Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1736/2024 07.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “xx.xx.2023cü il tarixli 3-17-4/3-3-1247/2023 saylı qərarın ona aid hissəsində ləğv edilməsi və minik avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 07 may 2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri Hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı xx.xx.2023cü il tarixli 3-17-4/3-3-1247/2023 saylı qərarın ona aid hissəsində ləğv edilməsi və minik avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Çernobıl AES-də hərbi xidmət zamanı şüa xəsarətinə görə İİ qrup əlillik təyin olunmuş, həmçinin bu əlilliyə görə Prezident təqaüdünü də alır. Səhhəti və işi ilə əlaqədar tez-tez nəqliyyatdan istifadə etməyinə zərurət yaranır və dövlətin müvafiq qanunlarına əsasən ona dövlət hesabına minik avtomobili verilməlidir. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası’nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Bunu əsas tutaraq 14 aprel 2020-ci il tarixdə minik avtomobilinin verilməsi növbəsinə alınmaq üçün ƏƏSM Naziri cənab Sahil Babayevə ərizə ünvanlamış və ərizəsinə şəxsiyyət və əlillik vəsiqəsinin surətlərini, yaşayış və ailə tərkibi haqında arayışı, DSMF-nin Kürdəmir rayon Şöbəsinin arayışını, ƏƏSM Nazirliyinin arayışını, Həkim Məsləhət Komissiyasının xx.xx.2020-ci il tarixli bildirişini, Tibbi-Sosial Ekspert Komissiyasının arayışını əlavə etmişdir. Bundan sonra tələb əsasında 88 saylı forma üzrə tibbi arayışı da onlara göndərmişdir. Uzun müddət yazışmalardan sonra sənədlərini ƏƏSM Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərildi. 2021-2022-ci illərdə Agentliyə çoxsaylı müraciətləri oldu və bir neçə dəfə Agentliyin yerləşdiyi məkana getmiş və burada ona elan olunub ki, komissiya sənədlərini qəbul etdi və çağrış olanda gələr. Ona xx.xx.2023-cü il tarixdə komissiya olacağı bildirilmişdir. Minik maşını növbəsinə götürülmək üçün təqdim etdiyi tələb olunan hüquqmüəyyənedici sənədlər əsasında xx.xx.2023-cü il tarixdə komissiyadan keçmişdir. Həmin zaman komissiya ona elan etdi ki, nəticəni “Asan” Xidmətin “Dost” şöbəsindən ala bilər. Səhhəti ilə əlaqədar müalicə olunmağına görə iyul ayının 12-də “Dost” xidmətindən Tibbi-Sosial Komissiyanın məlumatını alıb, oxumuş və yaxından tanış olmuşdur. Komissiyanın rəyində əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyana müraciət etməsi tələb olunması göstərilmişdir. Bundan sonra təqdim etdiyi tələb olunan sənədlər üzrə minik maşını almaq üçün növbəyə alınmağı məsələsini Komissiyada yenidən baxılmasına və növbəyə alınmağına göstəriş verməsini təkrarən Agentlikdən xahiş etmiş və ərizə ünvanlamışdır. Müraciətinə (ərizəsinə) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədr müavini Ramin Rzayevin imzası ilə xx.xx.2023-cü il tarixli cavab məktubunu almışdır. Cavab məktubunda təqdim etdiyi tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla razılaşmayaraq imtinaya etirazını bildirir və aşağıdakı fikirlərində imtinanın əsassız olduğunu diqqətə çatdırır. Əvvəla, imtina məktubunda imtinanın səbəbi mövcud qanunvericiliyin hansı maddəsinə və tətbiq olunan qaydaların hansı bəndinə əsaslandığı qeyd olunmamışdır. Digər tərəfdən qüvvədə olan xx.xx.2020-ci il tarixli Nazirlər Kabinetinin 11 saylı qərarına əsasən Çernobıl AES-də qazanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər dövlət vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Tibbi göstərişə əsasən isə ikinci dərəcəli xroniki qan dövranı çatışmamazlığı olan şəxslərə tibbi göstəriş verilir. Ona Çernobıl qəzası zamanı İİ dərəcəli xroniki qan çatışmamazlığına görə İİ qrup əlillik təyin edilmişdir. Çernobıl hadisəsi zamanı aldığı zəhərli şüa nəticəsində ömürlük qan xəstəliyi və bu xəstəlikdən daima müalicə alaraq mütamadi dərmanlar qəbul edir və bu xəstəlik onda xronikidir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobili ilə təmin olunması” tələbinə dair iş üzrə bildirir ki, iddiaçının əlillik vəziyyətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 -Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları...; Diaqnozun mətni: Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz .gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çat-ğı.; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.;" səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: G92 Toksiki ensefalopatiya RADİASİON ENSEFALOPATİYA. Tsekin əlavə diaqnozu: Xidməti məktub Nq 3-17-4/3-1-5854/2023; Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz .gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çat-ğı..”, 501 N2-İi əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı 3-17-4/3-3-1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarın ona göndərilmədiyini, yalnız məhkəmə iclasında həmin qərarla tanış olduğunu və həmin qərarın ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Əsaslanırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Müəyyən olunmuşdur ki, Sizə xx.xx.2014-cü il tarixindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, Siz minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən sizə minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmadığını nəzərinizə çatdırırıq. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair imtinadan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3.6.-cı bəndinə uyğun olaraq xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi üçün təqdim edilmişdir. Əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və ya sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi- Sosial Ekspert Kommisiyasına müraciət etməsi tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023- cü il tarixli, 2-1 (120)-4618/2023 nömrəli məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Azərbaycan Respublikasının Nazirlər Katinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıi AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəliiik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Müəyyən olunmuşdur ki, İddiaçı minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi ilə bağlı müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar (Radiasion ensefalopatiya, ÜİX. Aterosklerotik kardioskleroz) reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3-1247/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra- Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
26. Kürdəmir rayon sakini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (FİN: 41VKW3PJ əlillik vəziyyəti xx.xx.2014-ci il tarixdə tibb müəssəsində əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Çernobıl AES-də hərbi xidmətlə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Dz: Radiasion ensefalopatiya.ÜİX aterosklerotik kardioskleroz , gərginlik və sakitlik stenokardiyası İİİ f/s.Xr ağ ciyər ürək çat-qı. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı dəri xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Hal-hazırda medikamentoz preparatlardan “Dermovayt” istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda atrofiya, parez, iflic izlənilməmiş, reflekslər canlı alınmış, D=S, əzələ gücü və tonus bərabər, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus 281694 nömrəli, xx.xx.2002-ci il tarixli vəsiqədən və Altsistemdən çıxarışdan görünür ki, İddiaçı ikinci qrup müddətsiz Çernobıl AES əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X10 Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1956-cı il təvəllüdlü istefada olan əsgər İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində, 01,02.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1976-cı il tarixdə SSRİ Müdafiə Nazirinin xx.xx.1976-cı il tarixli 197 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. 19 iyul 1987-ci il tarixdən 13 noyabr 1987-ci il tarixədək Çernobıl AES-də qəzanın aradan qaldırılmasında 30 (otuz) km əhatəsində iştirak edib. ƏSAS: Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak edən hərbi mükəlləfiyyətlilərin qeydiyyatı kitabı. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir (30.1); Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2); Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir(30.3) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli № 213 Fərmanının 1.1.18-ci bəndinə əsasən həmin Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasına əsasən: - 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. - 1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X4 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X6 tərəfindən səyyar, ambulator və stasionar formada "Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. - 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X5 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. - 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndində minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oyna-ğının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyinə görə iddiaçıya imtina verilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 19 iyul 1987-ci il tarixdən 13 noyabr 1987-ci il tarixədək Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak edib və bundan sonra iddiaçıya Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinın müayinə aktına əsasən Radiasion ensefalopatiya. ÜİX aterosklerotik kardioskleroz .gərginlik və sakitlik stenokarrdiyasılll f\s.Xr ağ ciyər ürək çat-ğı.; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı diaqnozu qoyulmuş və bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarın 57-ci bəndində tibbi göstəriş verilməsinə əsas verən xəstəliklərin və travmaların siyahısında nəzərdə tutulmuşdur.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 23.1 -ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova