Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1743/2025 17.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqənin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildən o, öz vətəndaşlıq borcunu yerinə yetirərək, vətənini Ermənistan Respublikası tərəfindən olan təcavüzdən qorumaq üçün könüllü olaraq cəbhəyə yollanmışdır. Müdafiə Nazirliyinin 849, 704, N saylı hərbi hissələrində artilleriya komandiri, kəşfiyyat rəisi vəzifələrində işləmişdir. Döyüşlərin ən ağır yerlərində iştirak etmiş, 1992-ci ilin may ayının 26-da olan düşmən hucumu zamanı atılan mərmi nəticəsində bir neçə əsgər ilə birlikdə yaralanmışdır. xx.xx.1993-cü ildə Müdafiə naziri D.Rzayevin 050 saylı əmri ilə N saylı hərbi hissədə komendant müavini təyin olunmuşdur. xx.xx.1995-ci ildə N aylı hərbi hissədə 5-ci taborun komandir müavini təyin olunmuşdur. 2007-ci ildə hərbi həkim komissiyasından keçərək, İİ qrup əlillik almışdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2013-cü ildə evlə, 2016-cı ildə isə avtomobillə təmin olunmuşdur. 2020-ci ildə əlilliyi dayandırılmış, ona mülki əlillik təyin edilmişdir. Ona “Müharibə veteranı” vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın” 26 avqust 2024-cü il tarixli məktubu ilə ona Müharibə veteranı vəsiqəsi verilməsindən imtina edilmişdir. İmtina üçün əsas barəsində Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hərbi cinayətlə bağlı hökmün olmasını göstərmişlər. O, hesab edir ki, imtina əsassızdır, onun barəsində olan hökm atəşkəs elan olunduqdan sonra olub və o həmin vaxtadək o statusu qazanmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinə baxılır. Komissiyanın xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, xx.xx.1996-cı il tarixli hökmə əsasən hərbi cinayətlə bağlı məhkum olduğundan, ona “Müharibə veteram” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci ii tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkündür, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və Beyləqan rayonu, Eyvazlılar kəndində qeydiyyatdadır. - İşdə olan ZE № ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə, xx.xx.1993-cü ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə,xx.xx.1994-xx.xx.1995-ci il tarixdə Müdafiə Nazirliyinin Zabitlərin ehtiyat taborunda, xx.xx.1995-xx.xx.1997-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-25-2/2-İ-90xx-xx/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünə əsasən hərbi cinayətlə bağlı məhkumluğu olduğuna görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etmə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilib-edilməməsi, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib-verilməməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilib-edilməməsinə dair məlumatların 10 gün ərzində təqdim edilməsi haqqında 01 oktyabr 2024-cü il tarixli 2-1(120)-4744/2024 nömrəli sorğusu 09 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və öyrənilmişdir. Sorğuya əlavə edilmiş Beyləqan rayon hərbi komissarlığından təqdim edilmiş ZE ******* nömrəli hərbi biletdə vətəndaş İddiaçı Hərbi Xidmət Haqqında Azərbaycan Respublikası qanununun 18 maddəsinə əsasən (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edilməklə) tərxis edildiyi qeyd edilmişdir. Eyni zamanda sorğuya əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibliyindən təqdim edilmiş məktubda Füzuli və Qubadlı hərbi tribunalının 10 oktyabr 1996-cı il tarixli hökmünə əsasən hərbi cinayətlə bağlı məhkumluğu olduğuna görə müvafiq statusun verilməsindən imtina edildiyi qeyd edilmişdir. Həmçinin sorğuya əlavə edilmiş iddia ərizəsində qoşma kimi müvafiq hökmün surətinin təqdim edildiyi görünür. Odur ki, vətəndaş İddiaçı barəsində istintaq edilmiş cinayət işi barədə daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məqsədə müvafiqdir. - İşdə olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 88/85 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli 2-1(120)-4744/2024 saylı məktuba cavab olaraq vətəndaş İddiaçı dair xx.xx.2022-ci il tarixli 135 saylı qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surətləri göndərilir. - İşdə olan Füzuli Hərbi Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 08 nömrəli məktubunda göstərilmişdir ki, daxil olmuş 10 dekabr 2024-cü il tarixli 2-1(120)-4744/24 saylı məktuba cavab olaraq İddiaçı 10 oktyabr 1996-cı il tarixli Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının hökmünün surəti göndərilmişdir. - İşdə olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2022-ci il tarixli 135 nömrəli qərarında göstərilmişdir ki, Beyləqan RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə düşmən tərəfindən atılmış mərminin yaxınlığında partlaması nəticəsində aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində müayinə və müalicə olunduğu yaralanma və travma - diaqnoz: “Sol baldırın cırılmış yarası. Hər iki saidin İİ (ikinci) dərəcəli termiki yanığı. Gözün sklerasının kəskin isti vurması” və xx.xx.2006- cı il tarixdə MN Mərkəzi poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin eddilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sol baldırın arxa səthinin qəlpə yaralanması (xx.xx.1992) nəticəsindəi incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sol baldırın orta 1/3-nin arxa səthinin qəlpə yaralanmasından (xx.xx.1992) sonrakı bərkimiş dəri çapığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Beyləqan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 16 nömrəli göndərişi, xx.xx.2022- ci il tarixli 308 nömrəli arayışı, Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzindən verilmiş xx.xx.1992-ci il tarixli xəstəlik tarixindən çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 1641 nömrəli nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.2006-cı il tarixdə MN Mərkəzi poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi dağılma və səpələnmə mərhələsində” (MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2006cıil tarixli 1641 nömrəli nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “ÜMUMİ XƏSTƏLİKDİR” MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 1641 nömrəli xəstəlik haqqında şəhadətnamə ləğv edilir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-11/2-1431/24 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4744/2024 nömrəli sorğusuna əsasən, Şirvan İnzibati Məhkəməsinin icraatında iddiaçı, istefada olan baş leytenant, xx.xx.1958ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə İddiaçı Müdafiə Nazirliyinin təqaüdçüsü olduğu üçün, şəxsi işi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsindədir. Odur ki, tələb olunan məlumatların təqdim edilməsi üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinə müraciət etmək xahiş edilir.(Qeyd:- İddiaçı ZE № ******* nömrəli hərbi biletinə əsasən, xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissəyə Artilleriya rəsi vəzifəsinə təyin edilməsi, xx.xx.1993-cü il tarixdə Tabor komandirinin sosial işlər üzrə müavini vəzifəsinə təyin edilməsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Kom-in zabit Eh.səh.da taburu, Tabur komandirinin ş/heyət üzrə müavini vəzifəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Tabur komandirinin müavini vəzifəsində hərbi xidmət keçməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0674 nömrəli xx.xx.1995-ci il tarixli əmri ilə MN-nin sərəncamına keçməsi, Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 0955 nömrəli əmri ilə Hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “Ə” bəndinə əsasən, (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edilməklə) Silahlı Qüvvələrdən ehtiyata tərxis olunub.)Məhkəmənin yekun qərarının SHXÇDX-nin Aparatına təqdim edilməsi üçün Xidmətin Beyləqan rayon şöbəsinin ünvanına göndərilməsinə aidiyyəti üzrə göstəriş verməyi xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-2194/2025 nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024- cü il tarixli, 2-1(120)-4744/2024 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.2008-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra vətəndaşa dair Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0230003AAKVA və 0230003AALAF nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində elektron qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra şəxsin əlillik vəziyyəti Beyləqan Rayon Mərkəzi Xəstəxanasının 0230003AALYA nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi təyinatı barədə qərar qəbul edilmişdir. P. İbrahimov əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının L00011376VUH nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Aparılmış müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaş əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi məqsədilə dövlət tibb müəssisəsinin N00174637XUH nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Aparılmış müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, xx.xx.2022- ci il tarixli ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2024cü il tarixinədək) orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Sonuncu dəfə İddiaçı dövlət tibb müəssisəsinin C00223697BHG nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə komissiyada iştirak etmişdir. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. - İşdə olan Beyləqan rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Beyləqan rayon Eyvazalılar kənd sakini İddiaçı xx.xx.1986-cı il tarixdə RF-nın Orenburq vilayətinin Aqbulaks rayon Xalq Məhkəməsi tərəfindən RF-nin CM-nin 105-ci maddəsinə əsasən 02 il A.M.E, xx.xx.1987-ci il tarixdə isə Orenburq vilayətinin Aqbulaks rayon Xalq Məhkəməsi tərəfindən cəzadan azad edilmişdir. xx.xx.1996-cı il tarixdə Füzuli və Qubadlı Hərbi Məhkəməsi tərəfindən Az.Resp. CM-nin (köhnə redaksiyada) 255 “B”, 189, 241 “B”, 38-ci maddələri ilə 05 il A.M.E cəzası təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2 №-li əmrində (əsas: §-40, sıra-86, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, adının qarşısında “01.05-31.05” qeyd edilmişdir) Kəşfiyyat tağımının hərbi qulluqçusu İddiaçı may ayı üçün 2 (iki) qat əmək haqqı alması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.1992ci il tarixli 27 №-li əmrilə (əsas: səh-17, sıra-3, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır, vəzifəsi qeyd olunmamışdır) xidməti vəzifəsini yerinə yetirərkən yaralandığı üçün sıravi İddiaçı müalicə təşkil olunmuşdur. N () №-li hərbi hissə komandirinin N №-li əmrində (əsas: §-2, səh-46, sıra-67, əmrin verilmə tarixi qeyd olunmamışdır, ondan sonra xx.xx.1992-ci il tarixdə 11 №-li əmr verilmişdir, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, adının qarşısında “01.06-30.06” qeyd edilmişdir) İddiaçı iyun ayı üçün 2 (iki) qat əmək haqqı alması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N №-li əmrində (əsas: §-1, səh-62, sıra-2, əmrin verilmə tarixi qeyd olunmamışdır, ondan əvvəl xx.xx.1992-ci il tarixdə 14 №-li əmr verilmişdir, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməmişdir, adının qarşısında “01.07-31.07” qeyd edilmişdir) Artilleriya batareyasının tağım komandiri vəzifəsində İddiaçı iyul ayı üçün 2 (iki) qat əmək haqqı alması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 21 №-li əmrində (əsas: §-14, səh-19, sıra-2, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməmişdir, adının qarşısında “01.08- 31.08” qeyd edilmişdir) Artilleriya batareyasının tağım komandiri vəzifəsində İddiaçı avqust ayı üçün 2 (iki) qat əmək haqqı alması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N №-li əmrində (əsas: §-9, səh-45, sıra-2, əmrin verilmə tarixi qeyd olunmamışdır, ondan əvvəl xx.xx.1992-ci il tarixdə 30 №-li əmr verilmişdir, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, adının qarşısında “01.09- 30.09” qeyd edilmişdir) Xocavənd rayon zonasında döyüş tapşırığını yerinə yetirən Artilleriya batareyasının hərbi qulluçusu İddiaçı əmək haqqısının 3 (üç) qat hesablanması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 38 №-li əmrində (əsas: §-1, səh-57, sıra-6, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, adının qarşısında “01.10-31.10” qeyd edilmişdir) İddiaçı Xocavənd rayonu döyüş zonasında döyüş tapşırığını yerinə yetirdiyinə görə, 3(üç) qat əmək haqqı alması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N №-li əmrilə (əsas: səh-97, əmrin verilmə tarixi qeyd olunmamışdır, ondan əvvəl xx.xx.1992-ci il tarixdə 56 №-li əmr verilmişdir) İddiaçı hərbi hissənin balansına keçirilmiş QAZ-6616 markalı avtomaşına “sürücü” təyin edilmişdir. N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 84 №-li əmrində (əsas: səh-1, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, adının qarşısında “01.12-31.12” qeyd edilmişdir) İddiaçı Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirdiyinə görə, dekabr ayı üçün 3(üç) qat əmək haqqı alması barədə məlumat vardır. Leytenant İddiaçı N () №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 2 №-li əmrilə (əsas: §-2, səh-1, əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.1993-cü il tarixdən hərbi hissənin “batalyon komandirinin əsgərlərin sosial müdafiəsi üzrə müavini” vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına salınmış və xidməti vəzifəsini yerinə yetirmək üçün işə başlamışdır.N () №-li hərbi hissənin “Yaralananların qeydiyyatı” kitabında (əsas: hərbi rütbəsi “sıravi” yazılmışdır, sıra-15, məlumatda yaralanma tarixi, yeri göstərilməmişdir) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı “sol baldırın cırılmış yarası, hər iki saidin İİ dərəcəli termiki yanığı skleranın kəskin isti burması” diaqnozunun qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 73 №-li əmrində (əsas: §-28, səh-47, əmrdə mətnin aşağısında “( N №-li h/h-də)” qeyd olunmuşdur) starşina İddiaçı Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, “leytenant” hərbi rütbəsi verilməsi və N №-li hərbi hissənin “tabur komandirinin sosial siyasi işlər üzrə müavini” vəzifəsinə təyin edilməsi qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 40 №-li əmrində (əsas: §-1, səh-37, sıra-11, əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 1 MAT-ın hərbi qulluqçusu, tağım komandiri, leytenant İddiaçı vəzifəsindən azad edilərək, X6 komandirinin sərəncamına göndərilməsi qeyd olunmuşdur. X5 zabit heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-77, sıra-23) Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, N №-li hərbi hissənin sosial-siyasi iş üzrə müavini, 1958ci il təvəllüdlü, leytenant İddiaçı X7 komandirinin sərəncamına gəlməsi və Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müfafiq nömrəli əmrinə əsasən, N №-li hərbi hissədə MAT komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunduğundan ZET komandirinin xx.xx.1995-ci il tarixli 14 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. X6 komandirinin xx.xx.1995-ci il tarixli 14 №-li əmrində (əsas: §-1, səh-16, əmrdə vəzifəsi qeyd olunmamışdır) Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, leytenant İddiaçı xx.xx.1995-ci il tarixdən ZET komandirinin sərəncamından, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi qulluğunu davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilməsi qeyd olunmuşdur.Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 042 №-li əmrinə əsasən, baş leytenant İddiaçı N №-li hərbi hissənin “5-ci motoatıcı tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini” vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 664 №-li əmrilə (əsas: §-11, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) bütün növ təminatlarla təmin edilərək, xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 803 №-li əmrində (əsas: §-8, əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) motoatıcı tabur komandirinin şəxsi heyətlə iş üzrə müavini, leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, tutduğu vəzifədən azad edilərək, “motoatıcı tabur komandiri” vəzifəsinə təyin edilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 805 №-li əmrində (əsas: §-12, əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, 5-ci motoatıcı tabur komandirinin müavini, leytenant İddiaçı tutduğu vəzifədən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Müdafiə Nazirliyinin sərəncamına keçirilməsi qeyd olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-46814/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 fevral 2025-ci il tarixində daxil olmuş 2-1(120)- 1743/2025 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2007-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası ödənilib. İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar pensiya ödənişi həmin tarixdən dayandırılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə "hərbi biletlər” sözlərindən sonra "(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və "yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra "(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini xahiş etmişdir, lakin cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-25-2/2-İ-90xx-xx/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünə əsasən hərbi cinayətlə bağlı məhkumluğu olduğuna görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəməyə daxil olmuş məlumatlar əsasında müəyyən olunur ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-2194/2025 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə də eyni səbəblə 1 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-46814/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 fevral 2025-ci il tarixində daxil olmuş 2-1(120)-1743/2025 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. İddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2007-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası ödənilib. İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixindən bitməsi ilə əlaqədar pensiya ödənişi həmin tarixdən dayandırılmışdır. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixədək N (),704, N nömrəli hərbi hissələrin tərkibində xidmət edərək, döyüş əməliyyatlarında iştirak etmiş, döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır, daha sonra aldığı xəsarətlərə görə ona Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 135 nömrəli qərarı ilə "Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alması” qeyd edilmiş və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Tabur komandirinin müavini vəzifəsində hərbi xidmət keçməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0674 nömrəli xx.xx.1995-ci il tarixli əmri ilə MN-nin sərəncamına keçməsi, Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 0955 nömrəli əmri ilə Hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “Ə” bəndinə əsasən, (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edilməklə) Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı döyüş əməliyatlarında iştirak edərkən aldığı xəsarətə görə ona əlillik təyin edilmiş və əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmuş və həmin əlilliyinə görə ona təqaüd və daha sonra pensiya təyin edilmişdir. İddiaçı tərəfindən məhkəməyə 4798 saylı stasionar xəstənin xəstəlik tarixindən çıxarış, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 135 nömrəli qərarı, xx.xx.2006-cı il tarixli, 1641 saylı xəstəlik haqqında şəhadətnamə və s. sənədlər təqdim etmişdir, həmçinin məhkəmə tərəfindən müvafiq sorğular göndərilmiş, təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə düşmən tərəfindən atılmış mərminin yaxınlığında partlaması nəticəsində aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində müayinə və müalicə olunduğu yaralanma və travma diaqnoz: “Sol baldırın cırılmış yarası. Hər iki saidin İİ (ikinci) dərəcəli termiki yanığı. Gözün sklerasının kəskin isti vurması” və xx.xx.2006- cı il tarixdə MN Mərkəzi poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin eddilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sol baldırın arxa səthinin qəlpə yaralanması (xx.xx.1992) nəticəsindəi incik sinirinin zədələnməsinin hissi və hərəki pozulmalarla müşayiət olunan qalıq əlamətləri. Sol baldırın orta 1/3-nin arxa səthinin qəlpə yaralanmasından (xx.xx.1992) sonrakı bərkimiş dəri çapığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Beyləqan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 16 nömrəli göndərişi, xx.xx.2022- ci il tarixli 308 nömrəli arayışı, Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzindən verilmiş xx.xx.1992-ci il tarixli xəstəlik tarixindən çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 1641 nömrəli nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.2006-cı il tarixdə MN Mərkəzi poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi dağılma və səpələnmə mərhələsində” (MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 1641 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “ümumi xəstəlikdir”. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə düşmən tərəfindən atılmış mərminin yaxınlığında partlaması nəticəsində aldığı yaralanma və travma barədə məlumatlar öz əksini tapmışdır. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə xidmət keçməsini sübut edən yuxarıda qeyd edilən sənədlər təqdim edildikdə müharibə veteranı adının verilməsi mümkündür. İddiaçı döyüş şəraitində hesab edilən 702, 704, N №-li hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir, xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin 0674 nömrəli xx.xx.1995-ci il tarixli əmri ilə MN-nin sərəncamına keçməsi, Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 0955 nömrəli əmri ilə Hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “Ə” bəndinə əsasən, (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edilməklə) Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995- ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 -ci bəndi və həmin bəndin "Qeyd” hissəsinin tələbini iddiaçıya münasibətdə nəzərə almalı idi. Belə ki, həmin Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Həmin hissənin "Qeyd” hissəsinin 1 -ci bəndinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, şəxslərə şamil olunmur. Eyni qayda "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin Qeyd” hissəsində yer almışdır. Həmin Qanunun 3-cü maddəsinin "Qeyd” hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş olsalar belə, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə müharibə veteranı adı verilməlidir. İşdə olan müavinət (təqaüd) və pensiya işindən (TSEK-də müayinə aktlarından, qərarlarından), o cümlədən Hərbi Həkim Komissiyasının qərarından görünür ki, İddiaçı döyüş əməliyatlarında iştirak edərkən xəsarət almış və aldığı xəsarətə görə ona əlillik təyin edilmiş və əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmuş və həmin əlilliyinə görə ona təqaüd və daha sonra pensiya təyin edilmişdir. Cavabdehin iddia ərizəsinə etiraz edərkən istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən yalnız döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Hazırki iş üzrə xx.xx.1958-ci il təvəllüdlü Beyləqan rayon Eyvazalılar kənd sakini İddiaçı xx.xx.1986-cı il tarixdə RF-nın Orenburq vilayətinin Aqbulaks rayon Xalq Məhkəməsi tərəfindən RF-nin CM-nin 105-ci maddəsinə əsasən 02 il A.M.E, xx.xx.1987-ci il tarixdə isə Orenburq vilayətinin Aqbulaks rayon Xalq Məhkəməsi tərəfindən cəzadan azad edilmişdir. xx.xx.1996-cı il tarixdə Füzuli və Qubadlı Hərbi Məhkəməsi tərəfindən Az.Resp. CM-nin (köhnə redaksiyada) 255 “B”, 189, 241 “B”, 38-ci maddələri ilə 05 il A.M.E cəzası təyin edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İş materiallarından görünür ki, iddiaçı 2007-ci il tarixdən 2021-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək yaralanmışsa və ona bu xəsarətinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşsa bu hal yuxarıda qeyd edilən hüquq normalarına əsasən müharibə veteranı adının verilməsi üçün əsas verir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1743/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1743/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver