Məhkəmə qərarları › İş №2-1(120)-1765/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1765/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1765/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarlarının ləğv edilməsi və ona Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtina cavabının qanunsuz hesab edilməsi və ona xx.xx.2021-ci il tarixdən etibarən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı və 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı qərarlarının ləğv edilməsi və ona Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarlarının ləğv edilməsi və ona Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Məlum edir ki, o, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət apardığı dövrdə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Silahlı Qüvvələrin Baş X1 bölməsində “insulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, subkompensasiya mərhələsində. Öd daşı xəstəliyi, Xroniki kolkulyoz xolesistit, tam remissiya mərhələsində. Konyuktivit. Vegetativ damar distoniyası” diaqnozu ilə müalicə olunmuşdur. Sonra yenə də həmin hospitalın həmin bölməsində xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “insulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, dekompensasiya mərhələsində. Vegetativ damar distoniyası. Öd kisənin polilozu, funksiyanın pozulmaması ilə, Burun tənəffusünü pozmayan burun arakəsməsinin əyriliyi, Quru göz. Diabetik nevropatiya İ mərhələ” diaqnozu ilə müalicə olunmuşdur. Bütün bu xəstəliklərə görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profılli hospital hərbihəkim komissiyası tərəfındən 13 oktyabr 2015-ci il tarixdə şəhadətləndirilmişdir. Ştatlı hərbi-həkim komissiyası tərəfındən müayinə olunmuş, müayinə zamanı ona “insulin tələbli şəkərli diabet tip-İİ, ağır dərəcə, subkompensə mərhələsində. Diabetik nefropatiya, İ (birinci) mərhələ, Vegetativ damar distoniyası. Öd kisənin polipozu, funksiyanın pozulmaması ilə” diaqnozu qoyularaq həmin xəstəliklərin hərbi xidmət dövründə aldığı qərara alınmışdır və bu barədə xəstəlik haqqında 1706 nömrəli xx.xx.2015-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra o, xx.xx.2015-ci il tarixli 086 əç nömrəli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin b bəndinə (xəstəliyə görə) əsasən silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. Ehtiyyata buraxıldıqdan sonra o, xəstəliklə bağlı sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim etmiş və ona ikinci qrup əlillik qrupu təyin edilmiş, səbəb də hərbi xidmət dövrü ilə əlaqədar əlillik kimi qeyd edilmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixdən İİ qrup əlil kimi ona təqaüd təyin edilmişdir. Həmin tarixdə, yəni xx.xx.2016-cı il tarixdə o, müayinə olunduqdan sonra ona təqaüd təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Bundan sonra o, mütəmadi olaraq müalicə almışdır. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “şəkərli diabet tip-İİ, ağır forma, kəskin subkompensə mərhələsində” diaqnozu ilə stasionarda müalicə almışdır. Sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində olmuş və ona “şəkərli diabet tip-İİ, ağır fırma insulin tələbi, Heportaniya xəstəliyi İİ B mərhələ, Diabetik neftopatiya XBC İİ dərəcə” diaqnozu qoyulmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yenə də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “şəkərli diabet tip-İİ, ağır forma, kəskin dekompensə mərhələsində” diaqnozu ilə stasionarda müalicə almışdır. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə növbəti müayinə tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş və ona “şəkərli diabet tip-İİ, ağır forma, insulin tələbli” diaqnozu qoyulmuşdur. Sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində olmuş və ona “şəkərli diabet tip-İİ, ağır forma insulin tələbli, dekompensə mərhələsi, Diabetik nefropatiya XBC İİ dərəcə” diaqnozu ilə yanaşı diaqnoz kimi “ÜİX-yi gərginlik stenokardiyası İİ faza. Heportaniya xəstəliyi İİ mərhələ. Mürəkkəb miopik asteqmatezi VİSON=0,5” qoyulmuşdur. Bütün bunlardan sonra ona TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsi verilmiş və müayinə tarixi də xx.xx.2021-ci il qeyd olunmuş və ona əsas diaqnoz kimi “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla” qeyd edilmişdir. Axırda isə barəsində Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfındən Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki uroloji xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ambulator müayinə olunmuş və komissiya tərəfındən ona “Sağ böyrəyin hidronefrozu və kasacıq daşları. Şəkərli diabet İİ tip. Diabetik nefropatiya” diaqnozu qoyulmuşdur. Onda bütün bu xəstəliklərin olmasına baxmayaraq ona təyin olunmuş əlillik əsassız olaraq ləğv edilmiş və ona təqaüdün verilməsi dayandırılmışdır. Baxmayaraq ki, o, hələ də xəstədir və mütəmadi olaraq müalicəsini davam etdirir. Ona görə də o, Tibbi Sosial Ekspert Komissiyasının müayinəsinin nəticəsi ilə razı deyil. Çünki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda ona “E10.7 İnsulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli, dekompensasiya mərhələsi. Ağırlaşma H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə) VİS OU=0.5 OU-diabetik angiopatiya. Ağırlaşma 108.3 Mitral, aortal və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, Diabetik neyropatiya. Ağırlaşma G63.2 Diabetik polinevropatiya (ElO-14 ümumi dördüncü. 4 işarə ilə), Diabetik polineyropatiya. Yanaşı xəstəliklər 115.0 Revovaskulyar hipertenziya, İİ arteriyal hipertenziya. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, ÜİX-yi Gərginlik İİ f/s (üç) Yanaşı xəstəliklər H52.2 Astiqmatizm. Mürəkkəb miopik astiqmatizm. Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, Hipertoniya x-yi İİ m yüksək əlavə risk. Yanaşı xəstəliklər N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xr B.C, İİ d.” diaqnozu qoyulmuşdur. Bütün qeyd etdiklərinə əsasən hesab edir ki, onun əlilliyi əsassız yerə ləğv edilmişdir. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli.;. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etınəməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Lənkəran şəhər sakini xx.xx.1987-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANV9 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015ci il tarixli 1706 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İnsulin tələbli şəkərli diabet tip-İİ, ağır dərəcə, subkompensə mərhələsində. Diabetik nefropatiya, İ (birinci) mərhələ. Vegetativ-damar distoniyası. Öd kisəsinin polipozu, funksiyanın pozulmaması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Burun tənəffüsünü pozmayan burun arakəsməsinin əvriliyi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, böyrəklərdə ağrıdan şikayətlənmişdir. Anamnestik məlumatlarında şəkərli diabet xəstəliyində əziyyət çəkdiyini bildirmiş, medikamentoz preparatlardan “İnsulin”, “İnsultant”-dan istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı aşağı ətraflarda ödem, trofiki pozuntular, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hər iki topuq və ayaqarxası nahiyələrində nəbz qeydə alınmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaş qanda kreatinin miqdarının yoxlanılmasından imtina etmişdir. Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-120)- 517/2023 nömrəli Qərarında “İddianın qismən təmin edilməsi. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azorbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçı X3 əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri arasdırılmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun” kimi qeyd olunmuşdur. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki uroloji mərkəzin xx.xx.2022-ci il tarixli Səhhətin müayinə aktında diaqnoz “Sag böyrəyin hidronefrozu və kasacıq dasları. Səkərli diabet İİ tip. Diabetik nefropativa. Kreatinin 92” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixdə Transtorakal Exokardioqrafiya müayinə olunmuş və nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistoladiastola ölçüləri böyüməvib, diastolik funksiya relaksativ tipdə pozulmayıb, seqmentar divar hərəkəti qüsuru qeyd olunmur, sistolik funksiya azalmayıb LVEF- 60 %. Aortal və mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Porikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=105)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “Vis OU- 0.05 k/i 0.2. OU QPDR-? isemik makulopatiya. Xəstənin ixtisaslasmış tibb müəsissəsində müayinə və müalicə olunmağı məsləhətdir” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmisdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspeıtiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabllitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına, o cümlədən işdə olan tibbi sənədlərə əsasən xx xxxxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xidmət apardığı dövrdə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Silahlı Qüvvələrin Baş X1 bölməsində “insulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, subkompensasiya mərhələsində. Öd daşı xəstəliyi, Xroniki kolkulyoz xolesistit, tam remissiya mərhələsində. Konyuktivit. Vegetativ damar distoniyası” diaqnozu ilə müalicə olunmuş, sonra həmin hospitalda xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “insulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, dekompensasiya mərhələsində. Vegetativ damar distoniyası. Öd kisənin polilozu, funksiyanın pozulmaması ilə, Burun tənəffusünü pozmayan burun arakəsməsinin əyriliyi, Quru göz. Diabetik nevropatiya İ mərhələ” diaqnozu ilə müalicə olunmuş, qeyd olunan xəstəliklərə görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profılli hospital hərbi-həkim komissiyası tərəfındən 13 oktyabr 2015-ci il tarixdə şəhadətləndirilmişdir. İddiaçı əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİİ Sinif – Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46-H48 – Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H46 – Görmə sinirinin nevriti; Diaqnozun mətni: OU zəif dərəcəli hipermetropiya VİSOD=0,1k/etmir, VİSOS=0,1k/etmir; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi : Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; X2: Vİİ Sinif – Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 – Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 – Reefrak...; Diaqnozun mətni: OU zəif dərəcəli hipermetropiya VİSOD=0,1k/etmir, VİSOS=0,1k/etmir; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə ona daha bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, orta ağır forma. Diabetik angiopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionallergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə təkrar baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, orta ağır forma. Diabetik angiopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə ona beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli, dekompensasiya mərhələsi. Ağırlaşma H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), VİS OU=0,5 OU-diabetik angiopatiya. Ağırlaşma 108.3 Mitral, aortal və üçtaylı qapaqların eyni zamanda zədələnmələri. Diabetik neyropatiya. Ağırlaşma G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4işarəsi ilə), Diabetik polineyropatiya. Yanaşı xəstəliklər İ15.0 Renovaskulyar hipertenziya, İİ arteryal hipertenziya. Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX-yi Gərginlik İİİ f/s (üç). Yanaşı xəstəliklər H52.2 Astiqmatizm. Mürəkkəb miopik astiqmatizm. Yanaşı xəstəliklər İ10 Essensial (birincili) hipertenziya, Hipertoniya x-yi İİ m.yüksək əlavə risk. Yanaşı xəstəliklər N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xr.B.C, İİ d. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlillik təyinatından imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => E10 – İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma. İnsulinə tələbli; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlillik təyinatından 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 nömrəli qərarla imtina verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı iş materiallarında olan İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7232/2024 saylı məktubuna və məktuba əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 nömrəli qərarına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANV9 nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarlarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3- 17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı iddiaçıya əlilliyin təyinatından imtinalarını əsassız hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı ona xx.xx.2015-ci ildən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 6 il ərzində “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma. İnsulinə tələbli” diaqnozu ilə ikinci dərəcə əlillik təyin olunmuş, heç bir müsbət dəyişiklik olmadan həmin diaqnoz üzrə xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından əsaslandırılmamış, formal olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Halbuki, İddiaçı xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11-ci “Endokrin sistemin xəstəlikləri və maddələr mübadiləsinin pozuntuları” bölməsinin 11.2-ci “Şəkərli diabbet” bəndinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarlarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Əksinə, işdə olan İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2015-xx.xx.2021-ci illərdə ambulator və stasionar müalicə aldığı müəssisələrin (Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) məlumatındakı klinik diaqnoz mətni qrafasında iddiaçının diaqnozu dəyişməz olaraq “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” kimi qeyd edilir. Həmçinin, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma. İnsulinə tələbli” diaqnozu qoyulmuş xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı Əsədov X5 Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarlarının ləğv edilməsini və ona Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X7 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X7 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarlarının ləğv edilməsi və ona Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarları ləğv edilsin və İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar