Məhkəmə qərarları › İş №2-1(120)-1754/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1754/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1754/2023 04.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1955-ci ildə İmişli rayonu Muradallı kəndində anadan olmuşdur, Hazırda həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. O xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı Politexnikumunda əyani təhsil almışdır, 1974- 1976-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1977-1997-ci il tarixədək müxtəlif idarələrdə, müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi bu müddət adına açılmış əmək kitabçası da öz əksini tapır. Ümumilikdə 25 ildən artıq əmək stajı var (əmək kitabçası əlavə olunur).Yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X14 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına rəsmi olaraq müraciət etmişdir.Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona 15 iyul 2022-ci il tarixli, **********32 saylı imtina məktubu göndərilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı, iddia ərizəsində 25 ildən çox sığorta stajına malik olduğunu iddia edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddiaçı daha əvvəl ona yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2022-ci il tarixli ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış məktubla ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər sığorta stajına və pensiya kapitalına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan E.X15 Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.İddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1971 -ci il tarixdən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr) 18 il 3 ay təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991 -ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995ci tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun X3 məktubuna əsasən Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsinin xx.xx.1991ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, X18 X4 Birliyinin xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsinin xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci tarixinədək və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan sənədləri imişli rayon Dövlət Arxivinə təhvil verilməyib. Eyni zamanda X3 xx.xx.2022-ci il tarixli aktına əsasən İmişli rayon “Muğan” kolxozunun xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək olan sənədlərində uyğunsuzluq (sadə qələmlə yazıldıqdan sonra göy qələmlə yazılması, sadə qələmlə qeyd aparılması) aşkar edilmişdir. Yuxarıda qeyd edilən dövrlər ümumilikdə 7 il 6 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Beləliklə, İddiaçı xx.xx.2019-cu il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1971-ci il tarixdən 03.05.197A-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək 3 il 9 ay 18 gün təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 4 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək 12 il 6 ay 2 gün əmək fəaliyyəti dövrləri olmaqla ümumilikdə 18 il 3 ay 24 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 18 il 3 ay 24 gün sığorta stajına uyğun olaraq 13234,15 manat pensiya kapitalı olmaqla pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır. Beləliklə, iddiaçı yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı və pensiya kapitalı olmadığından onun yasa görə əmək pensiyası almaq hüququ yaranmır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)-1754/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən İmişli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş İddiaçı İmişli rayonu, Muradallı kəndində qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 saylı imtina məktubuna əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı omak pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci i! iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-don etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvar ayının 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək hərbi xidmətdə olduğu dövr) 18 il 3 ay təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1991 -ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995ci tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun X3 məktubuna əsasən Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsinin xx.xx.1991ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin 03.01,1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan sənədləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməyib. Eyni zamanda X3 xx.xx.2022-ci il tarixli aktına əsasən İmişli rayon “Muğan” kolxozunun xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək olan sənədlərində uyğunsuzluq (sadə qələmlə sonradan yazılıb) aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə~sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - xx.xx.1973-cü il tarixli nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-ci ildən xx.xx.1997-ci ilə qədər müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixində Sovet ordu sıralarına qoşulmuş, xx.xx.1976-cı ildə hərbi xidmətini başa vurmuşdur. - Ю 003911 nömrəli diplomun surətindən görünür ki, İddiaçı mexanik ixtisası üzrə xx.xx.1977-ci ildə Bakı Politexnikumunu bitirmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin3-34/2- 278/01-3/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1996-cı üdə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsinə, X18 X4 Birliyinə, 4 nömrəli Qala Tikinti Quraşdırma İdarəsinə və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinə dair məlumat mövcud deyildir. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 3-48-4/2-274A/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 2-1(120)-3516/2022 №-li vətəndaş İddiaçı barəsində olan sorğu aidiyyəti üzrə baxılmaq üçün göndərilir. Nəticəsi barədə sorğu müəllifinə məlumat verilməsini xahiş etmişdir. Eyni zamanda sorğu müəllifinin nəzərinə çatdırılmışdır ki, sorğuda qeyd olunan X18 X4 Birliyinin və 4 nömrəli Qala Tikinti Quraşdırma İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Sözügedən vətəndaşın Bakı politexnikumunda (hal-hazırda Bakı texniki kolleci) təhsil alması ilə əlaqədar, həmin kollecə müraciət etməyini xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 30 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 1991-1997-ci illər ərzində fəaliyyət göstərdiyi idarə və təşkilatların arxiv sənədləri barəsindəki Milli Arxiv İdarəsinə ünvanladığı məktub aidiyyatı üzrə İmişli rayon DA-nə göndərilmişdir. xx.xx.1991xx.xx.1992-ci il tarixlərdə Sumqayıt Kaçuk TTT-in İmişli Təmir Tikinti İdarəsinin, xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə X18 X2 Birliyinin, xx.xx.1994-xx.xx.1995-ci il tarixlərdə 4 nömrəli X12 İdarəsinin və xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə isə iddiaçının fəaliyyət göstərmiş olduğu İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon DA-nə təhvil verilməmişdir. Adı gedən idarə və təşkilatların sənədlərinin harada və hansı şəraitdə saxlanılması barədə İmişli rayon DA-də rəsmi bir məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-1843/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının teyin edilməsi" barədə iddia tələbinə dair inzibati işlə əlaqədar Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsinin, X18 X2 Birliyinin, 4 nömrəli Qala Tikinti Quraşdırma İdarəsinin və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasına dəyişikliklərin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə məlumatın və məlumatı təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır.Bununla əlaqədar bildirilmişdir ki, məlumatın təqdim edilməsi haqqında sorğuda qeyd olunan müəssisələrin hüquqi və ya faktiki ünvanı, funksional tabeçiliyi göstərilmədiyindən Əmlak Məsələləri Dövlət Xidmətində məlumatları dəqiqləşdirmək mümkün olmadı. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********577000 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, dövlət reyestrində Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti idarəsinin, X18 X4 Birliyinin, 4 nömrəli Qala Tikinti Quraşdırma İdarəsinin və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-1/2- 34457/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixidək 3 il 9 ay 18 gün təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 4 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən, xx.xx.1977-ci tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək 12 il 6 ay 2 gün əmək fəaliyyəti dövrləri olmaqla ümumilikdə 18 il 3 ay 24 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. Adıçəkilən şəxsin 18 il 3 ay 24 gün sığorta stajına uyğun olaraq 13234,15 manat pensiya kapitalı olmaqla pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995ci tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 98 nömrəli arxiv arayışına əsasən Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsinin xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan sənədləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməyindən həmin dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. X3 xx.xx.2022-ci il tarixli aktına əsasən İmişli rayon “Muğan” kolxozunun xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək olan sənədlərində uyğunsuzluq (sadə qələmlə yazıldıqdan sonra göy qələmlə yazılması, sadə qələmlə qeyd aparılması) aşkar edilmişdir. Eyni zamanda əmək kitabçasında da işə qəbul olma tarixi xx.xx.1990-cı il, əmrin tarixi isə xx.xx.1991 -ci il olaraq qeyd edilmişdir.Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, yuxarıda qeyd edilən dövrlər ümumilikdə 7 il 6 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. - İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 3-43-30/2-190/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi üzrə, 1955 ci il təvəllüdlü İddiaçı mövcud arxiv uçot sənədlərinə əsasən qeydiyyatdan keçmir. - İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 27 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, sorğu olunan müəssisələrin o cümlədən də Sumqayıt Kauçuk TTT-nin İmişli Təmit Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. - İşdə olan Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 3-48-22RA/2- 76/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 1990-1991-ci illərdə İmişli rayonun “Muğan” kolxozundakı əmək fəaliyyəti bu kolxozun kolxozçularının son hesablaşma kitablarında adına əmək haqqı olmaqla göstərilmişdir. İmişli rayon Dövlət Arxinə təhvil verilən sənədlər yalnız kolxozların son hesablaşma kitablarından ibarət olunmaqla saxlanılır. Bu kitablarda da kolxozçuların vəzifələri qeyd olunmamışdır. xx.xx.2023-cü il tarixli arayışa əsasən, “Muğan” kolxozunda son hesablaşma kitablarını yoxlayarkən İddiaçı işləməsi barədə məlumat verilmişdir, İddiaçı 1990-cı il tarixdə 330 yerinə yetirilmiş adam günü, 1991-ci il tarixdə 58 yerinə yetirilmiş adam günü işləməsi barədə məlumat verilmişdir. 1991-ci ilin göstəriciləri sadə karandaşla işləmişdir. - İşdə olan X3 xx.xx.2022-ci il tarixli aktından görünür ki, İddiaçı xx.xx.1990-ci ildən xx.xx.1991-ci ilədək Muğan adına kolxozda işlədiyi dövr araşdırılmış, İddiaçı 1990-ci il tarixdə “330” sadə qələmlə yazıldıqdan sonra göy qələmlə yazılmışdır. 1991-ci il tarixdə "xxxx" sadə qələmlə qeyd edilmişdir. - İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmək haqqı cədvəlinə əsasən, İddiaçı 1992-ci il aprel ayından, 1993-cü il noyabr ayına kimi əmək haqqı məbləğləri göstərilmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 3-21-3/2-10501/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasına dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə məlumatın və məlumatı təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır.Bununla əlaqədar bildiririk ki, Xidmətin arxivində İmişli rayon Yardımçı Təsərrüfat İdarəsi barədə məlumat aşkar edilmədi. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********725400 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki,dövlət reyestrində İmişli rayon Yardımçı Təsərrüfat İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı İmişli rayon Kooperativ Cəmiyyətinin Təsərrüfat X11 Yardımçı Təsərrüfatının xx.xx.2000-ci il tarixdə 6/646 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. - İşdə olan İddiaçı iş yoldaşı X8 pensiya işindən görünür ki, Sumqayıt Kaçuk TTTin İmişli Təmir Tikinti İdarəsində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci ilədək işləmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1971-ci il tarixdən 03.05.197A-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixədək 3 il 9 ay 18 gün təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 4 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək 12 il 6 ay 2 gün əmək fəaliyyəti dövrləri olmaqla ümumilikdə 18 il 3 ay 24 gün siğorta stajı təşkil etdiyini bildirmiş və bü dövrləri mübahisələndirməmişdir. Həmçinin 18 il 3 ay 24 gün sığorta stajına uyğun olaraq 13234,15 manat pensiya kapitalı olmaqla pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir işlədiyi dövr, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək 2 saylı sahədə usta vəzifəsində və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi illər mübahisə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək 2 saylı sahədə usta vəzifəsində və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə “Muğan” kolxozunda briqadir vəzifəsində fəaliyyətə başlamış, xx.xx.1991-ci il tarixdə işdən azad olmuş, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsinə xx.xx.1991-ci il tarixdə qəbul olmuş xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdə işə qəbul olmuş xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer vəzifəsindən azad edilmişdir, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsinə xx.xx.1994-cü il tarixdə qəbul olmuş, xx.xx.1995-ci tarixdə 2 saylı sahədə usta vəzifəsindən azad edilmiş və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir işləmiş, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsinə xx.xx.1991-ci il tarixdə qəbul olmuş xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdə işə qəbul olmuş xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer vəzifəsindən azad edilmişdir, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsinə xx.xx.1994-cü il tarixdə qəbul olmuş, xx.xx.1995-ci tarixdə 2 saylı sahədə usta vəzifəsindən azad edilmiş və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək 2 saylı sahədə usta vəzifəsində və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin idarələrdə işləməsi və əmək haqqı alması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək 2 saylı sahədə usta vəzifəsində və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işləmiş və əmək haqqı almış, idarələrin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi dövrdə “Muğan” kolxozu, Sumqayıt Kauçuk TTTnin İmişli Təmir Tikinti İdarəsi, X18 X4 Birliyi, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsi, İmişli rayon Yardımçı Təsərrüfat İdarəsi mövcud olmuş, iddiaçı həmin idarələrdə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq idarələrin sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, sənədlər təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək 2 saylı sahədə usta vəzifəsində və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək 2 saylı sahədə usta vəzifəsində və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda briqadir, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X18 X4 Birliyində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək mühəndis-dispetçer, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci tarixədək 2 saylı sahədə usta vəzifəsində və İmişli rayon Yardımçı Təsərrüfat İdarəsində mexanik vəzifəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə “Muğan” kolxozu, Sumqayıt Kauçuk TTT-nin İmişli Təmir Tikinti İdarəsi, X18 X4 Birliyi, 4 №-li Qala Tikinti Quraşdırma İdarəsi, İmişli rayon Yardımçı Təsərrüfat İdarəsinin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Həmçinin məhkəməyə daxil olmuş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmək haqqı cədvəlində İddiaçı 1992-ci il aprel ayından, 1993-cü il noyabr ayına kimi əmək haqqı məbləğləri göstərilmişdir. Məhkəmə daxil olmuş N.Mirzəyevin pensiya işi üzrə İddiaçı iş yoldaşı olmuş X8 pensiya işindən görünür ki, Sumqayıt Kaçuk TTT-in İmişli Təmir Tikinti İdarəsində xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci ilədək- 7 il, yəni iddiaçının işlədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək iş icraçısı vəzifəsində işlədiyi dövrlərdə Nağıyev Mirzənin işlədiyi, hal-hazırda isə pensiya aldığı müəyyən edilmişdir. Bununla da məhkəmə tərəfindən Sumqayıt Kaçuk TTT-in İmişli Təmir Tikinti İdarəsinin iddiaçının işlədiyi 1991-1992-ci illərdə mövcud olması və fəaliyyət göstərməsi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair idarəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Eyni zamanda X3 xx.xx.2022-ci il tarixli aktına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Muğan” kolxozunda olan sənədlərində uyğunsuzluq (sadə qələmlə sonradan yazılıb) aşkar edilmiş, müəyyən qaralamaların olması barədə məlumat vermişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Cavabdehin də xx.xx.2022-ci il tarixli məktubunda qeyd edildiyi kimi, onun yaşa görə 65 yaşında (xx.xx.2020-ci il tarixdə) pensiya hüququ yaranmış olur. Həmçinin iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdən müavinət təyin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı tarixdən, (xx.xx.2020-ci il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar