Məhkəmə qərarları › İş №2-1(120)-1769/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1769/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1769/2024 08.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, vergi borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 08 aprel 2024-cü il tarixdə, saat 12:15də məhkəməyə dəvət olunmuşlar. Tərəflər məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə müəyyən etdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin hazırki iddia tələbi üzrə iddiaçının tələbi qeyrimüəyyəndir. Belə ki, iddia ərizəsinin məzmunundan ərizəçinin nə istədiyini müəyyən etmək mümkün olmur. Məhkəmə qeyd edir olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı;iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;iddiaçının (ərizəçinin) tələbi, iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri;əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilməlidir. Hazırki iş üzrə İddiaçı iddia tələbi qeyri-müəyyən olduğundan Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(120)-1769/2024 saylı məktubu ilə ona hüquqi yardım göstərilərək, onun barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarını mübahisələndirmək hüququ izah edilmiş, iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırması və iddia tələbini dəqiqləşdirməsi tövsiyə edilmişdir. Lakin İddiaçı hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Belə ki, məhkəmənin qənaətinə görə həmin qərarın qəbul edilməsinə əsas olan inzibati aktla iddiaçının subyektiv hüququnun pozulma ehtimalı vardır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatında həmin inzibati akt mübahisə predmeti olmalıdır. Əgər xəbərdarlıq məktubunda göstərilən məbləğ barədə hər hansı inzibati akt qəbul edilmişsə, həmin inzibati aktı məhkəmədə mübahisələndirmək hüququ var, borc məbləğinə əsas olan hər hansı inzibati akt cavabdeh tərəfindən qəbul edilməmişdirsə, o zaman iddiaçının “hesablanmış borcun silinməsi” tələbi ilə cavabdeh inzibati orqana müraciət etmək hüququ vardır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə isə cavabdehin faktiki xarakterli hərəkətləri məhkəmədə mübahisələndirilə bilər. Hazırda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı barəsində cavabdeh orqan tərəfindən xx.xx.2023-cü tarixli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırmasıilə bağlı məhkəmənin hüquqi yardım göstərməsinə baxmayaraq, İddiaçı iddia tələbində dəqiqləşdirmə aparmayaraq iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırmamışdır. Tələb aydın olmadığından və həmin tələbə inzibati qaydada baxılması yol verilən olmadığından, həmin tələb əsasında işə mahiyyəti üzrə baxıb, yekun məhkəmə aktının çıxarılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ərizəsi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar