Məhkəmə qərarları › İş №2-1(120)-1751/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1751/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1751/2023 31.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışında X3 adına verilmiş çıxarışın 2/1 hissəsində ləğv edilməsi və X2 adına tam çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışında X3 adına verilmiş çıxarışın 2/1 hissəsində ləğv edilməsi və X2 adına tam çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 28 mart 2023-cü il tarixli qərardadı ilə X12 cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum valideynləri X8 və X13ma məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 328. Yeni qaydalarla AZ470,Neftçala rayonu, X25 küçəsi 106 ünvanında yerləşir. Əmlak Xidməti Məkanına və Neftçala Rayon Prokurorluğuna müraciət etdikdən sonra ona aydın olmuşdur ki, X5 adına Respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. X2 adına Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 328 saylı fərdi yaşayış evi (fərdi yaşayış evi və 2/1 hissə torpaq sahəsi) qeydiyyatdan keçmişdir və hazırda adındadır. X2 adına Respublika ərazisində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Torpaq sahəsinin 2/1 hissəsi X3 payı kimi qeydiyyatdan keçmişdir. Aparılan araşdırmalar və topladığı sənədlərdən aydın olur ki, torpaq sahəsinin (0,1202 ha) 1/2 hissəsi heç bir əsas olmadan qeyri-qanuni X6 hüquqi rəsmiləşdirilən şəxs kimi, Daşınmaz Əmlakın Reyestr kitabında qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-ci maddəsini və Azərbaycan Respublikasının “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında qanuna əsaslanıb ərizəsinin hüquq müstəvisində qərarını tapmasında, yəni Daşınmaz Əmlakın Reyestr qeydiyyatında düzəlişlər və ya Daşınmaz Əmlakın Dövlət Reyestrində buna texniki səhvləri nəzərə alıb ləğv olunması haqqında qərar verilməsini, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından hüquq subyekti (adı) X15, payı-1/2 hissə torpaq sahəsi ləğv edilməsini, X4 tam torpaq sahəsinin (0,1202 ha) verilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, vətəndaş Bayrışova (Əzizova) İradə Feyzulla qızının 13 saylı Şirvan Ərazi İdarəsinin ünvan 3 ünvanda yerləşən 0.1202 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair 0.1202 ha torpaq sahəsinin 1/4 hissəsi X3, torpaq sahəsinin 1/2 hissəsi və fərdi yaşayış evi X2 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Əlavə olraq qeyd edirik ki, vətəndaş Bayrışova (Əzizova) İradə Feyzulla qızı müraciət zamanı aşağıdakı sənədlər təqdim edilmişdir. Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli 64 nömrəli qərarı ilə 0.12016 ha həyətyanı torpaq sahəsinə dair DTXK-si tərəfindən uçotu aparılmış və X2 adına tərtib edilmiş A№ 383927 saylı “Torpaq sahəsinin planı və ölçüsü”, DTXKnin Neftçala rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixli 452 saylı arayışı (1201.6 kv.m torpaq sahəsinin Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002- ci il tarixli 64 nömrəli qərarı ilə X9 və X14 verilməsi barədə) X2 adına tərtib edilmiş və Neftçala rayon Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş fərdi yaşayış evinin eskiz layihəsi. Odur ki, təqdim olunmuş sənədlərə və elektron məlumat bazasına əsasən (adlı siyahıda X9 və X17 barədə məlumat aşkar edilmişdir), Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, 328 saylı ünvanda yerləşən 0.1202 ha torpaq sahəsi üzərində X3 və X2 əmlakın dövlət reyestrindən çıxarış” və “Torpaq sahəsinin olanı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alındıqdan sonra fərdi yaşayış evi üzrərində 0.1202 ha torpaq sahəsinin 14 hissəsi X3, torpaq sahəsinin 14 hissəsi və fərdi yaşayış evi X2 mülkiyyət hüquqları qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və “Texniki pasport” sənədi ilə rəsmiləşdirilmişdir. Göstərilən səbəblərə görə İddiaçı müraciətinin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X10 gəlmiş, üçüncü şəxs X12, vəkili və nümayəndəsi isə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs X12, vəkili və nümayəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun olaqraq izahat verərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, ev 328 yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrdə 12 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində mərhum X5 və mərhum X2 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlakın olub-olmaması haqqında məlumat verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. X2 adına Neftçala şəhəri, M.Ə.Sabir küçəsi, 328 saylı fərdi yaşayış evi (fərdi yaşayış evi və 1/2 hissə torpaq sahəsi) qeydiyyatdan keçmişdir və hazırda adındadır. X2 adına respublika ərazisində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. X5 adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan xx.xx.2000-ci il tarixli, AZ 041639 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2000-ci il tarixdə 75 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixli, 49 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, AZ 041639 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2000-ci il tarixdə 75 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixli, 49 nömrə ilə qeyd edilmişdir. Şirvan İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş iddia ərizəsinə əlavədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmış X3 adma verilmiş */4 hissə torpaq sahəsinə dair hissə də çıxarışın etibarsız hesab edilməsini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlak Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi sənəd xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmış X3 adına verilmiş ½ hissə torpaq sahəsinə dair hissədə çıxarış Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı əsasında verilmişdir. Məhkəmə araşdırması zamanı Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-cü il tarixli 64 nömrəli qərarının hal-hazırda qüvvədə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı Əzizov X11 rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2022-ci il tarixli, **********97-10301 reyestr nömrəli çıxarışının ləğv edilməsini istəyir. Məhkəmədə iddia qaldırılan zaman iddiaçı qeyd edilən çıxarışın Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarına əsasən verildiyini nəzərə almamışdır. Belə ki, çıxarış Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 64 nömrəli qərarı əsasında verilmişdir ki, iddiaçı da məhkəmədə qeyd edilən Aqrar İslahatı Komissiyasının qərarının üçüncü şəxslərə aid hissədə mübahisələndirməli idi. İddiaçı tərəfindən cavabdeh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi seçilməsi məhkəmə münasibət bildirərək qeyd edir ki, "X24 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi hazırkı iş üzrə yerli aqrar islahat komissiyasının hüquqi varisi hesab edilə bilməz və iddiaçı bu hisədə də cavabdeh inzibati orqanı düzgün seçməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli 2-1(120)-1751/2023 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iddiaçıya təkrar hüquqi yardım göstərilmiş, cavabdeh və tələbi ilə bağlı hüquqları izah edilmişdir. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar