Məhkəmə qərarları › İş №2-1(120)-173/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-173/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-173/2024 06.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin 11 aprel 2023-c il tarixli protokolu vasitəsilə cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin oktyabr ayınadək əmək pensiyası almış, lakin 2021-ci ilin oktyabr ayından əmək pensiyam dayandırılmışdır. Yaşa görə əmək pensiyasının yenidən bərpa edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan- Salyan regional filialına müraciət etmiş, cavabdeh orqan ona xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.2017-ci ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı 10 il olmuşdur. Onun pensiya hüququ yarandığı tarixdə ümumi sosial sığorta stajı 11 il 8 ay 29 gün olmuşdur. Lakin 1994-ci ildən 1999-ci ilədək X18 Ticarət İdarəsində işləməsi faktı Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilən əmr və əmək haqqı cədvəllərində 1991-ci ilin fevral ayından adı aşkar edilib 1994-cü ilin yanvar ayının 4-də son haqq-hesab ödənilməsi məlum olmuşdur. Lakin 1994-cü fevral ayından xx.xx.1999-cu ilədək olan əmək stajı Arxivdə saxlanılan əmr və əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi üçün həmin illərin əmək stajı təsdiq edilməmişdir. Bu səbəbdən X26 və Audit Departamentinin apardığı yoxlamaya əsasən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Onun pensiya işi Fondun Arxiv və İnventarlaşdırılması Mərkəzi filialına təhvil verilmişdir. Belə ki, 1987-ci il tarixdən 1999-cu il tarixə kimi işləmiş və 6 uşaq anasıdır. 6 uşaq anasıdır, bundan başqa 1994-1999-cu illərdə Hacıqabul rayon “Qarışıq Mallar” Ticarət idarəsində işləmiş və əmək haqqı almışdır. Bu da Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışı və arayışı ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu təmamilə əsassızdır. Qeyd edilənləri nəzərə alaraq pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. İddiaçının hüququ yarandığı (xx.xx.2017-cü il) tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən: Tələb olunan sosial sığorta stajı 10 il, İddiaçı ümumi sosial sığorta stajı 11 il 08 ay 29 gün olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 və Audit Departamentinin apardığı yoxlama nəticəsində iddiaçıya təyin olunmuş əmək pensiyası dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. İddiaçının “Qarışıq Mallar” Ticarət İdarəsində xx.xx.1991-xx.xx.1999-cu illərdə işləməsi faktı Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilən əmr və əməkhaqqı cədvəllərinə əsasən yoxlanılmış və akt tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli yerində yoxlama aktına əsasən əməkhaqqı cədvəllərində 1991ci ilin fevral ayında İddiaçı adına rast gəlinmiş, sonuncu haqq hesab ödənilməsi xx.xx.1994-cü il tarixə qeyd olunmuşdur. Sonraki illərə dair arxivdə saxlanılan əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinməmişdir. Nəticədə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajı olmadığından İddiaçı pensiyası dayandırılmışdır. Lakin Hacıqabul Rayon Dövlət Arxivin iddiaçıya verdiyi xx.xx.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışında İddiaçı 1991-1998-ci illər üzrə əmək haqqı aldığı göstərilmişdir. Hacıqabul Rayon Dövlət Arxivinin müdiri V.F.Nağıyevin imzaladığı xx.xx.2021-ci il tarixli, 178 nömrəli arxiv arayışı ilə, arxiv müdirinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli yoxlama aktı arasında ziddiyyət mövcud olduğundan tərəflərindən Hacıqabul Rayon Dövlət Arxivində qorunub saxlanılan “Qarışıq Mallar” Ticarət İdarəsinin 1991- 1999-cu il əmr və əmək haqqı cədvəllərinə baxış keçirilmiş, qarşılıqlı yoxlama aktı tərtib olunmuşdur. Belə ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlara əsasən, İddiaçı işə qəbul və işdən çıxma əmrləri, əmək haqqı cədvəllərində adı aşkar olunmamışdır. “Qarışıq Mallar” Ticarət İdarəsinin 1991-1999-cu il əmək haqqı cədvəllərində yalnız Məmmədova Rəna (ata adı göstərilmədən) adı aşkarlanmışdır. Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı da aid edilmişdir. Habelə Azərbaycan Respublikası Aii Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti oian faktlann müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Eyni zamanda, əmək haqqı cədvəllərinə əsasən Məmmədova Rəna 1991-ci il üzrə 03 ay, 1992-ci il 05 ay, 1993-cü il 12 ay, 1995-ci il 02 ay, 1996-cı il 12 ay, 1997-ci il 11 ay, 1998-ci il 04 ay əmək haqqı almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2, 5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 2 və 1,0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara ediiən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən tələb olunan sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı inzibati iş üzrə iddia tələbinin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ ******* nömrəli, xx.xx.1989-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1991-ci il tarixdən Qazı-Məmməd şəhəri Ticarət idarəsinə keçməyi ilə əlaqədar olaraq AZSSR-nin ƏQM 36 maddəsinin 5 bəndinə əsasən köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1991-ci il tarixdən köçürmə yolu ilə 90 nömrəli mağazaya gözətçi təyin edilmiş, xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir. İşdə olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, İİ-İQ 311807 nömrəli çıxarışın surətindən görünür ki, X19 ilə X13 arasında nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra soyadları: kişi Əsədov, qadın Əsədova olmuşdur. İşdə olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, Vİİİ-İQ 486329 nömrəli çıxarışın surətindən görünür ki, X10 xx.xx.1982-ci il tarixdə Haçıqabul şəhərində anadan olmuş, valideynləri qrafasında atası X19, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1984-cü il tarixli, X-ЖГ 264820 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1984-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1989-cu il tarixli, X-ЖГ 343478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1989-cu il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1991-ci il tarixli, XV-ЖГ 484181 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1991-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1994-cü il tarixli, XVİİİ-ЖГ 332700 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1994-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X19, anası İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin arayışında qeyd edilmişdir ki, Əsədova (Məmmədova) X12 rayon Dövlət Arxivində fond-20-də qorunub saxlanılan Hacıqabul rayon “Qarışıq Mallar” Ticarət idarəsinin 1991-1999-cu illərə aid olan əmək haqqı cədvəllərində qaytanlanmış kitablarda X6 adına 1991-1992-1993-1995-1996-1997-1998-ci illərin əmək haqqı cədvəlində verilmiş arayışda olduğu kimi qeyd edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X35 Şəxsin 1 saylı X1 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı 10 il olmuşdur. Onun pensiya hüququ yarandığı tarixdə ümumi sosial sığorta stajı 11 il 8 ay 29 gün olmuşdur. Lakin 1994-ci ildən 1999-ci ilədək X18 Ticarət İdarəsində işləməsi faktı Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilən əmr və əmək haqqı cədvəllərində 1991-ci ilin fevral ayından adı aşkar edilib 1994-cü ilin yanvar ayının 4-də son haqqhesab ödənilməsi məlum olmuşdur. Lakin 1994-cü fevral ayından xx.xx.1999-cu ilədək olan əmək stajı Arxivdə saxlanılan əmr və əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi üçün həmin illərin əmək stajı təsdiq edilməmişdir. Bu səbəbdən X26 və Audit Departamentinin apardığı yoxlamaya əsasən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinə müraciəti əsasında xx.xx.2017-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın yaşa görə əmək pensiyası Dövlət Sosial Müdafiə X21 və Audit departamentinin apardığı yoxlamaya əsasən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Fondun 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Hacıqabul rayonu Qarışıq Mallar Ticarət idarəsindəki xx.xx.1994-cü il tarixindən 04.01,1999-cu il tarixinədək olan dövr ilə bağlı əmək haqqı cədvəllərində vətəndaşın adına rast gəlinməyib. Bu səbəbdən həmin illər sığorta stajına daxil edilməmişdir. Bildiririk ki, onun xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyası tərəfimizdən yenidən hesablanmışdır. Belə ki, sığorta stajı xx.xx.1987-xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-xx.xx.1994-cü il tarixədək işlədiyi dövr daxil edilməklə 6 il 8 ay 29 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X35 şəxsin 1 saylı Şirvan-Salyan regional ərazi filialının aparıcı mütəxəssisi X4, Hacıqabul rayon Dövlət Arxivinin müdiri X7 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı xx.xx.1991-xx.xx.1999-cu illərdə “Qarışıq Mallar” ticarət idarəsində sığorta stajına daxil olan əmək stajını yerində yoxlanılmış, yoxlama zamanı İddiaçı işə qəbul olma və işdən çıxma əmrləri aşkar edilməmiş, 1991-1999-cu illər üzrə əmək haqqı cədvəllərində İddiaçı adı müəyyən edilməmişdir. “Qarışıq Mallar” ticarət idarəsində 1991-1998-ci illərin əmək haqqı cədvəllərində Məmmədova Rənanın (ata adı göstərilməmişdir) adı aşkarlanmışdır. Məmmədova Rənanın işə qəbul və işdən çıxma əmrləri müəyyən edilməmişdir. Məmmədova Rənanın əmək haqqı arayışı akta əlavə olunmuşdur. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubundan görünür ki, Hacıqabuı rayon Dövlət Arxivində, İddiaçı Xal it qızının “Qarışıq Mallar” Ticarət idarəsində xx.xx.1991-xx.xx.1999-cu illərdə işləməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əlavə edilmiş əmək haqqı barədə arayışda, əmək haqqının göstərilmədiyi dövrlərin əmək, haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İşdə olan Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1506 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 60 saylı evdə yaşayır, 5 (beş) uşağı vardır. Səkkiz yaşına kimi özü böyüdüb tərbiyə etmişdir, işləmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-1-10596/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 1 saylı Şirvan-Salyan regional filialına ünvanlanmış ərizəsi xx.xx.2022-ci il tarixində Mərkəzi Filiala daxil olmuş və xx.xx.2022-ci il tarixində **********7 nömrəli məkktubla cavablandırılmışdır. İddiaçı xx.xx.2017-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə (azı 10 il sığorta stajı) əsasən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən onun xx.xx.1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrlər üzrə ümumilikdə 11 il 8 ay 29 gün sığorta stajı nəzərə alınmışdır. Xidməti yoxlama nəticəsində İddiaçı qanunla tələb olunan sığorta stajının olmadığı müəyyən edilmiş və onun yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Hacıqabul rayon Dövlət Arxinin xx.xx.2021-ci il tarixli aktına və 1 saylı X1 xx.xx.2022-ci il tarixli aktına əsasən Flacıqabul rayon Dövlət Arxivində qorunub saxlanılan Qarışıq Mallar Ticarət idarəsinin 1991-1999-cu illər əmr və əməkhaqqı cədvəllərinə baxış keçirilmiş və İddiaçı əmr kitablarında işə qəbul olma və işdən çıxma əmrləri aşkar edilməmişdir. Qeyd olunan səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X35 Şəxsin 1 saylı X1 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı 10 il olmuşdur. Onun pensiya hüququ yarandığı tarixdə ümumi sosial sığorta stajı 11 il 8 ay 29 gün olmuşdur. Lakin 1994-ci ildən 1999-ci ilədək X18 Ticarət İdarəsində işləməsi faktı Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilən əmr və əmək haqqı cədvəllərində 1991-ci ilin fevral ayından adı aşkar edilib 1994-cü ilin yanvar ayının 4-də son haqqhesab ödənilməsi məlum olmuşdur. Lakin 1994-cü fevral ayından xx.xx.1999-cu ilədək olan əmək stajı Arxivdə saxlanılan əmr və əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi üçün həmin illərin əmək stajı təsdiq edilməmişdir. Bu səbəbdən X26 və Audit Departamentinin apardığı yoxlamaya əsasən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyi işin materialları ilə təsdiq olunur. Belə olduğu təqdirdə iddiaçının çoxuşaqlı ana kimi yaşa görə pensiya hüququ 55 yaşının tamam olduğu 2017-ci il 23 aprel tarixdə yaranmış olur. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X10 xx.xx.1982-ci ildə, X14 xx.xx.1984-cü ildə, X15 xx.xx.1989-cu ildə, X23 xx.xx.1991-ci ildə və X11 xx.xx.1994-cü ildə anadan olmuşlar, ataları X20, anaları isə İddiaçıdır. Cavabdeh İnzibati orqanda qeyd edilən halı mübahisələndirməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - 1991-1999-cu il əmək haqqı cədvəllərində iddiaçının ata adının götərilməməsi; - Müəyyən dövrlərdə əmək haqqı almadığından ümumi stajın toplanmaması; - 1991-1999-cu illə üzrə giriş-çıxış əmrlərinin olmaması; - əmək kitabçasında sonradan düzəlişin olması. İş üzrə pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt ən azı 10 il sığorta stajına malik olmasıdır. Cavabdeh tərəfindən ümumilikdə 06 il 08 ay mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. (iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubu) Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - ilk növbədə təqdim edilən əmək kitabçasının surəindən göünür ki, İddiaçı xx.xx.1987ci il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyətində olmuş, xx.xx.1991-ci il tarixdən Qazı- Məmməd şəhəri Ticarət idarəsinə keçməyi ilə əlaqədar olaraq AZSSR-nin ƏQM 36 maddəsinin 5 bəndinə əsasən köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1991-ci il tarixdən köçürmə yolu ilə 90 nömrəli mağazaya gözətçi təyin edilmiş, xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir. - Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubundan görünür ki, Hacıqabuı rayon Dövlət Arxivində, İddiaçı Xal it qızının “Qarışıq Mallar” Ticarət idarəsində xx.xx.1991-xx.xx.1999-cu illərdə işləməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əlavə edilmiş əmək haqqı barədə arayışda, əmək haqqının göstərilmədiyi dövrlərin əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48- 17RA/xx-xx/2023 saylı məktubuna əsasən Qarışıq Mallar Ticarət İdarəsində əmək fəaliyyətinə aid cədvəllərdə ümumi işçilərin ata adlarının qeyd edilmədiyi, Əsədova (məmmədova) Rəna adlı başqa şəxsin işləməsi barədə məlumatın aşkar edilmədiyi müəyyən edilir. - Hacıqabul rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48- 17RA/2-198/2023 saylı məktubuna əsasən Qarışıq Mallar Ticarət İdarəsində işləyən işçilərin ata adlarının ümumiyyətlə qeyd edilmədiyi, eləcə də əmək haqqı cədvəllərinin arxivə tam təhvil verilmədiyi müəyyən edilir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi Qarışıq Mallar Ticarət İdarəsi fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı sənədlər tam olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçiləri ilə bağlı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə tam təqdim edilmədiyi, ata adlarının isə yazılmadığı aşkar qeyd edilmişdir. Arxiv arayışında müəyyən dövrlər qeyd edilməmişdir ki, araşdırma nəticəsində həin dövrlərlə bağlı əmək haqqı cədvəlləinin arxivdə tam olmadığı müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən imtina və etiraz məktublarında göstərilən əsasların araşdırılması məqsədilə Hacıqabul rayon Dövlət Arxivinin müdiri X16 məhkəmə iclasına dəvət edilmiş, cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı ilə arxivdə olan sənədlərin əsllərinə bir daha baxış keçirilmiş, arxiv müdiri tərəfindən müəyyən suallar cavablandırılmış və yuxarıda qeyd edilənlərin bir daha öz təsdiqini tapdığı müəyyən edilişdir. Belə ki,müəssisə tərəfindən sənədlər dağınıq formada və tam olmayaraq arxivə təhvil verildiyi, ümumi işçilərin ata adlarının qeyd edilmədiyi müəyyən edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında giriş-çıxış əmrlərinin, əmək haqqı cədvəllərinin tam mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Eləcə də, cavabdeh inzibati orqanın imtina məktubunda əmək kitabçasının mötəbərliyi ilə bağlı qeyd etdiyi hallara münasibət bildirərək məhkəmə qeyd edir ki, əmək kitabçasının düzgün doldurulmaması, qeydlərdə qaralama olması iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iddiaçının 1994-cü ildən sonra həmin müəssisədə işləməsi arxivdə olan sənədlərə əsasən öz təsdiqini tapır. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının işlədiyi illəri onun sığorta stajına daxil edir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd olunan iş stajı cəmləndikdə, iddiaçının tələb olunan 10 ildən çox ümumi iş stajı mövcuddur. İş materiallarına əsasən iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaranmış, həmin tarixdən inzibati orqan tərəfindən pensiya təyin edilmiş və yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırıldırılmışdır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ dayandırıldığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2 öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməli və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilsin və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar