Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1724/2022 19.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” ” tələbinə dair iddiası üzrə iş materiallarına 19 oktyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı təşkilata verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafiq Dağ-Mədən ayırma aktının ləğvi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 X3 29 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2014-cü il tarixdə İmişli rayonu, Buludlu kəndində qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçı təşkilat müvafıq olaraq, xx.xx.2018-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyindən müvafıq Dağ-mədən işləri, dağburuq qazmalarının aparılmasına dair lisenziya almış və fəaliyyətə başlamışdır. Bildirirlər ki, iddiaçı təşkilat qeydiyyatdan keçdikdən sonra İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kənd ərazisindən 2,0 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmiş, İmişli Rayon İcra Hakimiyyəti tərəfındən 03 avqust 2017-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarıması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmiş, bundan sonra tərəflər arasında eyni tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müvafıq olaraq, ona torpaq sahəsinin yerquruluşu planı verilməklə torpaq sahəsi təhvil verilmişdir. Bundan sonra aidiyyəti üzrə cavabdeh təşkilata müvafiq müraciət edilərək, Qum-Çınqıl hasilatı üçün “Bəhrəmtəpə-İ” yatağında və ona ayrılan torpaq sahəsinin hüdudlarında fəaliyyətə başlanmasına dair müvafıq icazə istəmişlər. Cavabdeh təşkilat tərəfındən 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafıq Dağ-Mədən ayırma Aktına əsasən 5 il müddətinə icazə verilmişdir. Bundan sonra iddiaçı təşkilat tərəfındən aidiyyəti üzrə cəmiyyətə ayrılan torpaq sahəsində müvafıq fəaliyyətə başlanmışdır. Həmçinin Milli Sertifıkatlaşdırma Sistemi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli uyğunluq sertifkatına əsasən iddiaçı təşkilatın istehsalı etdiyi məhsul müvafıq tələblərə uyğundur. Eləcə də iddiaçı təşkilatın fəaliyyəti həmçinin X6 Görülməsi və X8 Agentliyi tərəfındən verilən 17 iyul 2020 saylı müvafıq çıxarışa əsasən dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı təşkilat tərəfındən 2022ci ilin mart ayına qədər işlədiyi həmin ərazidə həmişə müvafıq qanunverciliyin tələblərinə, o cümlədən ekoloji qaydalara və müvafıq istismarla bağlı təlimatlara, ətraf mühutun qorunması və s. hallara həmişə diqqətlə yanaşmış və fəaliyyəti dövründə bunla bağlı hər hansı nöqsana yol verilməmişdir. Lakin 2022-ci ilin aprel ayının 08-də İmişli Rayon İcra Hakimiyyəti tərəfındən İddiaçı MMC-ə ayrılan Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsinə dair 03 avqust 2017-ci il tarixli, 111 saylı Sərəncamı və 03 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi ləğv edilməsi qərara alınmışdır. (müvafıq olaraq tərəflərindən mübahisələndirilmişdir). Həmin sərəncamın məzmununa diqqət yetirdikdə məlumatlı olmuşlar ki, məhz buna əsas cavabdeh təşkilat tərəfindən onlara ayrılmış 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafıq Dağ-Mədən ayırma Aktının ləğvi əsas olmuş, yəni onlar tərəfındən cəmiyyətə verilmiş müvafıq akt ləğv edildiyindən hazırda torpaq sahəsinə dair müvafıq sərəncam da ləğv edilməlidir. Bundan sonra şifahi maraqlanarkən məlum olmuşdur ki, həmin cavabdeh təşkilat tərəfındən həmin akt 29 aprel 2021-ci il tarixli qərarla ləğv edilmiş, səbəb kimi isə həmin toraq sahəsindən istifadə edilmədiyi qeyd edilmişdir. Lakin həmin qərarın surəti cəmiyyətə hazırkı vaxta kimi rəsmi qaydada təqdim edilməmişdir. (bunla bağlı hazırda aidiyyəti quruma müvafiq sorğu ilə müraciət edərək, həmin qərarın surətinin onlara təqdim edilməsini xahiş etmişlər). Lakin hazırda müvafiq iddia müddətinin keçməməsi ilə əlaqədar həmin icra hakimiyyətinin sərəncamı və onlardan aldıqları şifahi məlumat əsasında iddianı qaldırırlar. Həmin aktı isə hesab edirlər ki, aşağıdakılara görə tamamilə qanunsuz və əsassız olmaqla əlverşsiz inzibati akdır. Belə ki, ilk öncə qeyd edirlər ki, həmin qərar əlverşsiz inzibati akt olmaqla iddiaçı təşkilatın hüquqlarını tamamilə məhdudlaşdırır və ona verilmiş hüquqdan əsassız məhrum etməsinə səbəb olur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfındən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv oluıımalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bundan əlavə hesab edirlər ki, həmin əlverişsiz inzibati akt qəbul edilərəkən bu barədə iddaçıya hər hansı bir məlumat verilməmiş, ümumiyyətə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq inzibati icraat haqqında qanunun tələbləri tamamilə pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfındən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qanunverciliyin qeyd edilən tələbindən görünür ki, inzibati orqan inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən xidməti vəzifəsindən irəli gələn öhdəliklərinə əməl etməyərək, mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, iddiaçınm səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, yalnız öz mülahizələrinə əsaslanmaqla inzibati akt qəbul edilmişdir. Göründüyü kimi cavabdeh inzibati akt əlverşsiz inzibati akt olmaqla iddiaçının hüquqlarını pozmaqla qəbul edilmişdir. Digər tərəfdən həmin izibati aktın hansısa monitorinq apararaq cavabdeh tərəfındən hansısa pozuntulara yol verildiyi, həmin torpaq sahəsindən təyinatı üzrə iki il müddətində istifadə edilmədiyi qeyd edilmişdir. Hansı ki, bununla bağlı hər hansı bir sübut olmadığı halda inzibati orqanın heç bir inzibati araşdırma aparmadan birtərəfli qaydada həmin nəticəyə gəlməsi də tamamilə əsassızdır. “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı abzastına əsasən Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 7-ci abzastında Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 4-cü bəndində isə yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılması göstərilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində isə lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafıq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə Lisenziya və icazə dayandırılır. Hazırkı iş üzrə isə qanunverciliyin qeyd edilən yerin təkindən istifadənin göstərilən şərtlərlə ləğv edilməsi üçün müəyyən qaydaları imperativ şəkildə müəyyən etmişdir. Belə ki, həmin maddənin tələbi isə iki hissədən ibarətdir. 1-ci hissə müvafıq olaraq, yerin təkinin istifadəçisinin icazədə göstərilən müddətdə bu hüququ həyata keçirməsi, 2-ci hissə isə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamaması. Hər iki şərtin məcmu halında olması məhz müvafiq səlahiyyətli orqana ilk öncə həmin hüququnun ləğvi əsasını vermir və inzibati orqan tərəfindən həmin hüququ dayandırılması öhdəliyi qoyur. Yəni, icazə verən orqan ilk öncə həmin halların hər ikisi baş verdikdə yerin təkindən istifadə hüququ dayandırılmalı, bundan sonra həmin qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan digər şərtləri icra etməlidir. Belə ki, bundan sonra icazə verən orqan müvafiq yerin təkinin isitifadəçisinə qanunla müəyyən edilmiş qaydada müvafiq xəbərdarlıq edərək, ona lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair xəbərdarlıq etməli idi. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya belə bir dayandırma qərarı, habelə xəbərdarlıq barədə məlumat yollamamış, ümumiyyətlə qeyd edilən qanunun göstərilən müdəallarına əməl etməmişdir. Bundan sonra inzibati orqan tərəfındən həmin xəbərdarlığın müvafıq nəticəsi olaraq, həmin inzibati icraat haqqında qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq, araşdırma aparmaqla iddiaçının müvafıq xəbərdarlığa əməl edib-etməməsini, bununla bağlı nöqsanların aradan qaldınlıb-qaldırılmaması barədə halları araşdırmaqla maraqlı şəxsin istirakını təmin etməklə müvafıq qərar qəbul etməli olduğu halda inzibati orqan göstərilən qanunverciliyin bütün müddəalarını pozaraq, birtərəfli əlverşsiz inzibati qərar qəbul etmişdir. Ona görə də, həmin əlverşsiz inzibati akt ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X9 X5 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Məlumat üçün bildirirlər ki, Agentliyin əməkdaşları tərəfindən Araz çayının hövzəsində yerləşən qum-çınqıl karxanalarının monitorinqi zamanı İmişli rayonu ərazisində “Bəhrəmtəpə-İ” yatağından qum-çınqıl çıxarılması üçün İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış 2 ha yer təki sahəsində baxış zamanı böyük (ümumi sahəsi 3.20 ha olan) süni göl aşkar edilmiş, lakin baxış zamanı hasilat işlərinin aparılmaması aşkar edilmiş, bununla bağlı vətəndaş sahədə artıq işləmədiyini bildirmişdir. Bu səbəbdən X7 xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarı ilə İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli “Dağ-mədən ayırması” aktının əsli, ayrılmış yer təki sahəsinin istifadə olunmadığı təqdirdə, Agentliyə təhvil verilməsi tələb olunmuşdur. Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən 21 sentyabr - 23 oktyabr 2020-ci il tarixlərində Aran coğrafi-iqtisadi rayonunun İmişli rayonunda fəaliyyət göstərən karxanaların monitorinqi zamanı müəyyən olunmuşdur ki, “Dağ-mədən ayırması aktı” üzrə hüquqi şəxsə verilmiş karxana sahəsinin daxilində 182 800 m3, xaricində isə 109 936 m3 faydalı qazıntı hasil edilmişdir. “Dağmədən ayırması” aktı ilə 2 ha ərazi yer təkində istifadə üçün ayrılmasına baxmayaraq, istismarçı 3.2 ha ərazidə qadağan olunmuş hidromexaniki qurğu ilə hasilat işləri aparmışdır. Ərazinin bir qismi “Bəhrəmtəpə-1” yatağı hüdudlarından kənarda yerləşir. Qeyd olunanlar 2018 və 2021-ci ilin peyk şəkillərində öz əksini tapır (əlavə olunur). Eyni zamanda bildirirlər ki, İddiaçı MMC tərəfindən Mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmaların ödənişi təmin edilməmişdir. Yer təki sahəsindən kənarda aparılmış hasilata görə X9 X3 29 aprel 2021-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya verilmiş “Dağ-mədən ayırması” aktı ləğv edilmişdir. Ləğv edilmiş “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədə artıq faydalı qazıntı ehtiyatı tükənmişdir, həmin əraziyə “Dağ-mədən ayırması” aktı verilə bilməz, çünki 2 ha sahədən artıq ərazidə qazıntı işləri aparılmışdır. “Yerin təki haqqında” Qanunun 18-ci maddəsinin 4-cü bəndinə əsasən, yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılır. Həmin Qanunun 19-cu maddəsinin 6-cı bəndinə əsasən, bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4cü bəndlərində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizəsi zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu il bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikası qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı MMC iddia müddətini ötürmüşdür. Belə ki, X9 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 22 saylı qərarı müvafiq qaydada iddiaçıya poçt göndərişi vasitəsilə xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Buna görə də, iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə X9 X5 tərəfindən Şirvan İnzibati Məhkəməsinə müraciət olunur. Göründüyü kimi, İddiaçı MMC-yə “Bəhrəmtəpə-İ” yatağından qum-çınqıl hasilatı məqsədilə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli “Dağ-mədən ayırması” Aktının ləğvi qanunamüvafiq qaydada həyata keçirilmişdir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Nümayəndə gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmışdır və sonuncunun İddiaçı adından iddia qaldırmaq, iddia ərizəsini iddiaçının yerinə imza etmək səlahiyyəti yoxdur. Belə ki, MPM-in 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir İddia ərizəsinə əlavə olunan etibarnamədən aydın olur ki, İddiaçı Nümayəndə müəyyən səlahiyyətlər vermişdir. Bununla belə, həmin etibarnamənin bağlandığı tarix və qeydiyyat nömrəsi göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsiz olduğundan Nümayəndə İddiaçı adından cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsini imzalamaqla hazırkı iddianı qaldıra bilməz. Bundan əlavə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 01-05-E-01 nömrəli etibarnamədən aydın olur ki, İddiaçı Nümayəndə müəyyən səlahiyyətlər vermişdir. Bununla belə, həmin etibarnamədə də “İddia ərizəsinin imzalanması” səlahiyyətinin ona verilməsi xüsusi göstərilməlidiyindən, ərizədə göstərilənlər İddiaçı iradə ifadəsi kimi qəbul oluna bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsini imzalamış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçını məhkəmədə təmsil etmək, iddia ərizəsini imzalamaq səlahiyyətinə malik deyildir. Bu hal isə iddianın mümkün sayılmaması üçün əsasdır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması eyni iddia tələbi eyni cavabdehə qarşı yenidən iddia irəli sürmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1724/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1724/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver