Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-176/2024 21.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Masallı rayonun Kəlbəhüseynli kəndində 0.07 ha torpaq sahəsi var, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Həmin yaşayış evini tərtib edilmiş lahiyəyə uyğun həyata keçirmiş, dam örtüyünü də vurmuşdur. DƏDRX-dən fərdi yaşayış evim üzərində hüquqlarını qeydiyyata aldırmaq üçün müraciət etdiyindən, idarənin işçiləri əmlaka baxış keçirtdilər və müxtəlif bəhanələr gətirərək ona çıxarış verilməsindən imtina etdilər. DƏDRX-in Cəlilabad ərazi idarəsi imtinanı onunla əsaslandırmışdır ki, guya ev tam başa çatmamışdır, evin qapı pəncərələri xaricdən quraşdırılmış, 1-ci və 2-ci mərtəbədə qapılar quraşdırılmamış, döşəmə və tavan olmamasını, 2-ci mərtəbədə daxili hörgü işlə tam başa çatdırılmamışdır. Təqdim edilmiş eskiz lahiyədə sözü gedən əmlak fərdi ev kimi göstərilsə də, çöl ölçmə işləri aparılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlak naturada qeyri-yaşayış binası kimi inşa edilməmişdir. Odur ki, ona məxsus Masallı rayonun Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi üzrə hüquqlarının DƏDRX-in 8 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə, Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mühəndisinin ölçmə işləri aparan zamanı məlum oldu ki, layihə üzrə inşa edilən fərdi yaşayış evinin tikintisi başa çatmamışdır. Evin qapı və pəncərələri xaricdən quraşdırılmış, 1-ci və 2-ci mərtəbədə qapılar quraşdırılmamış, döşəmə və tavan yoxdur. 2ci mərtəbədə daxili hörgü işləri tam başa çatdırılmamışdır. Təqdim edilmiş eskiz layihədə sözü gedən əmlak fərdi ev kimi göstərilsə də, çöl ölçmə işləri aparılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlak naturada qeyri-yaşayış binası kimi inşa edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli qaytarılır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı adına **********31 reyestr nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli çıxarışa əsas olan sənədlər arasında RX seriyalı, ******* saylı B.Abbasovanın adına Masallı rayonu, Çaxırlı kəndində 31.3 kv.m fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə **********98-10301 reyestr nömrə ilə qeydə alınmışdır. İddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizədən görünür ki, o, ünvan 3ünvanında yerləşən, fərdi yaşayış evi öz iradəsi ilə söküb tam məhv etmişdir və bəyan edir ki, həmin əmlak üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ yüklü deyildir. Bu, **********98-10301 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla ona məxsusdur. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azzərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə uyğun olaraq göstərilən əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsini xahiş etmişdir. - 2017-ci il tarixdə İddiaçı adına Masallı rayonu, Çaxırlı kəndində 1-ci mərtəbəsi mövcud, 2-ci mərtəbəsində tikinti işləri davam edən fərdi yaşayış evi Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və Tikinti Şöbəsi tərəfindən razılaşdırılmışdır. - Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-33RA/2-153/2023 saylı məktubuna əsasən, İddiaçı hansı təsərrüfatda olmasını bilmək üçün, Masallı RDA-də mühafizə olunan, Masallı rayon İHB-nın Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 2010-cu ilə qədərki təsərrüfatbaşına kitabları araşdırıldı (təsərrüfatbaşına kitabların sonrakı dövrü Çaxırlı ərazi nümayəndəliyində saxlanılmaqdadır). Araşdırma zamanı, İddiaçı ayrıca təsərrüfatına rast gəlinmədi (təsərrüfatın başçısı X2 təsərrüfatında qeyd olunub). Masallı RDA-də mühafizə olunan, Masallı rayon İHB-nın 2011-2017-ci illər arası sərəncamları da araşdırıldı (2018-ci ildən bu günkü günə kimi olan sərəncamlar, Masallı rayon İcra hakimiyyətində saxlanılmaqdadır, sənədlər İH-də 5 il saxlanıldıqdan sonra dövlət arxivinə verilir), İddiaçı fərdi yaşayış evinə dair tikintiyə icazənin verilməsinə aid məlumata rast gəlinmədi. Bu səbəbdən də, sorğuda tələb olunan sərəncamın və ya istismara qəbul aktının və digər sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. 2018-ci ildən xx.xx.2020-ci ilə kimi (sorğuya əlavə edilmiş çıxarışın tarixi belə qeyd olunub) olan dövrdə İddiaçı fərdi yaşayış evinə dair tikintiyə icazənin verilib- verilməməsinə aid məlumatın əldə olunması Masallı rayon İcra hakimiyyətinin səlahiyyətindədir. Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə Masallı rayonİHB-nın Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus təsərrüfatbaşına kitabları. - Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-66/2-2278/2023 saylı məktubuna əsasən, İddiaçı məxsus fərdi yaşayış evinin Memarlıq-planlaşdırma bölməsi xx.xx.2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq imza və möhürlə təsdiq olunmuşdur. - X5 İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-10/2-1934/2023 saylı məktubuna əsasən, Masallı rayonu Kəlbəhüseynli kənd sakini İddiaçı məxsus yaşayış binasına baxış keçirilərək müəyyən edilmişdir ki; İddiaçı məxsus Masallı rayonunun Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi qaz xətlərinin mühafizə zonasına daxil deyil. İddiaçı məxsus Masallı rayonunun Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi ilə qaz xətlərinin yerləşdiyi yer arasında faktiki məsafə 5 m təşkil edir. Masallı rayonunun Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlak dövlət reyestrində qeydə alınması iddiaçının və digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətmir. . - Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi ilə "xxxx" ASC-yə məxsus su təchizatı və kanalizasiya xətlərinin arasındakı məsafə 200 metr olduğu üçün həmin fərdi yaşayış evi mühafizə zonasında yerləşmir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin “a” bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 13-13/2-1/16-10257/2023 saylı məktubuna əsasən, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşib-yerləşməməsinə dair məlumatın təqdim edilməsinə ilə bağlı 2-1(120)-448/2023 nömrəli məhkəmə işi üzrə müraciətə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan tikili "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən B.Abbasovanın adına olan Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evinin texniki pasportu təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1475/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8744 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixli 10/8744 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli 10/8744 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və AA № 610053 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin döngə nöqtə koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsi baxış zamanı təqdim olunan tikilidən (fərdi yaşayış evi) şimal istiqamətdə təqribən 950m aralıda yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda aparılmış tədqiqatla müəyyən edilmişdir ki, iddiaçıya məxsus baxış zamanı təqdim olunan kürsü mərtəbəsi, birinci və ikinci mərtəbələrdən ibarət tikili Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********98 reyestr nömrəli Çıxarışla Masallı rayonu, Çaxırlı kəndi ünvanında İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsinin xx.xx.2020- ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların hüdudları daxilində yerləşir. Faktiki vəziyyətdə tikili təmirsiz vəziyyətdə olduğundan və hər hansı formada istifadə edilmədiyindən (yaşayış və ya qeyri- yaşayış kimi) həmin tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********98 reyestr nömrəli Çıxarışın məlumatlarına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi yaşayış məntəqələri təyinaltı torpaq sahəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli çıxarış və xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin faktiki olaraq kürsü mərtəbəsi, birinci və ikinci mərtəbələrdən ibarət olmaqla mişar daşından inşa edildiyi, tikilinin mərtəbəarası örtük hissəsinin monalit dəmirbeton konstruksiyadan inşa edildiyi müəyyən edilmişdir. Sözügedən tikili təmirsiz vəziyyətdə olmaqla faktiki olaraq hər hansı formada istifadə edilmədiyi və həmin tikilinin ölçülərinin, mərtəbəliliyinin, tikililərin planlı yerləşməsi və digər texniki parametrlərinin iş materiallarında olan Masallı rayonunun baş memarı tərəfindən təsdiq edilmiş (razılaşdırılmış) 2017-ci il tarixli Memarlıq-Planlaşdırma bölməsinə uyğun olduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin planlı yerləşməsini, digər tikililərdən təcrid şəkildə ayrı olmasını, ayrıca giriş- çıxışının mövcud olmasını nəzərə alaraq, həmin tikilinin digər şəxslərin mülkiyyətindən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı Abasova X3 rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Beləliklə, işin araşdırılmış hallarından görünür ki, Masallı rayonu, Çaxırlı kəndi ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı öz iradəsi ilə söküb tam məhv etmişdir həmin əmlak üzərində çıxarışla ona verilmiş mülkiyyət hüququnu öz xahişi ilə ləğv etdirmişdir. Yenidən 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir, məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,07 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli, **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların hüdudları daxilində yerləşir. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin faktiki olaraq kürsü mərtəbəsi, birinci və ikinci mərtəbələrdən ibarət olmaqla mişar daşından inşa edildiyi, tikilinin mərtəbəarası örtük hissəsinin monalit dəmir-beton konstruksiyadan inşa edildiyi müəyyən edilmişdir. Sözügedən tikili təmirsiz vəziyyətdə olmaqla faktiki olaraq hər hansı formada istifadə edilmədiyi və həmin tikilinin ölçülərinin, mərtəbəliliyinin, tikililərin planlı yerləşməsi və digər texniki parametrlərinin iş materiallarında olan Masallı rayonunun baş memarı tərəfindən təsdiq edilmiş (razılaşdırılmış) 2017-ci il tarixli Memarlıq-Planlaşdırma bölməsinə uyğundur. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində inşa edilən tikilinin planlı yerləşməsini, digər tikililərdən təcrid şəkildə ayrı olmasını, ayrıca giriş- çıxışının mövcud olmasını nəzərə alaraq, həmin tikilinin digər şəxslərin mülkiyyətindən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, daxil olmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir, "xxxx" ASC-yə məxsus su təchizatı və kanalizasiya xətlərinin arasındakı məsafə 200 metr olduğu üçün həmin fərdi yaşayış evi mühafizə zonasında yerləşmir, fərdi yaşayış evi qaz xətlərinin mühafizə zonasına daxil deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtina əsasları: Masallı rayon şöbəsinin mühəndisinin ölçmə işləri aparan zamanı məlum oldu ki, layihə üzrə inşa edilən fərdi yaşayış evinin tikintisi başa çatmamışdır. Evin qapı və pəncərələri xaricdən quraşdırılmış, 1-ci və 2-ci mərtəbədə qapılar quraşdırılmamış, döşəmə və tavan yoxdur. 2-ci mərtəbədə daxili hörgü işləri tam başa çatdırılmamışdır. Təqdim edilmiş eskiz layihədə sözü gedən əmlak fərdi ev kimi göstərilsə də, çöl ölçmə işləri aparılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlak naturada qeyri-yaşayış binası kimi inşa edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin mövqeyi ilə razılaşmır. Belə olan halda Məhkəmənin qənaətinə görə Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi üzərində (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən fərdi yaşayış evi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARAALDİ: İddiaçı iddiası təmin edilsin. Masallı rayonu, Kəlbəhüseynli kəndində yerləşən fərdi yaşayış evi üzərində (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-176/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-176/2024
21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver