Məhkəmə qərarları › İş №2-1(120)-1739/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1739/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1739/2024 07.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş plan çizginin ləğv edilərək, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq yenisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “ünvan 1ində 0,1421 ha torpaq sahəsinə dair cavabdeh Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyesterində aparılmış qeyd əsassız hesab edilməklə xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli **********94 reyestr nömrəli çıxarışın ləğv edilməsi, öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş plan çizginin ləğv edilərək, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq yenisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X6 və mərhum anası X1 və 5 nəfər ailə üzvlərinə Masallı rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli qərarı ilə verilmiş və torpağa mülkiyyət hüququna dair JN 628A Kod 80500058 saylı şəhadətnamədə qeyd edilən ünvan 1ində 0,23 ha həyətyanı torpaq sahəsi olmuşdur. X14 xx.xx.2001-ci il tarixdə, anası Xanım Nurəliyeva xx.xx.2011-ci il tarixdə vəfat etmişdirlər. Miras bölgüsü ilə bağlı rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(050)-3669/2019 saylı qətnaməsi ilə mərhum atasından və anasından miras qalmış 0.2721 ha torpaq sahəsinin 0.1421 ha hissəsini cavabdehə, 0.0879 ha ona verilməsi qət edilmişdir. Həmin torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq onun yaşadığı ev vardır. Həmin evi mərhum atasının ona toy günü hədiyyə edilmiş və bununla bağlı video disk də vardır. 1998-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır, evin bütün kommunal müqavilələri də onun adınadır. Mənzilin dövlət qeydiyyatına alınmaması, çıxarışın olmaması cavabdehin həmin mənzili ondan əsassız olaraq tələb etməsinə əsassız olmuşdur. Cavabdeh bilərəkdən onun evdə olmadığından istifadə edərək aralarında bölünməli olan torpaq sahəsinin üzərində onun evinin yerləşdiyi hissəsini özününkü kimi qələmə verərək, torpağın plan-cizgisini çəkdirərək bölgü etdirmiş və oraya çıxarış almışdır. Həmin çıxarış qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd etdiyi kimi həmin torpaq sahəsində ona mərhum atası tərəfindən toy günündə hədiyyə edilən ev yerləşir və həmin ev faktiki olaraq onun istifadəsində və idarəsində olmuşdur. Torpaq üzərində yerləşən ev və onun yerləşdiyi ərazi nəzərə alınmamışdır. Bu mənzilin ona verilməsi mərhum atası bu əmlakla bağlı sonuncu iradə ifadəsidir və ümumi əmlaka daxil ola bilməz valideynləri dünyasını dəyişəndən bu günə kimi faktiki islifadəsindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dödlət reyestrinin xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli **********94 №-li çıxarışla iddiaçının mülkiyyətində olan 0.1421 ha torpaq sahəsinin naturada ayrılması barədə məhkəmə qətnaməsi olsada həmin qətnamədə mənzillə bağlı heç nə qeyd edilməmişdir. Maraqlı şəxs bilərəkdən onun məzili ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkmə müvafiq rəylərə əsaslanaraq torpağın naturada bölşüsünü müəyyən etsədə, məhz tikilinin kimin payı üzərində yerləşməsini, ümumiyyətlə tikilinin olub-olması barədə hər hansı məsələyə baxmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-682A saylı şəhadətnaməsi və Notariat Ofisinin 17 sentyabr 2020-ci il tarixli 2V-217 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Masallı rayonu Xıl kəndində yerləşən 0.23 ha yaşayış məntəqəli torpaq sahəsi məhum X2 və Maraqlı şəxs adına 12 oktyabr 2020-ci il tarixdə **********94 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Sonra Maraqlı şəxs ilə iddia İddiaçı arasında torpaq mübahisəsi ilə bağlı Masallı rayon Məhkəməsi 15 dekabr 2021 -ci il tarixdə 2(050)-549/2021 saylı qətnamə qəbul etmişdir. Qətnamə ilə Maraqlı şəxs payına aid 0.1421 ha həyətyanı torpaq sahəsi Məhkəmə Ekspertiza məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli 10/5564 saylı rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Şirvan Apelyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixdə 2(106)- 1466/2022 saylı qətnaməsi ilə Masallı rayon Məhkəməsi 15 dekabr 2021-ci il tarixli 2(050)- 549/2021 saylı qətnaməsi qüvvədə qalmışdır. Masallı rayon İcra şöbəsinin 30 noyabr 2022-ci il tarixli266819/22-62-Q saylı məktubu əsasında qətnamənin icrası aparılaraq Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 ha yaşayış məntəqəli torpaq sahəsinə Maraqlı şəxs adına 28 dekabr 2022-ci il tarixdə **********29 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixdə 2(106)-1466/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 16 iyun 2023-ci il tarixli 2(102)- 2276/2023 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixdə 2(106)- 1466/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə qalmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X8 şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, Lənkəran rayonunda qeydiyyatda olmaqla yaşayır. Mərhum Maraqlı şəxs qanun üzrə vərəsəsidir. Mərhum atası Maraqlı şəxs Masallı rayon Xıl kəndində 0,1421 hektar torpaq sahəsi və üzərində yaşayış evi və tikililəri olan mülkü vardır. Həmin torpaq sahəsi Masallı rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(050)-549/2021 saylı qətnaməsi əsasında naturada ayrılaraq mərhum atasına verilmişdir. Cavabdeh Masallı rayon məhkəməsinin qətnaməsindən narazı qalaraq Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən atası mərhum Maraqlı şəxs vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum Maraqlı şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə onu Maraqlı şəxs hüquqi varisi kimi tanımışlar. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin İddiaçı, X9 və X12 0.1421 ha torpaq sahəsindən və onun üzərində olan evdən, tikililərdən çıxmırlar. Dəfələrlə onlara bu barədə fərdi söhbətləri olmuş, lakin heç bir nəticəsi olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan JN-682A KOD 80500058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Masallı rayonu Xıl kənd sakini X4 Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 0162 nömrəli qərarına əsasən 0.23 ha torpaq sahəsi mülkiyyətlərinə verilmiş və 536 nömrə ilə kitabda qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.0879 hektar torpaq sahəsi Maraqlı şəxs xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********994 qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs iddiası qismən təmin edilmiş, Maraqlı şəxs payına aid 0.1421 ha həyətyani torpaq sahəsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması qət etmişdir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli, **********217 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011 tarixdə ölmüş X3 vərəsəsi Maraqlı şəxsdur –Lənkəran, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 12 (AZE 04014384, xx/xx/2005 – Lənkəran ŞRPŞ , FİN:) və o miras əmlakdan Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2669/2019 saylı qətnaməsinə əsasən 0.23 ha torpaq sahəsindən 0.1421 ha hissədə pay almalıdır. Qalan hissədə miras əmlak acıq qalır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2020 tarixdə X4 verilmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-585/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X9 və X12 mərhum Maraqlı şəxs məxsus Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsindən çıxarılması, ünvan 1ində yerləşən 0.1421 hektar torpaq sahəsində cavabdehlər İddiaçı, X9 və X12 tərəfindən səlahiyyətli şəxslərin ölçü işlərinin aparılmasına yaradılan maneələr qadağan edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-M- 00xx-xx/2024 nömrəli nəktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18in 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, X18 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş daşınmaz əmlakın hüquqmüəyyənedici və texniki sənədlərinə uyğun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən əsaslara və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizdə göstərilən daşınmaz əmlakın plan və ölçü sənədlərinin ləğvi tələbinin icrası mümkün deyildir. Daşınmaz əmlak üzərində yaranmış mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməs məqsədəmüvafiqdir.. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, JN-682A KOD 80500058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Masallı rayonu Xıl kənd sakini X4 Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 0162 nömrəli qərarına əsasən 0.23 ha torpaq sahəsi mülkiyyətlərinə verilmiş və 536 nömrə ilə kitabda qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.0879 hektar torpaq sahəsi Maraqlı şəxs xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********994 qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs iddiası qismən təmin edilmiş, Maraqlı şəxs payına aid 0.1421 ha həyətyani torpaq sahəsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması qət etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli, **********217 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011 tarixdə ölmüş X3 vərəsəsi Maraqlı şəxsdur –Lənkəran, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 12 (AZE 04014384, xx/xx/2005 – Lənkəran ŞRPŞ , FİN:) və o miras əmlakdan Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2669/2019 saylı qətnaməsinə əsasən 0.23 ha torpaq sahəsindən 0.1421 ha hissədə pay almalıdır. Qalan hissədə miras əmlak acıq qalır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2020 tarixdə X4 verilmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsindən ibarətdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-585/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X9 və X12 mərhum Maraqlı şəxs məxsus Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 hektar torpaq sahəsindən çıxarılması, ünvan 1ində yerləşən 0.1421 hektar torpaq sahəsində cavabdehlər İddiaçı, X9 və X12 tərəfindən səlahiyyətli şəxslərin ölçü işlərinin aparılmasına yaradılan maneələr qadağan edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, torpaq sahəsinin qeyd edilən şəxslərə verilməsi ilə bağlı qəbul olunan qərar halhazırda qüvvədəri, belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs **********94 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və çıxarışın verilməsi üçün əsas olmuş plan çizgisi Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1466/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2276/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinin icrası nəticəsində verildiyi müəyyən edilir. Eləcə də, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs iddiası qismən təmin edildiyi, Maraqlı şəxs payına aid 0.1421 ha həyətyani torpaq sahəsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması qət edildiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə baxış keçirilən zaman inzibati orqan tərəfindən hər hansı bir pozuntu aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında plan çizgisinin və çıxarışın 10/5564 nömrəli rəyə əsasən verildiyini bildirmiş, lakin həmin rəylə, rəy əsasında verilmiş məhkəmə qərarı ilə razı olmadığını qeyd etmişdir. Belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş plan çizginin ləğv edilərək, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq yenisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar