Məhkəmə qərarları › İş №2-1(120)-1733/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1733/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1733/2025 19.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 19 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. xx.xx.1984-xx.xx.1986-cı illərdə hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunan illərdə müxtəlif güzəştli sahələrdə işləmişdir. Hazırki vaxta qədər işləyir. Onun işlədiyi işi, vəzifəsi, peşəsi ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşələrə aiddir. Bunlar da təqdim etdiyi arayışlarda öz əksini tapmışdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Qeyd edilən inzibati orqan ona ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtiərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bildirmək istəyir ki, onun əmək kitabçasına əsasən onun 25 ildən daha çox əmək stajı vardır. Əmək stajı güzəştlidir və əmək kitabçasında öz əksini tapmışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona ünvanlanan imtina məktubu qanunsuz və əsassızdır. Qeyd etdiyi peşə və ümumi iş stajı imkan verir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ərizə ilə müraciət edərək cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-209217/2024 nömrəli məktub ünvanlayaraq qanunvericiliyin tələbləri baxımından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi, yəni 60 yaş xx.xx.2022-ci il tarixdə tamam olsa belə, təqdim etdiyi sənədlərə əsasən onun güzəştli stajı pensiya təyin edilməsinə kifayət etmir. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay (xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2010- xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X4 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)-482/2024 nömrəli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özüözlüyündə əsas vermir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)-669/2024 nömrəli qərarında bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Ali Məhkəmənin müvafiq qərarlarından da aydın olur ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin güzəştli stajını müəyyən etmək üçün müəssisədən güzəştli staja dair məlumatlar ətraflı şəkildə əks olunmalıdır, yəni vəzifənin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahıya formal şəkildə uyğunlaşdırılması iddiaçının güzəştli staja malik olduğu anlamına gəlmir. Əlavə olaraq bildirirlər ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2008-ci il üzrə 2 ay, 2009-cu il üzrə 3 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay, 2019-cu il üzrə 1 ay (ümumilikdə 10 ay) iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından həmin ayların sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 iyun 1984-cü il tarixli, 048273 nömrəli diplomun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hacıqabul rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 238 nömrəli arayışının surətlərindən müəyyən olunur ki, İddiaçı təhsil və hərbi xidmət dövrlərinin müddəti müvafiq olaraq 4 il 9 ay 21 gün və 1 il 5 ay 18 gün olmaqla, cəmi 6 il 3 ay 9 gün təşkil edir. İş materiallarında olan xx.xx.1988-ci il tarixdə İddiaçı adına tərtib olunmuş ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1986-сı il tarixli, 59 nömrəli əmrə əsasən xx.xx.1986-cı il tarixdə 13 №-li «Aqrarsənayetikinti” Trestinin Nəvahi Rayonlararası X3-135-ə 2-ci dərəcə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 94 nömrəli əmrlə standartlaşdırıcı, xx.xx.1988-ci il tarixli, 49 nömrəli əmrlə böyük mühəndis, xx.xx.1988-ci il tarixli, 60 nömrəli əmrlə tikinti ustası vəzifələrinə keçirilmiş, xx.xx.1990-cı il tarixli, 98 nömrəli əmrlə köçürmə yolu ilə 13 №-li X1 sərəncamına göndərilmiş və xx.xx.1990-cı il tarixli, 34 nömrəli əmrlə böyük iş icraçısı vəzifəsinə qəbul edilmiş, tikinti sahəsinin verilməsi ilə əlaqədar xx.xx.1992-ci il tarixli, 15 nömrəli əmrlə 16 №-li Təsərrüfat Hesablı Tikinti Sahəsinə keçirilmiş və xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmrlə Sabirabad rayon 3 №-li “Qaçqıninşaat” Trestinin Hacıqabul rayonunda yerləşən 16 №-li Təsərrüfat Hesablı Tikinti Sahəsində iş icraçısı vəzifəsinə qəbul edilmiş, öz ərizəsinə əsasən xx.xx.1997-ci il tarixli, 55 nömrəli əmrlə işdən azad edilmiş və qeyd olunan müəssisələrdə topladığı iş stajı 11 il 7 ay təşkil etmişdir. İddiaçı xx.xx.2001-ci il tarixli, 14 “k” nömrəli əmrlə Hacıqabul şəhər X8 İdarəsində aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, ərizəsinə əsasən xx.xx.2001-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilmiş və bu müəssisədə 4 ay 2 gün iş stajı toplamışdır. X5 Su Cəmiyyəinin xx.xx.2001-ci il tarixli, 26/k nömrəli əmrinə əsasən Hacıqabul rayon Su Kanalizasiya şəbəkə və qurğuların istehsal istismar sahəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, başqa işə keçməsi ilə əlaqədar xx.xx.2002-i il tarixli, 17/k nömrəli əmrlə tutduğu vəzifədən azad edilmiş və bu müəssisədə 10 ay 27 gün iş stajı toplamışdır. xx.xx.2002-ci il tarixli, 2 nömrəli əmrlə müqavilə əsasında “Fourseas Elektrikal and İnjenerinq PTİ LTD” nümayəndəliyində baş işçi vəzifəsinə qəbul edilmiş, müqavilə müddətinin başa çatması ilə əlaqədar xx.xx.2003-cü il tarixli, 3 nömrəli əmrlə işdən azad edilmiş və bu müəssisədə 1 il 2 ay iş stajı toplamışdır. İddiaçı xx.xx.2006-cı il tarixli, 07 nömrəli əmrlə "xxxx" MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilmiş, ərizəsinə əsasən xx.xx.2007-ci il tarixli, 12 nömrəli əmrlə işdən azad edilmiş və 11 ay 15 gün iş stajı toplamışdır. Həmçinin, xx.xx.2008-ci il tarixli, 04 nömrəli əmrlə "xxxx" MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilmiş, ərizəsinə əsasən xx.xx.2008-ci il tarixli, 43 nömrəli əmrlə işdən azad edilmiş və 4 ay iş stajı toplamışdır. İddiaçı xx.xx.2008-ci il tarixli, 012/08 nömrəli əmrlə "xxxx" MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilmiş, ərizəsinə əsasən xx.xx.2012-ci il tarixli, 013/12 nömrəli əmrlə işdən azad edilmiş və 3 il 7 ay 18 gün iş stajı toplamışdır. İddiaçı xx.xx.2012-ci il tarixli, 05 nömrəli əmrlə "xxxx" ASC-nin Qobustan Tikinti Materialları filialına iş icraçısı vəzifəsinə qəbul edilmiş, ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli, 29 nömrəli əmrlə işdən azad edilmiş və 7 il 10 ay 10 gün iş stajı toplamışdır. Bundan başqa, iddiaçı xx.xx.2021-ci il tarixli, 6 nömrəli əmrlə müqavilə əsasında "xxxx" MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 16 nömrəli əmrlə işdən azad edilmiş və 2 ay iş stajı toplamışdır. Həmçinin, xx.xx.2022-ci il tarixli, 1 nömrəli əmrlə “X6” MMC-nə inşaat mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 2 nömrəli əmrlə işdən azad edilmiş və 1 ay 19 gün iş stajı toplamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli, 4-k nömrəli əmrlə "xxxx" MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 15 nömrəli əmrlə işdən azad edilmiş və 1 ay 7 gün iş stajı toplamışdır. İddiaçı xx.xx.2022-ci il tarixli, 16 nömrəli əmrlə "xxxx" MMC-nə sahə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmrlə işdən azad edilmiş və 8 ay 23 gün iş stajı toplamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli, 31 nömrəli əmrlə "xxxx" MMC-nə sahə rəisi vəzifəsinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixli, l/31 nömrəli əmrlə mühəndis vzifəsinə keçirilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Qaradağ Tikinti Quraşdıırma İdarəsinin 24 aprel 2025-ci il tarixli, 07 nömrəli arayışına əsasən İddiaçı həmin müəssisədə xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (9 ay 19 gün) tikinti üzrə iş icraçısı vəzifəsində işləmişdir. Beləliklə, iş materiallarına əsasən İddiaçı təhsil və hərbi xidmət dövrləri, habelə ИТ– İ seriyalı ******* nömrəli əmək kitabçasında əksini tapmış əmək fəaliyyəti illəri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə ümumi iş stajının 34 il 11 ay 29 gün təşkil etdiyi təsdiq olunur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 may 2023-cü il tarixli, 11 nömrəli arayışına əsasən İddiaçı həmin müəssisənin obyektlərində 2012-2020-ci illərdə (7 il 10 ay 10 gün) işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində qeyd edilən rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən iş icraçıları vəzifəsinə aiddir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı "xxxx" MMC) xx.xx.2024-cü il tarixli, 15 nömrəli arayışına əsasən İddiaçı həmin müəssisədə 2006-2012-ci illərdə (4 il 7 ay 3 gün) işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən iş icraçıları vəzifəsinə aiddir. Həmçinin, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışına əsasən İddiaçı həmin müəssisədə xx.xx.2008ci il tarixdən xx.xx.2008-ci il tarixədək (4 ay) işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən iş icraçıları vəzifəsinə aiddir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Qaradağ Tikinti Quraşdırma İdarəsinin 24 aprel 2025-ci il tarixli, 07 nömrəli arayışına əsasən İddiaçı həmin müəssisədə xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 9 ay 19 gün işlədiyi tikinti üzrə iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən iş icraçıları vəzifəsinə aiddir. İş materiallarında olan xx.xx.1988-ci il tarixdə İddiaçı adına tərtib olunmuş ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (əvvəlki adı "xxxx" MMC) 2006-2012-ci illərdə işlədiyi iş icraçısı vəzifəsi üzrə topladığı iş stajı 4 il 7 ay 3 gün, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin obyektlərində 2012-2020-ci illərdə işlədiyi iş icraçısı vəzifəsi üzrə topladığı iş stajı 7 il 10 ay 10 gün, Qaradağ Tikinti Quraşdırma İdarəsində 2007-2008-ci illərdə işlədiyi tikinti üzrə iş icraçısı vəzifəsində topladığı iş stajı 9 ay 19 gün, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2008-ci ildə işlədiyi iş icraçısı vəzifəsi üzrə topladığı iş stajı 4 ay, ümumilikdə isə həmin müəssisələrdə topladığı güzəştli iş stajı 13 il 7 ay 2 gün təşkil edir. Bundan başqa, İddiaçı adına tərtib olunmuş ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı «Aqrarsənayetikinti” Trestinin 135 saylı Nəvahi Rayonlararası X2 xx.xx.1988-ci il tarixli, 60 nömrəli əmrlə tikinti ustası vəzifəsində, xx.xx.1990-cı il tarixli, 98 nömrəli əmrlə köçürmə yolu ilə 13 №-li X1 sərəncamına göndərilmiş və xx.xx.1990-cı il tarixli, 34 nömrəli əmrlə böyük iş icraçısı vəzifəsinə qəbul edilmiş, tikinti sahəsinin verilməsi ilə əlaqədar xx.xx.1992-ci il tarixli, 15 nömrəli əmrlə 16 №-li Təsərrüfat Hesablı Tikinti Sahəsinə keçirilmiş və xx.xx.1992-ci il tarixli, 7 nömrəli əmrlə Sabirabad rayon 3 №-li “Qaçqıninşaat” Trestinin Hacıqabul rayonunda yerləşən 16 №-li Təsərrüfat Hesablı Tikinti Sahəsində iş icraçısı vəzifəsinə qəbul edilmiş, öz ərizəsinə əsasən xx.xx.1997-ci il tarixli, 55 nömrəli əmrlə işdən azad edilmiş və qeyd olunan müəssisələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölmələrindəki mütəxəssislər bəndində qeyd edilən tikinti ustası və iş icraçısı vəzifələri üzrə topladığı güzəştli iş stajı 9 il 7 ay 24 gün təşkil etmişdir. Həmçinin, iddiaçı xx.xx.2021-ci il tarixli, 6 nömrəli əmrlə "xxxx" MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 16 nömrəli əmrlə işdən azad edilmiş və 2 ay, xx.xx.2022-ci il tarixli, 4-k nömrəli əmrlə "xxxx" MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 15 nömrəli əmrlə işdən azad edilmiş və 1 ay 7 gün, ümumilikdə adları çəkilən müəssisələrdə iş icraçısı vəzifəsi üzrə 3 ay 7 gün güzəştli iş stajı toplamışdır. Göründüyü kimi, iş materiallarına əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlə pensiya hüququ verən 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölmələrindəki mütəxəssislər bəndində qeyd edilən tikinti ustası və iş icraçısı vəzifələri üzrə topladığı ümumi güzəştli iş stajı 23 il 6 ay 3 gün təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 31 avqust 2024-cü il tarixli, 3-17-1/2-B-209217/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xıısusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasma dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 7 ay (xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2008-ci il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2010xx.xx.2010-cu il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2008-ci il üzrə 2 ay, 2009-cu il üzrə 3 ay, 2010cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay, 2019-cu il üzrə 1 ay (ümumilikdə 10 ay) fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığından həmin ayların sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınm təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, iş materiallarında olan cavabdeh təşkilatın “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 31 avqust 2024-cü il tarixli, 3-17-1/2-B- 209217/2024 nömrəli məktubuna və iddiaya qarşı etirazına əsasən İddiaçı ümumi iş stajı mübahisələndirilməmiş, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsinin yeganə səbəbi kimi güzəştli iş stajının 12 il 6 aydan az (11 il 7 ay) olması, belə ki, ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2008-ci il üzrə 2 ay, 2009-cu il üzrə 3 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay, 2019-cu il üzrə 1 ay olmaqla ümumilikdə 10 ay iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından həmin ayların sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi üçün cavabdehin qeyd etdiyi dəlil əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, İddiaçı xx.xx.2008-ci il tarixli, 012/08 nömrəli əmrlə "xxxx" MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilməsi, xx.xx.2012-ci il tarixli, 013/12 nömrəli əmrlə işdən azad edilməsi və bu müəssisədə fasiləsiz olaraq 3 il 7 ay 18 gün iş stajı toplaması onun adına tərtib olunmuş ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasında cavabdehin mübahisələndirmədiyi müvafiq imza və möhürlə təsdiq olunmuşdur. Həmçinin, İddiaçı xx.xx.2012-ci il tarixli, 05 nömrəli əmrlə "xxxx" ASC-nin Qobustan Tikinti Materialları filialına iş icraçısı vəzifəsinə qəbul edilməsi, xx.xx.2020-ci il tarixli, 29 nömrəli əmrlə işdən azad edilməsi və bu müəssisədə fasiləsiz olaraq 7 il 10 ay 10 gün iş stajı toplaması onun adına tərtib olunmuş ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasında cavabdehin mübahisələndirmədiyi müvafiq imza və möhürlə təsdiq olunmuşdur. Adları çəkilən müəssisələrdə qeyd olunan dövrlərdə iddiaçının fasiləsiz işləməsi iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 may 2023-cü il tarixli, 11 nömrəli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı "xxxx" MMC) xx.xx.2024cü il tarixli, 15 nömrəli arayışları ilə də təsdiq olunur. Digər tərəfdən, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 10 nömrəli arayışına və arayışa əlavə edilmiş sənədlərə əsasən İddiaçı həmin müəssisədə 2006-cı ilin oktyabr-noyabr, 2007-ci ilin yanvar, fevral, mart aylarının sığorta ödənişləri 2007-ci ilin aprel ayında, 2007-ci ilin may, iyun, avqust, sentyabr aylarının sığorta ödənişləri 2007-ci ilin dekabr ayında, 2008-ci ilin noyabr, dekabr, 2009-cu ilin avqust, noyabr dekabr, 2010-cu ilin yanvar aylarının sığorta ödənişləri 2020cu ilin fevral ayında, 2011-ci ilin yanvar ayının sığorta ödənişi 2011-ci ilin mart ayında, 2011-ci ilin iyul ayının sığorta ödənişi 2011-ci ilin avqust ayında tam şəkildə ödənilmiş, 2012-ci ilin fevral ayının sığorta ödənişi onun əmək haqqından tutulmuşdur. Cavabdehin “ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının 2008-ci il üzrə 2 ay, 2009-cu il üzrə 3 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay, 2019-cu il üzrə 1 ay olmaqla ümumilikdə 10 ay iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmaması” İddiaçı iradəsindən asılı olmayan hal olduğundan məhkəmə bunun məsuliyyətinin iddiaçının üzərinə qoyulmasını onun hüquqlarının pozulması kimi qiymətləndirir və həmin müddətin güzəştli iş stajına daxil ediməməsini qanunazidd hesab edir. Bundan başqa, iddiaçının «Aqrarsənayetikinti” Trestinin 135 saylı Nəvahi Rayonlararası X2, 13№-li X2, Sabirabad rayon 3 №-li “Qaçqıninşaat” Trestinin Hacıqabul rayonunda yerləşən 16 №-li Təsərrüfat Hesablı Tikinti Sahəsində 1988-1997-ci illərdə işlədiyi tikinti ustası və iş icraçısı vəzifələri üzrə topladığı 9 il 7 ay 24 gün güzəştli iş stajı, Qaradağ Tikinti Quraşdıırma İdarəsində 2007-2008-ci illərdə işlədiyi tikinti üzrə iş icraçısı vəzifəsində topladığı 9 ay 19 gün güzəştli iş stajı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2008-ci ildə işlədiyi iş icraçısı vəzifəsi üzrə topladığı 4 ay güzəştli iş stajı, "xxxx" MMC və "xxxx" MMC-də iş icraçısı vəzifəsi üzrə topladığı 3 ay 7 gün güzəştli iş stajı, ümumilikdə isə qeyd olunan müəssisələrdə güzəştli iş stajı üzrə topladığı 11 il 20 gün əmək fəaliyyəti müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən tikinti ustası və iş icraçısı vəzifələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən tikinti ustası və iş icraçısı vəzifələrinə uyğun olduğu halda, cavabdeh inzibati orqan tərəfindən heç bir sənəd təqdim edilmədən və səbəb göstərilmədən iddiaçının güzəştli iş stajına daxil edilməmişdir. Halbuki, qeyd olunan müəssisələrdə idiaçının güzəştli şərtlərlə pensiya təminatı hüququ verən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə, iş üzrə təqdim edilən sənədlərə əsasən İddiaçı təhsil və hərbi xidmət dövrləri, habelə ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasında əksini tapmış əmək fəaliyyəti illəri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə ümumi iş stajı 34 il 2 ay 10 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən tikinti ustası və iş icraçısı vəzifələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən tikinti ustası və iş icraçısı vəzifələrinə uyğun güzəştli iş stajı 23 il 6 ay 3 gün təşkil edir. İddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. Qeyd olunduğu kimi, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 may 2023-cü il tarixli, 11 nömrəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı "xxxx" MMC) xx.xx.2024-cü il tarixli, 15 nömrəli, Qaradağ Tikinti Quraşdıırma İdarəsinin 24 aprel 2025-ci il tarixli, 07 nömrəli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025ci il tarixli, 01 nömrəli arayışlarına əsasən İddiaçı həmin müəssisələrdə 13 il 7 ay 2 gün işlədiyi iş icraçısı vəzifələri ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 №-li Qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Beləliklə, iş materiallarına əsasən İddiaçı təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla ümumilikdə 34 il 11 ay 29 gün iş stajı toplanmış və bu müddətin 23 il 6 ay 3 günü, o cümlədən müvafiq müəssisələrin arayışları ilə təsdiq olunan 13 il 7 ay 2 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən iş stajıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə tələb olunan 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuş və o pensya hüququ verən yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarında olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri, təhsil və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır və bu cavabdeh təşkilat qarşısında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar