Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1740/2025 12.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin abadlaşdırılması və bərpası ilə əlaqədar olaraq dəymiş ziyanın müəyyənləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin üzərinə öhdəlik qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi və Kürdəmir rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən həyətyanı torpaq sahəsində ona ev tikilməsi üçün cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1740/2025 nömrəli qərardadına əsasən, Cavabdeh2 cavabdehlər siyahısından çıxarılaraq, üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1740/2025 nömrəli qərardadına əsasən, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “iddiaçıya məxsus Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən qəzalı vəziyyətlə olan fərdi yaşayış evinin abadlaşdırılmasına və bərpasına maddi təminat şəklində maliyyə təminatının göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1740/2025 nömrəli qərardadına əsasən, iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinə və Cavabdeh2nə qarşı “Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin abadlaşdırılması və bərpası ilə əlaqədar olaraq dəymiş ziyanın müəyyənləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin üzərinə öhdəlik qoyulması” kimi baxılması davam etdirilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, o, ailə üzvləriylə birlikdə Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır. Ailəsi 3 nəfərdən o, həyat yoldaşı və yeni doğulmuş qızından ibarətdir. O, 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Veterandır, səhhətiylə bağlı işləyə bilmir. Ona rayon İcra hakimiyyəti tərəfindən ildə 3-4 dəfə yardım verilirdi. Hazırda həmin yardımın verilməsi azaldılıb ildə bir dəfə verilir. O ,evin kiçik oğlu olduğu üçün valideyinlərindən qalan evdə yaşamışdır. 2023-cü il tarixdə baş vermiş zəlzələ nəticəsində yaşadığı evdə böyük çatlar baş verdi və yaşadığı ev qəzalı vəziyyətə düşdü. Bununla bağlı aidiyyəti orqanlara müraciətlər etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 əmməkdaşları yaşadığı həyətə gələrək evinə baxış keçirdilər. Onlar həqiqətəndə yaşadığı evin zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyünü, tikilidə yaşamağın insan həyatı üçün təhlükəli olduğunu bildirdilər. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Kənd İcra nümayəndəliyinin əməkdaşları yaşadığı evə baxış keçirərək Akt tərtib etdilər. Aktda qeyd olundu ki, İddiaçı Əlsahib oğluna məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşmüşdür. Buna görədə ailənin yaşayış şərtlərinin yaxşılaşdırılması üçün 1 ədəd çadırla təmin edilməlidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həyətində çadır quraşdırıb ona təhvil verdilər. Ona bildirdilər ki, ona ev tikiləcək və ondan sonra çadırı təhvil alacaqlar. O, həmin vaxtdan həyat yodaşı və yeni doğulmuş uşağıyla birlikdə çadırda yaşayır. Qaynar xəttə zənglər vurub. Ona bildirirlər ki, ona ev tikiləcək. X42 Nazirliyinin əməkdaşları tərəfindən həyətində quraşdırılmış çadırda uçub, çadırda da yaşamaq mümkün deyil. Demək olar ki, o və ailəsi çöldə yaşayırlar. O, bununla bağlı rayon İcra Hakimiyyətinin qəbulunda da olmuşdur. İcra hakimiyyətinin səlahiyyətli işçiləri ona bildirir ki, onun sənədlərin hazırlanıb ona ev tikilməsi üçün Fövqəladə Hallar Nazirliyi Tikintində X11 Agentliyi göndərilib. Lakin bu günə kimi ona ev tikilməyib və bu haqda heç bir hərəkət yoxdur. O, hesab edir ki, cavabdeh olan hər iki vəzifəli şəxsin hərəkətləri qanunsuzdur, onun vətəndaş hüquqları pozulub. Cavabdeh Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi tərəfindən verilmiş iddia ərizəsinə etirazdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 1182 nömrəli, 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Fövqəladə Hallar Nazirliyi təbii fəlakət hadisəsi baş verdikdə yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamlarına əsasən müvafiq tədbirlər görə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq təbii fəlakət nəticəsində və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş mənzilin və ya fərdi yaşayış evinin təmir və bərpa edilməsi mülkiyyətçinin vəzifələrinə daxildir. Mövcud qanunvericiliyə uyğun olaraq yaşayış sahələrinin qəza vəziyyətinin müəyyən edilməsi və onların qeydiyyata alınması yerli icra hakimiyyəti orqanlarının nəzdində daimi fəaliyyət göstərən müvafiq komissiyalar tərəfindən həyata keçirilməlidir. Mövcud qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlak sığortalanmalı və sığortaçı ilə sığortalanan arasında müvafiq müqavilə bağlanmalıdır. Sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş ziyanın ödənilməsi tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq zəruri sənədlər təqdim edilməklə tənzimlənir. Həmin işlə bağlı müvafiq vətəndaş tərəfindən 2021-ci və 2023-cü illərdə müraciəti olmuş və İddiaçı 37/M-04219, 3- 18-2/2-M- 2899-42/23 saylı məktubları ilə cavab verilmişdir. İddiaçının Fövqəladə Hallar Nazirliyinə ünvanladığı ərizələrində evinin neçənci ildə və hansı səbəblərə görə qəzaya düşməsi barədə məlumat yoxdur. Lakin məhkəməyə təqdim etdiyi iddia ərizəsində evinin 2023-cü ildə baş vermiş zəlzələ nəticəsində qəzaya düşməsi barədə məlumat verir. Bu da öz növbəsində ərizələri və iddia ərizəsi arasında ciddi ziddiyyət yaradır. xx.xx.2023-cü ildə Kürdəmir rayonu ərazisində baş vermiş zəlzələ Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəlzələnin göstəriciləri təbii fəlakət törədə bilən həddən aşağı olduğu bildirilmişdir. İddiaçı öz iddia ərizəsində təbii fəlakətin nə vaxt baş verməsi və Nazirliyə 2021-ci və 2023-cü il tarixlərində ünvanladığı ərizələrində qeyri müəyyənliyini nəzərə alınmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edir ki, İnzibati Prosessual Məcəlləsinin 33 və 38.1-ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 35 və 38-ci maddələrini nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxs Kürdəmir rayonu İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Kürdəmir rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkündür, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. -İşdə olan 059429 nömrəli veteranlıq vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-14576/2024 nömrəli məktubuna əsasən, vətəndaş 2018, 2021 və 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Azərbaycan Resbublikasının Milli Arxiv İdarəsinin Kollegiyasının 12 aprel 2016cı il tarixli 3/1 nömrəli qərarına əsasən vətəndaşın 2018-ci ildəki müraciətinin saxlanma müddəti keçdiyindən məhv edilmişdir. -İşdə olan Azərbaycan Respublikası Cavabdeh2 xx.xx.2025-ci il tarixli 5-56/2- 171/2025 nömrəli məktubundan görünür ki, Məmmədov X10 rayonunun Qarasaqqal kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. -İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 xx.xx.2025-ci il tarixli 3-14-18/2-177/2025 məktubuna əsasən, X7 mütəxəssisləri tərəfindən Kürdəmir rayonu, Qarasaqqal kəndi ərazisində vizual hidrogeoloji və mühəndisi-geoloji araşdırmalar aparılmış və müvafiq arayış hazırlanmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Kürdəmir rayonu, Qarasaqqal kəndi ərazisində mühəndis-geoloji arayışına əsasən, X12 Şirvan İnzibati Məhkəməsi tərəfindən daxil olmuş 06 avqust 2025-ci il tarixli, 2-1 (120)-1740/2025 nömrəli məktuba əsasən fond materiallarında araşdırılma aparılmış və aşağıdakılar müəyyən olunmuşdur. Qeyd olunan kənd ərazisinə 26 yanvar 2024-cü il tarixində X7 mütəxəssisi Elxan Eminov tərəfindən baxış keçirilmiş və arayış tərtib olunaraq aidiyyəti üzrə təqdim olunmuşdur. İddiaçı məxsus fərdi tikili düzən ərazidə 40°23l11", 48°18'14" koordinatlarında yerləşir. Vizual baxış zamanı müəyyən olunmuşdur ki, sözügedən ünvanda təbii və texnogen amillərin təsiri nəticəsində hidrogeolöji şəraitdən asılı olaraq qrunt sularının səviyyəsinin qalxması prosesi baş vermişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, Qarasaqqal kəndi ərazisində mövcud olan denaj kanallarının suötürücülük gücünün zəifləməsi (qrunt sularının təbii və süni boşalma zonaları olmadığına görə su aparıcı kanalların faydalı olmaması) qrunt sularının səviyyəsinin qalxmasına təsir edən texnogen faktorlardan biri hesab olunur. Bundan əlavə ərazidə subasma və Girdiman çayının qolu olan Nazir çayında baş verən mövsümi gursululuq qrunt sularının səviyyəsinin qalxmasına təsir edən amillərdəndir. Bu qalxım əsasəndə kənd ərazisinin hipsometrik olaraq aşağı hissələrində özünü daha çox göstərir. Qrunt sularının qalxması ərazidə mövcud olan tikililərin bünövrəaltı qruntunun fiziki- mexaniki xüsusiyyətləri (ilişmə qüvvəsinin, sürtünmə əmsalının və s.) zəifləmiş, qruntun yükgötürmə qabiliyyətinə mənfi təsir göstərmişdir. Qeyd olunan proseslərin birgə təsirindən fərdi tikilidə nəzərə çarpacaq fəsadlar qeydə alınmışdır. Qeyd olunan tarixdə vətəndaşa məxsus ünvanda aparılan araşdırmalar zamanı ev sahibi bildirmişdir ki, 2023-cü ildə baş vermiş zəlzələ hadisəsindən sonra tikilidə mövcud olan çatların ölçülərində artım baş vermiş və aidiyyəti qurumlar tərəfindən ev sakinləri müvəqqəti yaşamaq üçün çadırla təmin olunmuşdur. Aparılan tədqiqatlara əsasən (26 yanvar 2024-cü il tarixində) fərdi tikilidə yaşamağın insan həyatı üçün təhlükəli olması vətəndaşlara bildirilmişdir. Qeyd etmək lazımdır ki, çayların, göllərin və dənizlərin yaxınlığındakı sahələrdə kafi və ifrat rütəbətli zonalarda qrunt sularının səviyyəsi adətən yer səthinə yaxın olur və yatma dərinliyi 0,0-10,0 m qədər dəyişir. Qrunt sularının yatma dərinliyi çox müxtəlif olmaqla fiziki- coğrafi, geoloji-litoloji, geomorfoloji və başqa yerli faktorlardan sıx sürətdə asılıdır. Qrunt suları atmosferdə baş verən dəyişiklərə həssasdır. Atmosfer çöküntülərinin miqdarından asılı olaraq qrunt sularının səviyyəsi dəyişir. İsti və quraqlıq illərdə səviyyə enir, yağışlı və rütubətli vaxtlarda səviyyə qalxır. Yuxarıda qeyd edilən faktorları və ərazinin fiziki-coğrafi yerləşməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, İddiaçı məxsus ünvanda təbii və texnogen amillərin təsiri nəticəsində ekzogen geoloji proseslərin dinamikasında aktivliyin yüksəlməsi ehtimal olunur. Qeyd olunanları nəzərə alaraq, bu sahədə ixtisaslaşmış müvafiq dövlət qurumları tərəfindən fərdi tikilinin yerləşdiyi ərazidə instrumental müayinə işləri aparılmalı və müayinə işlərinin nəticəsinə əsaslanaraq müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilir. -İşdə olan Azərbaycan Respublikası Cavabdeh2 Başçısı Aparatının xx.xx.2021-ci il tarixli 2/582-3 nömrəli məktubuna əsasən, maddi durumunun olmadığını bildirərək aztəminatlı ailə kimi X51 tərəfindən bayramlarda yardım verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinə ünvanladığı ərizəyə baxılmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq Dövlət tərəfindən aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə vətəndaşlara ünvanlı dövlət sosial yardımı təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarına uyğun olaraq ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün elektron formada VEMTAS vasitəsi ilə həyata keçirilir. Ünvanlı dövlət sosial yardımı almaq üçün elektron formada VEMTAS-a internet vasitəsi ilə müraciət etmək tövsiyyə edir. İmkansız ailələrə bayram günlərində ərzaq yardımının paylanması ilə bağlı müraciət qeydiyyata götürülmüş, rayon İcra Hakimiyyəti tərəfindən imkansız və az təminatlı ailələrə ərzaq yardımı paylandıqda kənd icra nümayəndəliyi tərəfindən ərzaq yardımı ilə təmin olunacaq. -İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 xx.xx.2024-cü il tarixli 3-14-18/2-M-1xx-xx/2023 nömrəli məktubuna əsasən, Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ünvan ərazisində vizual hidrogeoloji və mühəndisigeoloji araşdırmalar aparılmış və müvafiq arayış tərtib edilərək Cavabdeh2nə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Kürdəmir rayonu, Qarasaqqal kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında arayışdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Kürdəmir rayonu, Qarasaqqal kənd sakini İddiaçı tərəfindən daxil olmuş müraciətə əsasən X7 mütəxəssisi Elxan Eminov 26 yanvar 2024-cü il tarixində qeyd olunan kənd ərazisinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Tektonik cəhətdən Kürdəmir- Saatlı batma zonasında yerləşən ərazinin geoloji quruluşunda allüvial-prolüvial mənşəli Orta və Üst Pleystosen (apQ2+3Yhz) yaşlı süxur kompleksi iştirak edir. Tədqiqat rayonu olduqca əlverişli hidrogeoloji şərait daxilində yerləşir. Burada yeraltı (qrunt) sular əsasən Holosen yaşlı çöküntü kompleksində yayılaraq, yer səthindən 0-25 m intervalında rast gəlinir. Kür ətrafı sahələrdə isə qrunt sularının səviyyəsi qalxaraq subasma prosesi baş vermişdir. İddiaçı məxsus fərdi tikili düzən ərazidə 40°23 11, 48°18 14 koordinatlarında yerləşir. Vizual baxış zamanı müəyyən olunmuşdur ki, kənd ərazisində əsasən hidrogeoloji şəraitdən asılı olaraq təbii və texnogen amillərin birgə təsiri nəticəsində qrunt sularının səviyyəsi qalxmışdır. Belə ki, Qarasaqqal kəndi ərazisində də əsasən texnogen faktorlar (drenaj kanallarının sudaşıma imkanının aşağı olması) səbəbindən qrunt sularının səviyyəsinin qalxmasının dəyişməsi tez-tez müşahidə olunur. Bu qalxım əsasəndə kənd ərazisinin hipsometrik olaraq aşağı hissələrində özünü daha çox göstərir. Araşdırma zamanı fərdi tikilin yerləşdiyi ərazidə subasma, sel və qrunt sularının təsiri qeydə alınmışdır. Belə ki, qeyd olunan proseslərin təsiri nəticəsində fərdi tikilinin bünövrə hissəsi mütəmadi subasma prosesinə məruz qalmış və dayanıqlığını itirmişdir. Proses nəticəsində tikili yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə ev sahibi bildirmişdir ki, 2023-cü ildə baş vermiş zəlzələ hadisəsindən sonra tikilidə mövcud olan çatların ölçülərində artım baş vermişdir. Aidiyyəti qurumlar tərəfindən ev sakinləri müvəqqəti yaşamaq üçün çadırla təmin olunmuşdur. Proses hal-hazırda aktiv fazadadır. Ərazidə təbii və texnogen amillərin təsirindən ekzogen geoloji proseslərin dinamikasında aktivliyin yüksəlməsi ehtimal olunur. Aparılan tədqiqatlara əsasən fərdi tikilidə yaşamağın insan həyatı üçün təhlükəli olması vətəndaşlara bildirilmişdir. -İşdə olan 15 may 2012-ci il tarixli aktına əsasən, evin beton bünövrəsi yoxdur. Arxa divar uçmuş sonradan sakin tərəfindən bərpa olunmuşdur. Qrunt sularının təsirindən ön və yan divarların kəskin çökməsi müşahidə olundu. Daxili və xarici divarlarda keçici müxtəlif istiqamətli çatlar mövcuddur. Taxta döşəmələrin ön divara doğru 20-30 sm-ə qədər çökməsi müşahidə olundu. Evin ümumi texniki vəziyyəti qəzalıdır. -İşdə olan 15 may 2012-ci il tarixli aktına əsasən, baxışa təqdim olunan ev bünövrəsiz çiy kərpicdən inşa olunmuşdur. Qrunt sularının təsirindən divarların aşağı hissələrində aşınmalar mövcuddur. Arxa divarların qabarması müşahidə olundu. Evin döşəməsi torpaqdadır. Sağ yan divarda şaquli çat mövcuddur. Ev yaşayış üçün yararsız vəziyyətdədir və sökülüb yenidən tikilməsi məqsədə uyğundur. -İşdə olan 15 may 2012-ci il tarixli aktına əsasən, evin beton bünövrəsi yoxdur. Sonradan arxa divarın kürsü hissəsinə beton verilmişdir. Qrunt sularının təsirindən evin kürsü divarları çökmüş, aşınmış, bəzi yerlərdə dağılmışdır. Arxa kürsü divarına verilmiş beton aşınıb dağıtmışdır. Sağ otağın arxa divarında, sol otağın yan divarında əyilmə müşahidə olundu. Daxildən divarların birləşmə yerlərində və qapı pəncərə boşluqları ətrafında müxtəlif istiqamətli çatları vardır. -İşdə olan 15 may 2012-ci il tarixli aktına əsasən, evin aşınmış və torpağa batmış bünövrəsi vardır. Qrunt sularının təsirindən evin kürsü divarları çökmüş və aşınmışdır. Çökmə nəticəsində arxa divar sol tərəfdən yarılmışdır. Həmçinin sol yan divarda şaquli keçici çat və çölə doğru əyilmə mövcuddur. Evdə bərpa gücləndirmə işlərinin aparılması mürəkkəb və səmərəsiz olduğundan, sökülüb yenidən tikilməsi məqsədə uyğundur. -İşdə olan 15 may 2012-ci il tarixli aktına əsasən, evin beton bünövrəsi yoxdur. Qrunt sularının təsirindən kürsü divarları çökmüş, aşınmış bəzi yerlərdə dağılmışdır. Arxa divarın əyilməsi müşahidə olundu. Sağ otağın arxa divarında maili, iri ölçülü çatlar mövcuddur. Divarların birləşmə yerlərində keçici çatlar mövcuddur. Sağ otağın döşəməsi torpaqdandır. Digər otaqlarda taxta döşəmələr çökmüşdür. Evdə bərpa-gücləndirmə işlərinin aparılması səmərəsiz olduğundan sökülüb yenidən tikilməsi məqsədə uyğundur. -İşdə olan 29 mart 2012-ci il tarixli aktına əsasən, qrunt sularının təsirindən evin kürsü divarları çökmüş və aşınmışdır. Xaricdən divarlarda 1-4sm enində şaquli çatlar mövcuddur. Qapı və pəncərə boşluqları ətrafında keçici çatlar vardır. Taxta döşəmələr qabarıb çökmüşdür. Evdə bərpa-gücləndirmə işlərinin aparılması mürəkkəb və səmərəsiz olduğundan sökülüb yenidən tikilməsi məqsədə uyğundur. -İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 xx.xx.2023-cü il tarixli 3-18-2/2-M-28xx-xx/2023 nömrəli məktubuna əsasən, Kür və Araz çaylarının daşıması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində Kürdəmir rayonu ərazisində İcra Hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında ziyan çəkmiş evlərə Nazirliyin sahə komissiyaları tərəfindən baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin siyahılarda adı olmadığına görə evə baxış keçirilməmişdir. Bu səbəbdən də evi barədə hər hansı tədbirin görülməsi mümkün deyildir. Nazirliyin sahə komissiyaları özfəaliyyətini 2012-ci ildə bitirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyi X33 Xüsusi xilasetmə hissəsinin növbə rəisi kapitan X14, xilasedici d/x çavuşu X18, xilasedici d/x siravisi X25, xilasedici d/x siravisi X37, Kürdəmir rayonu Qarasaqqal kənd İcra X2 aktı tərtib etmiş və bildirmişdir ki, Kürdəmir rayonu Qarasaqqal kənd sakini İddiaçı məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşmüşdür. Ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün X33 balansında olan 1 (bir) ədəd Bakı çadır (saz, təzə, istifadə edilməmiş), X6 tərəfindən vətəndaş İddiaçı həyətyanı sahəsində quraşdırılaraq təhvil verilmişdir. Vətəndaşa təhvil verilmiş çadrı, yanğın nəticəsində fərdi yaşayış evinə dəymiş ziyan aradan qaldırıldıqdan sonra FHN-nin ARM-nə qaytarılmasını təmin edilsin. İşdə olan Azərbaycan Respublikası Cavabdeh2 Başçısının 19 iyul 2023-cü il tarixli 5-56- 1/2-965/2023 nömrəli məktubuna əsasən, Kürdəmir rayonunun Qarasaqqal kənd sakini İddiaçı Cavabdeh2nə müraciət edərək fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu, çadırla təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciətə əsasən aidiyyəti əməkdaşlar tərəfindən İddiaçı məxsus olan, rayonun Qarasaqqal kəndi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ev planda ölçüləri 22.0x10.0 metr olmaqla 3 otaq, aynabənd və açıq eyvandan ibarətdir. Evin bünövrəsi və divarları çiy saman kərpicdən inşa edilmişdir. Evin kürsü hissəsinin torpaqla təmasda olan kərpiclərində güclü aşınma və divarları boyunca müxtəlif istiqamətli iri həcmli çatlar vardır. İşdə olan Azərbaycan Respublikası Cavabdeh2 Başçısı Aparatının 1 sentyabr 2023-cü il tarixli 5-56-3/2-1128/2023 nömrəli məktubuna əsasən, Kürdəmir rayonunun Qarasaqqal kənd sakinləri X26, X21, X8, X22, X9, Atakişili kənd sakinləri X15, X3, X27, Sığırlı kənd sakini X28, Kürdəmir şəhər sakini X31 fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olduğunu bildirərək onlara köməklik göstərilməsini xahiş etmələri barədə Azərbyacan Respublikası Prezidentinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Cavabdeh2nə və X16 "112 qaynar xətti'“nə müraciətlər etmişlər. Müraciətlərə əsasən aidiyyəti əməkdaşlar tərəfindən evlərə baxış keçirilərək mövcud vəziyyəti əks etdirən aktlar tərtib edilmişdir. -İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X33 İddiaçı ünvanlanmış xx.xx.2012-ci il tarixli, xx/xx-0365 saylı məktubuna əsasən, çiy kərpicdən tikilmiş evin qəzalı vəziyyətə düşərək aşmaq təhlükəsində olması barədə ünvanladığı müraciət, müvafiq qaydada baxılaraq tədbir görülməsi üçün X36 xx.xx.2012-ci il tarixli, xx/xx-0354 saylı məktubu ilə Cavabdeh2nə göndərilmişdir. -İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin 30 oktyabr 2025-ci il tarixli 3-18-2/2-9763/2025 nömrəli məktubuna əsasən, inzibati işlə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Nazirliyin X40 ünvanladığı 17 oktyabr 2025ci il tarixli, 2-1(120)-1740/2025 nömrəli məktublara baxılmışdır. Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində Kürdəmir rayonu ərazisində ziyan çəkmiş fərdi yaşayış evlərinə Nazirliyin komissiyaları tərəfindən baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən Qarasaqqal kəndində vətəndaşlar Həbibə Hüseynovaya, Səadət Məmmədovaya, İsrayıl Abdullayevə, Oqtay İbrahimova, Süsən Kərimovaya və Əzizə Rəsulovaya məxsus fərdi yaşayış evləri qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar yeni evlər tikilərək yuxarıda adları qeyd olunan vətəndaşların istifadəsinə verilmişdir. Məktubda adları qeyd olunmuş İddiaçı və X23 evinə təbii fəlakət nəticəsində ziyan dəyməsi və bununla bağlı baxış keçirilməsi barədə Agentlikdə heç bir məlumat yoxdur. -İşdə olan Azərbaycan Respublikasi Cavabdeh2 18 dekabr 2024-cü il tarixli 5-56/2- 1464/2024 nömrəli məktubuna əsasən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinə və Cavabdeh2nə qarşı “həyətyanı torpaq sahəsində ev tikilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-4741/2024 nömrəli Sərəncamına baxılmışdır. Kürdəmir rayonunun Qarasaqqal kənd sakini İddiaçı və onun həyat yoldaşı X22 yaşadıqları fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirmələri barədə mərkəzi icra hakimiyyəti orqanlarına və rayon İcra Hakimiyyətinə müraciətlər etmişlər. Həmin fərdi yaşayış evinə 30 avqust 2023-cü il tarixində baxış keçirilmiş və evin mövcud vəziyyəti barədə akt tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, evin planda ölçüləri 22x10 metr olmaqla 3 otaq, aynabənd və açıq eyvandan ibarətdir. Evin bünövrəsi və divarları çiy saman kərpicdən inşa edilmişdir. Evin dam örtüyü çardaq tipli olub, ağac elementlər üzrə azbestsement vərəqələrlə örtülmüşdür. Evin kürsü hissəsinin (Hkürsü=0,6 metr) torpaqla təmasda olan kərpiclərində güclü aşınma və divarları boyunca müxtəlif istiqamətli iri həcmli çatlar vardır. Qeyd edilənləri nəzərə alaraq evin mövcud vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinə 1 sentyabr 2023-cü il tarixli, 5-56-3/2-1128/2023 nömrəli məktub ünvanlanmışdır. Vətəndaşın müraciətinə əsasən ailənin müvəqqəti məskunlaşması üçün çadırla təmin olunmaqlarına köməklik göstərilməsi barədə Fövqəladə Hallar Nazirliyi X40 19 iyul 2023-cü il tarixli, 5-56-1/2-965/2023 nömrəli məktub ünvanlanmış və Mərkəz tərəfindən həmin həyətyanı sahədə 27 iyul 2023-cü il tarixində çadır quraşdırılmışdır. Vətəndaşa bildirilmişdir ki, Cavabdeh2 xərclər smetasında vətəndaşlara məxsus fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisinə vəsait nəzərdə tutulmadığından fərdi yaşayış evinin bərpa edilməsinə köməklik göstərilməsi imkan xaricindədir. İşdə olan Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli 8-1-17/2-379/2023 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 1-5/1-10572/2023 nömrəli məktubunun icrası ilə əlaqədar olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixində yerli vaxtla saat 20:35-də Kürdəmir rayonu ərazisində maqnitudası Ml=5.2, dərinliyi h=52 km olan zəlzələ baş vermişdir. Zəlzələ Kürdəmir rayonu ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 5-4 bal intensivliyində hiss olunmuşdur. Tikililər mövcud tikinti normalarına (Seysmik Rayonlarda Tikinti - Az.DTN 2.3.-1) uyğun inşa olunmuşsa bu intensivlikli zəlzələ zamanı onların yükdaşıyan divarlarında çatların əmələ gəlməsi mümkün deyil. Yalnız çay daşından, çiy kərpicdən ibarət yeni tikilmiş kənd tikililərinin suvaq qatında kiçik çatların əmələ gəlməsi mümkündür. Əgər, ev istismar müddətini keçmişsə və bu zəlzələdən əvvəl müəyyən təsirlərdən zədəli olarsa, həmin zədələr bir qədər də artmış olacaqdır. xx.xx.2023-cü il tarixində baş vermiş Kürdəmir zəlzələsinin makroseysmik sahəsinin xəritəsxemi əlavə olunur. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyi (bundan sonra - Agentlik) ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) əmr və göstərişlərini rəhbər tutur.
8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: ... 8.1.1. ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və tikintidə təhlükəsizliyin təmin olunması sahəsində dövlət siyasətinin və tənzimləmə mexanizminin formalaşdırılması və həyata keçirilməsi ilə bağlı təklifləri; 8.1.3. öz səlahiyyətləri daxilində topoqrafik-geodezik, mühəndis-geoloji, layihələndirmə, ekspertiza, o cümlədən dövlət ekspertiza, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, tikinti materiallarının, konstruksiyalarının və avadanlıqlarının tətbiqi, tikinti obyektlərinin istismara qəbulu, tikintidə qiymətqoymanın və dövlət nəzarətinin həyata keçirilməsi üzrə normativ hüquqi aktların layihələrini; 8.5. ölkə ərazisində potensial təbii və texnogen fəlakət zonalarının müəyyənləşdirilməsində, onların belə hadisələrdən mühafizəsi üçün müdafiə qurğularının yerləşməsinin Baş sxeminin işlənib hazırlanmasında iştirak etmək, bu qurğuların layihələndirilməsini və tikintisini təşkil etmək; 8.6. istismar olunan bina və qurğuların seysmik davamlılığının, təbii fəlakətlərə qarşı dayanıqlığının artırılması üzrə zəruri tədbirlər proqramının işlənib hazırlanmasını öz səlahiyyətləri daxilində təşkil etmək və həyata keçirilməsinə nəzarət etmək; 8.7. ərazilərin, binaların və qurğuların təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə layihələndirmə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək; 8.8. təbii və texnogen qəzalar zamanı Nazirliyin digər struktur bölmələri ilə birlikdə zərər çəkmiş ərazilərdə, bina və qurğularda həyat təminatının təcili bərpasında iştirak etmək; 8.9. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək; 8.10. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərini təşkil etmək və bu işlərlə bağlı sifarişçi funksiyalarını (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələri istisna olmaqla) yerinə yetirmək. 8.12. şəhərlərin və rayon mərkəzlərinin Baş planlarının və müfəssəl planlaşdırma layihələrinin, ərazilərin məskunlaşma və inkişaf sxemlərinin işlənib hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək, bu sənədlərin təhlükəsizlik normalarına uyğun olması barədə rəy vermək; 8.14. şəhərsalmanın, məskunlaşmanın həyata keçirilməsini, sosial və infrastruktur obyektlərinin tikintisini tənzimləyən norma və qaydaların təhlükəsizlik baxımından təkmilləşdirilməsini işləyib hazırlamaq və onlara əməl olunmasına nəzarət etmək; 8.15. şəhərlərin və rayonların tarixi və mərkəzi hissələrində tikintisi planlaşdırılan obyektlərin təhlükəsizlik baxımından mümkünlüyü və məqsədəuyğunluğu haqqında rəy vermək; 8.16. tikinti obyektləri üçün aparılmış topoqrafiya və geodeziya, mühəndis-geoloji işlərini təhlil edərək, onların tikintinin təhlükəsizliyi ilə bağlı müvafiq norma və qaydalara uyğun olub-olmaması barədə rəy vermək; 8.19.3. tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin layihələrinin tikinti normalarına uyğunluğu, tikiləcək binaların, qurğuların və komplekslərin layihə həllərinin konstruktiv möhkəmlik və davamlılıq, seysmik dayanıqlıq, təhlükəsizlik tələblərinə cavab verməsi barədə; 8.19.4. öz səlahiyyətləri daxilində büdcə, büdcədənkənar vəsaitlər, dövlət zəmanətli kreditlər, qrantlar hesabına maliyyələşdirilən tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin texniki-iqtisadi hesablamaları, texniki-iqtisadi əsaslandırmaları və smetaları barədə; 8.22. dövlət nəzarət sistemini tətbiq etmək üçün tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərində normativ hüquqi və normativ texniki aktların tələblərinə əməl olunması məqsədilə öz səlahiyyətləri daxilində aşağıdakı işləri yerinə yetirmək: 8.22.1. layihələri müəyyən olunmuş qaydada işlənilmiş, dövlət ekspertizasından keçirilmiş və təsdiq olunmuş obyektləri uçota almaq, tikinti norma və qaydalarında nəzərdə tutulmuş tələbləri yerinə yetirməklə tikinti-quraşdırma işlərinin başlanmasına nəzarət etmək; 8.34. istismar olunan yaşayış evlərində, binalarda, qurğularda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması üçün tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək; 8.35. istismar olunan yaşayış evlərinin, binaların və qurğuların, insanların kütləvi surətdə cəmləşdiyi və istifadə etdiyi tikintilərin, məskunlaşma ərazilərində yerləşən potensial təhlükə mənbəyi olan obyektlərin müvafiq norma və qaydalara uyğun olaraq tikilməsini və istismar olunmasını yoxlamaq, onların istismarının mümkünlüyü barədə rəy vermək və istismarının dayandırılması haqqında Nazirlik qarşısında məsələ qaldırmaq; 8.39. fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı elmi tədqiqat və konstuktor-təcrübə işlərinin aparılmasında iştirak etmək; 8.40. dövlət büdcəsi və büdcədənkənar fondlar hesabına fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tikinti, təmir və bərpa işləri üçün podratçıların seçilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək; 8.41. fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41 -ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Bu inzibati məhkəmə icraatında hazırkı iddia üzrə sübutetmə vəzifəsinin tələbindən irəli gəlir. Məhkəmə tərəfindən qeyd edilir ki, Kürdəmir rayonunun Qarasaqqal kəndində İddiaçı və onun həyat yoldaşı X22 yaşadıqları fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması barədə dəfələrlə cavabdeh orqana və Cavabdeh2nə məlumat vermişlər. Həmin fərdi yaşayış evinə Cavabdeh2 əməkdaşları tərəfindən 30 avqust 2023-cü il tarixində baxış keçirilmiş və evin mövcud vəziyyəti barədə akt tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, evin planda ölçüləri 22x10 metr olmaqla 3 otaq, aynabənd və açıq eyvandan ibarətdir. Evin bünövrəsi və divarları çiy saman kərpicdən inşa edilmişdir. Evin dam örtüyü çardaq tipli olub, ağac elementlər üzrə azbestsement vərəqələrlə örtülmüşdür. Evin kürsü hissəsinin (Hkürsü=0,6 metr) torpaqla təmasda olan kərpiclərində güclü aşınma və divarları boyunca müxtəlif istiqamətli iri həcmli çatlar vardır. Qeyd edilənləri nəzərə alaraq evin mövcud vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinə 1 sentyabr 2023-cü il tarixli, 5-56-3/2-1128/2023 nömrəli məktub ünvanlanmışdır. Cavabdeh Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərmişdir ki, mövcud qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlak sığortalanmalı və sığortaçı ilə sığortalanan arasında müvafiq müqavilə bağlanmalıdır. Sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş ziyanın ödənilməsi tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq zəruri sənədlər təqdim edilməklə tənzimlənir. İddiaçının Fövqəladə Hallar Nazirliyinə ünvanladığı ərizələrində evinin neçənci ildə və hansı səbəblərə görə qəzaya düşməsi barədə məlumat yoxdur. Lakin məhkəməyə təqdim etdiyi iddia ərizəsində evinin 2023-cü ildə baş vermiş zəlzələ nəticəsində qəzaya düşməsi barədə məlumat verir. Bu da öz növbəsində ərizələri və iddia ərizəsi arasında ciddi ziddiyyət yaradır. xx.xx.2023-cü ildə Kürdəmir rayonu ərazisində baş vermiş zəlzələ Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəlzələnin göstəriciləri təbii fəlakət törədə bilən həddən aşağı olduğu bildirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli 8-1-17/2-379/2023 nömrəli məktubunun surətini məhkəməyə təqdim etmiş və məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində yerli vaxtla saat 20:35-də Kürdəmir rayonu ərazisində maqnitudası Ml=5.2, dərinliyi h=52 km olan zəlzələ baş vermişdir. Zəlzələ Kürdəmir rayonu ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 5-4 bal intensivliyində hiss olunmuşdur. Tikililər mövcud tikinti normalarına (Seysmik Rayonlarda Tikinti - Az.DTN 2.3.-1) uyğun inşa olunmuşsa bu intensivlikli zəlzələ zamanı onların yükdaşıyan divarlarında çatların əmələ gəlməsi mümkün deyil. Yalnız çay daşından, çiy kərpicdən ibarət yeni tikilmiş kənd tikililərinin suvaq qatında kiçik çatların əmələ gəlməsi mümkündür. Əgər, ev istismar müddətini keçmişsə və bu zəlzələdən əvvəl müəyyən təsirlərdən zədəli olarsa, həmin zədələr bir qədər də artmış olacaqdır. xx.xx.2023-cü il tarixində baş vermiş Kürdəmir zəlzələsinin makroseysmik sahəsinin xəritə-sxemi əlavə olunur. Həmçinin cavabdeh orqan məhkəməyə iddiaçının öz iddia ərizəsində təbii fəlakətin nə vaxt baş verməsi və Nazirliyə 2021-ci və 2023-cü il tarixlərində ünvanladığı ərizələrində qeyri-müəyyənliyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müraciətlərində qeyri-müəyyənlik yoxdur. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin 30 oktyabr 2025-ci il tarixli 3-18-2/2-9763/2025 nömrəli məktubunda göstərmişdir ki, Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində Kürdəmir rayonu ərazisində ziyan çəkmiş fərdi yaşayış evlərinə Nazirliyin komissiyaları tərəfindən baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən Qarasaqqal kəndində vətəndaşlar Həbibə Hüseynovaya, Səadət Məmmədovaya, İsrayıl Abdullayevə, Oqtay İbrahimova, Süsən Kərimovaya və Əzizə Rəsulovaya məxsus fərdi yaşayış evləri qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar yeni evlər tikilərək yuxarıda adları qeyd olunan vətəndaşların istifadəsinə verilmişdir. Məhkəməyə təqdim edilmiş 15 may 2012-ci il tarixli aktlardan görünür ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində yaşayan vətəndaşlar Həbibə Hüseynovaya, Səadət Məmmədovaya, İsrayıl Abdullayevə, Oqtay İbrahimova, Süsən Kərimovaya və Əzizə Rəsulovaya məxsus evlər Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində Kürdəmir rayonu ərazisində ziyan çəkdiyi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun Memarlı İnşaat şöbəsinin, Kürdəmir RİH Başçısının Qarasaqqal ərazi vahidliyi üzrə nümayəndələri tərəfindən aktlaşmalar tərtib edilmiş və bundan sonra həmin vətəndaşlar üçün cavabdeh orqan tərəfindən yeni evlər tikilərək istifadələrinə verilmişdir. Hazırki vəziyyətdə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı 2012-ci il tarixdən etibarən Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində Kürdəmir rayonu ərazisində ziyan çəkmiş fərdi yaşayış evinə görə cavabdeh orqana və üçüncü şəxsə müraciətlər etmişdir. Lakin cavabdeh orqan tərəfindən Kürdəmir rayonu, Qarasaqqal kəndində yaşayan vətəndaşlar Həbibə Hüseynovaya, Səadət Məmmədovaya, İsrayıl Abdullayevə, Oqtay İbrahimova, Süsən Kərimovaya və Əzizə Rəsulovaya məxsus evlər yenidən tikilsə də, eyni vəziyyətdə olan iddiaçının qəzalı vəziyyətdə olan yaşayış evi barədə müraciətləri üzrə heç bir tədbir görməmişdir. Bundan sonra xx.xx.2023-cü ildə Kürdəmir rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində iddiaçı yenidən cavabdeh orqan müraciət edərək, yaşayış evində baş vermiş zəlzələdən sonra çatlar əmələ gəldiyini və evinin abadlaşdırılması üçün kömək göstərilməsini xahiş etmişdir. Cavabdeh orqan isə iddiaçıya məlumat verilmişdir ki, 2023cü il tarixdə baş vermiş zəlzələnin göstəriciləri təbii fəlakət törədə bilən həddən aşağıdır. Tikililər mövcud tikinti normalarına (Seysmik Rayonlarda Tikinti - Az.DTN 2.3.-1) uyğun inşa olunmuşsa bu intensivlikli zəlzələ zamanı onların yükdaşıyan divarlarında çatların əmələ gəlməsi mümkün deyil. Yuxarıda göstərilənlərə nəzərən məhkəmə tərəfindən göstərilir ki, iddiaçının müraciətinə əsasən ailənin müvəqqəti məskunlaşması üçün çadırla təmin olunmaqlarına köməklik göstərilməsi barədə Fövqəladə Hallar Nazirliyi X40 19 iyul 2023-cü il tarixli, 5-56- 1/2-965/2023 nömrəli məktub ünvanlanmış və Mərkəz tərəfindən həmin həyətyanı sahədə 27 iyul 2023-cü il tarixində çadır quraşdırılmışdır. İddiaçı həmin vaxtdan bu günə kimi ailəsi ilə birlikdə Fövqəladə Hallar Nazirliyi X49 tərəfindən verilmiş çadərda yaşayırlar, artıq çadır bəzi hissələri uçmuş, cırılmışdır və orada soyuq və yağışlı havalarda yaşamaq mümkün deyildir. Bundan əlavə məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Cavabdeh2 Başçısının Qarasaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 161 nömrəli arayışına əsasən, Kürdəmir rayon Qarasaqqal kənd sakini İddiaçı Qarasaqqal kəndində özünə məxsus yaşayış evinin qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlayıb. 2012-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X41 mütəxəssisləri İddiaçı evinə baxış keçirmişlər, qəzalı olması barədə aidiyyatına məlumat verilib. 2023-cü ildə vətəndaşın evi qəzalı olduğu üçün həyətyanı sahədə Aran Regionalın işçiləri tərəfindən müvəqqəti yaşamaq üçün çadır quraşdırılmışdır. Kürdəmir rayon Qarasaqqal kəndində Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 ədəd qəzalı evlər tikilib vətəndaşlara təhvil verilmişdir. Ailənin yaşamaq üçün yeri yoxdur. Yuxarıda qeyd edilənlərə nəzərən məhkəmə diqqətə çatdırır ki, Kürdəmir rayonu, Qarasaqqal kəndində 2012-ci il tarixdə baş vermiş Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində və 2023-cü il tarixdə baş vermiş zəlzələ nəticəsində hazırda fərdi yaşayış evi planda ölçüləri 22.0x10.0 metr olmaqla 3 otaq, aynabənd və açıq eyvandan ibarətdir. Evin bünövrəsi və divarları çiy saman kərpicdən inşa edilmişdir, evin kürsü hissəsinin torpaqla təmasda olan kərpiclərində güclü aşınma və divarları boyunca müxtəlif istiqamətli iri həcmli çatlar vardır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 xx.xx.2024-cü il tarixli 3-14-18/2-M-1xx-xx/2023 nömrəli məktubuna əsasən, İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Kürdəmir rayonu, Qarasaqqal kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında arayışdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Kürdəmir rayonu, Qarasaqqal kənd sakini İddiaçı tərəfindən daxil olmuş müraciətə əsasən X7 mütəxəssisi Elxan Eminov 26 yanvar 2024-cü il tarixində qeyd olunan kənd ərazisinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Tektonik cəhətdən Kürdəmir-Saatlı batma zonasında yerləşən ərazinin geoloji quruluşunda allüvial-prolüvial mənşəli Orta və Üst Pleystosen (apQ2+3Yhz) yaşlı süxur kompleksi iştirak edir. Tədqiqat rayonu olduqca əlverişli hidrogeoloji şərait daxilində yerləşir. Burada yeraltı (qrunt) sular əsasən Holosen yaşlı çöküntü kompleksində yayılaraq, yer səthindən 0-25 m intervalında rast gəlinir. Kür ətrafı sahələrdə isə qrunt sularının səviyyəsi qalxaraq subasma prosesi baş vermişdir. İddiaçı məxsus fərdi tikili düzən ərazidə 40°23 11, 48°18 14 koordinatlarında yerləşir. Vizual baxış zamanı müəyyən olunmuşdur ki, kənd ərazisində əsasən hidrogeoloji şəraitdən asılı olaraq təbii və texnogen amillərin birgə təsiri nəticəsində qrunt sularının səviyyəsi qalxmışdır. Belə ki, Qarasaqqal kəndi ərazisində də əsasən texnogen faktorlar (drenaj kanallarının sudaşıma imkanının aşağı olması) səbəbindən qrunt sularının səviyyəsinin qalxmasının dəyişməsi tez-tez müşahidə olunur. Bu qalxım əsasəndə kənd ərazisinin hipsometrik olaraq aşağı hissələrində özünü daha çox göstərir. Araşdırma zamanı fərdi tikilin yerləşdiyi ərazidə subasma, sel və qrunt sularının təsiri qeydə alınmışdır. Belə ki, qeyd olunan proseslərin təsiri nəticəsində fərdi tikilinin bünövrə hissəsi mütəmadi subasma prosesinə məruz qalmış və dayanıqlığını itirmişdir. Proses nəticəsində tikili yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə ev sahibi bildirmişdir ki, 2023-cü ildə baş vermiş zəlzələ hadisəsindən sonra tikilidə mövcud olan çatların ölçülərində artım baş vermişdir. Aidiyyəti qurumlar tərəfindən ev sakinləri müvəqqəti yaşamaq üçün çadırla təmin olunmuşdur. Proses hal-hazırda aktiv fazadadır. Ərazidə təbii və texnogen amillərin təsirindən ekzogen geoloji proseslərin dinamikasında aktivliyin yüksəlməsi ehtimal olunur. Aparılan tədqiqatlara əsasən fərdi tikilidə yaşamağın insan həyatı üçün təhlükəli olması vətəndaşlara bildirilmişdir. Fövqəladə Hallar Nazirliyi X33 Xüsusi xilasetmə hissəsinin növbə rəisi kapitan X14, xilasedici d/x çavuşu X18, xilasedici d/x siravisi X25, xilasedici d/x siravisi X37, Kürdəmir rayonu Qarasaqqal kənd İcra X2 aktı tərtib edərək, Kürdəmir rayonu Qarasaqqal kənd sakini İddiaçı məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşdüyünə görə ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün X33 balansında olan 1 (bir) ədəd Bakı çadır (saz, təzə, istifadə edilməmiş), X6 tərəfindən vətəndaş İddiaçı həyətyanı sahəsində quraşdırılaraq təhvil verilməsi barədə məlumat göstərilmişir. Yuxarıda qeyd edilənlərə nəzərən müəyyən edilir ki, aparılmış tədqiqatlara əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 tərəfindən iddiaçıya məxsus fərdi tikilidə yaşamağın insan həyatı üçün təhlükəli olması barədə vətəndaşlara bildirilmişdir və iddiaçı ailəsi ilə birgə 3 ildən artıqdır ki, ona müvəqqəti təhvil verilmiş çadırda yaşayır, 3 il ərzində həmin çadır da yararsız vəziyyətə düşmüşdür, lakin bütün bunlara baxmayaraq cavabdeh orqan mövcud qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlak sığortalanmalı və sığortaçı ilə sığortalanan arasında müvafiq müqavilə bağlanmalı olduğunu əsas gətirərək, iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və iddia ərizəsi təmin edilməlidir. İddiaçının tələbindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin abadlaşdırılması və bərpası ilə əlaqədar olaraq dəymiş ziyanın müəyyənləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı məxsus Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin abadlaşdırılması və bərpası ilə əlaqədar olaraq dəymiş ziyanın müəyyənləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova