Məhkəmə qərarları › İş №2-1(120)-1755/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1755/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1755/2024 04.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı” adının və soyadının “Qarayev Babək” adına və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adın və soyadın dəyişdirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)–1755/2024 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçının Cavabdehnə qarşı “İddiaçı” adının və soyadının “Qarayev Babək” adına və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1981-ci ildə İmişli rayonu Qaradonlu kəndində anadan olmuşdur. xx.xx.2021 -ci ildə İmişli rayon Polis şöbəsi tərəfindən ona şəxsiyyət vəsiqəsi verilmişdir. Ona şəxsiyyət vəsiqəsi verilən vaxt soyadı Səmədli, adı Mərd ata adı Sahib kimi yazılmışdır. Hazırda o, öz soyadını, adını, ata adını dəyişdirib. Soyadı Qarayev, adı Babək ata adı Sahib oğlu daşımaq arzusundadır. Bu barədə o, Cavabdehnə müraciət etmiş, Lakin qeydiyyat şöbəsində onun soyadının adının və ata adının dəyişdirilməsindən imtina etmiş və bu barədə ona rəy verilmişdir. Ona görə də o bununla əlaqədar olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir ki, ərizəçinin soyadı və adı İmişli “ASAN xidmət” mərkəzində ƏN qeydiyyat şöbəsi tərəfindən 25 may 2021-ci il tarixdə 15 nömrəli aktla “Qarayev Babək”-dən “İddiaçı”-ə dəyişdirilmişdir İkinci dəfə adın, soyadın və ata adının dəyişdirilməsinə yalnız ailədə ümumi soyad götürmək səbəbi olarsa yol verilir. Bu səbəbdən ərizəçinin müraciətinə imtina edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası İmişli “Asan Xidməti” mərkəzində Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı **********5052021 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1981-ci ildə İmişli rayonu, Gövhərli kəndində doğulmuş vətəndaş X1 “Səmədli” soyadına, adı “Mərd” adına dəyişdirilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə anadan olmuşdur. İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatdadır. İş materialarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-18-xx-xx/2024 saylı məktubunda göstərilmişdir ki, haqqında sorğu olunan xx.xx.1981 -ci il təvəllüdlü İddiaçı, İmişli rayonu X9 Ərazi Dairəsinin, Gövhərli kəndində anadan olmuşdur, hal hazırda göstərilən ünvanda yaşayır. Gövhərli kənd tam orta məktəbində və İmişli 1№-li peşə məktəbində onu X2 tanımış və müraciət etmişlər. Onun anadan olduğu və hazırda qeydiyyat yeri üzrə yaşadığı Gövhərli kəndində müxtəlif yaş həddində olan sakinlərlə aparılmış sorğuda da onu X2 tanıdıqllarını bildirmişlər.İddiaçı hal hazırda İmişli rayonu Gövhərli kəndində qeydiyyatdadır, X9 Ərazi Dairəsi üzrə nümayəndəliyin 10 nömrəli təsərrüfatbaşına kitabının 27-ci səhifəsində 650 nömrəli şəxsi hesabında aşağıdakı ailə üzvləri ilə birlikdə qeyd olunmuşdur:

1. Həyat yoldaşı- xx.xx.1988-ci il təvəllüdlü X4,

2. Qızı. -xx.xx.2009-cu il təvəllüdlü X5,

3. Oğlu. -xx.xx.2010-cu il təvəllüdlü X7

4. Oğlu. -xx.xx.2014-cü il təvəllüdlü X8 İş materiallarında olan İmişli rayon Polis Şöbəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 83/2-16354 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası İmişli rayonunun Gövhərli kəndində anadan olmuş İddiaçı (xx.xx.2021-ci il tarixdə soyadını və adını İmişli-Asan xidmət mərkəzində Qarayev Babək-dən İddiaçı-ə dəyişdirilmişdir) Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinə əsasən şəxsiyyət vəsiqəsinin verilməsi üçün yığılan ilkin arxiv sənədlərinin saxlanma müddəti (beş il) bitdiyi üçün verimiş şəxsiyyət vəsiqələrinin ərizə anket məlumatları məhv edildiyi üçün verilməsi mümkün deyil. Lakin verilmiş şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının surəti göndərilir Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1981-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. Sonradan ərizə ilə Masallı Regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə “Qarayev Babək”dən “İddiaçı”ə dəyişdirmişdir və bu barədə Azərbaycan Respublikası Masallı Regional Asan Xidməti mərkəzində Qeydiyyat şöbəsinin AZ-İ№025451 nömrəli xx.xx.2021-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə tərtib edilmişdir. Sonradan iddiaçı Cavabdehnə müraciət edərək, ad və soyadının yenidən əvvəlki ad və soyadına dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, ad, soyadının növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Eyni zamanda, məhkəmə tərəfindən bildirilir ki, hazırkı iş üzrə adın, soyadın, əvvəlki ad, soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı Cavabdehnə qarşı “İddiaçı” adının və soyadının “Qarayev Babək” adına və soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar