Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1730/2025 04.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və 35-60% faizlə orqanizmin funksiyalarının pozulması ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar dərəcənin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, “Ağcabədi rayon Xəstəxanası” publik hüquqi şəxsi üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, “xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və 35-60% faizlə orqanizmin funksiyalarının pozulması ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması barədə qərardad qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, birinci Qarabağ mühribəsinin iştirakçısı olmuş və müharibə zamanı hərbi əməliyyatların gedişində odlu silah qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, alt dodaq nahiyəsində bir ədəd, sol əlin İ barmağının ovuc səthində bir ədəd sol baldırın orta 1/3-nın ön səthində bir ədəd köhnə çapıq toxumalar yaraları almışdır. Bildirir ki, Şirvan İnzibati-İqisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)- 1282/2015 nömrəli qərarı ilə iddiasının təmin olunası, iddiaçı, xx xxxxxx 1958-ci ildə ünvan 1 ünvanında yaşayan İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyiin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(017)-1346/2018 nömrəli qətnaməsi ilə ərizəsinin təmin edilməsi, İddiaçı 09 fevral 1993-cü il tarixdə Xocavənd rayonunun Əmrallar kəndi uğurunda gedən döyüşlərdə yaralanması və Ağdam rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olma faktı müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1445 nömrəli qərarında göstərilmişdir ki, "Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin fevral ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu siiah qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd alt dodaq nahiyəsində bir ədəd, sol əlin 1 barmağının ovuc səthində bir ədəd sol baldırın orta 1/3-nın ön səthində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX- nın Ağcabədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 463 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 463 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 557 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim- mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR".Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasından sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2019-cu il tarixli qiymətləndirilməyə əsasən ona xx.xx.2024-cü il, tarixinə qədər "Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik” təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli SMS müraciətdə “V.S.CEFEROV üçün verilmiş 07.06.24-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq İnzibati məhkəməyə müraciət edə bilərsiniz.” göstərilərək ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik" teyin edilməsindən əsassız olaraq imtina edilmişdir. Qeyd etmək istəyir ki, hələ də Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərdən, psixi, nevroloji travmalardan əziyyət çəkirə, bununla bağlı müalicəsini davam etdirir, eyni zamanda əlilliyi və xəstəliyi səbəbindən iş tapmaqda da çətinlik çəkir. Hesab edir ki, cavabdehin ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” dərəcəsi təyin edilməsindən imtinası əsassızdır. Belə ki, qeyd etdiyi kimi ona xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinə qədər “Azərbaycan Respublikasının müdafiəsi iiə əlaqədar ikinci dərəcəli əlillik” təyin edilmiş, həmçinin Azərbaycan Respublikası Müdafıe Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.10 2018-ci il tarixli, 1445 nömrəli qərarına əsasən bədənində olan xəsarətlər "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxnasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Keçirilmiş odlu silah qəlpə yaralanmasıdan sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Nevrasteniya. Asteno-nevrotik hal. Vegetativ- damar paroksizmallığı. Yüngül koqnitiv pozğunluq. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: “Diaqnoz təsdiqini tapmaması” barədə qərar verilir..." səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırıİmiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh və 3-cü şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqanın xx.xx.2025-ci il tarixli qərarını mübahisələndirmişdir. Məhkəmə heaab edir ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixində Ağcabədi şəhərində anadan olmuş, Ağcabədi şəhəri, H.Əliyev prospekti, ev 06-da qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri. Keçirilmiş KBT beyin silkələnməsi, asteno-nevrotik sindrom, epilepsiya qıcolma tutmaları (ayda 7-8 dəfə). HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MUDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. Dəqiqləşdirilməmiş epilepsiya. Epilepsiya, qıcolma tutmaları (ayda 7-8 dəfə). Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Xəstə 1992-ci ildə Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı partlayışlar nəticəsində kəllə beyin travması və çoxsaylı qatpa yaralanmaları almışdır. 2.2 İkinci dərəcə əlillik =>2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)-qeyd edilmişdir. XİX sinif-travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> T90- T98-Travmaların, zəhərlənmənin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 06 fevral 2025-ci il tarixli 3-17-4/2- 2908/2025 nömrəli məktubuna əsasən, Ağcabədi rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)-4729/2024 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Vətəndaşlara dair əlilliyin səbəb əlaqəsinin seçilməsi göndərişi rəsmiləşdirən dövlət tibb müəssisələri tərəfindən vətəndaşların təqdim etdikləri müvafiq sənədlərə (hərbi həkim komissiyasının qərarı və ya şəhadətnaməsi) əsasən müəyyən edilir. Belə ki, İddiaçı dair Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0220003AANLX nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən şəxsin əlillik vəziyyəti Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAN3K nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində elektron qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0220003AAN7V nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 5 il müddətinə (xx.xx.2024-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən D00196977FUN nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli 463 nömrəli arayışına əsasən, verilir Ağcabədi rayon sakini 1958-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş№ 2(017)-13446/2018-ci il tarixli məhkəmə qərardadına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. MN-nin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin K/557-2018-ci il tarixli müayinə aktında başın təpə nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd. Alt dodaq nahiyəsində bir ədəd, sol əlin İ barmağının ovuc səthində bir ədəd. Sol baldırın 3/1-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar aşkar edilməsi və bu yaralanmaların 1993-cü ilin fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı oldu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmlə gəlmələri mümkündür. xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində hərbi qeydiyyatdadır. İşdə olan xx.xx.2005-ci il tarixli 146 nömrəli arayışından görünür ki, verilir Ağcabədi rayon sakini İddiaçı ondan ötrü ki, həqiqətən o, 13 fevral 1990- cı il tarixdən 09 oktyabr 1991- cı il tarixə kımı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə Xocavənd rayonu Muğanlı kənd özünümüdafiə dəstəsinin tərkibində erməni quldur birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının «Veteranlar haqqında qanunun 3-cü bölməsinə və Respublika Nazirlər Kabinetinin 1997-cı il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş «Müharibə veteranı, Silahlı qüvvələr veteram və Əmək veteranı adının verilməsi qaydası və şərtləri haqqmda» əsasnamənin 1-ci bölməsinin 9-cu abzasına əsasən İddiaçı «Müharibə veteranı» sayılır. Arayış Yasamal rayon Hərbi Komissarlığına təqdim etmək üçün verilir. İşdə olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X6 19 dekabr 2024-cü il tarixli 18- 1-23/2-1378/2024 nömrəli məktubuna əsasən, vətəndaş İddiaçı (AZE*******) Ağcabədi RMX PHŞ-nin Terapiya şöbəsində xx.xx.2021-xx.xx.2021-ci il tarixində “Keçirilmiş kəlləbeyin travması”, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində “‘Keçirilmiş kəllə-beyin travmasının qalığı ”,xx.xx.2023-xx.xx-2023-cü il tarixlərində “Keçirilmiş kəllə-beyin travmasının qalığı",xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində “Keçirilmiş kəllə-beyin travmasının qalığı”, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş qıcolma” "diaqnozu ilə stasionar müalicə almışdır. İşdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1445 nömrəli qərarına əsasən, Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin fevral ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd alt dodaq nahiyəsində bir ədəd, sol əlin İ barmağının ovuc səthində bir ədəd sol baldırın ora 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 463 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 463 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 557 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2025-ci il tarixli, T277/2025 saylı ekspert rəyinə əsasən, vətəndaş, 1958-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsinə (xx.xx.2018) və MN MHP-nın mütəxəssis rəylərinə əsaslanaraq ekspert komissiyası aşağıdakı rəyə gəlir: İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2018) başın təpə nahiyəsində bir ədəd, sol qaşın tüklü hissəsində bir ədəd, alt dodaq nahiyəsində bir ədəd, sol əlin İ barmağının ovuc səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində isə bir ədəd köhnə çapıq toxumalar aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1993-cü ilin fevral ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İşdə olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 3036 nömrəli məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən, İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə, anamnezində depressiv daxilolmalarla” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər, anamnestik məlumatlar (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə partlayış nəticəsində huşunu itirməklə xəsarət alması, bununla əlaqədar stasionar müalicədə olması, aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, yuxu pozuntusunun meydana çıxması, müayinə olunarkən “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi partlayış travması) nəticəsində şəxsiyyət dəyişikliyi və kobud davranış pozuntuları ilə, depressiv daxilolmalarla" diaqnozunun müəyyən edilməsi, SN Respublika Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicələrdə olması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olduğu zaman onda “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi, partlayış travması) şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalarla” diaqnozunun müəyyən edilməsi), həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri (zahirən bir qədər gərgin olması, nitqinin tempinin ləngiməsi, təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi və sair) sübut edir.İİ Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci, 5-ci və 9-cu suallara cavab: İddiaçı halhazırda “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə, anamnezində depressiv daxilolmalarla” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. 4-cü və 10-cu suallara cavab: Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. 6-cı sual: Cavab: Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur və aparılmış müayinələrin nəticələri yoxlanılan şəxs İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayətdir. 7-ci və 8-ci suallara cavab: Qərarda qoyulmuş 7-ci və 8-ci suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi Cavabdehn səlahiyyətlərinə aiddir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyiin verilməsi barədə qərardad qəbul edilmişdir. İşdə olan “Respublika Neyrocərrahiyyə Xəstəxanasi" X6 7 yanvar 2026-cı il tarixli 18-1-5/2-4/2026 nömrəli məktubuna əsasən, 30 dekabr 2025-ci il tarixdə vətəndaş İddiaçı (Ş/v:AZE*******, Fin:OTULZ98) tibb müəssisəyə ambulator müraciət etmiş və həkimneyrocərrah Samir Qarayev tərəfindən konsultasiya olunmuşdur. Vətəndaş İddiaçı başağrıları, ümumi halsızlıq, periodik qıcolmalar, sağ yuxarı ətraflarında əsmələr və sağ gözünün görməməsindən əziyyət çəkdiyini bildirmişdir. Vətəndaş İddiaçı deməsinə görə, 1992-1993-cü il tarixlərdə X5 zamanı odlu silahdan yaralanmışdır və sonradan bir neçə stasionar müalicə aldığını qeyd etmişdir. Vətəndaş İddiaçı nevroloji statusu: huşu aydın, adekvat, sağdan burun-dodaq büküşünün asimetriyası, yuxarı və aşağı ətrafların hərəkətlərin həcmi kifayət qədərdir; romberq vəziyyətində sağ qolunda trumor qeyd olunur. Vətəndaş İddiaçı “X8”da xx.xx.2025-ci il tarixində keçdiyi “Başbeyin” MRT müayinə nəticələrinə əsasən: “Nəticə: Hər iki beyin yarımkürəsində bilateral alıntəpə-gicgah payları səviyyəsində kortiko-subkortikal beyin toxumasında çoxsayda fokal ocaqlı qlioz sahələriən böyüyü sağ gicgah payın kortiko-subkortikalında 18 mm olmaqla. Kortikal beyin atrofiyası. Beyincik atrofiyası” qeyd edilmişdir. Həkim-neyrocərrah S.Qarayev vətəndaş İddiaçı “Baş-beyin” MRT müayinəsini təyin etmişdir. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Saf Hospital”da keçdiyi “Baş-beyin” MRT müayinə nəticələrinə əsasən: “Hər iki beyin yarımkürəsində bilateral alın-təpə-gicgah payları səviyyəsində kortiko-subkortikal beyin toxumasında çoxsaylı fokal ocaqlı glioz sahələri vizuallaşdırıır. Glioz ocaqlarının maksimal ölçüsü sağ gicgah payının kortiko-subkortikal zonasında təqribən 19 mm təşkil edir. Kortikal sulkusların və girusların dərinliyinin və genişliyinin artması ilə xarakterizə olunan diffuz kortikal beyin atrofiyası əlamətləri izlənilir. İİİ və lateral mədəciklərdə beyin parenximasının həcminin azalmasına sekonder ex vacuo tipli genişlənmə qeyd olunur. Beyinciyin strukturunda atrofik dəyişikliklər müşahidə ediliratrofik dəyişikliklər əsasən sol beyincik hemisferi səviyyəsində diqqəti cəlb edir. Bu səviyyədə arxa kəllə çuxuru səviyyəsində subaraxnoidal sahənin genişlənməsi daha dərinləşmişdir. Sellar, parasellar və pineal sahələrdə patoloji genişlənmə və həcmli törəmə aşkarlanmadı. Görmə sinirləri və görmə çarpazı normal konfiqurasiyadadır. Arxa kəllə çuxuru strukturlarında həcmli patoloji aşkar olunmur. Beyin kötüyü (medulla oblongata, pons, mezensefalon), bazal sisternalar və İV mədəciyin ölçüləri və konfiqurasiyası normaya uyğundur. Vİİ-Vİİİ kəlləbeyin sinir kompleksi, vestibulyar aparat və koxlea səviyyəsində patoloji dəyişikliklər izlənilmir. NƏTİCƏ: Hər iki beyin yarımkürəsində biateral kortiko-subkortikal ağ maddədə çoxsayda postişemik demiyelinizasiya və qlioz sahələri (ən maksimal ölçüsü sağ gicgah payının kortiko-subkortikal zonasında). Baş-beynin və beyinciyin kobud kortikal atrofik MRT görüntüləri” qeyd edilmişdir. Belə ki, qeyd olunanları nəzərə alaraq, (Diaqnoz: “Keçirilmiş kəllə-beyin odlu silah yaralanmasından sonrakı vəziyyət”) həkim-neyrocərrah S.Qarayev vətəndaş İddiaçı müayinə nəticələrinə və kliniki nevroloji vəziyyətinə əsasən, hazırda neyrocərrahi patologiya olmadığını və neyrocərrahi müdaxiləyə ehtiyac olmadığını, nevroloqun müayinə-müalicəsini tövsiyə etmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasi" X6 xx.xx.2025-ci il tarixli ambulator kitabçadan çıxarışa əsasən, İddiaçı barəsində T90.5-keçirilmiş kəllə-beyin, odlu silah yaralanmasından sonrakı vəziyyət. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, OTULZ9980007 saylı qərarına əsasən, İddiaçı barəsində “göndəri. əlillik təyinatına əsas vermir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının İddiaçı barəsində xx.xx.2025-ci il tarixli qərarı qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
1. İ dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.13. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Ağcabədi Rayon Xəstəxanası tərəfindən göndərilmiş Q00318808VJN saylı, xx.xx.2025-ci il tarixli göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, vəziyyətində yaxşılaşma olmamışdır, xəstənin ümumi vəziyyəti orta ağırlıqdadır. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir... Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, cavabdeh inzibati orqan Ağcabədi Rayon Xəstəxanası tərəfindən göndərilmiş Q00318808VJN saylı, xx.xx.2025-ci il tarixli göndəriş əsasında İddiaçı əlil təyin olunmasından “göndəriş əlillik təyina əsas vermir” səbəbi ilə imtina edilmişdir. Q00318808VJN saylı, xx.xx.2025-ci il tarixli göndərişdə TSEK-ə göndəriş zamanı diaqnoz XBT kodu üzrə İddiaçı barəsində “əsas diaqnoz-T90.5; yanaşı xəstəliklər F06.7; F07.0; İ67.8; ağırlaşma G93.4” göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “7. Psixi və davranış pozuntuları bölməsi”:
7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) “6. Sinir sistemi xəstəlikləri bölməsi”: 6.1. [95] Başın travmalarının nəticələri T90 Qiymətləndirmə 6.1.3. baş beynin əzilməsi, kontuziyası 35 1 il
Yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “7. Psixi və davranış pozuntuları bölməsi”: Sıra №si 7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu F07; 6. Sinir sistemi xəstəlikləri bölməsi: 6.1 Başın travmalarının nəticələri T90” bəndləri tətbiq edilməlidir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz Q00318808VJN saylı, xx.xx.2025-ci il tarixli göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “7. Psixi və davranış pozuntuları bölməsi”: Sıra №-si 7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu F07; 6. Sinir sistemi xəstəlikləri bölməsi: 6.1 Başın travmalarının nəticələri T90” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının Q00318808VJN saylı, xx.xx.2025-ci il tarixli göndərişə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, xxxxxxx0007 saylı qərarı ləğv edilsin və həmin vaxtdan İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyi (orqanizmin funksiyalarının 35-60 % itirilməsi- 2 il müddətinə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova