Məhkəmə qərarları › İş №2-1(120)-174/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-174/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-174/2023 31.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğininödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhəri, Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğininödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildə Kürdəmir rayonundakı keçmiş "Kirov" adına sovxozda əmək fəaliyyətinə başlamış, xx.xx.1977-ci ilə kimi həmin kolxozda işlədikdən sonra Kürdəmir rayon 115 nömrəli texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1978-ci il tarixə kimi orada oxuyub kiçik mühasib işçisi peşəsinə yiyələndikdən sonra yenidən həmin kolxoza qayıdaraq 1998-ci ilin axırına kimi həmin kolxozda işləmişdir. Əmək fəaliyyətinə başladığı ilk aylardan ictimai vəzifə kimi kolxoz komsomol komitə katibi seçilərək çalışmışdır. Yaxşı işinə görə növbəti 1983-cü il üçün əsas vəzifə kimi komsomol komitə katibi seçilərək işləmiş, lakin növbəti seçkidə öz xahişi ilə 04 oktyabr 1983-cü il tarixdə yenidən tam olaraq əvvəlki hesabdar kimi işinə başlamışdır. Bu arxiv arayışında öz əksini tapmışdır, yəni 75 gün iş günü hesabdar kimi, 236 gün isə komsomol komitə katibi kimi əmək kitabçasında öz əksini tapmışdır. Bu haqda əmək kitabçasının 44-45-ci səhifələrində qeyd olunmuşdur. Respublikada aparılan Aqrar islahatla əlaqədar kolxozların fəaliyyətinə xitam verildiyinə görə 1998-ci ilin axırında kolxozdan işdən çıxmış, kolxozdan işdən çıxandan sonra 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində Xırdapay bələdiyyəsinə üzv seçilərək 2000-2005-ci illərdə bələdiyyənin baş mühasib vəzifəsində çalışmış, daha sonra 2-ci çağrış noyabr 2004-cü il tarixdə bələdiyyə üzvü seçilmədiyinə görə 17 dekabr 2004-cü ildə işdən azad olunmuşdur. Bu haqda əmək kitabçasının 46-47-ci səhifəsində qeyd olunmuşdur. 1998-ci ildə "Kirov" adına kolxozda işləməyi əmək kitabçasında və ona verilən arxiv arayışında da qeyd olunmuşdur. Xırdapay bələdiyyəsinin üzvlüyündən çıxandan sonra xx.xx.2006cı il tarixdə Kürdəmir rayon "xxxx" MMC-yə baş mühasib vəzifəsinə qəbul olunub xx.xx.2010-cu il tarixə kimi həmin MMC-də işləmişdir. Göstərdiyi təşkilatlarda işləməyi ona məxsus olan əmək kitabçasında açıq-aydın qeyd edilmişdir. Arxiv arayışında 1993-1994-cü illərdə kolxozda işləməyi göstərilməsə də, həmin illərdə analıq məzuniyyətində olmaqla kolxozda işləmiş və 1994-cü ildə analıq məzuniyyətindən qayıtdıqdan sonra kolxozdan əmək haqqı almağı əmək kitabçasının 64- 65-ci səhifəsində də göstərilmişdir. Onun sənədlərində soyadı Məmmədova getmiş, lakin sonradan ailə vəziyyəti ilə əlaqədar Xanaliyeva soyadını qəbul etmişdir. 2012-ci ilin yanvar ayında 2-ci qrup əlilliyə görə əmək pensiyasına çıxmış, xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitəndən sonra aldığı pensiya dayandırılmışdır. Əlilliyə görə aldığı pensiya dayandırıldıqdan sonra 2021-ci ilin may ayında yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini toplayıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsindən ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İşləməyi ilə bağlı Arxiv arayışını və Əmək kitabçasını təqdim etsəm də təqdim etdiyi sənədlərlə ona pensiya təyin edilməsinin mümkün olmadığını bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ıl sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMNnin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ 61 yaş 6 ayla xx.xx.2020-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının aranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək oensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun-1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə Jzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq :anunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. İddiaçının Kürdəmir rayonu Xırdapay Bələdiyyəsində olan iş fəaliyyəti xx.xx.2016-cı tarixli Kürdəmir rayon Dövlət Arxiv arayışına əsasən 2000-2003-cü illəri əhatə etsə də, akin əmək haqqı aldığı dövrlər 2 il 6 ay təşkil etmişdir. İddiaçı əmək kitabçasında qeyd edilmiş Kürdəmir rayonu keçmiş "Kirov" adına kolxozda xx.xx.1976-xx.xx.1998-ci illərdəki iş dövrü aşağıdakı qaydada nəzərə alınmalıdır: "Əmək pensiyaları haqqında" qanunun 22.2-ci maddəsində sığortaolunanın ayrı- ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında nəmin müddətlərdən birinin hesablanması təsbit edilmişdir. Belə ki, iddiaçının təhsil illəri 1977-1978-ci illər olduğundan kolxoz dövrlərində həmin illər iş stajı kimi istisna olunur, 1983-cü il üzrə əmək kitabçasında yerinə yetirilmiş günlə (286 gün), Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında həmin il üzrə qazanılmış gün (75 gün) arasında ziddiyyət olduğundan sosial sığorta stajına daxil edilmir.cü il üzrə əmək kitabçasında minimum adam günü norması qeyd olunmadığından, eyni zamanda Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında həmin il ümumiyyətlə öz əksini tapmadığından iş stajı kimi qəbul edilmir; 1993-cü il üzrə əmək kitabçasında qeyd olunduğuna baxmayaraq, Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında həmin il öz əksini tapmadığından iş stajı kimi qəbul edilmir. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2006 - xx.xx.2010-cu illərdə işlədiyini iddia etdiyi "xxxx" MMC-yə münasibətdə isə DSMF-nin xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2010- cu il tarixədək iddiaçının xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin edilməsi aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə mkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmır. İddiaçı ddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-cu il tarixdə 61 il 6 ay yaşı tamam olmuşdur. İİ qrup əlilliyə görə xx.xx.2012-ci ildə pensiya təyin edilmiş, son olaraq xx.xx.2021-ci ildə müddət bitmiş və həmin tarixdən əlilliyə görə pensiyası dayandırılmışdır. İddiaçının arxiv arayışındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan AZE ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X12 1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, 02253 nömrəli Attestatın surətindən görünür ki, X3 rayon 115 nömrəli Texniki Peşə Məktəbini bitirmişdir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 172 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayonu rayonu Xırdapay kəndində qeydiyyatda olan İddiaçı 2000-2003-cü illərdə Kürdəmir rayonu Xırdapay bələdiyyəsində işləyərək aylar üzrə əmək haqqı qazanmışdır. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 112 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayonu rayonu Xırdapay kənd sakini İddiaçı 1976-1998-ci illərdə Kürdəmir rayonunun “Kirov” adına kolxozda işləmiş və əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsinin 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli arayışından görünür ki, 02 09.1968 cu il təvəllüdlü, Kürdəmir rayonu rayonu Xırdapay kəndində qeydiyyatda olan İddiaçı həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə X18 şəxsinin 12 saylı regional ərazi filialından xx.xx.2012-ci il tarixdən 2-ci qrup ümumi səbəbdən əlilliyə görə 233.20 (iki yüz otuz üç manat, 23 qəpik) əmək pensiyası almışdır, xx.xx.2021-ci il tarixdə TSEK-in müddəti bitdikdə pensiyası dayanmışdır. İşdə olan Azərbaycan Respublikası Xırdapay bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 131 nömrəli arayışından görünür ki, Kürdəmir rayonu rayonu Xırdapay kənd sakini İddiaçı həqiqətən Xırdapay kən bələdiyyə üzvü seçilmədiyi üçün xx.xx.2004-cü il tarixdə 06 saylı əmrlə tutduğu vəzifəsindən azad edilmişdir. İşdə olan Kürdəmir rayon X5 yaradılmış "xxxx" MMC-nin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə kimi Kürdəmir rayon X5 yaradılmış "xxxx" MMC-də mühasib vəzifəsində çalışaraq əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsinin 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur və TSEK-də müayinə aktından çıxarışı xx.xx.2021-ci il tarixdə müddəti bitiyindən pensiya ödənişi dayanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən sığortaolunanlarm xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olduqda avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunur. Lakin həmin dövürlərdə iddiaçının pensiya kapitalı yoxdur və ona avtomatlaşdırılmış qayda yaşa görə əmək pensiyası təyin olunmamışdır və hal hazırda iddiaçıya yaşa görə avtomatlaşdırılmış qayda sosial müavinat təyin olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun l-dən başlayaraq 2027-ci il iyulun İ-dək hər il 6 ay artırılır. X8 ərizəsi ilə birlikdə şəxsiyyət vəsiqəsini, əmək kitabçasını, diplomunun surətlərini və Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş Kürdəmir rayon keçmiş «Kirov» adma kolxozda işləməsi barədə arayış təqdim etmişdir. Vətəndaşa verilən arxiv arayışında 1976-1992-ci və 1995- 1998-ci illərdə min adam günü norması 140 gün göstərilmişdir . Həmin min adam günləri norması nəzərə alınaraq sosial sığorta staj hesablanmışdır. İddiaçı təqdim etdiyi diplomunda xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində təhsil alması göstərilmişdir. Lakin vətəndaş eyni zamanda həmin dövürdə keçmiş “Kirov” adma kolxozda işləmişdir. Təhsil illəri ilə kolxozda işləməsi üst üstə düşməsi səbəbindən iddiaçının təhsil dövrü nəzərə alınmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.2 bəndinə əsasən Sığortaolunanm ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçınm təqdim etdiyi sənədlərə baxış keçirilərkən əmək kitabçasında qeyd olunan xx.xx.1976-xx.xx.1998-ci illərdə «Kirov» adma kolxozda (22 il 1 ay 28 gün) , xx.xx.2000-xx.xx.2004-cü illərdə Kürdəmir rayon Xırdapay bələdiyyəsində (4 il 10 ay 16 gün) xx.xx.2005-ci il tarixədək 27 il 14 gün ümumi iş stajı hesablanmışdır. Lakin vətəndaş xx.xx.2016-cı il tarixdə pensiyasını yenidən hesablanması ilə bağlı ərizəsi ilə birlikdə təqdim etdiyi Kürdəmir rayon Dövlət arxivi tərəfindən verilmiş əmək haqqı arayışında Xırdapay bələdiyyəsində 2 il 6 ay (2000-5 ay, 2001-12 ay, 2002-10 ay, 2003-3 ay) əmək haqqı aldığı göstərilmişdir. Eyni zamanda iddiaçının əmək kitabçasında 1993 və 1994-cü illərdə işləməyi görünsədə təqdim etdiyi arxiv arayışında həmin illər öz əksini tapmır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsində göstərilir ki, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasında əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq bələdiyyədə işlədiyiniz dövürdə əmək haqqı hesablanmayan aylar və arxiv arayışında göstərilməyən 1993,1994 -cü illər iddiaçının sosial sığorta stajınıza daxil edilməmişdir. Həmin müddəti sosial sığorta stajı kimi nəzərə alınması Qanun tələblərinə ziddir. Vətəndaşın əmək kitabçasında xx.xx.2006 - xx.xx.2010-cu il tarixlərində Kürdəmir rayon "xxxx" MMC-də işləməyi qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nm 3.6. maddəsinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanm fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin dövurlərdə (xx.xx.2006 - xx.xx.2010) İddiaçınm qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd etdiyi dövrüləri (1993, 1994 kolxoz və 2 il 4 ay 16 gün bələdiyyə) çıxdıqdan sonra X4 22 il 7 ay 10 gün sosial sığorta stajı hesablanmışdır. X2 yaşa görə əmək pensiyası təyin edilməsi bağlı müraciəti qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 19 saylı ərazi məşğulluq filialının xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, Nazirliyin tabeliyində X10 xx.xx.2020-ci il tarixli **********8 nömrəli Qərarına əsasən Kürdəmir, Ucar, Ağdaş və Zərdab rayon Məşğulluq Mərkəzlərinin əsasında 19 saylı Ərazi Məşğulluq Filialı yaradılmışdır. "xxxx" MMC Kürdəmir rayon X5 yaradılmışdır. "xxxx" MMC-yə aid əmrlərin qeydiyyatının aparıldığı kitabda (2002-2006-cı illər üzrə qaytanlanmış kitab) Kürdəmir rayonu, Xırdapay kənd sakini X4 xx.xx.2006-cı il tarixdə 01 nömrəli əmrlə baş mühasib vəzifəsinə qəbul olunması ilə bağlı qeydlər aparılmış, lakin V.Xanalıyevanın məzuniyyətə buraxılması və işdən azad olunması ilə bağlı əmr kitabında qeydlər aparılmamışdır. Filialda "xxxx" MMC-yə aid əməkhaqqı cədvəlləri olmadığından V.Xanalıyevanın əmək haqqı barədə sənədləri Şirvan İnzibati Məhkəməsinə təqdim etmək mümükün olmamışdır. Tələb olunan sənədlərin əldə edilməsi məqsədilə Filialın əməkdaşı tərəfindən "xxxx" MMC-nin direktoru Faiq Mahmudov ilə (***-***-**-**) əlaqə saxlanılmış həmin sənədlərin Filiala təqdim edilməsinə köməklik göstərilməsi xahiş edilmiş, lakin həmin sənədlər Filiala təqdim olunmamışdır. Tərəfimizdən aidiyyəti üzrə "xxxx" MMC-nin direktoru F.Mahmudova məktub (xx.xx.2021-ci il tarixli **********3 nömrəli) göndərilərək tələb olunan sənədlərin Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X17 filialının mütəxəssisləri V.Musayevin, N.Qənimətoğlunun və Kürdəmir rayon Dövlət Arxivinin müdiri Ə.Kərimovun iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan surətindən görünür ki, X2 adına verilmiş staj arayışını yerində qarşılıqlı yoxlamaq üçün Kürdəmir rayon Dövlət X1 həqiqətən “Kirov” adına kolxozda 1976, 1977, 1989-cu illərdə vətəndaşın adam günündə qaralama olduğundan və şübhə olduğundan təsdiq etmək mümkün olmamışdır. 1992-ci ildə vətəndaşın soyadı və ata adı qeyd edilməmişdir. 1995-ci il və 1996-cı ildə ata adı qeyd edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-14070/2023 nömrəli etiraza əlavəsindən görünür ki, İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 19 il 05 ay 14 gün, mübahisələndirilən sosial sığorta stajı isə 05 il 08 ay təşkil edir: Mübahisəsiz: xx.xx.1977-xx.xx.1978-ci il-təhsil illəri (01 il 09 gün) xx.xx.2000-xx.xx.2004-cü il (04 il 01 ay 16 gün) xx.xx.1978-xx.xx.1978(03 ay 20 gün)-1988; 1990; 1991; 1997; 1998-cı illər (ümumilikdə 14 il 03 ay 20 gün), mübahisəli: kolxozda işlədiyi 1976; xx.xx.1977-xx.xx.1977 (08 ay); 1989;1992;1995;1996-cı illərdir. İş materiallarına əsasən Fondun 1 saylı X17 Filialının xx.xx.2022- ci il tarixli aktına əsasən 1976, 1977, 1989-cu illərdə qaralama olması, 1992-ci il tarixdə iddiaçının soyadı və ata adı, 1995 və 1996-cı ildə isə ata adının qeyd olunmaması səbəbindən həmin illər mübahisələndiriiən dövr kimi qiymətləndirilərək sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ qanunvericilikdə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 61 yaş 06 ayla xx.xx.2020-ci il tarixdə yaranır. Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sərıəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi həmin sənədlər hüquqmüəyyəedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, yuxarıda qeyd edilən əsaslar İddiaçı həmin dövrlərdə əmək fəaliyyətinin doğruluğuna əsaslı şübhələr doğurur. Belə olan halda iddiaçıya qeyd olunanları nəzərə alaraq iddiaçı V.Xanalıyevaya yaşa görə əmək pensiyasının təyin edilməsi qannvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı X4 yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə və yazılı etirazından məlum olur ki, cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 19 il 05 ay 14 gün təşkil edir və cavabdeh imtina üçün üç halı əsas götürmüşdür:

1. İddiaçının işlədiyini iddia etdiyi 1976, xx.xx.1977-xx.xx.1977 (08 ay), 1989, 1992, 1995 və 1996-cı il dövrlərlə bağlı təqdim edilən arxiv arayışının mötəbərliyinə əsaslı şübhələrin olduğunu;

2. iddiaçının 25 il ümumi iş stajının toplamaması.

3. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək qadınların pensiya yaşı 61 il 06 ay yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (61 il 06 ay yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2020-cu il tarixində, yəni 61 il 6 ay yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası və həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki,vətəndaşın kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, vətəndaşın işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir:

1. İddiaçının 1976, xx.xx.1977-xx.xx.1977 (08 ay), 1989, 1992, 1995 və 1996-cı illəri əhatə edən fəaliyyət dövrü. Qeyd edilən dövrlə bağlı arxiv sənədlərinin əslinə cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və qanun pozuntuları aşkar edilməmişdir. Belə ki, sənədlərdə kolxozda işləyən ümumi işçilərin ata adlarının qeyd edilmədiyi, İddiaçı adında yalnız bir şəxsin olduğu, ümumi işçilərin əmək haqqı cədvəllərində düzəlişlər edilmədən eyni qələmlə qaralamalar olduğu müəyyən edildi. Məhkəmə hesab edir ki, qeyd edilən hal iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bunu məhkəmə iddiaçının ziyanına şərh etmir. Qeyd edilən illər ərzində minimum əmək iştirakı norması 140 olmuşdur. Buna qarşılıq iddiaçının minimum əmək iştirakı normasından çox və az işlədiyi dövrlər olmuşdur. Ona görə də, minimum əmək iştirakı normasından az işlənilən illəri ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. - 1976-cı il. Arxivdə saxlanılan sənədlərdə qaralama edilməmişdir və il ərzində iddiaçıya 478 rubl ödəniş hesablanmışdır. İddiaçı həmin il adam normasından çox işlədiyindən (154) tam götürülür. = 1 il - 1977-ci il. Arxivdə saxlanılan sənədlərdə adam günü normasında qaralama edilsə də, qeyd edilən qaralama dəyişiklik ilə bağlı deyil bərpa məqsədilə edildiyi müəyyən edilmişdir. Həmçinin il ərzində iddiaçıya 473 rubl ödəniş hesablanmışdır ki, digər şəslərə hesablanan pul məbləğinə baxdıqda həmin illə bağlı iddiaçıya verilən pul məbləği ilə adam günü normasının uyğunluq təşkil etdiyi müəyyən olunur. Lakin iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi təhsil aldığı dövr sığorta stajına əlavə edildiyindən yalnız 1977-cil il üzrə 08 ay dövrü sığorta stajına əlavə edilir. = 08 ay. - 1989-cu il. Arxivdə saxlanılan sənədlərdə adam günü normasında qaralama edilsə də, qeyd edilən qaralama dəyişiklik ilə bağlı deyil bərpa məqsədilə edildiyi müəyyən edilmişdir. Qeyd edilən hal yalnız iddiaçının deyil eyni dövrdə eyni kolxozda işləyən digər şəxslərində normalarında müəyyən edilir. Həmçinin il ərzində iddiaçıya 935 rubl ödəniş hesablanmışdır ki, digər şəxslərə hesablanan pul məbləğinə baxdıqda həmin illə bağlı iddiaçıya verilən pul məbləği ilə adam günü normasının uyğunluq təşkil etdiyi müəyyən olunur. İddiaçı həmin il adam normasından çox işlədiyindən (257) tam götürülür. = 1 il - 1992-ci il. Arxivdə saxlanılan sənədlərin birinci vərəqənin iddiaçının yalnız adı qeyd edilsə də, qarşı sənəddə soyadı, adı və atasının adı tam şəkildə qeyd edilmişdir. Həmçinin eyni dövrdə eyni kolxozda işləyən digər şəxslərin vərəqələrində də eyni hal müşahidə edilmişdir. İddiaçı həmin il adam normasından çox işlədiyindən (156) tam götürülür. = 1 il - 1995 və 1996-cı illər üzrə. Arxivdə saxlanılan sənədlərə baxış keçirilən zaman iddiaçının ata adının qeyd edilmədiyi müəyyən olunur. Qeyd edilən illər üzrə ümumi kitabçada İddiaçı adlı başqa şəxsin olduğu müəyyən edilmir. Eyni dövrdə eyni kolxozda işləyən digər şəxslərin vərəqələrində də eyni hal müşahidə edilmişdir. İddiaçı həmin illər adam normasından çox işlədiyindən (hər iki il üzrə ayrılıqda 312) tam götürülür. = 2 il - Belə olan halda iddiaçının 1976, xx.xx.1977-xx.xx.1977 (08 ay), 1989, 1992, 1995 və 1996-cı illər üzrə stajı – cəmi: 05 il 08 ay kimi müəyyən edilir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X14 filialının xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, invertarizasiya cədvəllərində İddiaçı ata adının qeyd edilməməsi həmin şəxsin iddiaçı olmadığı anlamına gəlməməlidir. Yəni başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi həmin qərarda qeyd edilən hallar arxiv arayışında aşkar edilməmiş, arayış tərtib edildiyi zaman qanunvericiliyin qeyd edilən normaları pozulmamış və doğruluğu qarşılıqlı yoxlama aktına (xx.xx.2022-ci il tarixli) əsasən müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla ümumilikdə 25 ildən çox (19 il 05 ay 14 gün + 05 il 08 ay = 25 il 03 ay 22 gün) ümumi iş stajı mövcuddur. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3-cü əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Beləliklə, iddiaçıya pensiya hüququ 02 mart 2020-ci il tarixdən yarandığına baxmayaraq, xx.xx.2021-ci il tarixə kimi ikinci dərəcə əlilliyə görə pensiya aldığından, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar