Məhkəmə qərarları › İş №2-1(120)-1772/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1772/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1772/2024 12.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamının ləğv edilməsi və bağlanmış 01 sentyabr 2008-ci il tarixli, 56 saylı X2 (Çöl Pirili yeri adlanan 130 hektar) uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamının ləğv edilməsi və bağlanmış 01 sentyabr 2008-ci il tarixli, 56 saylı X2 (Çöl Pirili yeri adlanan 130 hektar) uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2-1(120)-4656/2023 nömrəli və 23 yanvar 2024-cü il tarixli, 2-1(120)-1772/2024 nömrəli məktublarla İddiaçı hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək mal-qaranı otarmaq üçün Dövlət torpaq fondundan qış otlaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Bununla bağlı rayon İcra Hakimiyyəti tərəfindən Komissiya yaradılmış və komissiya araşdırma aparıldıqdan sonra ehtiyacları nəzərə alınmış və Cavabdeh Başçısının 19 avqust 2008-ci il tarixli, 154 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Kürdəmir rayonunun inzibati ərazisindəki 35h saylı «Çöl Pirili yeri» adlanan qış otlaq sahəsindən 130 (bir yüz otuz) hektar torpaq sahəsi uzunmüddətli istifadəsinə (icarəsınə) verilmişdir. Torpağın icarəyə verilməsi ilə bağlı İcra Hakimiyyəti ilə arasında 01 sentyabr 2008-ci il tarixli, 56 saylı X3 bağlanmışdır. Həmin torpaq sahəsi onun icarəsinə verilməsinə və adına rəsmiləşdirilməsinə baxmayaraq Pirili kəndində 36 ailə həmin torpaqdan istifadə etməli idi. Ona görə ki, 36 ailənin mal-qarası üçün örüş yeri yox idi və hazırdada yoxdur. 36 ailə həmin torpaq sahəsindən istifadə edirdi, sonradan ona Pirili kənd camahatının malqarasını otarmaq üçün otlaq sahəsi olmadığına görə mal qaranın otarılması üçün əlavə «Muradxan-Pirili massivi» adlanan yerdən 130 hektar torpaq sahəsi verilmişdir. Digər kənd sakinləri həmin torpaq sahəsindən istifadə edirdilər. 2017-ci ildə ona Cavabdehnə dəvət edərək sonradan «Muradxan-Pirili massivi» adlanan yerdən verilmiş 130 hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin təyinatlı torpaqlar kateqoriyasına cəlb edildiyi üçün həmin torpaqdan könüllü imtina etməyini xahiş etdilər. O da ərizə yazaraq sonradan «Muradxan-Pirili massivi» adlanan yerdən verilmiş 130 hektar qış otlaq sahəsindən imtina etmişdir. Lakin Kürdəmir rayonunun inzibati ərazisindəki 35h saylı «Çöl Pirili yeri» adlanan qış otlaq sahəsindən verilmiş 130 (bir yüz otuz) hektar torpaq sahəsi onun istifadəsındə qalmışdır. Həmin torpaq sahəsinin təyinatı dəyişdirilməyib və kənd camahatı həmin torpaq sahəsindən mal-qaranın otarılması üçün istifadə etmişdirlər. İcarəyə götürdüyü 35h saylı «Çöl Pirili yeri» adlanan qış otlaq sahəsindən icarəsinə verilmiş 130 (bir yüz otuz) hektar torpaq sahəsinin 01 sentyabr 2023-ci il tarixdə icarə müddəti başa çaldıqından müqaviləsinin bitməsinə bir müddət qalmış icarə müqaviləsi yenidən uzadılması ilə bağlı ərizə ilə Cavabdehnə müraciət etmiş, Cavabdeh 23 avqust 2023-cii il tarixli məktubu ilə icarə müqaviləsinin uzadılmasından imtina edilmişdir. Belə ki, həmin məktubdan görünür ki, guya könüllü olaraq 35h saylı «Çöl Pirili yeri» adlanan qış otlaq sahəsindən icarəyə götürdüyü 130 (bir yüz otuz) hektar torpaq sahəsindən öz ərizəsinə əsasən imtina etmişdir. Onun imtina ərizəsinə əsasən müqaviləsinə Cavabdeh başçısının 27 mart 2017ci il tarixli, 75 nömrəli sərəncamı ilə xitam verilmişdir. 35h saylı «Çöl Pirili yeri» adlanan qış otlaq sahəsindən icarəyə götürdüyü 130 (bir yüz otuz) hektar torpaq sahəsindən deyil, «Muradxan-Pirili massivi» adlanan yerdən verilmiş 130 hektar qış otlaq sahəsindən imtina etmişdir. Hüquqları Cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamının ləğv edilməsi və onunla bağlanmış 01 sentyabr 2008-ci il tarixli, 56 saylı X2 («Çöl Pirili yeri» adlanan 130 hektar) uzadılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 75 saylı sərəncamının ləğv edilməsini və onunla bağlanmış 01 sentyabr 2008-ci il tarixli, 56 saylı X2 («Çöl Pirili yeri» adlanan 130 hektar) uzadılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı rayon İcra Hakimiyyəti başçısının 19 avqust 2008-ci il tarixli 154 nömrəli Sərəncamı və həmin sərəncam əsasında onunla bağlanmış 01 sentyabr 2008-ci il tarixli icarə müqaviləsi əsasında rayonun inzibati ərazisində yerləşən 35h saylı “Çöl Pirili yeri” adlanan qış otlaq sahəsindən 130 hektar torpaq sahəsi örüş məqsədilə 15 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 190s nömrəli sərəncamı ilə ərazidə Aqropark yaradılması məqsədilə 4443.06 hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin təyinatlı torpaqlara keçirilmişdir. İddiaçı da icarəsində olmuş 130 hektar torpaq sahəsi də təyinatı dəyişdirilmiş 4443.06 hektar sahənin daxilində olmuşdur. İddiaçı rayon İcra Hakimiyyətinə 10 mart 2017-ci il tarixdə ərizə ilə müraciət edərək icarəsində olan 130 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsini və onunla bağlanmış (hazırda mübahisələndirdiyi) 01 sentyabr 2008-ci il tarixli 56 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. 27 mart 2017-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının 75 nömrəli Sərəncamı ilə İddiaçı icarəsində olan 130 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. Əvvəllər İddiaçı icarəsində olmuş 130 hektar torpaq sahəsi də daxil olmaqla həmin ərzidən 2000 (iki min) hektar torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmiş və hazırda həmin Aqropark tərəfindən təyinatı üzrə istifadə edilir. İddiaçı rayon icra Hakimiyyəti tərəfindən heç vaxt başqa ərazidən torpaq sahəsi verilməmişdir. Yuxaırda qeyd edildiyi kimi ona 01 sentyabr 2008-ci il tarixli 56 saylı torpaq icarə müqaviləsi ilə 130 hektar qış otlaq sahəsi icarəyə verilmiş və ərizəsinə əsasən icarə müqaviləsinə xitam verilmişdir. İcarə müqaviləsinə xitam verilməsindən 7 ilə yaxın müddət keçmiş və həmin müddət ərzində sərəncam mübahisələndirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, İddiaçı iddia tələbi əsassız olduğu üçün qəbul edilə bilməz və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı X5 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 154 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Kürdəmir rayonu Pirili kənd sakini İddiaçı müraciəti nəzərə alınaraq, istifadəsini (icarəsinə) rayonun inzibati ərazisindəki 35h saylı “Çöl Pirili yeri” adlanan qış otlaq sahəsindən 130 (bir yüz otuz) hektar yer verilmişdir. İşdə olan xx.xx.2008-ci il tarixli, 56 nömrəli X2 surətindən görünür ki, Cavabdeh başçısının Aqrar Məsələlər üzrə müavini X4 ilə Kürdəmir rayonu Pirili kənd sakini İddiaçı arasında Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 154 saylı sərəncamı əsasında 130 (bir yüz otuz) hektar örüş torpaq sahəsinə 15 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Kürdəmir rayonu Pirili kənd sakini İddiaçı Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 154 saylı sərəncamı və xx.xx.2008-ci il tarixli, 56 saylı icarə müqaviləsi ilə 1300000.01 kv.m örüş məqsədi üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 75 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ərizəsi nəzərə alınmış, İddiaçı 130 (bir yüz otuz) hektar qış otlaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 154 saylı sərəncamı ləğv edilmiş və həmin 130 (bir yüz otuz) hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İşdə olan Cavabdeh başçısının aparatının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 5- 56-3/2-S-39-037/2023 nömrəli məktubundan görünür ki, ona Cavabdeh başçısının 19 avqust 2008-ci il tarixli 154 nömrəli Sərəncamı və 1 sentyabr 2008-ci il tarixli 56 nömrəli icarə müqaviləsi əsasında 130 (yüz otuz) hektar qış otlaq sahəsi örüş məqsədilə icarəyə verilmişdir. Onun Cavabdeh başçısının 19 avqust 2008-cı il tarixli 154 nömrəli Sərəncamı və 1 sentyabr 2008-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə icarəyə verilmiş 130 (yüz otuz) hektar qış otlaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 190 s nömrəli Sərəncamı ilə rayonun “Muradxan-Pirili massivi” adlanan qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin təyinatlı torpaqlar kateqoriyasına cəlb edilmişdir və həmin torpaq sahəsindən könüllü olaraq imtina etdiyi üçün onunla bağlanılmış müqaviləyə Cavabdeh başçısının 27 mart 2017-ci il 75 nömrəli Sərəncamı ilə xitam verilmişdir. İşdə olan Cavabdeh başçısının aparatının məhkəməyə ünvanladı xx.xx.2023-cü il tarixli, 5- 56-3/2-1653/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonun Pirili kəndində qeydiyyatda olan İddiaçı Cavabdeh başçısının 19 avqust 2008-ci il tarixli sərəncamı və 01 sentyabr 2008- ci il tarixli 56 saylı icarəsi müqaviləsi əsasında rayonun “Çöl Pirili yeri” adlanan ərazidən 130 hektar qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququna torpaq icarəçisi İddiaçı könüllü imtina ərizəsi əsasında rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamı ilə xitam verilmişdir. Həmin torpaq sahəsinin də daxil olduğu ərazidən 4443.06 hektar torpaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən dəyişdirilərək əkin təyinatlı torpaqlar kateqoriyasına keçirilmiş və "xxxx" MMC-yə icarəyə verilmişdir. 2017-ci ildən həmin torpaq sahəsi "xxxx" MMC-nin icarəsindədir. İddiaçı 2023-cü ildə əvvəllər icarəsində olmuş həmin torpaq sahəsi üzərində icarə müqaviləsinin müddətinin yenidən uzadılması barədə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və yuxarıda qeyd edilən əsaslarla müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə vətəndaşa rəsmi cavab verilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru N.M.Nərimanovun Cavabdeh başçısının Pirili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Varis Məlikova ünvanladığı 02 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən "xxxx" MMC-nin 2000 (iki min) ha kənd təsərrüfatı əkin təyinatlı torpaq sahəsi vardır. Məktubunda göstərdiyi Kürdəmir rayonu Pirili kənd sakini İddiaçı ayrılmış 130 (bir yüz otuz) ha torpaq sahəsi "xxxx" MMC-nin tərkibində deyildir və həmin torpaq sahəsinə onların heç bir iddiası yoxdur. İşdə olan Cavabdeh başçısının aparatının məhkəməyə ünvanladı xx.xx.2024-cü il tarixli, 5- 56-3/2-610/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonun Pirili kəndində qeydiyyatda olan İddiaçı Cavabdeh başçısının 19 avqust 2008-ci il tarixli sərəncamı və 01 sentyabr 2008-ci il tarixli 56 saylı icarəsi müqaviləsi əsasında rayonun “Çöl Pirili yeri” adlanan ərazidən 130 hektar qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququna torpaq icarəçisi İddiaçı 10 mart 2017-ci il tarixli könüllü imtina ərizəsi əsasında rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamı ilə xitam verilmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladı xx.xx.2024-cü il tarixli, 5-56/2-646/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonun Pirili kəndində qeydiyyatda olan İddiaçı Cavabdeh başçısının 19 avqust 2008-ci il tarixli sərəncamı və 01 sentyabr 2008-ci il tarixli 56 saylı icarəsi müqaviləsi əsasında rayonun “Çöl Pirili yeri” adlanan ərazidən 130 hektar qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququna torpaq icarəçisi İddiaçı 10 mart 2017-ci il tarixli könüllü imtina ərizəsi əsasında ( ərizənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamı ilə xitam verilmişdir. Həmin torpaq sahəsinin də daxil olduğu ərazidən 4443.06 hektar torpaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən dəyişdirilərək əkin təyinatlı torpaqlar kateqoriyasına keçirilmiş və 2000 hektarı "xxxx" MMCyə icarəyə verilmişdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, "xxxx" MMC-nin nümayəndəsinin Pirili kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Varis Məlikova ünvanladığı məktubda İddiaçı ayrılmış 130 hektar torpaq sahəsinin "xxxx" MMC- nin icarəsinə verilmiş torpaq sahəsinin tərkibində olmadığı ilə bağlı məlumat doğru deyildir. "xxxx" MMC-nin icarəsinə verilmiş 2000 hektar torpaq sahəsi təyinatı dəyişdirilən vaxtadək, yəni 2017-ci ilin mart ayına kimi müxtəlif torpaq icarəçilərin icarələrində olmuşdur. Nazirlər Kabinetinin məlum qərarı ilə əkin təyinatlı torpaqlar kateqoriyasına keçirildikdən sonra "xxxx" MMC-yə icarəyə verilmişdir. "xxxx" MMC-nin rəhbərinin şirkətə verilmiş 2000 hektar torpaq sahəsində əvvəllər hansı icarəçinin torpağının yerləşməsini və həmin torpaq sahələrinin koordinatlarının müəyyən etmək səlahiyyəti və texniki imkanı mövcud deyildir. Odur ki, "xxxx" MMC-nin rəhbərinin həmin mübahisə üzrə verdiyi məktub sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh başçısının 19 avqust 2008-ci il tarixli 154 nömrəli Sərəncamı və 1 sentyabr 2008-ci il tarixli 56 nömrəli icarə müqaviləsi əsasında 130 (yüz otuz) hektar qış otlaq sahəsi örüş məqsədilə icarəyə verilmişdir. Cavabdeh başçısının 19 avqust 2008-cı il tarixli 154 nömrəli Sərəncamı və 1 sentyabr 2008-ci il tarixli icarə müqaviləsi əsasında 15 il müddətinə icarəyə verilmiş 130 (yüz otuz) hektar qış otlaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 190 s nömrəli Sərəncamı ilə rayonun “Muradxan-Pirili massivi” adlanan qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin təyinatlı torpaqlar kateqoriyasına cəlb edilmişdir və həmin torpaq sahəsindən könüllü olaraq imtina etdiyi üçün onunla bağlanılmış müqaviləyə Cavabdeh başçısının 27 mart 2017-ci il 75 nömrəli Sərəncamı ilə xitam verilmişdir. Kürdəmir rayonun Pirili kəndində qeydiyyatda olan İddiaçı Cavabdeh başçısının 19 avqust 2008-ci il tarixli sərəncamı və 01 sentyabr 2008- ci il tarixli 56 saylı icarəsi müqaviləsi əsasında rayonun “Çöl Pirili yeri” adlanan ərazidən 130 hektar qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququna torpaq icarəçisi İddiaçı könüllü imtina ərizəsi əsasında rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamı ilə xitam verilmişdir. Həmin torpaq sahəsinin də daxil olduğu ərazidən 4443.06 hektar torpaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən dəyişdirilərək əkin təyinatlı torpaqlar kateqoriyasına keçirilmiş və "xxxx" MMC-yə icarəyə verilmişdir. 2017-ci ildən həmin torpaq sahəsi "xxxx" MMC-nin icarəsindədir. İddiaçı 2023-cü ildə əvvəllər icarəsində olmuş həmin torpaq sahəsi üzərində icarə müqaviləsinin müddətinin yenidən uzadılması barədə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və yuxarıda qeyd edilən əsaslarla müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə vətəndaşa rəsmi cavab verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktını (sərəncamını) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilmə kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəyə baxış keçirilən zaman Cavabdeh başçısının 19 avqust 2008-ci il tarixli sərəncamı və 01 sentyabr 2008-ci il tarixli 56 saylı icarəsi müqaviləsi ilə ona verilən 130 ha torpaq sahəsindən imtina etdiyi və həmin torpaq sahəsi ilə bağlı icarə hüququna xitam verilməsini xahiş etdiyi müəyyən edilir. Hər nə qədər iddiaçı onun imtina etdiyi torpaq sahəsinin həmin torpaq sahəsi olmadığını bildirsə də, ərizəsində müvafiq icra hakimiyyətinin sərəncamının, icarə müaviləsinin və torpaq sahəsinin ölçülərini dəqiqliklə göstərmişdir. Həmçinin iddiaçı tərəfindən qeyd etdiklərini təsdiq edən hər hansı bir sübut (dəlil) məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddiaçının könüllü imtinasını nəzərə alaraq hal-hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmadığı qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamının ləğv edilməsi və bağlanmış 01 sentyabr 2008ci il tarixli, 56 saylı X2 (Çöl Pirili yeri adlanan 130 hektar) uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbində subyektiv hüquqlarının pozulması ilə yanaşı həmçinin iddia müddətinə riayət etmədən yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki,qeyd edilənlərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Kürdəmir rayonun Pirili kəndində qeydiyyatda olan İddiaçı Cavabdeh başçısının 19 avqust 2008-ci il tarixli sərəncamı və 01 sentyabr 2008- ci il tarixli 56 saylı icarəsi müqaviləsi əsasında rayonun “Çöl Pirili yeri” adlanan ərazidən 130 hektar qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququna torpaq icarəçisi İddiaçı könüllü imtina ərizəsi əsasında rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamı ilə xitam verilmişdir. Həmin torpaq sahəsinin də daxil olduğu ərazidən 4443.06 hektar torpaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən dəyişdirilərək əkin təyinatlı torpaqlar kateqoriyasına keçirilmiş və "xxxx" MMC-yə icarəyə verilmişdir. 2017-ci ildən həmin torpaq sahəsi "xxxx" MMC-nin icarəsindədir. İddiaçı 2023-cü ildə əvvəllər icarəsində olmuş həmin torpaq sahəsi üzərində icarə müqaviləsinin müddətinin yenidən uzadılması barədə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və yuxarıda qeyd edilən əsaslarla müraciətinin təmin edilməsinin mümkün olmadığı barədə vətəndaşa rəsmi cavab verilmişdir. Həmçinin iddiaçı ərizə yazdığı zaman artıq həmin ərizəsinə əsasən torpaaq sahəsi ilə bağlı sərəncam və icarə müqaviləsinin ləğv ediləcəyini bilirdi ki, sonradan razı olmadığı təqdirdə iradə ifadəsini nümayiş etdirərək müraciət edib ərizəsinin ləğv edilməsini xahiş edə bilərdi. Lakin iddiaçı tərəfindən belə bir müraciət (ərizə, şikayət) uzun müddət ərzində inzibati orqana təqdim edilməmişdir. Qeyd edilən sərəncamdan uzun müddət keçdikdən sonra, yəni 6 ildən çox müddət keçdikdən sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə (poçta daxil olma tarixi) məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərlə bağlı iddiaçı tərəfdən məhkəməyə üzrlü səbəbdən müddətin buraxılması ilə bağlı sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İddiaçının tələbinin ikinci hissəsi bağlanmış 01 sentyabr 2008-ci il tarixli, 56 saylı X2 müddətinin uzadılması ilə bağlı olmuşdur .Məhkəmə həmin hissəyə də münasibət bildirərək qeyd edir ki, icarə müqaviləsinin müddətinin uzadılması iddiaçının birinci tələbindən asılı olan haldı. Mübahisə predmeti olan Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamı qüvvədə olduğu təqdirdə tələbin ikinci hissəsinə ayrılıqda qiymət verilməsi mümkün deyil. Nəticə olaraq tələbin birinci hissəsi mümkünsüz sayıldığından digər hissə də mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 04 noyabr 2023-cü il tarixli, 2-1(120)-4656/2023 nömrəli və 23 yanvar 2024-cü il tarixli, 2-1(120)-1772/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanı da hüquqi yardım göstərilərək qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 75 saylı sərəncamının ləğv edilməsi və bağlanmış 01 sentyabr 2008-ci il tarixli, 56 saylı X2 (Çöl Pirili yeri adlanan 130 hektar) uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar