Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1742/2025 16.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, agentliyin hərəkətinin qanunsuz hesab edilməsi və struktura daxil olan tibbi-sosial ekspert komissiyası vasitəsilə xəstəliklə bağlı əlilliyinin qiymətləndirilməsi və müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0012 №-li qərarın ləğv olunması, qərar ləğv olunduğu tarixdən ona yəni İddiaçı (hazırda qüvvədə olan meyarlara əsasən orqanizim funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) əlilliyin təyin edilməsi barədə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə doğulmuşdur. 1983cü ildə aldığı X3 sirroza keçid dövr, xroniki qaraciyər çatışmazlığı, oniki bağırsağın xorası, xroniki periferik venoz çatışmazlıq, sol aşağı ətrafda X2, X4 BDV 1-li varikozu xəstəliklərindən əziyyət çəkir. Xəstəliklərə görə həqiqi hərbi xidmətə yararsız hesab olunmuşdur. Sonra energetika sahəsində işləmişdir. Həmin xəstəliklərə görə onunla əmək müqaviləsinə xitam verilmişdir. Ona bu xəstəliklərə görə 2009-cu ildə 2-ci dərəcəli əlillik qrupu verilmiş, sonuncu dəfə xx.xx.2016-cı ildə komissiya həmin xəstəlikləri təsdiq edib əlillik müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmişdir. Bu xəstəlikdən İmişli rayon Mərkəzi Xəstəxanasında və digər tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Təlimata görə 10 il müddətində, yəni 2020-ci ilədək xəstəlik sağalmadığına görə əlillik ömürlük müəyyən edilməli olduğu halda, xx.xx.2021-ci il tarixdən əlilliyi dayandırılmış və cavabdeh tərəfindən onun əlilliyinin bərpası barədə sənəd verilməməklə imtina verilmişdir. Bu xəstəlikdən İmişli Rayon Mərkəzi Xəstəxanasında və digər tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Təlimata görə 10 il müddətində, yəni 2020-ci ilədək xəsətlik sağalmadığına görə əlillik ömürlük müəyyən edilməli olduğu halda, xx.xx.2021-ci il tarixdən əlilliyi dayandırılmış və cavabdeh tərəfindən ona əlilliyin bərpası barədə sənəd verilməməklə təsdiq olunmuş “Qayda” əlilliyin müəyyən edilməsini və ödəmənin verilməsini tənzimləyir. Cavabdeh inzibati orqan Agentlik onun müraciətini təmin etməsə də, müraciət etdiyi bütün xəstəxanalarda onun xəstəliyi təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Başqa rubrikalarda təsnif olunmayan X3, X3 (Xroniki) (periferik) venoz çatmamazlıq, Sol Aşağı ətrafda X2.X4 BDV İ-li Varikozu.Aşağı Ətrafların İİİ-İV Sinif XVX (CEAP).Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona müvafiq əlilliyin təyin olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli H00141937JDF №-li göndərişdə İddiaçı təyin olunmuş əsas Diaqnoz: Başqa rubrikalarda təsnif olunmayan X3, X3 (K73.2), Ağırlaşma: Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, Anemiya İİ (D50.0); Aşağı ətraf venalarının iltihabı proseslə birgə müşhadiə olunan varikoz genəlməsi, Aşağı ətraf venalarının varikoz genişlənməsi (İ83.1); Xroniki qaraciyər çatmamazlığı, XR.Qaraciyər Çatmamazlığı (K72.1); Qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genəlməsi, Qida borusu venalarının varikoz genişlənməsi (İ85.9); Qaraciyərin sklerozu ilə birgə qaraciyər fibrozu (K74.2); Portal hipertenziya, Portal Hipertenziya (K76.6); Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma və deşilmə ilə, 1 B/ Bağırsağın yarası (K26.6). xx.xx.2024-cü il tarixli Əyani müayinə aktından müəyyən olunur ki, İmişli rayon sakini İddiaçı 19 №-li TSEK-də müayinə olunmuşdur. Obyektiv müayinə zamanı- şikayətləri iştahsızlıqdan, ağızda acılıqdan, epiqastral və sağqabırğaltı nahiyyədə ağrıdan, səhərlər öyümədən, sümük oynaq sistemində sızıltıdan, tərləmədən, ağızdan pis qoxudan, qıcqırmadan, gəyirmədən, aşağı ətraflarda ağrı, şişkinlik və s., Dəri və görünən selikli qişaları: Solğundur, avazımışdır. Dərialtı piy qatı: zəif inkişaf edib. Periferik limfa düyünləri:əllənmir., Sümük əzəl sistemi: Aşağı ətraf venalarının varikoz genişlənməsi, aşağı ətraflarda ağrı və şişkinlik qeyd olunur.Tənəffüs sistemi:Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Ürək qan damar sistemi: Cor tonlar karlaşıb at 130/80 mm civ st ps-1-88 vurgudur. Həzim Sistemi: Qarın palpasiyada epiqastral və sağ qabırğaaltı nahiyyədə ağrılıdır qaraciyər böyüyüb dalaq əllənmir. Sinir sistemi: BDB simetrikdir. Miningial simptomlar qeyd edilmir. Sidik cinsiyyət sistemi: Pasternadski simptomu hər iki tərəfdə mənfidir qeyd olunmuşdur. Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0011 №li qərarı ilə İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməməsi” səbəbilə əlillik verilməsindən imtina edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-1-565/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 10 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Agentliyin üzərinə qoyulmuşdur. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaş Hər iki aşağı ətraf venoz sisteminin rəngli doppler USG ( nəticə: Sol VSM flebektomiyalı) Üst abdomen Ulturasəs (nəticə: Hepatomeqaliya, hepatosteatoz (grade İİ); qaraciyar sol pay İİİ seqmentdə 10x9mm ölçülü, qeyri düzgün kontrlu hipoexogen lezyon, İV seqmentdə 23x15 mm ölçüdə kənarları aydın seçilməyən hiperexogen lezyon.) və qanın ümumi analiz nəticəsində əsasən qanda “Hemoglobin miqdarı 13.5 (on üç tam onda beş) q\dl “EÇSeritrositlərin çökmə sürəti” 12 ( on iki( mm/s, qanın biokimyəvi analiz nəticələrində “ALAT”- 34.5 (otuz dörd tam onda beş) U/İ, “ASAT”-21.7 (iyirmi bir tamonda yeddi) U/İ, “QQT”-31.2 ( otuz bir tam onda iki) U/İ, “ALP” 99.1 (doxsan doqquz tam onda səkkiz) san, Protrombin indeksi”-92.7 faiz ( doxsan iki tam onda yeddi faiz) “İNR-1,4 müəyyən edilmiş, xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları (qaraciyər çatışmazlığı bədən kütlə defisiti, anemiya patofunksional pozuntular) aparılmış müayinələr nəticəsində təsdiqini tapmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli T00173044FTQ nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağrılaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0012 nömrəli xx.xx.2024-cü il tarixli qərarla İddiaçı Dizqnoz öz təsdiqini tapmaması səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş: T213/2025 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertiza xx.xx.2025-ci il tarixdə başlamış-xx.xx.2025-ci il tarixdə başa çatmışdır. 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “İmişli rayon mərkəzi xəstəxanası” phş-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00141937JDF saylı Forma 088 göndərişində qeyd edilən XBT 10 kodu ilə “Əsas diaqnoz: K73.2-başqa rubrikalarda təsnif olunmayan X3, X3, Ağırlaşmalar: K72.1-xroniki qaraciyər çatmamazlığı, xr.qaraciyər çatmamazlığı, İ85.9-qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genəlməsi, qida borusu venalarının varikoz genişlənməsi; K74.2-qaraciyərin skelrozu ilə birgə qaraciyər fibrozu, K76.6-portal hipertenziya, portal hipertenziya, K26.6-onikibarmaq bağırsağının xorası, xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma və deşilmə ilə on iki barmaq bağırsağının yarası, D50.0qanitirmə nəticəsində yaranan ikincili dəmir defisiti anemiya, anemiya İİ, İ83.1-aşağı ətraf venalarının iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi, aşağı ətraf venalarının varikoz genişlənməsi” dianoz, xəstənin anamnestik, kliniki, laboratorinsturmental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqoz nəzərə alınmaqla şəxsin DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani müayinəsi zamanı vətəndaşa hər iki aşağı ətraf venoz sisteminin rəngli doppler USG, ÜST abdomen USM, qanın ümumi, biokimyəvi analizləri və koaquloqramma müayinələri zamanı xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları (qraciyər çatmamazlığı, bədən kütlə defisiti, anemiya patofunksional pozuntular) aparılmış müayinələrlə öz təsdiqini tapmamışdır.Müalicə yolu ilə xəstəliklərdən “12 barmaq bağırsağın yarası, qanitirmə nəticəsində yaranan ikincilii dəmir defisitli anemiya, anemiya İİ” sağalma ehtimalı daha çoxdur, nəinki digər xəstəliklərin, belə ki həmin xəstəliklər xroniki halda olduqlarından onların tam sağalma ehtimalı yoxdur. 2-3,5-7. Əlilliyin təyini ilə əlaqədar sulların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 8.9.Əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz tam reabilitasiya olunmur. İddiaçı diaqnozunda olan xəstəliklərin ağırlaşmalarının müalicə yolu ilə tam aradan qalxma ehtimalı yoxdur. T638/2025 saylı ekspert rəyində ekspertizanın başlanma tarixi xx.xx.2025-ci il tarixdə başlamış xx.xx.2025-ci il tarixdə başa çatmışdır. 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı əlilllik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: “Əsas diaqnoz: K73.2-başqa rubrikalarda təsnif olunmayan X3, X3. Ağırlaşmalar: K72.1-xroniki qaraciyər çatmamazlığı, xr.qaraciyər çatmamazlığı, İ85.9-qida borusu venalarının qanaxma müşahidə olunmadan varikoz genəlməsi, qida borusu venalarının varikoz genişlənməsi, K74.2 qaraciyərin sklerozu ilə birgə qaraciyər fibrozu, K76.6-portal hipertenziya, portal hipertenziya, portal hipertenziya, K26.6-onikibarmaq bağırsağının xorası, xroniki və ya dəqiqləşdirilməmiş qanaxma və deşilmə ilə 12 b/bağırsağın yarası, D50.0-qanitirmə nəticəsində yaranan ikincili dəmir defsiti anemiya, anemiya İİ, İ83.1-aşağı ətraf venalarının iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi, aşağı ətraf venalarının varikoz genişlənməsi” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da hər iki aşağı ətraf venoz sisteminin rəngli doppler USM, üst abdomen USM, qanın ümumi biokimyəvi analizləri və koaquloqramma müayinələri zamanı xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları (qaraciyər çatmamazlığı, bədən kütlə defisiti, anemiya, patofunksional pozuntular) aparılmış müayinələrlə öz təsdiqini tapmamışdır. -”Elvin Nazimoğlu” MMC-yə məxsus “Şəfalı əllər” tibb mərkəzində İddiaçı adına icra edilmiş xx.xx.2025-ci il tarixli hər iki aşağı arteriyaların, dərin və səthi venaların rəngli doppler müayinəsi nəticəsində hər iki aşağı ətraf arteriyalarının normal Rəngli Doppler- USM, hər iki aşağı ətraf dərin və səthi venalarda, hər iki BSV-dən başlayan varikoz venalar tromb izlənməmiş, zəif venoz staz (durğunluq) izlənmişdir. -İmişli rayon mərkəzzi xəstəxanasının şüa-diaqnostika şöbəsi tərəfindən İddiaçı adına icra edilmiş xx.xx.2025-ci il tarixli abdominal USM nəticəsində qaraciyər və mədəaltı vəzin exogenliyi diffuz artmışdır. İmişli rayon mərkəzi xəstəxanasında İddiaçı adına aparılmış xx.xx.2025-ci il tarixli qanın biokimyəvi analizində bilirubin (düz) 0,22 mg/dL, HBsAg Hepatit B(kar-test): neqativ (-), Anti-HCV: neqativ (-).
Tətbiq edilən hüquq
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na göstərilmişdir ki, əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir (bənd 1.1). Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur (bənd 1.2.). İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində xx.xx.2024-cü il tarixində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” (xx.xx.2024cü il tarixdə “Diaqnoz öz təsdiqini tapmaması) səbəbilə əlillik təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, göndərişdə (Forma 88) qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları şəxsin DRSERA-da əyani müayinəsində aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva