Məhkəmə qərarları › İş №2-1(120)-1728/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1728/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1728/2024 25.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuş, ilk dəfə əmək fəaliyyətinə xx.xx.1983-cü ildə İmişli mexaniki tikinti idarəsində birinci dərəcəli fəhlə vəzifəsində başlamış, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək üçüncü sinif sürücüsü vəzifəsində çalışmışdır. "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X8 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A-50 U və A-50 markalı avtomaşınlarda maşinist, X8 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu sürücü, X1 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ-256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək VAZ-21213 markalı avtomaşında sürücü peşəsində işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixədək "xxxx" Kooperativində sürücü, xx.xx.2009-cu il tarixdən AR Dövlət Neft Şirkəti "Azneft" X7 Nəqliyyat İdarəsində xx.xx.2016-cı il tarixədək avtomobil sürücüsü, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək X2 Mədənində avtomobil sürücüsü, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək X20 Companidə avtomobil sürücüsü, hal hazırda isə Qobustan Nəqliyyat İdarəsində avtomobil sürücüsü vəzifəsində işləyir. Əmək fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olduqdan sonra SOCAR "Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-1/2-8-245- 1/2023-215 nömrəli zərərli iş şəraiti haqqında arayışı əlavə etməklə mənə güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialılının xx.xx.2023-cü il tarixli 3-17-112-8-130283/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın xx.xx.2023-cü il tarixli arayışda xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində maşinist, xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində motorçu-sürücü, xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sürücümaşinist, xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sürücü vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi vəzifələr yuxarıda qeyd olunan qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələrinə uygun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassız hesab edilməli və ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmalıdır. Belə ki, SOCAR "Azneft" İstehsalat Birliyinin arayışından görünür ki, o, "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X8 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A-50 U və A-50 markalı avtomaşınlarda maşinist, X8 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu sürücü, X1 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ- 256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək VAZ-21213 markalı avtomaşında sürücü peşəsində işləmişdir. Onun "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsində, X8 İdarəsində və X1 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (13 il 09 ay 04 gün) işlədiyi "maşinist", "motorçu sürüçü" və "sürücü maşinist" peşələri yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin 10.2 "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi" yarımbölməsində nəzərdə tutulann "qaldırıcıların maşinistləri" peşəsi ilə, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək (04 il 10 ay 30 gün) işlədiyi sementləyici aqreqatda "sürücü" peşəsi ilə yerinə yetirilən işin xüsusiyyətinə görə həmin yarımbölmədə qeyd edilmiş "sementləşdirici aqreqatların motorçuları" peşəsi ilə eynilik təşkil edir. Qeyd olunanlara əsasən hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi, cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı A Əliyev xx.xx.2023-cu il tarixdə Fondun Xususi şərtlərlə təyinat üzrə malik malina muraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. X14 3-17- 112-8-130283/2023 nömrəli cavab məktubu ila iddiaçıya bidirmişdir ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın neftin qazılması və hasilatı neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzı Filiala təqdim edilən SOCAR-ın 20 aprel 2023-cu il tarixli 14-2-1/2-9-245-1/2023- 215 arayışında İddiaçı 22 10.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində maşinist, 29.08. 1988-xx.xx.1989cu il tarixləri arasındakı dövr ərzində motorçu-sürucu, 17 10.1994-26.07 1999-cu il tarixləri arasındakı dövr ərzində sürücü-maşinist, xx.xx.2004 xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sementləyici aqreqatda sürücü və xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sürücü vəzifələrində işlədiyi qeyd olunub. Gorundüyü kimi, İddiaçı işlədiyi vəzifələr yuxarıda qeyd olunan qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq A Əliyevə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitali əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır va sigortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilın 1 yanvar tarixinə qeydə alınır Hamin Qanunun 29.1-1-cı maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qararı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (102) bəndində qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur Göründüyü kimi, iddiaçının müxtəlif vaxtlarda işlədiyi maşinist, motorçu sürücü və sürücü maşinist vəzifələri yuxarıda göstərilən qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifəsinə uyğun deyildir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı müvafiq dövrlərdə çalışdığı vəzifə siyahı ilə müəyyən edilmiş vəzifəylə uyğunluq təşkil etməmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunidir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X12 iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, İmişli rayonunun Oruclu kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1981-ci il tarixli, H3 ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1985-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan SOCAR-ın “Azneft” İstehsalat birliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X8 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A- 50U və A-50 markalı avtomaşınlarda maşinist, X8 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu-sürücü, X1 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ-256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək VAZ-21213 markalı avtomaşında sürücü peşəsində işləmişdir. Onun "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsində, X8 İdarəsində və X1 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (13 il 09 ay 04 gün) işlədiyi maşinist, motorçu sürücü və sürücü-maşinist peşələri yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin 10.2 "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi" yarımbölməsində nəzərdə tutulan "qaldırıcıların maşinistləri peşəsi ilə. X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək (04 il 10 ay 30 gün) işlədiyiniz sementləyici aqreqatda sürücü peşəsi isə yerinə yetirilən işin xüsusiyyətinə görə həmin yarımbölmədə qeyd edilmiş "sementləşdirici aqreqatların motorçuları" peşəsi ilə eynilik təşkil edir. İş materiallarında olan SOCAR-ın “Azneft” İstehsalat birliyinin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı SOCAR-a ünvanladığı müraciəti əsasında "Azneft" İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 14-2-1/2-0-245- 1/2023/215 nömrəli "Ərizəyə cavab verilməsi haqqında" məktubu ilə ona cavab göndərilmişdir. Təkrar olaraq bildiririk ki, İddiaçı SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli 14-2/2-8-245-1/2023-863 nömrəli arxiv arayışındakı və ona məxsus ИТ-І №1858789 nömrəli əmək kitabçasındakı qeydlərdən müəyyən olunur ki, İddiaçı "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X8 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A-50U və A-50 markalı avtomaşınlarda maşinist, X8 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu-sürücü, X1 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ-256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək VAZ- 21213 markalı avtomaşında sürücü peşəsində işləmişdir. İddiaçı "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsində, X8 İdarəsində və X1 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (13 il 09 ay 04 gün) işlədiyi maşinist, motorçu sürücü və sürücümaşinist peşələri yerinə yetirilən işin xüsusiyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin 10.2 "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi" yarımbölməsində nəzərdə tutulan "qaldırıcıların maşinistləri" peşəsi ilə, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək (04 il 10 ay 30 gün) işlədiyi sementləyici aqreqatda sürücü peşəsi isə yerinə yetirilən işin xüsusiyyətinə görə həmin yarımbölmədə qeyd edilmiş "sementləşdirici aqreqatların motorçuları" peşəsi ilə eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı uzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı la təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların. peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın 20 aprel 2023-cü il tarixli 14-2-1/2-8-245-1/2023-215 arayışında xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində maşinist, xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində motorçu-sürücü, 17. 10.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sürücümaşinist, xx.xx.2004- xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sementləyici aqreqatda sürücü və xx.xx.2009- xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sürücü vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifələr yuxarıda qeyd olunan qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı isə yoxdur. Eyni zamanda adıçəkilən şəxsın təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 36 il 5 ay 3 gün (xx.xx.2006-cı il tarixinədək 19 il 3 gün (xx.xx.1982xx.xx.1986-ci il xx.xx.1980 xx.xx.1994-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 5 ay) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixinə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 81044,73 manat təşkil edir. İş materiallarında olan SOCAR-ın “Azneft” İstehsalat birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli 14-2/1-8-245-1/2023-2258 nömrəli müraciətinə müəssisəmizin xx.xx.2023-cü il tarixli 14-2-1/2-9-245-1/2023-215 nömrəli məktubu ilə, vətəndaşın hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağladığı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı Şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2023-cü il tarixli 06/146 nömrəli sorğu məktubuna isə müəssisəmizin xx.xx.2023-cü il tarixli 14-2-1/2-1459/2023 nömrəli məktubu ilə cavab verilmişdir. Sorğu məktubunda qeyd edilənlərlə bağlı bildiririk ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 31 mart 2023-cü il tarixli 14-2/2-8-245-1/2023-863 nömrəli arxiv arayışındakı və İddiaçı ИТ-І №1858789 nömrəli əmək kitabçasındakı qeydlərdən müəyyən olunur ki, o, "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X8 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A-50U və A-50 markalı avtomaşınlarda maşinist, X8 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu-sürücü, X1 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ-256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək VAZ- 21213 markalı avtomaşında sürücü peşəsində işləmişdir. Bildiyiniz kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Məlumat üçün bildiririk ki, A-50U, A-50 və AZİNMAŞ-37 markalı avtomaşınlar quyuların əsaslı və yeraltı (cari) təmirlərində istifadə edilən qaldırıcı qurğusu olan xüsusi texnikadır və X18 Sorğu Kitabçasında bu növ xüsusi texnikalarda (qaldırıcı qurğusu olan avtomaşınlarıda) işləyən işçilərin peşəsinin adı "qaldırıcının maşinisti” olaraq nazərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki. hal-hazırda “Azneft" İB-nin struktur təşkilatlarında həmin markalı xüsusi texnikalarda (avtomaşınlarda) işləyən işçilərin peşəsinin adi "qaldırıcının maşınistidir” (peşə təlimatı əlavə olunur) Həmçinin bildiririk ki, X18 Sorğu Kitabçasında bütün növ sementləyici aqreqatları idarəedən işçilərin peşəsinin adı "sementləyici aqreqatın motorçusu” olaraq nəzərdə tutulmuşdur. Hal-hazırda "Azneft" İB-nin struktur təşkilatlarında sementləyici aqreqatları idarəedən işçilərin peşəsinin adı "sementləyici aqreqatın motorçusu"dur (peşə təlimatı əlavə olunur). X18 Sorğu Kitabçasına əsaslanaraq İddiaçı işlədiyı A-50U markalı avtomaşının maşinisti, A-50 markalı avtomaşının maşinisti və AZİNMAŞ-37 markalı avtomaşının motorçu-sürücüsü peşələrini "qaldırıcının maşinisti” peşəsi olaraq, "sementləyici aqreqatda sürucü" peşəsini isə "sementləyici aqreqatın motorçusu" peşəsi olaraq nəzərə alırıq. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, A.A Əliyevin "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsində, X8 İdarəsində və X1 İdarəsində xx.xx.1985-ci il tarixdən 26.07 1999-cu il tarixədək (13 il 9 ay 4 gün) işlədiyi maşinist, motorçu-sürücü və sürücü-maşinist peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şıstin emalı bölməsinin 10.2 "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi yarımbölməsində nəzərdə tutulan "qaldırıcıların maşinistləri" peşəsi ilə, X2 Mədəninın Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək (4 il 11 ay) işlədiyi sementləyici aqreqatda sürücü peşəsi isə həmin yarımbölmədə nəzərdə tutulan "sementləşdirici aqreqatların motorçuları" peşəsi ilə eynilik təşkil edir.A.A Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Siyahı"nın 10.2-ci yarımbölməsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə (qaldırıcının maşinisti və sementləyici aqreqatın motorçusu) əmək stajı 18 il 8 ay 4 gundür. İş üzrə şahid qismində dindirilmiş X10 və X13 ifadələrində bildirmişlər ki, iddiaçı ilə birlikdə 1985-ci ildən bu günə kimi birlikdə işləyirlər və hər ikisi hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək səraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən əsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı lə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, Deşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz Kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR-ın 20 aprel 2023-cü il tarixli 14-2-1/2-8-245-1/2023- 215 arayışında xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində maşinist, xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində motorçusürücü, xx.xx.1994- xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sürücü-maşinist, xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sementləyici aqreqatda sürücü və xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sürücü vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, İşlədiyiniz vəzifələr yuxarıda qeyd olunan qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki,iddiaçı ilə bir yerdə işləyən və güzəştli şərtlərlə pensiya alan X3, X5 və X6 pensiya işlərinə dair sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. Güzəştli iş stajının toplanmaması. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olmaması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: 1) İddiaçının 60 yaşının tamam olması, 2) 60 yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək 25 il ümumi iş stajının olması; 3) bu müddətin azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə iş materiallarından müəyyən edir ki, iddiaçı Azərbaycan xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur.Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən və təqdim olunmuş arayışlardan görünür ki, iddiaçı: -xx.xx.1983-cü il tarixdən onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə kimi müxtəlif peşələrdə çalışmışdır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2023-cü il tarixə ümumi iş stajı 25 ildən çox (36 il 5 ay 3 gün) təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı A.X11 təqdim etdiyi 02 iyul 1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X8 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A-50U və A-50 markalı avtomaşınlarda maşınıst, X8 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu-sürücü, X1 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ-256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək VAZ- 21213 markalı avtomaşında sürücü vəzifəsində işlədiyinin qeyd edildiyini, lakin iddiaçının işlədiyi fəaliyyət sahəsi qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələrinə aid olmadığını qeyd etmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Belə ki, ilkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Sorğu nəticəsində məhkəməyə ünvanlanan iş materiallarında olan SOCAR-ın “Azneft” İstehsalat birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 31 mart 2023-cü il tarixli 14-2/2-8-245- 1/2023-863 nömrəli arxiv arayışındakı və İddiaçı ИТ-І №1858789 nömrəli əmək kitabçasındakı qeydlərdən müəyyən olunur ki, o, "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinin Məmmədli sahəsində və X8 İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək A-50U və A-50 markalı avtomaşınlarda maşinist, X8 İdarəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək AZİNMAŞ-37 markalı avtomaşında motorçu-sürücü, X1 İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1999cu il tarixədək A-50 markalı avtomaşında sürücü-maşinist, X2 Mədəninin Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək KRAZ-256-B "SA-320" və KRAZ-250-B markalı sementləyici aqreqatda sürücü və xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək VAZ- 21213 markalı avtomaşında sürücü peşəsində işləmişdir. Bildiyiniz kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Məlumat üçün bildiririk ki, A-50U, A-50 və AZİNMAŞ-37 markalı avtomaşınlar quyuların əsaslı və yeraltı (cari) təmirlərində istifadə edilən qaldırıcı qurğusu olan xüsusi texnikadır və X18 Sorğu Kitabçasında bu növ xüsusi texnikalarda (qaldırıcı qurğusu olan avtomaşınlarıda) işləyən işçilərin peşəsinin adı "qaldırıcının maşinisti” olaraq nazərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki. hal-hazırda “Azneft" İB-nin struktur təşkilatlarında həmin markalı xüsusi texnikalarda (avtomaşınlarda) işləyən işçilərin peşəsinin adi "qaldırıcının maşınistidir” (peşə təlimatı əlavə olunur) Həmçinin bildiririk ki, X18 Sorğu Kitabçasında bütün növ sementləyici aqreqatları idarəedən işçilərin peşəsinin adı "sementləyici aqreqatın motorçusu” olaraq nəzərdə tutulmuşdur. Hal-hazırda "Azneft" İB-nin struktur təşkilatlarında sementləyici aqreqatları idarəedən işçilərin peşəsinin adı "sementləyici aqreqatın motorçusu"dur (peşə təlimatı əlavə olunur). X18 Sorğu Kitabçasına əsaslanaraq İddiaçı işlədiyı A-50U markalı avtomaşının maşinisti, A-50 markalı avtomaşının maşinisti və AZİNMAŞ-37 markalı avtomaşının motorçu-sürücüsü peşələrini "qaldırıcının maşinisti” peşəsi olaraq, "sementləyici aqreqatda sürucü" peşəsini isə "sementləyici aqreqatın motorçusu" peşəsi olaraq nəzərə alırıq. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, A.A Əliyevin "Muradxanlıneft" Neft və Qazçıxarma İdarəsində, X8 İdarəsində və X1 İdarəsində xx.xx.1985-ci il tarixdən 26.07 1999-cu il tarixədək (13 il 9 ay 4 gün) işlədiyi maşinist, motorçu-sürücü və sürücü-maşinist peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şıstin emalı bölməsinin 10.2 "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi yarımbölməsində nəzərdə tutulan "qaldırıcıların maşinistləri" peşəsi ilə, X2 Mədəninın Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək (4 il 11 ay) işlədiyi sementləyici aqreqatda sürücü peşəsi isə həmin yarımbölmədə nəzərdə tutulan "sementləşdirici aqreqatların motorçuları" peşəsi ilə eynilik təşkil edir.A.A Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Siyahı"nın 10.2-ci yarımbölməsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə (qaldırıcının maşinisti və sementləyici aqreqatın motorçusu) əmək stajı 18 il 8 ay 4 gundür. İş materiallarında olan Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürən SOCAR-ın “Azneft” İstehsalat birliyinin Arayışında qeyd olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən p qaldırıcıların maşinistləri" peşəsi ilə, X2 Mədəninın Nəqliyyat sexində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək (4 il 11 ay) işlədiyi sementləyici aqreqatda sürücü peşəsi isə həmin yarımbölmədə nəzərdə tutulan "sementləşdirici aqreqatların motorçuları" peşəsi ilə eynilik təşkil edir, A. A Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Ne-li qərarı ilə təsdiq edilmiş "Siyahı"nın 10.2-ci yarımbölməsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə (qaldırıcının maşinisti və sementləyici aqreqatın motorçusu) əmək stajı 18 il 8 ay 4 gündür. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, həm əmək kitabçasına, həm işəgötürən SOCAR-ın “Azneft” İstehsalat birliyinin məhkəməyə təqdim etdiyi arayışlara əsasən, iddiaçının xx.xx.2023-cü il tarixədək güzəşli iş stajının 12 il 6 aydan çox təşkil etdiyini müəyyən edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınan 81044,73 manat təşkil edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından, eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və “SOCAR-ın “Azneft” İstehsalat birliyinin iddiaçı ilə bağlı təqdim etdiyi arayışla razılaşmayaraq əlavə araşdırma aparmadan güzəştli iş stajının 12 il 6 aydan az olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.3, 4.1, 23.1,34.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı-xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar