Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1754/2024 06.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “RX seriyalı, ******* saylı çıxarışın qismən (İddiaçı aid hissədə-A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin ölmüş X8 aid olması və bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “0861814 saylı çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1754/2024 saylı qərardadı ilə X23 və Axundova Səidə Əli qızı zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1754/2024 saylı qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək, RX seriyalı, ******* saylı çıxarışın qismən (İddiaçı aid hissədə-A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsini və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin ölmüş X8 aid olması və bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və qardaşı X17 1989-cu il tarixdə ünvan 2 ünvanında 600 kv/metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə 1/2 hissədə pay verilmişdir. Həmin evin ½ hissəsinin mülkiyyətində olduğunu əsas götürərək o, həmin hissədəki payı X2 25 may 1989-cu ildə bağışlamışdır. X2 bağışladığı ev 17 avqust 1989-cu il tarixdə 259 nömrə ilə qeydə alınmışdır. Həmin tarixdən onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsi anasının mülkiyyətindədir. Anası 15 oktyabr 2017-ci il tarixdə vəfat edib. Həmin dövrə qədər o, mülkiyyətində olan fərdi yaşayış evinin 1/2 hissəsini heç kimə bağışlamamış və kiməsə satmamışdır. Lakin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi 12 may 2016-cı il tarixdə ona məlum olmayan hansı sənədlərə əsasən ünvan 3 ünvanda anasına məxsus fərdi yaşayış evinin 1/2 hissəsini onun adına qeydə alaraq Seriya RX ******* saylı çıxarışla qeydiyyat vəsiqəsi vermiş və həmin evin 1/2 hissəsini onun mülkiyyətinə keçirmişdir. Həmin qeydiyyat vəsiqəsi saxta tərtib olunub, onun həmin ünvanda hər hansı bir mülkiyyəti yoxdur, həmin evin 1/2 hissəsi anasına məxsusdur və onun mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ qanunla qorunur. Zinyyət Hüseynovanın mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Seriya RX ******* saylı qeydiyyat vəsiqəsini əsas götürərək 12 iyun 2016-cı il tarixdə Astara notariat kontorunda bağışlama müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən ev Axundova Səidə Əli qızının mülkiyyətinə keçmişdir və Səidə Axundovanın adına Seriya RX ******* saylı qeydiyyat vəsiqəsi verilmişdir. Bağışlama müqaviləsi bağlanılarkən ona həmin evin bağışlanması izah edilməmişdir. Əgər onun mülkiyyətində hər hansı bir ev yoxdursa, o, mülkiyyətində olmayan evi necə bağışlaya bilərdi? Lakin saxta tərtib olunmuş qeydiyyat vəsiqəsi əsas götürülərək bağışlanma müqaviləsi imzalanmış va həmin mülkiyyət Səidə Axindovanın adına keçirilmiş və onun adına Seriya RX ******* saylı qeydiyyat vəsiqəsi verilmişdir. O, AR ƏMDK yanında DƏDRX-nin vermiş olduğu No ******* saylı çıxarışın və onun əsasında verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə Astara rayon Məhkəməsində iddia qaldırmışdı. Sonradan əlavə iddia ərizəsi verərək RX seriyalı ******* saylı çıxarışın ləğv olunması hissəni iddia ərizəsində azaltmışdır. Astara rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(018) 62/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti vermişdır. Şirvan Apellyasiya Məhkəməsi 12 iyun 2019-cu il tarixdə həmin apellyasiya şikayətinə baxaraq apellyasiya şikayətinin təmin olunmaması, Astara rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən narazı olduğu üçün kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi 15 noyabr 2019-cu il tarixdə kassasiya şikayətinə baxaraq kassasiya şikayətini təmin etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(106)-1601/2019 saylı qətnaməsini ləğv etmiş, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 11 mart 2020- ci il tarixdə iddiaçı X12 apellyasiya şikayətini təmin etmiş, Astara rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(018)- ******* nömrəli qətnaməsini ləğv etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət ryestrindan 12 may 2016 ci il qeydiyyat tarixli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul etmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Axundova Səidə Əli qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 17 noyabr 2020-ci ildə həmin kassasiya şikayətinə baxaraq cavabdeh Axundova Səidə Əli qızının kassasiya şikayətini təmin etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytarmışdır. İşin yenidən apellyasiya baxışına qaytarılması üçün əsas məhkəmə aidiyyatı qaydalarının pozulması olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 04 oktyabr 2021 ci il tarixdə həmin işə baxaraq, 2(105) 1336/2021 saylı qərardad qəbul etmiş, işin icraatına xitam verərək, Azərbaycan Respublikası ƏMDK nin yanında 10 saylı - Lənkəran ərazi idarəsinə qarşı inzibati qaydada iddia qaldırılmasını izah etmişdir. Həmin məhkəmə qərarlarını əsas götürərək bu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə məktub göndərilərək göstərilmişdir ki, icraatda olan 2-1(120)-4636/2023 saylı inzibati iş üzrə “çıxarışın ləğv edilməsi öhdəliyinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmasına münasibətdə” sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmin Qanunun 7-ci maddəsinəəsasən daşınmaz əmlak üzərində mülkiyyət vəəşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir. 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən, İddiaçı Oktay qızının, habelə iddia ərizəsində qeyd olunmuş şəxsin əvvəllər təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənədlər üzrə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasport verilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, mübahisələndirilən həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq 18 may 1989-cu il tarixli, № 1H-29 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında 1/2 hissədə olmaqla İddiaçı Oktay qızına və digər 1/2 hissədə isə qardaşı X17 mərhum X14 miras qalmışdır. Belə ki, Xidmətin Milli Qeydiyyat Sistemində hər-hansı bir əmlaka dair yaranmış hüquqların qeydiyyatı təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinin X13 mərhum anasının adına keçməsi barədə arxiv statuslu sənədlərin sırasında hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Mülki Məcəllənin 146.2-ci maddəsinəəsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixdən əmələ gəlir. Miras əmlak olaraq həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq 18 may 1989-cu il tarixli, № 1H-29 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə olmaqla İddiaçı və digər 1/2 hissədə isə X15 hüquqları tanınmış və sonradan isə hər ikisinin adından notarial təsdiqlənmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. İddiaçı Oktay qızının mərhum anasının 1/2 hissədə pay hüquqları dövlət reyestrində qeydə alınmadığı səbəbdən miras paya dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması mümkün olmamışdır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla sözü gedən əmlakın 1/2 hissəsi üzərində mərhum şəxsin adına müvafiq qeydiyyatın aparılması, habelə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi prosedurundan qanunamüvafiq olaraq tərəfimizdən imtina edilmişdir. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirilir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi və üçüncü şəxslər X23 və Axundova Səidə Əli qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-S-00268/2023 nömrəli məktubda göstərilmişdir ki, Astara şəhəri, Mehdi Hüseyn küçəsi ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi, habelə ona düşən həmin 1/2 hissə payın təkrarən mərhum anasının adına qeydiyyata alınması proseduru ilə əlaqədar Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli, 2023-cü il 06 iyul tarixli müraciətinə 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmin Qanunun 7-ci maddəsinəəsasən daşınmaz əmlak üzərində mülkiyyət vəəşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir. Ərizədə qeyd olunanlara münasibətdə bildirilir ki, Xidmət orqanı olaraq Ərazi İdarəsi tərəfindən yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən İddiaçı, habelə barəsində qeyd etdiyi şəxsin əvvəllər təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənədlər üzrə həmin əmlaklara dair tərəflərin adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasport verilmişdir. Araşdırma nəticəsində məlum oldu ki, mübahisələndirilən həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq 18 may 1989-cu il tarixli, № 1H-29 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında 1/2 hissədə olmaqla İddiaçı və digər 1/2 hissədə isə qardaşı X17 mərhum babası X14 miras qalmışdır. Belə ki, Xidmətin Milli Qeydiyyat Sistemində hər-hansı bir əmlaka dair yaranmış hüquqların qeydiyyatı təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinin mərhum anasının adına keçməsi barədə arxiv statuslu sənədlərin sırasında hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Mülki Məcəllənin 146.2-ci maddəsinəəsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrindəərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Miras əmlak olaraq həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq 18 may 1989-cu il tarixli, № 1H-29 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə olmaqla İddiaçı və digər 1/2 hissədə isə qardaşı X15 hüquqları tanınmış və sonradan isə hər ikisinin adından notarial təsdiqlənmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Mərhum anasının 1/2 hissədə pay hüquqları dövlət reyestrində qeydə alınmadığı səbəbdən hazırki ərizəsində barəsində qeyd olunan miras paya dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması mümkünsüzdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququsubyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinəəsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, hazırki ərizədə qeyd olunanlar nəzərə alınmaqla sözü gedən əmlakın 1/2 hissəsi üzərində mərhum şəxsin adına müvafiq qeydiyyatın aparılması, habelə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi prosedurundan qanunamüvafiq olaraq imtina edilir. - xx.xx.2017-ci il tarixli vəsiyyətnamənin surətinə əsasən, X1 Nahidə Oqtay qızına ölən günədək ona məxsus olan-harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etmişdir. - İşdə olan Astara Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X4 ölümündən sonra Astara rayon notariat ofisinə ərizə verməklə mərhumun adından xx.xx.2017-ci il tarixdə 171 nömrəli vərəsəlik işi açılmışdır. - İşdə olan Astara Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 60 saylı məktubuna əsasən, xx.xx-2017-ci il tarixdə vəfat etmiş X5 adına xx.xx.2017-ci il tarixdə 171 qeydiyyat nömrəsi ilə qeyd olunmuş vərəsəlik işı açılmış və mərhumun vərəsələri olan İddiaçı və X23 notariat ofisinə ərizə verməklə miras əmlakı qəbul etmişlər. Lakin hal- hazırki tarixədək hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiklərindən vərəsələrə vəsiyyət və ya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə Axundova Səidə Əli qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqaviləyə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinin ½ hissəsini və X25 şəhəri, Mehdi Hüseyn küçəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evini ½ hissədə Axundova Səidə Əli qızına hədiyyə etmişlər. Məhkəməyə həmçinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinə dair texniki pasport və plan sxem sənədlər təqdim edilmişdir. - İşdə olan AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-7194/11 saylı məktubla Astara Rayon Dövlət Notariat Ofisində xx.xx.1989-cu il tarixdə 1-H-29 reyestr nömrəsi ilə təsdiq edilmiş notariat işinin kserosurəti göndərilmişdir. xx.xx.1989-cu il tarixdə 1-H-29 reyestr nömrəsi ilə təsdiq edilmiş Notariat işindən görünür ki, xx.xx.1989-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, xx.xx.1974-cü il tarixdə vəfat etmiş X14 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin varisləri nəvələri-X18 və X24 müəyyən edilmişdir. - İşdə olan AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-7195/11 saylı məktubla Astara Rayon Dövlət Notariat Ofisində xx.xx.1989-cu il tarixdə 10D-10 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə notariat işinin kserosurəti göndərilmişdir. xx.xx.1989-cu il tarixli, 10D-10 reyestr nömrəsi ilə təsdiq edilmiş Notariat işindən görünür ki, xx.xx.1989-cu il tarixli müqavilə ilə İddiaçı ünvan 6 ünvanında yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini X6 bağışlamışdır və X10 bəxşiş edilən yaşayış evini qızı N.Axundovadan bütövlükdə qəbul etmişdir. Göstərilən yaşayış evi İddiaçı Astara Rayon Dövlət Notariat kontorunun xx.xx.1989-cu il tarixli, 111/29 saylı vərəsəlik şəhadətnaməsi və Astara rayon Texniki İnventar Bürosunun xx.xx.1989-cu il tarixli, 28 saylı vəsiqəsi əsasında məxsusdur. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-5534/2023 saylı məktubu ilə 1989-cu il tarixli, 259 inventar nömrəli yaşayış evinin texniki pasportu və həmin texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. 1989-cu il tarixli, 259 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətinə əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X24 və X9 adına qeydə alınmış və plan-sxem və tikili və qurğuların təsviri barədə məlumatlar göstərilmişdir. 1989-cu il tarixli, 259 inventar nömrəli yaşayış evinin texniki pasportun tərtib edilməsinə əsas olmuş sənəd- X18 tərəfindən ünvan 6 ünvanında yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini X6 bağışlanan xx.xx.1989-cu il tarixli müqavilə olmuşdur. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə A literli fərdi yaşayış evi ½ hissəsi ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına, A literli fərdi yaşayış evi ½ hissə, A1 literli fərdi yaşayış evi tam ********** qeydiyyat nömrəsi ilə X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd olaraq xx.xx.1974-cü il tarixdə vəfat etmiş X14 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin varisləri nəvələri-X18 və X15 müəyyən edilməsi barədə xx.xx.1989-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnamənin təsdiq edilmiş surəti və plan-sxemlər təqdim edilmişdir. - İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 14 aprel 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-1338/21 saylı qərardadı qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-1338/21 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Axundova Səidə Əli qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması, müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-62/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-62/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Qərardadın əsaslandırıcı hissəsində göstərilmişdir ki, AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Astara Rayon Dövlət Notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1989-2008ci illərə aid daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə baxış keçirilərkən İddiaçı barəsində rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə yönəldilməklə inzibati məhkəməyə aid olduğu müəyyənləşir. İddiaçı vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-62/2019 saylı qətnaməsi ləğv edilməli, iddiaçıya cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə, idarənin yol verdiyi hərəkətin və ya hərəkətsizliyin nəticələrini aradan qaldırmaq tələbi ilə müraciət etməli olması, cavabdehin bu nəticələri aradan qaldırmayacağı halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı inzibati məhkəməyə müraciət etməli olması izah edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1974-cü il tarixdə vəfat etmiş mərhum baba X14 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmış və xx.xx.1989cu il tarixdə 1-H-29 reyestr nömrəsi ilə təsdiq edilmiş Notariat işi üzrə xx.xx.1989-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən, onun varisləri nəvələri-X18 və X24 müəyyən edilmişdir. Bundan sonra İddiaçı ünvan 6 ünvanında yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini X6 bağışlamışdır. X10 bəxşiş edilən yaşayış evini qızı N.Axundovadan bütövlükdə qəbul etmişdir və 1989-cu il tarixli, 259 inventar nömrəli yaşayış evinin texniki pasportu və həmin texniki pasportun tərtib edilmişdir. 1989-cu il tarixli, 259 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətinə əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X24 və X9 adına qeydə alınmış və plansxem və tikili və qurğuların təsviri barədə məlumatlar göstərilmişdir. X23 2016-cı il tarixdə mübahisəli yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarış tərtib edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə A literli fərdi yaşayış evi ½ hissəsi ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına, A literli fərdi yaşayış evi ½ hissə, A1 literli fərdi yaşayış evi tam ********** qeydiyyat nömrəsi ilə X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd olaraq xx.xx.1974-cü il tarixdə vəfat etmiş X14 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin varisləri nəvələri-X18 və X15 müəyyən edilməsi barədə xx.xx.1989-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnamənin təsdiq edilmiş surəti və plan-sxemlər təqdim edilmişdir. xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə ilə İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinin ½ hissəsini və X7 şəhəri, Mehdi Hüseyn küçəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evini ½ hissədə Axundova Səidə Əli qızına hədiyyə etmişlər. RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə Axundova Səidə Əli qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı daşınmaz əmlakın bağışlanması, müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi çəkişmələri nəticəsində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-1338/21 saylı qərardad qəbul edilmiş və qərardada əsasən, İddiaçı cavabdehlər Axundova Səidə Əli qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması, müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-62/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)- 62/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Qərardadın əsaslandırıcı hissəsində göstərilmişdir ki, AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Astara Rayon Dövlət Notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1989-2008-ci illərə aid daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə baxış keçirilərkən İddiaçı barəsində rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə yönəldilməklə inzibati məhkəməyə aid olduğu müəyyənləşir. İddiaçı vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-62/2019 saylı qətnaməsi ləğv edilməli, iddiaçıya cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə, idarənin yol verdiyi hərəkətin və ya hərəkətsizliyin nəticələrini aradan qaldırmaq tələbi ilə müraciət etməli olması, cavabdehin bu nəticələri aradan qaldırmayacağı halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı inzibati məhkəməyə müraciət etməli olması izah edilməlidir. Bundan sonra İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı ünvan 8 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi, habelə ona düşən həmin 1/2 hissə payın təkrarən mərhum anasının adına qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən imtina edilmişdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Buna görə mübahisəli fərdi yaşayış evi iddiaçı üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. Cavabdeh orqan tərəfindən imtina verilərək bildirilmişdir ki, Xidmət orqanı olaraq Ərazi İdarəsi tərəfindən yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən İddiaçı, habelə barəsində qeyd etdiyi şəxsin əvvəllər təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənədlər üzrə həmin əmlaklara dair tərəflərin adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasport verilmişdir. Araşdırma nəticəsində məlum oldu ki, mübahisələndirilən həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq 18 may 1989-cu il tarixli, № 1H-29 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında 1/2 hissədə olmaqla İddiaçı və digər 1/2 hissədə isə qardaşı X17 mərhum babası X14 miras qalmışdır. Belə ki, Xidmətin Milli Qeydiyyat Sistemində hərhansı bir əmlaka dair yaranmış hüquqların qeydiyyatı təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinin mərhum anasının adına keçməsi barədə arxiv statuslu sənədlərin sırasında hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Miras əmlak olaraq həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq 18 may 1989-cu il tarixli, № 1H-29 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə olmaqla İddiaçı və digər 1/2 hissədə isə qardaşı X15 hüquqları tanınmış və sonradan isə hər ikisinin adından notarial təsdiqlənmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Mərhum anasının 1/2 hissədə pay hüquqları dövlət reyestrində qeydə alınmadığı səbəbdən hazırki ərizəsində barəsində qeyd olunan miras paya dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması mümkünsüzdür. Odur ki, hazırki ərizədə qeyd olunanlar nəzərə alınmaqla sözü gedən əmlakın 1/2 hissəsi üzərində mərhum şəxsin adına müvafiq qeydiyyatın aparılması, habelə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi prosedurundan qanunamüvafiq olaraq imtina edilir. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən xx.xx.1974-cü il tarixdə vəfat etmiş X14 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin varisləri nəvələri-X18 və X15 müəyyən edilməsi barədə xx.xx.1989-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi hüquqmüəyyənedici sənəd olaraq qəbul edilərək və İddiaçı və X16 adına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evi mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra isə xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə ilə İddiaçı və X7 şəhəri, Mehdi Hüseyn küçəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 296.5 kv.m fərdi yaşayış evinin Axundova Səidə Əli qızına hədiyyə edilməsi barədə bağışlama müqaviləsi hüquqmüəyyənedici sənəd olaraq qəbul edilərək RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarış tərtib edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh orqan tərəfindən daşınmaz əmlakın bağışlanması barədə müqavilə ilə İddiaçı 1989-cu il tarixdə mərhum anasına bağışlamış olduğu və 1989-cu il tarixli, 259 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportla X9 adına qeydə alınmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini qanuna zidd olaraq İddiaçı adına xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışla qeydə alınmış və xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə ilə İddiaçı mübahisəli fərdi yaşayış evinin ½ hissəsini Axundova Səidə Əli qızına hədiyyə etmişdir. Bununla da cavabdeh orqan tərəfindən mərhum X3 ona xx.xx.1989-cu il tarixdə bağışlama müqaviləsi üzrə bağışlanmış ünvan 6 ünvanında yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsinə mülkiyyət hüquqları pozulmuş və 1989-cu il tarixli, 259 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X24 və X9 adına qeydə alınmış olsa da, cavabdeh orqan tərəfindən bu hüquqmüəyyənedici sənəd olaraq qəbul edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın iddiaçının mərhum anasının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas yoxdur, yəni cavabdeh inzibati orqanın Astara şəhəri, Mehdi Hüseyn küçəsi ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2016cı il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi, habelə ona düşən həmin 1/2 hissə payın mərhum anasının adına qeydiyyata alınmasını və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından imtinası əsassızdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 146.2-ci maddəsinəəsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin etməməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən fərdi yaşayış evi üzrə RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli çıxarışla İddiaçı hüququn qeydə alınması üçün hüquqi əsaslar müəyyən olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və yahüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın: 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış qismən (İddiaçı aid hissədə-A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə qeydə alınmış) ləğv ləğv edilməli, bununla bağlı reyestr bazasında qeydlərin aparılmalı və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) ölmüş X8 aid olması və bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış qismən (İddiaçı aid hissədə-A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə qeydə alınmış) ləğv ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) ölmüş Hüseynova Zinyyət (Zinyət) Rüstəm qızına aid olması, bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1754/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1754/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver