Məhkəmə qərarları › İş №2-1(120)-1750/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1750/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1750/2024 07.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Hacıqabul rayon Qarasu Bələdiyyəsinin nümayəndəsi X5, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçılar İddiaçı və “Lahıç” KFT-nin təsisçisi X3 cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin Şirvan Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın etibarsız hesab edilməsi, hərracın əsasında üçüncü şəxslər X10 və X2 verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamələrin və maraqlı tərəf X13 tərəfindən əldə edilmiş ayrıayrılıqda xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə və xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə ümumilikdə 60 ha torpaq sahəsinə verilmiş icarə üzrə çıxarışların ləğv edilməsi və hərracın yenidən keçirilməsinin cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Hacıqabul rayon Qarasu Bələdiyyəsinə qarşı “xx.xx.2023-cü il tarixli hərracın nəticəsinin ləğv edilməsi, hərrac əsasında verilmiş çıxarışın ləğv edilməsi və hərracın yenidən keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 2-1(120)-4632/2023 saylı qərardadı ilə X8 və X1 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2-1(120)-1750/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Hacıqabul rayon Qarasu Bələdiyyəsinə qarşı “xx.xx.2023-cü il tarixli hərracın nəticəsinin ləğv edilməsi, hərrac əsasında verilmiş çıxarışın ləğv edilməsi və hərracın yenidən keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə İddiaçı və “Lahıç” KFT-nin təsisçisi X3 iddiaçılar qismində tanınması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinin cavabdeh qismində cəlb edilməsi, iddia tələbinə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın etibarsız hesab edilməsi, hərracın əsasında üçüncü şəxslər X10 və X2 verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamələrin və maraqlı tərəf X13 tərəfindən əldə edilmiş ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixli, ********** №li 30 ha torpaq sahəsinə və xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə ümumilikdə 60 ha torpaq sahəsinə verilmiş icarə üzrə çıxarışların ləğv edilməsi və hərracın yenidən keçirilməsinin cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçılar İddiaçı, “Lahıç” KFT-nin təsisçisi X6, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs X4 məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçılar İddiaçı, “Lahıç” KFT-nin təsisçisi X3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X1 iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Cavabdeh Hacıqabul rayon Qarasu Bələdiyyəsinin nümayəndəsi X12 məhkəmə iclasında izahatında iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X13 məhkəmə iclasında izahatında iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı və “Lahıç” KFT-nin təsisçisi X3 iddiası mümkün sayılmamalıdır. İddiaçıların hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın etibarsız hesab edilməsi, hərracın əsasında üçüncü şəxslər X10 və X2 verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamələrin və maraqlı tərəf X13 tərəfindən əldə edilmiş ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə və xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə ümumilikdə 60 ha torpaq sahəsinə verilmiş icarə üzrə çıxarışların ləğv edilməsi və hərracın yenidən keçirilməsinin cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıların iddia tələbi qeyri-müəyyəndir və aydın ifadə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, iddiaçı bir-biri ilə əlaqəli olmayan iki cavabdehə, yəni Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinə qarşı ayrı-ayrı tələblər irəli sürmüşdür ki, belə tələblərin də bir iddiada birləşdirilməsi inzibati prosessual qanunvericiliyə əsasən mümkün sayılmır. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş tələb dəqiqləşmə barədə ərizə “Lahıc KFT”nin təsisçisi X6 tərəfindən imzalanmış, lakin onun “Lahıc KFT”nin təsisçisi kimi həmin ərizəni imzalamaq səlahiyyətini təsdiq edən hər hansı sənədi iş materiallarına əlavə etməmişdir. Belə olan halda iddiaçıların hazırkı iddia üzrə subyektiv hüququnun olmasına və yaxud cavabdeh tərəfindən subyektiv hüququnun pozulmasına və hazırki iddianı qaldırmaqda hüquqi marağının olmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Bundan başqa iddiaçıların iddia tələbinin məzmunundan müəyyən etmək olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın etibarsız hesab edilməsi, hərracın əsasında üçüncü şəxslər X10 və X2 verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamələrin və maraqlı tərəf X13 tərəfindən əldə edilmiş ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixli, ********** №li 30 ha torpaq sahəsinə və xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə ümumilikdə 60 ha torpaq sahəsinə verilmiş icarə üzrə çıxarışların ləğv edilməsi və hərracın yenidən keçirilməsinin cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, Hacıqabul rayon Qarasu Bələdiyyəsi ilə iddiaçı “Lahıc KFT”nin təsisçisi X6 arasında 157 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2003-cü ildə icarə müqaviləsi bağlanmışdır və həmin müqavilənin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixində başa çatmışdır. Bundan əlavə iş materiallarında olan Hacıqabul rayon Qarasu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli iclas protokolundan görünür ki, Hacıqabul rayon Qarasu Bələdiyyəsi bələdiyyəyə məxsus Qarasu kəndində yerləşən 30,0 hektar və 28 hektar torpaq sahələrinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi, müsabiqənin keçirilməsi barədə Bələdiyyə ilə X11 rüblük şəxsinin Şirvan Ərazi Torpaq müsabiqə və hərrac Komissiyası əsasında müavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər X10 və X2 verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamə, X13 tərəfindən əldə edilmiş ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə və xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə verilmiş icarə üzrə çıxarışlar X11 rüblük şəxsinin Şirvan Ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərrac əsasında verilmişdir. Şirvan Ərazi Torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərrac isə Hacıqabul rayon Qarasu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarı əsasında təşkil olunmuşdur. Belə ki, Hacıqabul rayon Qarasu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıların hüquqları pozulmuşdur. Belə olan halda Hacıqabul rayon Qarasu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarı mübahisələndirilməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, Hacıqabul rayon Qarasu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərarının mübahisələndirilməsini, həmin qərardan şikayət vermə üzrə iddia müddətinin ötürülməməsinə dair sübutlarının məhkəməyə təqdim olunmasının zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri isə hüquqların və qanunla qorunan maraqların pozulduğunun əsaslandırılmasıdır. Hazırkı qərarda göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan, mübahisənin isə inzibati mübahisə olub-olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, Hacıqabul rayon Qarasu Bələdiyyəsi ilə iddiaçı “Lahıc KFT”nin təsisçisi X6 arasında 157 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2003-cü ildə icarə müqaviləsi bağlanmışdır və həmin müqavilənin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixində başa çatmışdır. İddiaçı tərəfindən müqavilənin uzadılamasına dair müraciət etməsi, həmin müraciətə baxılacağı təqdirdə qəbul edilmiş qərar əsasında iddiaçının hüquqi marağı bərpa olunmadığı halda məhkəmə mübahisəsinin predmeti ola bilər. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı və “Lahıç” KFT-nin təsisçisi X3 cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın etibarsız hesab edilməsi, hərracın əsasında üçüncü şəxslər X10 və X2 verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamələrin və maraqlı tərəf X13 tərəfindən əldə edilmiş ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə və xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə ümumilikdə 60 ha torpaq sahəsinə verilmiş icarə üzrə çıxarışların ləğv edilməsi və hərracın yenidən keçirilməsinin cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı və “Lahıç” KFT-nin təsisçisi X3 cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin Şirvan Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın etibarsız hesab edilməsi, hərracın əsasında üçüncü şəxslər X10 və X2 verilmiş xx.xx.2023-cü il tarixli şəhadətnamələrin və maraqlı tərəf X13 tərəfindən əldə edilmiş ayrıayrılıqda xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə və xx.xx.2023-cü il tarixli, ********** №-li 30 ha torpaq sahəsinə ümumilikdə 60 ha torpaq sahəsinə verilmiş icarə üzrə çıxarışların ləğv edilməsi və hərracın yenidən keçirilməsinin cavabdehlər Hacıqabul rayon Qarasu Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şirvan Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar