərrac vasitəsilə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbə sakini X35 tərəfindən alqı-satqı yolu ilə alınmış və həmin torpaq sahələri və qeyri yaşayış bınası X19 adına sənədləşdirilmişdir. Eləcə də həmin torpaq sahəsinə bitişik olmuqla eyni ərazidə, 1 26532 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 2871,6 kv.metr olan qeyri-yaşayış sahəsi də Namiq Nəcəfovun adına çıxarış alınıb sənədləşdirilməklə daha sonra həmin torpaq sahəsini və qeyri-yaşayış binasını Namiq Nəcəfov həyat yoldaşı, yəni X24 bağışladığından X35 ilə Səlimə Əliyeva arasında 13 dekabr 2018-ci il tarixdə Daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlanmış və həmin müqavilələr əsasında həmin torpaq sahəsi və qeyri-yaşayış binası Səlimə Əliyevanın mülkiyyətinə keçmişdir. Bu barədə Səlimə Əliyevaya Daşınmaz Əmlakın Dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bundan sonra həmin sahə hasara alınarkən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin reyestrin koordinatları əsasında zəbt edilmiş müəyyən hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan X52 tərəfindən işlətdiyi yanacaq doldurma məntəqəsi üçün qanunsuz olaraq ofıs binası tıkdirilmış, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının 40 faizi yerləşir. Sadıx Bağırovdan zəbt etdiyi torpaq sahəsini buraxması tələb edilsə də, ilk vaxtlar o, torpaq sahəsini zəbt etmədiyini, həmin çənlərin özünə məxsus olan torpaq sahəsində yerləşdiyini iddia etmiş, ancaq Daşınmaz Əmlakın Dövlət Reyestrinin 10 saylı ərazi idarəsinə edilmiş müraciətə əsasən həmin torpaq sahəsi yerində olçülərək koordinatları müəyyən edilərkən Sadıx Bağırovun həmin çənlərinin və digər adları qeyd edilən tikililərin Səlimə Əliyevaya məxsus olan torpaq sahəsində yerləşdirdiyini və həmin torpaq sahəsini zəbt etdiyini başa düşərək etiraf etmişdir. Bununla belə sonradan dəfələrlə Sadıx Bağırova iddiaçıya məxsus olan torpaq sahəsini zəbtdən azad etməsini və orada aparmış olduğu qanunsuz tikililərin sökülməsini tələb edilsə də Sadıx Bağırov hər dəfə müxtəlif bəhanələr gətirməklə mülkiyyətdə olan torpaq sahəsini zəbtdən azad etməmişdir. Hansı ki, sözügedən torpaq sahəsi ilə bağlı Lənkəran rayon PŞ-də araşdırma aparılarkən Sadıx Bağırov rəsmi olaraq izahat verərək qeyd edilən torpağın müəyyən hissəsıni zəbt etdiyini bildirmişdir. Sadıx Bağırov sonradan Səlimə Əliyevanın mülkiyyətində olmaqla hasara alınmış torpaq sahəsinə bitişik olan 0,05 ha torpaq sahəsini sənədləşdirib həmin vaxt oranın mülkiyyətçisi olmuş Səlimə Əliyevaya verəcəyini təklif etsə də, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsinin ilkin sənədlərdən başqa heç bir hüquq müəyyənedici sənədi yoxdur və müvafiq çıxarış verilmədiyindən Sadıx Bağırovun mülkiyyətində deyildir, eləcə də həmin torpaq sahəsi tamamilə qanunsuz olaraq alınmışdır. Belə ki, həmin torpağın alqı-satqısı ilə bağlı bələdıyyənin hesabına heç bir məbləğdə rüsum, pul ödənilməmişdir. Sadıx Bağırov əvvəllər Səlimə Əliyevanın, sonradan isə Səlimə Əliyeva həmin torpaq sahələrini qardaşı X25 bağışladıqdan və Əlövsət Əliyevin adına müvafiq çıxarışlar alındıqdan sonra Əlövsət Əliyevin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə oz xüsusi mülkiyyətində olan torpaq sahəsindən iddiaçının iradə ifadəsinə uyğun olaraq sərbəst istifadə etməyinə qanunsuz olaraq mane olaraq zəbt etdiyi torpaq sahəsini könüllü olaraq zəbtdən azad etməyərək zəbt etdiyi hissədə qanunsuz tikdiyi tikililəri və qaz çənlərini oradan götürmədiyindən Səlimə Əliyeva mülkiyyətçi olaraq pozulmaqda olan hüquqlarının bərpa olunmasından ötru iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gələrək, mübahisənin hərtərəfli araşdırılması və iddia tələbində göstərilən halların aydınlaşdırılması məqsədilə iş üzrə xüsusı bilik tələb olunan ekspert rəyinə ehtiyac olduğundan rnüstəqil ekspertlərə müraciət etmiş və qeyd edilən torpaq sahələrinə baxış keçirilərək müvafiq rəy verilmişdir. Eyni zamanda məhkəmə iclasında X4rşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, sahibliyi və istifadəsinə verilrniş, Torpaq və xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında 11 may 2010-cu il tarixli, A № 489394 saylı 182 nömrə ilə qeydə alınmış Lənkəran rayonu, Sütəmurdov kəndində mübahisəli ərazidə yol kənarında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən hasarın Səlimə Əliyevanın hesabına sökülməsi, həmin torpaq sahəsinin iddiaçının istifadə və sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə tərəfindən ekspertiza təyin edilərək müvafiq rəy alınmış və Lənkəran Rayon Məhkəməsinın 14 iyun 2023-cü il tarixli, 2(049)-129/2023 saylı qərardadı ilə həmin qarşılıqlı iddia ayrıca icraata ayrılmış və məhkəmənin eyni tarixli və nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X21 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsindən X30 çıxarılması və həmin torpaq sahəsinin X24 təhvil verilməsi, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X21 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsində cavabdeh X52 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın cavabdeh X34 aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh Sadıx Bağırov apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2(106)1402/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(049)-129/2023 saylı qətnaməsi ləğv edilərək iddianın təınin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq ıddia tələbindən kənara çıxaraq prosessual pozuntuya yol vermiş, mübahisə predmeti olmayan Hüquqların Dövlət qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X21 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsində cavabdeh X52 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun hesabına sökülməsi hissəsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində 0.1709 ha torpaq sahəsi X21 mülkiyyətində olmaqla həmın torpaq sahəsinin 0.1059 ha hissəsi X36 qanunsuz istifadəsindədir. Birinci instansiya məhkəməsi yuxarıdakı nəticəyə gələrkən məhkəmə ekspertiza mərkəzinın rəyinə, yəni iddiaçıya məxsus 0.1709 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin cavabdeh X52 tərəfindən faktiki olaraq istifadə edilməklə onun sahibliyində olmamasına fikir verməmiş, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmkakın Bağışlanması Müqaviləsinə əsasən Səlimə Əliyevaya məxsus olmaqla 1.26532 ha torpaq sahəsinın X32 faktiki olaraq istifadə etdiyi 0.1059 ha torpaq sahəsinin zəbt edildiyinə əhəmiyyət verməmişdir. Bu səbəbdən də sözügedən torpaq sahəsi və daşınmaz əmakların əvvəlki mülkiyyətçisi olan Səlimə Əliyeva həmin nöqsanları aradan qaldıraraq cavabdeh Sadıx Bağırova qarşı yenidən məhkəməyə müraciət edərək 13 dekabr 2018-cı il tarixli «Daşınmaz əmlakın bağışlanılması müqaviləsi» əsasında əvvəl ona, sonradan isə X25 məxsus olan 1,26532 ha torpaq sahəsinin cavabdeh X52 tərəfindən zəbt edilmiş hissəsindən çıxarılmasını və həmin zəbt edilmiş torpaq sahəsində cavabdeh X52 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısının onun öz hesabına sökülməsini xahiş etmişdir. Cavabdeh Sadıx Bağırov da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, X26, X24 və 3-cü şəxslər Lənkəran şəhər 1 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran rayon Sütərnurdov bələdiyyəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”ni xahiş etmişdır. Lənkəran Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(049)-134/2024 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia rədd edilmiş, ilkin iddia isə təmin edilmişdir. Qeyd etmək istəyirlər ki, həmin torpaq sahələri və qeyri-yaşayış binaları əvvəllər Səlirnə Əliyevanın, daha sonra Əlövsət Əliyevin, hazırda isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 29 fevral 2024-cü il tarixli çıxarışları ilə İddiaçı MMC-nın mülkiyyətindədir. Həmın çıxarışda nəzərdə tutulan torpaqlar bitişikdir və Sadıx Bağırovun zəbt etdiyi 0.1059 ha torpaq sahəsi Lənkəran Rayon Məhkəməsi Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04- 06301 reyestri nömrəli çıxarışla mülkiyyətdə olan 0,1709 ha torpaq sahəsində deyil, digər, 13 dekabr 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanılması müqaviləsi” əsasında verilmiş 10 dekabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********06-12301 reyestr nömrəli çıxarışa əsasən əvvəllər Əlövsət Əliyevin mülkiyyətində olan 1,26532 ha torpaq sahəsində yerləşir. Onu da bildirmək istəyirlər ki, cavabdeh X66 İnzibati Məhkəməsində iddia qaldıraraq sözügedən 0,05 ha torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə dair çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin üzərinə qoyulmasını xahiş etmışdir. Eyni zamanda X15 da 0,03 ha torpaq sahəsində eyni iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdır. Sadıx Bağırovla əlaqədar Şirvan İnzibati Məhkəməsinin icraatında olan həmin iş üzrə ekspertiza təyin edilmiş və mütəxəsis və ekspert rəyi ilə müəyyən edılmışdır ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı X34 ayrılmış 0,05 ha torpaq sahəsinin 1,9 kv.metr hissəsi çıxarışla Səlimə Əliyevanın, hazırda isə mülkiyyətçi dəyişdiyindən İddiaçı MMC-nin mülkiyyətində olan 0.1709 torpaq sahəsi ilə üst-üstə düşür. Həmin hal bir daha təsdiq edir ki, həmin 0,05 ha torpaq sahəsi barədə sonradan formal olaraq sənədlər tərtib edilmişdir. Belə ki, əgər həqiqətən də Sadıx Bağırova sözügedən 0.05 ha torpaq sahəsi ölçülüb verilsəydi, həmin mütəxəssis mütləq olaraq görməli idi ki, həmin ərazidə başqasının torpaq sahəsi, başlıcası isə qeyri-yaşayış sahəsi vardır. Yəni lori dildə deyilsə, ölçən şəxs metrənin bir ucunu tutsaydı həmin ucun başqasına məxsus qeyri-yaşayış sahəsinin üzərinə düşdüyünü görər və həmin torpaq sahəsinin verilməsinin mümkün olmdığını deyərdi. Bu o deməkdir ki, faktiki olaraq nə bələdiyyə, nədə ki, başqa heç kim həmin əraziyə gəlib həmin tələb edilən 0,05 ha torpaq sahəsini ölçüb Sadıx Bağırova verməmişdir. Qeyd etdiklərindən başqa digər sübut da təqdim edir ki, vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət X18 verdiyi 20 iyun 2024-cü il tarixli, 3/48- DA-7F/1-137/2024 nömrəli cavab məktubundan görünür ki, Lənkəran rayonunun Sütəmurdov bələdiyyəsinin sənədləri X46 filialına təhvil verilmədiyindən bələdiyyənin 17 oktyabr 2007-ci il tarıxli, 12 saylı qərarı ilə X34 torpaq sahəsinin ayrılması barədə məlumat verilməsi mümkün olmamışdır. Həmin hal bir daha təsdiq edir ki, Sütəmurdov bələdiyyəsi tərəfindən əgər həqiqətən də sözügedən torpaq sahələri Sadıx Bağırov və Aygün Hyseynovaya satılmış olsaydı, həmin sənədlərin kötüyü X46 fılialına göndərilrnəli idi. Eyni hal Aygün Hüseynovaya dair alqı-satqıya da aiddir. Sadıx Bağırov sözügedən 0.05 ha torpaq sahəsini 2007-ci ildə Sütəmurdov bələdiyyəsindən alqı-satqı yolu ilə aldığını, daha sonra Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq və Kadastr kitabında 11 may 2010-cu il tarixli, AN 489394 saylı 182 nömrə ilə qeydə alındığını qeyd edir. Hesab edirlər ki, Sadıx Bağırov tərəfindən həmin 0,05 ha torpaq sahəsi qanuni yolla alınmamış, sənədləşmə köhnə tarixdən sonradan rəsmiləşdirilmişdir. Belə ki, həmin iş materiallarından görünür ki, 2007-ci ildə həmin torpaqla bağlı alqı-satqı edilmişdirsə, bələdiyyənin hesabına heç bir rüsum ödənilməmişdir. Əgər elə bir rüsum ödənilməsi barədə qəbz vardırsa təqdim etsinlər. Bundan başqa əgər bələdiyyə həqiqətən də hansısa bir torpağı satmışdırsa, bununla bağlı sənədləri arxiv idarəsinə təhvil verməli, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məlumat verilməli idi ki, eyni torpaq sahəsi sonradan başqasına verilməsin. Başlıcası isə işin danılmaz halıdır ki, əgər həqiqətən də Sadıx Bağırova torpaq verilmişdirsə, hansısa bir mütəxəssis gəlib həmin torpaq sahəsini naturada ölçərək təhvil verməli idi. Belə olan halda hazırkı torpaq sahəsi ilə bağlı hər hansı bir mütəxəssisin gəlib həmin torpağı ölçməsi və ona təhkim edilməsi istisnadır. Belə ki, bir daha qeyd etmək istəyirlər ki, əgər mütəxəssis gəlib ölçü aparıb həmin torpağın koordinatlarını müəyyən etmiş olsaydı, görərdi ki, həmin torpaq sahəsinin müəyyən hissəsi başqasına məxsus qeyri-yaşayış binasının üzərinə düşür. Həmin hal bir daha təsdiq edir ki, sözügedən, Sadıx Bağırovun adına yazılmış 0,05 ha torpaq sahəsi, eləcə də həmin ərazidə Sadıx Bağırovun gəlini, X7 adına yazılmış 0.03 ha torpaq sahəsi yalnız sonradan tərtib edilmiş sənədlərlə onların adına Sütəmurdov bələdiyyəsi tərəfindən yazılmışdır. Onu da bildirmək ıstəyirlər ki, Sadıx Bağırovun gəlini X1 Səlimə Mohsüırı qızı və digərlərinə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X15 həmin iddiasında onlara məlum olmayan əsaslarla guya böyük bir hissəsi İddiaçı MMC-in mülkiyyətində olan torpaq sahəsinə bitişik və bir hissəsi isə onların mülkiyyətlərində olan torpaq sahəsinin daxilindən 0.03 ha torpaq sahəsinin Lənkəran rayon Sütəmurdov kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə satın aldığını qeyd etmişdir. Hansı ki, cavabdeh X16 həmin torpaq sahəsinin alınması ilə əlaqədar bələdiyyənin hesabına pul köçürməmişdir. Bu barədə iddia ərizəsinə hər hansı mədaxil qəbzi əlavə etməmişdir. Əgər hər hansı bir məbləğdə pul köçürülmüş olsaydı, iddia materiallarına əlavə edə bilərdi. Onu da qeyd etmək istəyirlər ki, vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət X18 20 iyun 2024-cü il tarixli, 3-48-DA- 7F/1-137 2024 nömrəli məktubu ilə cavab ünvanlanmışdır ki, Lənkəran rayon Sütəmurdov bələdiyyəsinın sənədləri X48 filialına təhvil verilməmişdir. Ona görə də Sütəmurdov kənd bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə X37 torpaq sahəsinin ayrılması barəsində məlumatın verilməsi mümkün olmamışdır. Eləcə də Azərbaycan Respublikası Dövlət X18 29 iyul 2024-cu il tarıxli, 3-48-DA-7F/1-185/2024 nömrəli məktubu ilə cavab ünvanlanmışdır ki, Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin sənədləri X46 filialına təhvil verilməmişdir. Ona görə də Sütəmurdov kənd bələdiyyəsinin 17 oktyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə X10 torpaq sahəsinin ayrılması barəsində məlumatın verilməsi mümkün olmamışdır. Həmin hallar bir daha onu təsdiq edir ki, faktiki olaraq bələdiyyə sənədləri sonradan əvvəlki tarixə hazırlansa da köhnə tarixdən dövlət rüsumu və eləcə də alqı-satqı pulunu ödəmək mümkün olmamışdır. Əgər həqiqətən də Sütəmurdov bələdiyyəsi Sadıx Bağırov və Aygün Hüseynovaya torpaq satmışdırsa, belə olan halda həmin sənədlər saxlanılması üçün X46 filialına təhvil verilməli idi. Onu da qeyd etmək istəyirlər ki, X16 cavabdehlər X38, X39, X40 və Lənkəran rayonu Sütəmurdov bələdıyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və əmlakın özgənın qarıunsuz sahibliyindən tələb edilməsi» tələbinə dair iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)- 1143/2024 saylı qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. Hesab edirlər ki, X8 guya alqı-satqı müqaviləsi əsasında Lənkəran rayon Sütəmurdov kənd bələdiyyəsindən aldığı 0.03 ha torpaq sahəsinin bir hissəsi onların mülkiyyətində olan torpaq sahəsinə bitişik və bir hissəsi isə onların mülkiyyətində olan torpaq sahəsinin daxilində olmuşdur. Həmin torpaq sahəsi ilk vaxtlardan iddiaçı tərəfin istifadəsində olmuşdur. Bələdiyyə tərəfindən faktiki istifadələrində olan həmin torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün iddiaçı tərəfin üstünlük hüququ tanınmamış və həmin torpaq sahəsi satılmış olmuş olsaydı belə ilk olaraq iddiaçı tərəfə təklif olunmalı idi. İddiaçı tərəfin mülki qanunvericiliyə əsasən hüquqları imkan verir ki, həmin torpaq sahəsinə olan üstünlük hüququndan istifadə edərək mülkiyyət hüququ əldə etsin. Lakin bələdiyyə hərrac keçirmədən və nə iddiaçıya, nədəki, ondan əvvəlki Bank rəhbərliyinə hər hansı formada məlumat verilməmişdir. Maraqlıdır, görəsən həmin şəxslərə sözugedən 0.03 və 005 ha torpaq sahəsi əgər həqiqətən də verilmişdirsə, belə olan halda onlar mülkiyyətlərində olan kombinat və torpaq sahəsində, özü də müəyyən hissəsi qeyri-yaşayış binasının üzərinə düşdüyü halda bələdiyyə qərarında göstərilən təyinatla həmin torpaqlardan necə istifadə edə bilərdilər. Beləliklə, hesab edirlər ki, Lənkəran rayon Sütəmurdov kənd bələdiyyəsi tərəfindən iddiaçı olaraq onların hüquqlarını pozan əlverişsiz inzibati akt qəbul edilmişdir. Lənkəran rayon Sütəmurdov kənd bələdiyyəsi tərəfindən həmin 0.03 ha torpaq sahəsinin X10 Lənkəran rayon Sütəmurdov kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı satılması ilə əlaqədar qəbul edilmiş qərar, eləcə də həmin ərazidə 0.05 ha torpaq sahəsinin Lənkəran rayon Sütəmurdov kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə X3 dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Sonda bir daha bildirmək istəyirlər ki, əvvəllər həmin torpaq sahəsi Kombinatın balansında olmuş və X5 Əmlak Komitəsindən həmin torpaq sahəsini satın almışdır. Bundan sonra X38 həmin torpaq sahəsinı yuxarıda qeyd etdiyi kimi xx.xx.2018-ci il tarixdə bağışlama müqaviləsi əsasında arvadı Səlimə Əliyevaya bağışlamış və Səlimə Əliyeva da həmin torpaq sahəsini öz növbəsində xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsi əsasında qardaşı X28 bağışlamışdır. Hazırda isə qeyd edilən torpaq sahələri ümumilikdə X22 rəhbərlik etdiyi İddiaçı MMC-yə məxsusdur. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edirlər ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fizikı şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə əsasən Bələdiyyələrin ehtiyyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dovlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə torpağın əvvəlki istifadəçilərinə üstünlük verilir. “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının və onlar üzərində icarə hüquqlarının alqı-satqısı bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bələdiyyənin ehtiyyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı əqdləri yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır. Xüsusi şəhərsalma əhəmiyyətinə malik bələdiyyə torpaqları layihələrlə birlikdə və yaxud onlardan ayrı bir qayda olaraq torpaq hərracları və ya müsabiqələri vasitəsilə Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastruktur sahələrinin yaradılması uçün nəzərdə tutulan torpaqların, habelə onlardan istifadə və ıcarə huquqlarının alqı-satqısı bir qayda olaraq torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçırilir. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli surüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyuşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət həıbi qulluqçularından başqa): sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün hərnin ərazilərə köçən təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına, Bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri, bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər. Həmin Qanunun 21-ci maddəsinə əsasən torpaq bazarı haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı Torpaq bazarı haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən torpaq bazarı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Torpaq bazarı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4 və 337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etınək hüququ vardır. Konstitutsiyanın 60-cı maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunan Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Azərbaycan Respublikasının MPM-nın 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüqııqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmış qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, hesab edirlər ki, həmin iddia mümkunsuz hesab edilməlidir. Belə ki, verilmiş iddia ərizəsi və təqdim olunmuş sübutlardan, habelə iddia ərizəsinin tərtibatından belə bir nəticəyə gəlmək olur ki, iddiaçı Azərbaycan Respublikası İPM-in və “İnzibati icraat haqqında” Qanunun, habelə digər normaların tələblərinə riayət etmədiyindən həmin ərizənin mahiyyəti üzrə baxışı mumkunsuzdur. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı MMC 2024-cu ildə yaranmasına baxmayaraq Sutəmurdov X2 və X11 müvafiq olaraq 500 kv.m və 300 kv.m torpaq sahəsi ayrılması ilə bağlı 2007-ci ildə verdiyi qərarların ləğvi ilə bağlı iddia vermişdir. Halbuki, həmin torpaqlar o zaman Bələdiyyə ilə həmin şəxslərə alqı-satqılar əsasında verilmişdir. Alqı satqıdan sonra Bələdiyyə bu barədə qərarlar vermiş və daha sonra kadastr əsasında onların mulkiyyətinə keçirilmişdir. Halbuki, bu sənədləşmə 2007-ci ildə baş verən zamanlarda nə İddiaçı MMC, nə də onun təsisçiləri həmin ərazidə heç bir mulkiyyət sahibi deyildilər. Həmin hadisədən yalnız 11 il sonra Bağırov Sadıx və Huseynova Aygunə məxsus torpaq sahələri ilə qonşu torpaqlar X23 mulkiyyətinə verilmişdir. Hazırda isə S.Əliyeva həmin sahəni qardaşı və İddiaçı-nın sahibi Əliyev Əlövsətə bağışlamışdır. Daha doğrusu İddiaçı-nın əsil sahibi 2018-ci ildən bəri Əliyeva Səlimədir. Marqlıdır, necə ola bilər ki, şəxs mulkiyyətə huquq əldə edəndən sonra ondan 17 il əvvəl digər şəxslər arasında baş vermiş sənədləşməyə qarşı iddia versin. Buna onun subyektiv huququ yoxdur. İddiaçı 17 il bundan əvvəl həmin alqı-satqıların və qərarların onun huquqlarının hansı formada pozduğunu da başa sala bilməyib. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 73.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X15 məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Lənkəran rayon Sutəmurdov bələdiyyəsi ilə aralarında olan alqı-satqı muqaviləsinə əsasən ona 300 kv.m torpaq sahəsi satılmışdır. Bundan əlavə bələdiyyə həmin il qaynatası X34 da 500 kv.m sahəyə malik torpaq satıb. Bu barədə aparılan butun sənədləşmələr qanuni və əsaslı olmuşdur. Bu barədə məhkəmə qətnamələri də var. İddiaçı MMC-nin Sutəmurdov bələdiyyəsinin qərarlarının ləğv edilməsinə dair iddiası əsassızdır. Onun belə bir huququ yoxdur. Çunki İddiaçı MMC onlarla bələdiyyə arasında aparılan əqdə müdaxilə edə bilməz. Ona görə ki, İddiaçı MMC yalnız 2024-cü ildə həmin ərazidə peyda olub. Onlar isə 2007-ci ildə bələdiyyə ilə alqı-satqı muqaviləsi bağlamışlar. 2007-ci ildə olmayan şəxsin hüququ nə formada pozula bilərdi? Hesab edir ki, həmin iddianı rədd etmək üçun hər cur əsas var. Bələdiyyənin qərarları tam qanuni olduğuna görə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X52 məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin Lənkəran rayon Sutəmurdov bələdiyyəsinə qarşı “Qərarın ləğv edilməsinə dair” iddiası üzrə inzibati iş uzrə X52 üçüncu şəxs kimi işə cəlb edilmişdir. Hesab edir ki, İddiaçı MMC-nin həmin iddiası mumkunsuz hesab edilməlidir. Belə ki, verilmiş iddia ərizəsi və təqdim olunmuş sübutlardan habelə iddia ərizəsinin tərtibatından belə bir nəticəyə gəlmək olur ki, iddiaçı Azərbaycan Respublikası İPM-in və “İnzibati icraat haqqında” Qanunun, habelə digər normaların tələblərinə riayyət etmədiyindən həmin ərizənin mahiyyəti üzrə baxışı mumkunsuzdur. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı MMC 2024-cu ildə yaranmasına baxmayaraq Sutəmurdov X2 və X12 müvafiq olaraq 500 kv.m və 300 kv.m torpaq sahəsi ayrılması ilə bağlı 2007-ci ildə verdiyi qərarların ləğvi ilə bağlı iddia vermişdir. Halbuki, həmin torpaqlar o zaman Bələdiyyə ilə həmin şəxslərə alqı-satqılar əsasında verilmişdir. Alqı satqıdan sonra Bələdiyyə bu barədə qərarlar vermiş və daha sonra kadastr əsasında onların mulkiyyətinə keçirilmişdir. Halbuki, bu sənədləşmə 2007-ci ildə baş verən zamanlarda nə İddiaçı MMC, nə də onun təəsisçiləri həmin ərazidə heç bir mülkiyyət sahibi deyildilər. Həmin hadisədən yalnız 11 il sonra Bağırov Sadıx və Hüseynova Aygunə məxsus torpaq sahələri ilə qonşu torpaqlar X23 mülkiyyətinə verilmişdir. Hazırda isə S.Əliyeva həmin sahəni qardaşı və İddiaçının sahibi Əliyev Əlövsətə bağışlamışdır. Daha doğrusu İddiaçının əsil sahibi 2018-ci ilin dekabr ayından bəri Əliyeva Səlimədir. Marqlıdır, necə ola bilər ki, şəxs mülkiyyətə hüquq əldə edəndən sonra ondan 17 il əvvəl digər şəxslər arasında baş vermiş sənədləşməyə qarşı iddia versin. Buna onun subyektiv huququ yoxdur. İddiaçı 17 il bundan əvvəl həmin alqı-satqıların və qərarların onun huquqlarının hansı formada pozduğunu da başa sala bilməyib. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 73.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X29 və üçüncü şəxslərin nümayəndəsi X53 gəlmiş, iddiaçı MRİYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçisi X41 10 ha-dan çox torpaq sahəsinin X52 tərəfindən zəbt edildiyini bildikdən sonra Lənkəran rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, torpağının zəbtdən azad edilməsini xahiş etmiş və həmin vaxt tərəflər şöbəyə dəvət edilmiş və Sadıx Bağırov sözügedən torpaq sahəsini zəbt etdiyini bildirərək tezliklə buraxacağını bildirmiş və bu barədə rəsmi izahat da vermişdir. Daha sonra sözünə əməl etmədiyi üçün Səlimə Əliyeva müvafiq iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə müvafiq ekspertizalar keçirilmiş və alınmış rəy ilə müəyyən edilmişdir ki, həqiqətən də Sadıx Bağırov tərəfindən qeyd edilən zəbt mövcuddur və həmin torpaq sahəsinin zəbtdən azad edilməsi barədə məhkəmə qətnaməsi mövcuddur. Həmin məhkəmənin gedişində sonradan Sadıx Bağırov məhkəməyə Sütəmurdov bələdiyyəsinin sözügedən qərarını təqdim etmiş və həmin torpaqların onlara məxsus olduğunu deyərək Səlimə Əliyevaya verəcəyini bildirmişdir. Hansı ki, həmin mübahisəli torpaq sahələri mülkiyyətə keçən gündən iddiaçı tərəfin istifadəsində olmaqla hasar daxilində olmuşdur. Yalnız həmin vaxt sözügedən bələdiyyə qərarlarının mövcudluğu Səlimə Əliyevaya məlum olmuşdur. Sadıx Bağırov həmin vaxtdan bu günə kimi zəbt etdiyi torpaq sahəsini boşaldacağını bildirsə də, bu günə kimi boşaltmamış və hətta həmin məhkəmə qətnaməsindən də apellyasiya şikayəti vermiş və vaxt qazanmaq istəyir. Həmin iş də hazırda Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Əhmədovun icraatında olmaqla müvafiq ekspertiza təyin edilmişdir. Əvvəlki ekspert rəyləri ilə müəyyən edilmişdir ki, istər Sadıx Bağırova verilmiş 0,05 ha, istərsə də onun gəlini Aygün Hüseynovaya verilmiş 0,03 ha torpaq sahəsinin müəyyən hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahələri iddiaçının istifadəsində olmaqla onun hasarının daxilində olsa da, iddiaçı tərəf yalnız həmin torpaq sahələrinin qanunsuz olaraq cavabdehlərə verildiyini bildikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Hesab edirlər ki, həmin torpaqlar tam qanunsuz olaraq üçüncü şəxslərə əvvəlki tarixlərə saxta sənədlər düzəldilərək onların adlarına qeyd edilmişdir. Hansı ki, iddia ərizəsində bu barədə ətraflı olaraq qeyd edilmişdir. Hazırkı iş üzrə iddiaçı tərəf də Sadıx Bağırovun sözünə əməl etmədiyini görüb sonradan, konkret olaraq 2024-cü ilin sentyabr ayında sözügedən iddianı qaldırmışdır. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati aktın mübahisələndirilməsi üçün müddət bir il müəyyən olunub. Buraxılmış müddət mübahisəyə məhkəmədə baxılması ilə əlaqədar olduğundan buraxılmış müddət üzürlü hesab edilməlidir. Ona görə də göstərilənləri və İPM-nin 24.1-ci maddəsini nəzərə alaraq buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsi və vəkilinin “buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinin və iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X29 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi X53 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı X39 cavabdeh X67 o]luna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsilə ona bağışlanmaqla mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin cavabdeh X52 tərəfindən zəbt olunmuş 0,1059 ha hissəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsində qanunsuz olaraq tikilmiş tikililərin, yəni ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının müəyyən hissəsinin cavabdeh X30 öz hesabına sökülməsi, eləcə də iddia qaldırarkən ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddiaçı X39 və iddiaçı X40 məhkəməyə ayrı-ayrılıqda ərizə verərək, bildirmişlər ki, X39 cavabdeh X34 qarşı Bağışlama müqaviləsi əsasında özünə məxsus olan 1,26532 ha torpaq sahəsinin zəbt olunmuş 0.1059 ha hissəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia qaldırmışdır. X57 qeyd edilən çıxarış və bağışlama müqavilələrinə əsasən özünə məxsus olan həmin torpaq sahələrini X25 bağışlamış və bu barədə daşınmaz Əmlakın Dövlət Reyestrindən mənə müvafiq çıxarışlar verilmiş və sözügedən ərazidə yerləşən torpaq sahələri və əmlaklar onun mülkiyyətindədir. Bu səbəbdən də bacısı Səlimə Əliyeva məhkəməyə ərizə ilə müraciət edərək onun əsl iddiaçı olaraq Əlövsət Əliyevlə əvəz edilməsini və onun iddiaçı kimi tanınmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin qərardadı ilə, ilkin İddiaçı X39 əsl iddiaçı X40 ilə əvəz edilmişdir. İlkin iddia üzrə cavabdeh X9 Səlimə Möhsüm qızına, X39 və 3-cü şəxslər Lənkəran şəhər 1 saylı Notariat Ofisinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran rayon, Sütəmurdov Bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X21 iddiasının təmin edilməməsi, X38 ilə X41 arasında Lənkəran şəhər 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2018 ci il tarixli 4ə-1948 və 4ə-1946 reyestrli bağışlama müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, X21 adına verilmiş xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********04-06301 reyestr nömrəli əsasında çıxarışın ləğv edilməsi, cavabdeh X21 1,26532 ha torpaq sahəsi ətrafında inşa etdiyi hasarın onun öz vəsaiti ilə sökülməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(049)-134/2024 saylı qətnaməsinə əsasən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X22 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən (cavabdeh X52 tərəfindən istifadə edilən) cavabdeh X30 çıxarılması və həmin torpaq sahəsinin iddiaçı X25 təhvil verilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X22 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsində cavabdeh X52 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənlərinin və qaz paylayıcısının onun öz hesabına sökülməsi qət edilmişdir. Bundan əlavə, iddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X38 ilə X42 arasında Lənkəran şəhər 1 saylı notariat kontoru vasitəsi ilə xx.xx.2018-ci ildə bağlanmış bağışlanma müqaviləsinin, Əliyeva Səlimə ilə X43 arasında xx.xx.2023-cü ildə Lənkəran şəhər 1 saylı notariat ofisi vasitəsi ilə bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, ona məxsus olan və sahəsi 0,03 ha təşkil edən torpaq sahəsinin müəyyən edilməsi və cavabdehlərin qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(049)-1143/2024 saylı qətnaməsinə əsasən iddiaçı X7 cavabdehlər X38, X39, X40 və Lənkəran Rayon Sutəmurdov Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sözügedən məhkəmə aktlarından görünür ki, Cavabdeh 0,03 ha torpaq sahəsinin X10, 0,05 ha torpaq sahəsinin X34 ayrılmasına dair xx.xx.2007-ci il tarixli 12 saylı qərarlarına istinad olunmuşdur. Göründüyü kimi, iddiaçı hazırki mübahisə predmeti olan qərarlardan həmin mübahisə zamanı, yəni 2024-cü ilin mart və iyul aylarından məlumatlı olmuşdur. Belə olan halda, həmin qərarın mübahisələndirilməsi üçün iddia müddətinin axımı 2024-cü ilin mart və iyul aylarından başlamışdır. Lakin buna baxmayaraq iddiaçı 30 (otuz) gün müddətində məhkəmə müdafiəsi hüquqlarından istifadə etməmiş və qərardan məlumatlı olduğu 2024-cü ilin mart ayından 7 aydan, 2024-cü ilin iyul ayından 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Lənkəran Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(049)-134/2024 saylı qətnaməsini əldə etdiyi vaxt mübahisələndirilən qərarın onun pozulması ehtimal edilən mənafeyinə zidd olduğunu anlamalı və dərhal onun mübahisələnirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməli idi. Belə ki, işlərə məhkəmədə baxılması iddia müddətinin axımının dayandırılmasına səbəb olmur. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına istinadən qeyd edir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbini irəli sürmək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən buraxılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində mübahisəli torpaq sahələrinin əvvəlki mülkiyyətçisi X41 10 ha-dan çox torpaq sahəsinin X52 tərəfindən zəbt edildiyini bildikdən sonra Lənkəran rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, torpağının zəbtdən azad edilməsini xahiş etdiyini və həmin vaxt tərəflər şöbəyə dəvət edildiyi və Sadıx Bağırov sözügedən torpaq sahəsini zəbt etdiyini bildirərək tezliklə buraxacağını və bu barədə rəsmi izahat da verdiyini, daha sonra sözünə əməl etmədiyi üçün Səlimə Əliyeva müvafiq iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etdiyini, həmin iş üzrə müvafiq ekspertizalar keçirildiyini və alınmış rəy ilə müəyyən edilmişdir ki, həqiqətən də Sadıx Bağırov tərəfindən qeyd edilən zəbt mövcuddur və həmin torpaq sahəsinin zəbtdən azad edilməsi barədə məhkəmə qətnaməsi mövcuddur. Həmin məhkəmənin gedişində sonradan Sadıx Bağırov məhkəməyə Sütəmurdov bələdiyyəsinin sözügedən qərarını təqdim etdiyini və həmin torpaqların onlara məxsus olduğunu deyərək Səlimə Əliyevaya verəcəyini bildirmişdir. Hansı ki, həmin mübahisəli torpaq sahələri mülkiyyətə keçən gündən iddiaçı tərəfin istifadəsində olmaqla hasar daxilində olduğunu, yalnız həmin vaxt sözügedən bələdiyyə qərarlarının mövcudluğu Səlimə Əliyevaya məlum olduğunu, Sadıx Bağırov həmin vaxtdan bu günə kimi zəbt etdiyi torpaq sahəsini boşaldacağını bildirsə də, bu günə kimi boşaltmadığını və hətta həmin məhkəmə qətnaməsindən də apellyasiya şikayəti verdməklə vaxt qazanmaq istədiyini, həmin iş də hazırda Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Əhmədovun icraatında olmaqla müvafiq ekspertiza təyin edildiyini, əvvəlki ekspert rəyləri ilə də istər Sadıx Bağırova verilmiş 0,05 ha, istərsə də onun gəlini Aygün Hüseynovaya verilmiş 0,03 ha torpaq sahəsinin müəyyən hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünün müəyyən edildiyi, həmin torpaq sahələri iddiaçının istifadəsində olmaqla onun hasarının daxilində olsa da, iddiaçı tərəf yalnız həmin torpaq sahələrinin qanunsuz olaraq cavabdehlərə verildiyini bildikdən sonra məhkəmədə hazırkı iddianı qaldırdığını, həmin torpaqlar tam qanunsuz olaraq üçüncü şəxslərə əvvəlki tarixlərə saxta sənədlər düzəldilərək onların adlarına qeyd edildiyini, hazırkı iş üzrə iddiaçı tərəf də Sadıx Bağırovun sözünə əməl etmədiyini görüb sonradan, konkret olaraq 2024-cü ilin sentyabr ayında sözügedən iddianı qaldırdığını qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İnzibati- Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2007-ci il tarixli, 12 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2007-ci il tarixli, 12 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1723/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1723/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver