Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-174/2024 11.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın əmək pensiyasınn dayandırılma ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, yaşa görə əmək pensiyasının isə dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci ildən bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş əmək pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddiaçıya təyin edilmiş pensiyanın dayandırıldığı gündən, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1450/2022 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, “inzibati orqanın əmək pensiyasınn dayandırılma ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, yaşa görə əmək pensiyasının isə dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci ildən bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş əmək pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-174/2024 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1954-cü ildə anadan olmuş, əmək fəaliyyətinə başladığı və bitirdiyi tarixlər əmək kitabçasında göstərilmişdir. Bütün bunlara görə ona xx.xx.2018-ci ildə əmək pensiyası təyin edilsədə, sonradan həmin pensiya kəsilmişdir. Daha sonra yaşa görə əmək stajını təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinə 15 fevral 2022-cı il tarixdə rəsmi poçt vasitəsi ilə müraciət etsədə, bu günə kımı ona heç bır cavab verilməmişdir. Bu iddia inzibatı mühakimənin predmetı olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından Şırvan İnzibatı Məhkəməsində baxılmalı və cavabdehin bu günə kımı heç bır cavab vermədiyi hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə tələbinə dair iddiadır və buna uyğun olaraq məcbuetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. İddiaçının iddiasının məqsədi “İnzibati İcraat haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibatı aktın qəbul edilməsidir. İPM-ın 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Belə ki, əsassız olaraq əmək pensiyasından məhrum edilmiş və uzun müddətdir ki, əmək pensiyası ala bilmir. Bununla da cavabdeh təşkilatın qanunsuz qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. Digərləri ilə bərabər, məcburetmə haqqında iddialara ərazi aidiyyəti üzrə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin yerləşdiyi yer Şırvan İnzibatı Məhkəməsinin ərazi aıdiyyətindədir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibatı orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd edilənləri nəzərə alaraq cavabdeh inzibati orqanın əmək pensiyasınn dayandırılma ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, yaşa görə əmək pensiyasının isə dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci ildən bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş əmək pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iş üzrə əlavə edilmiş materiallara əsasən iddiaçı Güləliyev Aqadədə cavabdeh Fondun 4 saylı regional ərazi filialına (indiki 1 saylı Sirvan-Salvan regional ərazi filialı) xx.xx.2018-ci il tarixdə müraciət edərək, ona yasa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçıya yasa görə əmək pensiyası təyin edilmişdir. Fondun Hacıqabul rayon şöbəsində aparılmış monitorinq nəticəsində iddiaçının pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Fondun 4 saylı regional ərazi filialının (indiki 1 saylı Şirvan-Salyan regional ərazi filialı) xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən iddiaçının işlədiyini iddia etdiyi 5 nömrəli X3 sənədlərini aşkar etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 6 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun-22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçı təqdim etdiyi xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən sığorta stajı 25 ildən az təşkil edir. Belə ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2008-ci ii tarixədək 5 nömrəli Yük Avtonəqlivvat icarə müəssisəsində sürücü işlədiyini iddia edir. Sözügedən dövrlər tərəflərindən mübahisələndirilən dövrlər hesab edilir. İşə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə monitorinq təşkil edilmiş və xx.xx.2021-ci il tarixli 031161 nömrəli akt tərtib edilmişdir. Akta əsasən sözügedən müəssisənin sənədlərinin X10 təhvil verilmədiyi aşkar edilmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı müəyyən edilməmişdir, belə ki, məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Məhz bu səbəblərə görə də X2 qanunvericiliyin tələbləri baxımından yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı X1 yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1954-cü il tarixdə anadan olmuş, Hacıqabul rayonu, Atbulaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1972-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, X5 xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1971-ci il tarixdən xx.xx.2008-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli bildirişindən görünür ki, X1 əmək pensiyası xx.xx.2021-ci il tarixdən DSMF-nin Audit yoxlamasına əsas müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən 1997-2005-ci illər üzrə sığorta stajı öz təsdiqini tapmadığından pensiyası dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/3-4052 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Lənkəran rayon X15 (sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyəti) 26 iyul 1996-cı il, "xxxx" ASC (əvvəlki adı İmişli rayon “Əhaliyə Məişət Xidməti Kombinatı) 17 iyun 1996-cı il, 5 saylı X6 (sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyəti) isə 28 may 1996-cı il tarixlərindən qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********853500 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində 5 saylı X6 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 57 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş 5 nömrəli Yük Avtonəqliyyat icarə müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.2003-cü il tarixinə hazırlanmış sənədlərə əsasən bildiririk ki, müraciətində qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi - sürücü, işə başlama tarixi - xx.xx.1997-ci il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Müraciətdə qeyd olunan digər məsələlərlə bağlı məlumatların əldə olunması məqsədilə aidiyyəti üzrə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını aparan orqana və ya müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarəetmə orqanlarına müraciət etməyi məqsədəuyğun hesab etmişdirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, 5 saylı X3 rekvizitləri (SUN və ya VÖEN) qeyd olunmadığı üçün həmin müəssisəni Nazirliyin məlumat uçot bazasında müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1-8-118/11505-22 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 1996-2008-ci illər üzrə işlədiyi 5 saylı X3 sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv sənədinin tərəfimizdən verilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-110787/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək 2 il 1 ay 2 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək 18 il 7ay 13 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 20 il 8 ay 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1997-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhə yaranmışdır. Bu səbəbdən xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan 8 il 8 ay mübahisələndirilən əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-164621/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məlumat üçün bildiririk ki, İddiaçı "xxxx" ASC-də 1997-2008-ci illərdə işləməsinə dair mövcud olan bütün sənədlərə baxış keçirilərək xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Akta əsasən "xxxx" ASC-nin arxivində saxlanılan İddiaçı məxsus şəxsi işdə olan 54 saylı əmrə əsasən vətəndaş xx.xx.1997-ci il tarixində 5 saylı Yükavtonəqliyyat icarə müəssisəsinə işə qəbul edilmişdir, lakin işdən azad olunma haqqında hər hansı bir məlumata rast gəlinməmişdir. 1997-ci ilin İX, X, Xİ, Xİİ aylarının və 1998-ci ilin İ, İİ, İİİ, və İV aylarının ödəniş cədvəllərində İddiaçı adına rast gəlinməmişdir. 1998-ci ilin İ və İİ aylarında sözügedən şəxs tərəfindən yük nəqliyyat vasitəsinin idarə olunması üçün icarə haqqı ödənilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 03 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildən köçürmə yolu ilə 5 saylı YANİM yük avtonəqliyyat icarə müəssisəsinə (2003-cü ildən "xxxx" ASC adlandırılmışdır) sürücü olaraq qəbul edilmişdir. KRAZ ** AC *** (KRAZ-256B-İ) markalı yük nəqliyyat vasitəsi ona həvalə edilmişdir. Güləliyev bu nəqliyyat vasitəsini öz məqsədləri üçün istifadə edib, qazanc əldə etmişdir və bu müddət ərzində işə gəlməmişdir. Göstərilən illər ərzində bir neçə dəfə az miqdarda kassaya icarə haqqı ödəniş etmişdir. İcarə haqqını vaxtında ödəmədiyi üçün xx.xx.2000 ci ildə; xx.xx.2000-ci ildə; xx.xx.2001-ci ildə Hacıqabul rayon Prokurorluğuna müraciət edilmişdir. xx.xx.2002 ci il tarixində Hacıqabul rayon Polis Şöbəsindən müəssisəyə ünvanlanmış məktubda Güləliyevdən icarə pulunun ödənilməsi barəsində İltizam alınması qeyd edilmişdir. Bu illər ərzində işə gələn işçilərə əmək haqqı hesablanıb, vergiləri tutulub və ödənilib, hesabatları verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçotu üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-270074/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən təqdim olunmuş məcburi dövlət sığortası üzrə hesabatlarda 01.01 2006-cı il tarixdən xx.xx.2009-cu il tarixinədək olan dövrlər üçün İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlətsosial sığorta haqları aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-30116/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "Qobustan Nəqliyyat” X13 (VÖEN **********) xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçi X9r, rəhbərin qeydiyyat ünvanının ünvan 3 məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyətinin hazırda vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, rəhbərin əlaqə vasitələri barədə məlumat “Hüquqi şəxslərin döv qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsin əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-6223/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində X1 hər hansı hüquqi şəxsin təsisçisi, rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - müəyyən dövrlərdə əmək haqqı almaması; - xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - İddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı təqdim etdiyi hərbi biletinə, əmək kitabçasına ümumi 20 il 8 ay 15 gün gün təşkil edir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletinin surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdən keçmişdir. İddiaçının 02 il 1 ay 2 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu və əmək fəaliyyətində xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək 18 il 7ay 13 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 20 il 8 ay 15 gün təşkil edir. Göründüyü kimi iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. İddiaçının ümumi iş stajına gəldikdə isə nəzərə alınmalıdır ki, iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödənilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən şəxsin yaşa görə əmək pensiya hüququnun yaranması üçün o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı, bununla yanaşı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalı və ya pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmalıdır. Göründüyü kimi pensiya kapitalı və ümumi sığorta stajı ilə bağlı şərtlərin bir anda mövcudluğu zəruri deyildir, qanunvericilik bunu vətəndaşın pensiya hüququndan məhrum etməmək üçün seçim olaraq vermişdir. Göründüyü kimi hər iki şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Lakin, hal-hazırki iş üzrə iddiaçının tələb olunan 25 il ümumi iş stajıda tamam olmamışdır. Qeyd olunan şərtin, yəni pensiya yaşına çatma və ümumi iş stajı ilə bağlı şərtin eyni vaxtda ödənilməsi ilə bağlı isə qanunvericiliyinin tələbinin mövcudluğu konkret olmaqla birgə, həmçinin məntiqlidir. Hal-hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 110787/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək 2 il 1 ay 2 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək 18 il 7ay 13 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 20 il 8 ay 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1997-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhə yaranmışdır. Bu səbəbdən xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan 8 il 8 ay mübahisələndirilən əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. iddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyini bildirsə də, iş materiallarına, məhkəməyə ünvanlanan sorğu cavablarına, eləcə də məhkəmədə şahid qismində iştirak edən mübahisəli dövrdə işlədiyi qeyd edilən müəssisənin rəhbəri X8 ifadəsinə əsasən iddiaçının qeyd edilən dövrlərdə əmək haqqı almadığı müəyyən edilir. Həmçinin işləməsi və əmək haqqı almasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə həmin hissədə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qəbul etmir. Belə olan halda isə iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Belə olan halda isə iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1972ci il tarixindən xx.xx.1974-cü il tarixinədək 2 il 1 ay 2 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək 18 il 7ay 13 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 20 il 8 ay 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın əmək pensiyasınn dayandırılma ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, yaşa görə əmək pensiyasının isə dayandırıldığı tarixdən, yəni xx.xx.2021-ci ildən bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş əmək pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-174/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-174/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver