Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1738/2023 23.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X8 Emalı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********664900 saylı qərarı ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 noyabr 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı “X8 Emalı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi və bank hesablarına qoyulmuş sanksiyanın götürülməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini dəqiqləşdirərək “xx.xx.2022-ci il tarixli **********664900 saylı qərarın ləğv edilməsi” kimi davam etdirilməsini xahiş etmişdir. Məhkəmənin 17 may 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 X10 Cəmiyyəti Azərbaycan Respublikasının 208-İQ saylı xx.xx.1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş X1 Cəmiyyətə Çevrilməsi Qaydaları haqqında Əsasnəməyə uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı Sərəncamı ilə X8 Emalı zavodunun səhmdar cəmiyyətə çevrilməsi nəticəsində yaradılmışdır. X8 Emalı ASC 06 mart 2002-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qedə alınmışdır və ona D-3413 saylı Şəhadətnamə verilmişdir. Müəsisə 03 fevral 2009-cu il tarixdə AR Vergilər Nazirliyinin 5 saylı X11 İdarəsi tərəfindən **********441600 nömrəsi ilə təkrarən qeydiyyatdan keçmişdir. 2006-cı ildə müəsisə müsabiqə yolu ilə özəlləşdirməyə açıq elan edilmiş və 2007-ci ildə özəlləşdirilmişdir. Özəlləşdirilmə zamanı müəssəsinin emissiya prospektində kreditor borclar siyahısında Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin adı olmamışdır. Əksinə xx.xx.2000-ci il tarixə həmin müəsisənin X8 Emalı ASC-yə **********0 manat (57419,66 azn) borcu olmuşdur. 2006-cı ildə tərəfimizdən yük daşımaları üçün vaqon ayrılması barədə ADY QSC-yə müraciət edildikdə, onların cavabdehə guya xx.xx.2001-ci il tarixə 2.511.739.831.00 manat (502347,97 AZN) borcun olduğu bildirilmişdir. Borcun yaranması araşdıralarkən 2000-ci ilin mart ayından oktyabra kimi Bakı yük stansiyasından Sumqayıt və Hacı Zeynalabdin stansiyalarına 1786 vaqon 502347,97 AZN məbləğində bizim hesaba yük daşınib, ancaq cavabdehin maliyyə xidməti ilə birgə araşdirma aparılan zaman həmən məbləğdə yükün daşınmasını əsaslandıran və onların borclu olduğunu sübut edəcək heç bir rəsmi sənəd aşkar olunmamışdır. Eləcədə borclu olduqlarını təsdiqləyən qarşılıqlı üzləşmə aktı ortaya çıxmamışdır. Dəfələrlə həmin borcun əsassız olduğunu bildirərək onun silinməsini xahiş etsələrdə buna nail ola bilməmişdirlər. Borcun olduğunu təsdiqləyən sənədlər olsa idi bizi məhkəməyə verərdilər. 5 saylı Ərazi Vergilər İdarəsinin onlara göndərdiyi 21 iyun 2022-ci il tarixli, **********730200 saylı məktubunda ADY QSC-nin 1989- 2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,28 manat dəyərində ümüdsiz debutor borcları AR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Belə ki, onların ADY QSCyə xx.xx.2021-ci il tarixə 502347,97 manat kreditor borclarının olduğunu və həmin borcun AR NK-nin xx.xx.2022-ci il tarixli 649S nömrəli sərəncamına əsasən silinməsi nəticəsində, X8 X10 Cəmiyyətinin 2021-ci il üçün 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 38441,22 manat mənfəət vergisi üzrə borcun olması tələbi qoyularaq borc məbləği kimi hesablanmış və Sanksiya qərarı verilmişdir. xx.xx.2022-ci il tarixdə 01/39 saylı məktubla cavabdehə rəsmi olaraq xx.xx.2021-ci il tarixə borclu olduğunu təsdiqləyən heç bir sənədin, yəni daşımalara dair sifarişin və müqavilənin olmadığını, eləcə də borcun olub olmaması barədə üzləşmə aktının olmadığını göstərərək, 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmək məqsədi ilə xx.xx.2021-ci il tarixə 502247,97 manat borcunun olmaması barədə arayış vermələrini xahiş etmişdik. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli 217389 saylı cavab məktubunda ADY QSC-nin debutor borclarının tənzimlənməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649S nömrəli sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və 2021-ci il 01 yanvar tarixinə mövcud olan ümidsiz debutor borcları silinmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, İddiaçı “X8 Emalı” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) cavabdeh 5 saylı Ərazi Vergilər idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarə tərəfindən hesablanmış əlavə vergi məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli sərəncamına əlavədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının siyahısında “X8 Emalı” ASC-nin “Stansiya və yükdaşıma” xidmət növü üzrə 502347,97 manat məbləğində borcunun silindiyi qeyd edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Belə ki, xx.xx.2021 -ci il tarixdə “X8 Emalı” ASCnin 502347,97 manat məbləğində kreditor borcunun silindiyi üçün silinmiş borc məbləği Azərbaycan mənbəyindən gəliri hesab olunmuşdur. “X8 Emalı” ASC (VÖEN **********) tərəfindən təqdim olunmuş mənfəət vergi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğin qeyd edilməli olduğu halda xx.xx.2022-ci il tarixdə “X8 Emalı” ASC tərəfindən təqdim edilmiş 2021-ci il üçün mənfəət vergi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğ qeyd edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vergiyə cəlb edilən dövriyyənin 2021-ci il üzrə 502347,97 manat, vergi məbləğinin isə 100469.59 (502347,97x20%) manat azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********730200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixli **********691700 nömrəli məktubunda hesablanmış əlavə vergi məbləğinin azaldılmasını və "xxxx" QSC-nə kreditor borcunun olmadığını bildirilməsinə baxmayaraq qarşı tərəflə tərtib edilmiş üzləşmə aktı və ya borcun olmaması haqqında məktubun təqdim edə bilməmisi səbəbindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə kameral qaydada 389979.88 manat ziyan nəzərə alınmaqla ((502347,97-389979,88)*20%) 22473.6 manat əlavə hesablama aparılmışdır və **********664900 nömrəli vergilərin hesablanması barədə Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı “X8 Emalı” ASC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla, məhkəmə iddianın mümkünlüyünə münasibət bildirir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********664900 saylı qərarına aiddir. İddiaçı isə həmin qərarı mübahisələndirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. X5 məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 1738/2023 saylı qərardadı ilə iddia üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********664900 nömrəli qərarla 22.473,60 manat vergi və sığorta haqqı ödəməli olduğu göstərilmişdir. İşdə olan “X8 Emalı” ASC-nin xx.xx.2015-ci il tarixli, 26-k nömrəli əmrin surətindən görünür ki, Səhmdarların xx.xx.2015-ci il tarixli ümumi yığıncağının qərarına əsasən X2 “X8 Emalı” ASCnin İdarə Heyyətinin sədri seçilmişdir. İşdə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamının surətindən görünür ki, 1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bu Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1nə olan 57630486,38 (əlli yeddi milyon altı yüz otuz min dörd yüz səksən altı manat otuz səkkiz qəpik) manat məbləğində ümidsiz debitor borcları silinsin. 2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər. 3 Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İşdə olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(121)-2287/2022 nömrəli qərardadı ilə iddiaçı “X8 Emalı” ASC-nin cavabdehlər "xxxx" QSC-yə və 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı əsassız yazılmış borcun silinməsi barəsində iddia ərizəsi geri qaytarılmışdır. İşdə olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-6473/2022 nömrəli qərardadı ilə iddiaçı “X8 Emalı” ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı 502347,97 manat məbləğində borcun silinməsi tələbi ilə bağlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçı “X8 Emalı” ASC-nin cavabdeh "xxxx" QSC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 392 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İşdə olan “X8 Emalı” ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 01/04 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvanlarına daxil olmuş 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş 21 iyun 2022-ci il tarixli, **********730200 saylı məktubda Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları AR NK-nin xx.xx.2021-ci iltarixli 649s nömrəli sərəncamına əsasən silinmişdir. Vergi məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən AR sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. "xxxx" QSC-yə müəssisənin xx.xx.2021-ci il tarixə 502347,87 manat kreditor borcları silinmişdir və həmin kreditor borca görə gəlir vergisini "xxxx" ASC ödəməlidir. xx.xx.2022-ci il tarixdə məktuba cavab olaraq bildirdik ki, onların heç vaxt "xxxx"QSC-yə borcları olmayıb və borc tələbinin heç bir əsası yoxdur. xx.xx.2022-ci il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsinnin xx.xx.2022-ci il tarixli, saylı qəyarına cavab olaraq Şikayət məktubu göndərilmişdir. 5 Saylı Ərazi Vergilər İdarəsindən bildirdilər ki, "xxxx" QSC-dən borcun səhvən hesablanması barədə arayış alınmalıdır. xx.xx.2022-ci il tarxli 01/39 saylı məktubla "xxxx" QSC-yə həmin borcun səhvən hesablanmasına dair müraciətlərinə, 217389 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirdilər ki, borc məbləği ADY-nin uçot məlumatlarından çıxarılmışdır. Belə cavabla Vergilər idarəsi razılaşmamışdır. "xxxx" QSC-yə və 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli 01/42 saylı iddia ərizəsini Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarı ilə iddia ərizəsini geri qaytararaq bildirildi ki, kommersiya mübahisələri üzrə işlərə mediasiya tətbiq edilir. xx.xx.2022-ci il tarixdə Elektron Kabinetdən "xxxx" QSC-yə xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə əsassız yazılmış borcun silinməsinə dair X3 barədə Təklif “Mediasiya Şurasına göndərilmişdir. xx.xx.2022-ci il tarixdə əsassız borcun ləğv olunması üçün "xxxx" QSC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarı (xx.xx.2022-ci il tarixli **********572400 saylı) verilmiş və qərardan 30 gin müddətində məhkəməyə şikayət verilməsi göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli (İş № e-2-2(113)-6743/2022) Qərardadı ilə bildirildi ki, sözegedən borc artıq cavabdeh tərəfindən silindiyinə görə tərəflərin arasında heç bir mübahisə mövcud deyil. Bu qərardadla da Vergilər İdarəsi razılaşmamışdır. xx.xx.2022-ci il tarixdə cavabdehdən pulun silinməsinə dair X3 barədə X7 Nazirliyi yanında Vergi Baş İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli 01/52 saylı məktubla əsassız və süni surətdə yaradılmış borca görə hesablanmış mənfəət vergisinin aradan qaldırılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Müraciət göndərimiş, xx.xx.2022-ci il tarixdə müraciətinə cavab olaraq bildirildi ki, araşdırmanın aparılmasına zərurət yarandığı üçün araşdırmanın müddəti “İnzibati icraat haqqında” AR-nın Qaanunun 52.3-cü maddəsinin tələblərinə əsasən uzadılmışdır. Tərəflərindən xx.xx.2022-ci il tarixdə borcun ləğvilə bağlı olaraq 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********859600 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əlavədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989- 2014-cü maliyyə illəri üzrə ümdsiz debitor borclarının siyahısında “X8 Emalı” ASC-nin “Stansiya və yükdaşıma” xidmət növü üzrə 502347,97 manat məbləğində borcunun silindiyi qeyd edilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********730200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubunun və xx.xx.2022-ci il tarixli **********664900 nömrəli “Vergilərin hesablanması barədə" qərarının təsdiqlənmiş surəti göndərilmişdir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsaslı olub-olmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 13.1-ci maddəsinə görə bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Məcəllənin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublika ərazisindəki sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 may 2019-cu il tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş «Kameral vergi yoxlamasının aparılmasına dair Qaydalar»ın 8.1-ci bəndinə görə: - (8.1.1) Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - (8.1.2) Gəlir vergisinin bəyannaməsini verməli olan şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: - Vergi orqanı mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********664900 saylı qərarı qəbul etdiyi zaman Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə istinad etmişdir ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublika ərazisindəki sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Qeyd edilən istiqamətdə məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bu Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57630486,38 (əlli yeddi milyon altı yüz otuz min dörd yüz səksən altı manat otuz səkkiz qəpik) manat məbləğində ümidsiz debitor borcları silinmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında çıxışlarında qeyd edilən borcun ümumiyyətlə olmadığına əsaslannnaraq tələbinin təmin edilməsini xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı sorğu cavabına əsasən iddiaçı “X8 Emalı” Açıq Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədinin aşkar edilmədiyi və borcu təsdiq edən hər hansı bir sənəd olmadığından ümidsiz hesab edilərək silindiyi müəyyən edilir. İlk öncə qeyd etmək lazımdır ki, Ümidsiz borclar - iddia müddəti keçmiş, və icrası mümkün olmadığına görə mülkü qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclara deyilir. şübhəli və ümidsiz debitor borcların müəyyən edilməsi üçün müəssisədə olan debitor boclar illik inventarizasiya olunmalıdır. Debitor borcların inventarizasiyası AR Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş"Aktivlərin və öhdəliklərin invеntarizasiyası Qaydaları"na əsasən aparılır. Ümidsiz borcların mühasibat kitablarında necə qeyd olunmasına uyğun gələn normativ-hüquqi sənəd Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-17 saylı qərarıdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən debitor borcları, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir. İnventarizasiya komissiyası sənədli yoxlama üsulu ilə iddia müddəti keçmiş ümidsiz və şübhəli debitor borclarının siyahısını müəyyən etməlidir. Ayrıca VM-nin 106.1.8 maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir hüquqi şəxslərin mənfəət vergisindən azaddır. Belə olan halda məhkəmə hesab edir ki, əsası olmayan borcun silinməsi Vergi Məcəlləsinin maddələrində müəyyən edilmiş vergituma obyekti kimi çıxış edə bilməz. - Vergi orqanı istinadlarında vergi bəyannaməsinin, sənədlər və məlumatların təqdim edilmədiyini qeyd etmiş və Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən müvafiq olaraq vergiləri hesablamaq hüququnu istinad edərək qərar qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən dəfələrlə vergi orqanına müraciət edərək borclu olduğunu təsdiqləyən sənədlərin olmadığını, qeyd edilən borcun əsassız yazıldığı üçün silindiyi bilirilsə də, vergi orqanı tərəfindən qeyd edilən istiqamətdə araşdırma aparılmamışdır. Belə ki, İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - «İnzibati icraat haqqında» Qanunun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixli, **********664900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. - inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixli, **********664900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilməmiş, qanunvericiliyin digər normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********664900 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68- ci, 69cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********664900 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1738/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1738/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver