Məhkəmə qərarları › İş №2-1(120)-1737/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1737/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1737/2025 18.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1996-cı il tarixli, 51 nömrəli ilkin doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1996-cı il tarixli, 51 nömrəli ilkin doğum haqqında akt qeydinin ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı və cаvаbdеh Cavabdeh məhkəməyə ərizə göndərərək iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinin məzmununa uyğun olaraq aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965ci il tarixdə anadan olmuşdur. - AA 413784 nömrəli, xx.xx.2018-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. - Füzuli rayon Zobucuq qəsəbəsi İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 5-4345246 nömrəli arayışdan görünür ki, İddiaçı Füzuli rayonu, Beşinci Zobucuq qəsəbəsində 103 nömrəli evdə qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. - xx.xx.1986-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşdur. - xx.xx.1987-ci il tarixli, Xİİ-JQ 496026 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1987-ci il tarixdə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X4, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. - xx.xx.1990-cı il tarixli, XV-JQ 358474 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1990-cı il tarixdə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X4, ana qrafasında İddiaçı adı qeyd edilmişdir. - AZE 15873858 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. - AZ-İ 957718 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - Füzuli rayon Zobucuq qəsəbəsi İnzibati Ərazi Nümayəndəliyinin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, İddiaçı və oğlu X7 2008-ci ildən məcburi köçkün kimi Füzuli rayonu, Beşinci Zobucuq qəsəbəsində 103 nömrəli evdə qeydiyyatdadırlar, müvəqqəti yaşayırlar. Başqa övladları barədə heç bir məlumat yoxdur. - Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-05-11/626/24 nömrəli məktubuna əlavə olunmuş **********9021996 nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1996-cı il tarixli, xxxx 16 nömrəli tibbi şəhadətnamə əsasında X2 xx.xx.1995-ci il tarixdə anadan olması, ata qrafasında X4, ana qrafasında İddiaçı adı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə tərəfindən iş materialları araşdırılmış və müəyyən edilmişdir ki, X2 xx.xx.1995-ci il tarixdə anadan olması barədə xx.xx.1996-cı il tarixli, xxxx 16 nömrəli tibbi şəhadətnamə əsasında **********9021996 nömrəli akt qeydi tərtib edilmiş, həmin akt qeydinin ata qrafasında X4, ana qrafasında İddiaçı adının qeydə alınması aşkar edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı X2 adına şəxsiyyət vəsiqəsi və ya başqa sənəd mövcud olmamışdır. Bundan əlavə Füzuli rayon Zobucuq qəsəbəsi İnzibati Ərazi Nümayəndəliyinin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, İddiaçı və oğlu oğlu X7 2008-ci ildən məcburi köçkün kimi Füzuli rayonu, Beşinci Zobucuq qəsəbəsində 103 nömrəli evdə qeydiyyatdadırlar, müvəqqəti yaşayırlar. Başqa övladları barədə heç bir məlumat yoxdur. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1996-cı il tarixli, 51 nömrəli ilkin doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilməsinə baxmayaraq doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 barəsində tərtib olunmuş xx.xx.1996-cı il tarixli, 51 nömrəli ilkin doğum haqqında akt qeydi ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar