Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1773/2022 19.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Üçüncü şəxslər “X9” MMC-nin, “Ədalət-83 X16” MMC-nin nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə (“X9” MMC, “Ədalət-83 X16” MMC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 36 nömrəli sərəncamının ləğv olunması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 36 nömrəli sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1773/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxslər “X9” MMC-nin, “Ədalət-83 X16” MMC iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli RİHB-nin xx.xx.2005-ci il tarixli, 46 saylı sərəncamı ilə mənə 170,0 ha torpaq sahəsi üzümçülüyün inkişafı məqsədilə uzunmüddətli icarəyə verilmiş, torpaq sahəsi müqavilə bağlanılaraq, təhvil-təslim edilərək naturada ona təhvil verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə JN-8893, KOD 60600001 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi naturada təhvil verilsə də, təbii ki, böyük sahəni əhatə etdiyindən orada hasarlama işləri aparılmamışdır. Bundan sonra o, həmin torpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuş, hazırda da bu fəaliyyəti davam etdirmişdir. O, həmin torpaq sahəsinə görə illərlə (bu il də daxil olmaqla) dövlətdən subsidiyalar almışdır. xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsindən həmin torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Buna səbəb sonradan subsidiyalar yalnız çıxarışı olan torpaq sahələrinə görə verildiyindən, şəhadətnaməni çıxarışla əvəz etmişdir. Bu yaxınlarda ona qarşı Füzuli Rayon Məhkəməsində iddia qaldırılmış, torpaq sahəsinin çıxarışı mübahisələndirilmiş, bu zaman məlum olmuşdur ki, Füzuli RİHB-nin xx.xx.2011-ci il tarixli, 35 saylı sərəncamı ilə onun maraqlarına toxunulan məsələlər həll edilmiş, həmin sərəncamla tam anlaşılan olmasa da, ona ayrılmış 170 ha torpaq sahəsinin 20 və 40 ha hissəsi "xxxx" və "xxxx" X16 MMC-yə verilmişdir. Düzdür, həmin sərəncamda dəqiq ifadə edilməsə də əslində qəbul edilmiş qərarın mahiyyəti belədir. Sərəncam qəbul edilərkən guya ki, ona ayrılmış torpaq sahəsindən istifadə etməməsi kimi absurd fikir qeyd edilmişdir. Cavabdehin qəbul etdiyi sərəncam əsassızdır. Qeyd edilən əsaslar arasında Füzuli RİHB-nin xx.xx.2011-ci il tarixli, 35 saylı sərəncamının qəbul edilməsi üçün qanuni əsas, hüquqi zəmin yoxdur. İcra hakimiyyəti kimlərinsə müraciəti əsasında qeyd edilən sərəncamı qəbul etməkdə haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, "xxxx" və "xxxx" X16 MMC-lərə torpaq sahələrinin ayrılması barədə sərəncamların özü belə şübhəlidir. Hər iki MMC onlara torpaq sahələri ayrıldıqdan sonra təsis edilmiş, lakin torpaq sahələri onlara ayrılması ilə bağlı sərəncamda həmin hüquqi şəxslərin qeydiyyatına istinad edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz təqdim edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2005-ci il tarixli 47s nömrəli Sərəncamı ilə üzüm bağı salınması məqsədi ilə Füzuli rayonunun inzibati ərazisinin “Haramı”adlı sahəsində yerləşmiş 6 nömrəli qış otlağından 400,0 hektar və 10 nömrəli qış otlağından 300,0 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilərək, daimi istifadə üçün Cavabdehnə verilmiş və Cavabdehnə tapşırılmışdır ki, həmin torpaq sahəsinin üzüm bağı salınması məqsədi ilə icarəyə verilməsini təmin etsin. İddiaçı xx.xx.2005-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, öz vəsaiti hesabına üzüm bağı salmağı və üzümün ilkin emalı sexi yaratmağı öhdəsinə götürmüş, bu işlərə sərf olunacaq xərcləri özü çəkəcəyini bildirmiş və ona torpaq sahəsi verilməsini xahiş etmişdir Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli 46a nömrəli sərəncamı ilə İddiaçı üzüm plantasiyaları salması məqsədilə sözügedən ərazidən uzunmüddətə (99 il) 170,0 hektar torpaq sahəsi icarəyə verilmişdir (Füzuli RİHB-nın xx.xx.2005-ci il tarixli 46a nömrəli sərəncamının təsdiq olunmuş kserosurəti əlavə olunur). Lakin həmin sərəncamla İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sənədlərində düzəliş edilməsi barədə Cavabdeh başçısı tərəfindən xx.xx.2011-ci il tarixli 36 nömrəli sərəncam verilmişdir. Belə ki, Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 11 nömrəli sərəncamı ilə "xxxx" adlı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı məqsədilə müvəqqəti (10 il) istifadə etmək üçün rayonun inzibati ərazisindən - dövlət ehtiyat fondundan 50,0 (əlli) hektar torpaq sahəsi icarəyə verilmişdir Həmçinin Cavabdeh başçısının xx.xx.2001 -ci il tarixli 65 nömrəli sərəncamı ilə "xxxx" adlı kəndli (fermer) təsərrüfatına örüş-otlaq (heyvandarlıq) məqsədilə müvəqqəti (15 il) istifadə etmək üçün rayonun inzibati ərazisindən - 10 h nömrəli dövlət qış otlaq fondundan 40,0 (qırx) hektar torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı üzüm plantasiyaları salması məqsədilə icarəyə verilmiş 170,0 hektar torpaq sahəsi ilə "xxxx" kəndli (fermer) təsərrüfatına icarəyə verilmiş 50,0 hektar torpaq sahəsinin 20,0 (iyirmi) hektarı və "xxxx" kəndli (fermer) təsərrüfatına icarəyə verilmiş 40,0 (qırx) hektar torpaq sahələri (ümumilikdə 60,0 (altmış) hektar) torpaq sahələri üst-üstə düşmüşdür. Ona görə də İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sənədlərində Cavabdeh başçısının xx.xx.2011 -ci il tarixli 36 nömrəli sərəncamı ilə müvafiq düzəliş edilməsi qərara alınmış, yəni 1998-ci ildən etibarən “Dəyanət KFT-nın istifadəsində olan 50,0 hektar torpaq sahəsinin İddiaçı icarəyə verilən 170,0 hektar torpaqla üst-üstə düşən 20,0 (iyirmi) hektar və 2001-ci ildən etibarən "xxxx" KFT-nın istifadəsində olan və İddiaçı icarəyə verilən 170,0 hektar torpaqla üst-üstə düşən 40,0 (qırx) hektar (cəmi 60,0 hektar) torpaq sahələri uzun müddətə (99 il) müvafiq olaraq "xxxx" KFT-nın və "xxxx" KFT-nın istifadələrində saxlanılmışdır. Cavabdeh başçısının həmin sərəncamı ilə sözügedən torpaq sahələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 47 s nömrəli Sərəncamı ilə üzüm bağları salınması məqsədilə kateqoriyası dəyişdirilərək daimi istifadə üçün Cavabdehnə verilmiş torpaq sahələri olduğu nəzərə alınaraq həmin torpaq sahələrindən təyinatına uyğun, yəni üzüm bağları salınması üçün istifadə edilməsi "xxxx" KFT-ya və "xxxx" KFT-ya tapşırılmışdır. Bununla yanaşı, həmin fermer təsərrüfatlarının torpaq sahələrinin təyinatına uyğun sənədləşməsini təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılmışdır. Yuxarıda qeyd olunanlardan əlavə bildirilir ki, İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsində göstərdiyinin əksinə olaraq torpağın ona icarəyə verilməsindən ötən 18 il ərzində torpaqdan təyinatına uyğun istifadə etməmiş, üzüm bağları əkməmişdir. Onun vəkalətli nümayəndəsi X1 Rayon İHB-nın adına yazdığı xx.xx.2011-ci il tarixli ərizədə göstərmişdir ki, üzüm bağları əkməmələrinin səbəbi odur ki, bu məqsəd üçün dövlətdən maliyyə vəsaiti ala bilməmişlər. Halbuki İddiaçı xx.xx.2005-ci il tarixli Ərizəsində göstərmişdir ki, “üzümün əkilməsi və istehsalı ilə bağlı bütün xərcləri öz öhdəmə götürürəm”. Üzümçülük məqsədilə İddiaçı icarəyə verilmiş həmin 170 (yüz yetmiş) hektar torpaq sahəsinə 22 dekabr 2016-cı il tarixdə Füzuli RİHB-nın birinci müavini X12, Füzuli RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X7, Füzuli RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları X29 müdiri X17, Füzuli RİHBA-nın Hüquq şöbəsinin müdiri X13, Füzuli RİHBA-nın Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X8, həmin şöbənin baş məsləhətçisi X14, AR ƏMDK DƏK ÜRX-nin Kadastr və Yerquruluşu Layihə- X4 La.yihə- Tədqiqat İdarəsinin rəisi X18, X10 müfəttişi X2 və Dövlət Statistika Komitəsi Füzuli rayon şöbəsinin rəisi X3 ibarət tərkibdə komissiya vasitəsilə yerində baxış keçirilərək müəyyən edilmişdir ki, torpaqdan təyinatı üzrə istifadə edilməmiş, yəni üzüm plantasiyalarının salınması üçün icarəyə verilməsindən 11 (on bir) ildən çox vaxt keçməsinə baxmayaraq, İddiaçı orada üzüm plantasiyaları satmamış və bu məqsədlə ümumiyyətlə heç bir iş görməmişdir. Bu barədə komissiya tərəfindən 22 dekabr 2016-cı il tarixdə akt tərtib edilmişdir. Ona görə də torpaqlardan təyinatına uyğun və maksimum səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Füzuli RİFHB-nın 05 iyul 2005-ci il tarixli 46-a nömrəli sərəncamının qüvvədən düşməsinə, üzüm plantasiyalarının salınması məqsədilə İddiaçı icarəyə verilmiş 170 (yüz yetmiş) hektar torpağın geri götürülməsinə və onunla bağlanmış icarə müqaviləsinə xitam verilməsinə zərurət yaranmışdır. Torpaqlardan təyinatına uyğun istifadə olunmasını təmin etmək məqsədilə Füzuli RİHB-nın xx.xx.2017-ci il tarixi 07 nömrəli sərəncamı ilə Füzuli RİHB-nın 05 iyul 2005-ci il tarixli 46-a nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmiş, həmin sərəncamla üzüm plantasiyalarının salınması üçün İddiaçı icarəyə verilmiş 170 (yüz yetmiş) hektar torpaq sahəsi, icarəyə verilməsindən 11 (on bir) ildən çox vaxt keçməsinə baxmayaraq, orada üzüm plantasiyaları salmadığına və bu məqsədlə ümumiyyəylə heç bir iş görmədiyinə görə geri götürülmüş və onunla bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı 2005-ci ildə ona icarəyə verilmiş torpaq sahəsindən təyinatına uyğun istifadə etmədiyinəaradan ötən 17 il müddətində həmin torpaqda üzüm bağları salmadığına və bundan əlavə, qanunvericiliklə müəyyən olunmuş iddia müddətini üzrsüz şəbədən ötürdüyünə görə iddianın təmin edilməməsi və ya mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxslər “X9” MMC-nin, “Ədalət-83 X16” MMC-nin nümayəndəsi vəkil Nümayəndə tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Füzuli rayon İH-nə qarşı xx.xx.2011-ci il tarixli, 36 №-li sərəncamın ləğv olunmasına dair iddia tələbini əsassız sayır və hesab edir ki, iddia qeyri mümkün sayılmalıdır. Belə ki, Füzuli rayon İH-i Başçısının 11 saylı, 17 mart 1998-ci il tarxli sərəncamı ilə 50 ha. torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün "xxxx" KFT MMC-nin istifadəsinə veriıİmiş və bu "xxxx" KFT MMC-nin qeyd olunan torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair Füzuli rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-2025 nömrəli, 60600001 kodlu, 22 avqust 2002-ci il tarixli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmçinin müvəqqəti istifadəyə verilmiş torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Qeyd olunan Şahədətnamənin sürətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində saxlanılan nüsxəsi ilə eyni olması İdarənin ştampı və Arxiv müdirinin imzası ilə xx.xx.2020-ci il tarixdə təsdiq olunmuşdur. Füzuli rayon İH-i Başçısının xx.xx.2001-ci il tarixli, 65 saylı sərəncamı ilə isə 40 ha torpaq sahəsi "xxxx" KFT MMC-nin istifadəsinə verilmişdir. Sonradan məlum olmuşdur ki, torpaq sahələri "xxxx" və "xxxx" KFT MMC-lərinin istifadəsində və torpağın onlara verilməsinə dair Sərəncamlar qüvvədə olduğu halda, qanunsuz olaraq Füzuli rayon İH-i Başçısının 46 saylı, 05 iyul 2005-ci il tarixli sərəncamı ilə üzüm palntasiyalarının salınması məqsədi ilə müvafiq olaraq "xxxx" və "xxxx" kəndli fermer təsərrüfatlarının istifadəsinə verilmiş 20 ha. və 40 ha.ümumilikdə 60 ha torpaq sahəsidə daxil olmaqla 170,0 ha torpaq sahəsi 99 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Müvafiq şikayətlərindən sonra Füzuli rayon İH-i Başçısının İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerqurluşu səndələrində düzəliş edilməsinə dair xx.xx.2011-ci il tarixli, 36 saylı sərəncamı ilə qərara alınmışdır ki, "xxxx" və "xxxx" KFT MMC-lərinin xx.xx.2011-ci il tarixli ərizələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi ilə Aparatın hüquq şöbəsinin xx.xx.2011-ci il tarixli birgə təklifi nəzərə alınsın. İddiaçı yerquruluşu sənədlərində düzəliş edilərək, "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələri uzunmüddətli (99 il müddətinə) özlərinin istifadəsində saxlanılsın və nəzərə alınsın ki, həmin sahədən təyinatına uyğun üzüm əkinin üçün istifadə ediləcəkdir. "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının istifadəsində saxlanılan, müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələrinin təyinatına uyğun sənədləşdirməni təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılsın. Yuxarıda qeyd olunan Sərəncam əsasında 40 ha. torpaq sahəsinə dair "xxxx" KFT-nın adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin A seriyalı, 133082 nömrəli Plan və Ölçü sənədi tərtib olunmuş və 31 may 2011-ci il tarixdə X23 kitabında 1714 nömrə ilə qeydiyyata alınmışdır."xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatları tərəfindən 99 il müddətində istifadələrinə verilmiş 90 ha torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması üçün 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət olunmuş və həmin İdarənin "xxxx" X16 MMC-nin təsisçisi M.Əliyevaya ünvanlandığı **********81 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh Başçısının 27 may 2001-ci il tarixli, 36 saylı sərəncamı ilə "xxxx" X16 MMC-yə ayrılmış 40,0 ha torpaq sahəsi üzrində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 09 iyul 2020-ci il tarixli müraciətə idarədə baxılmışdır. Müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış və həmin torpaq sahələrinin Cavabdeh Başçısının 05 iyul 2005-ci il tarixli, 46 saylı sərəncamı ilə İddiaçı icarəsinə verilmiş 170,0 ha torpaq sahəsi ilə üst-üstə düşməsi aşkarlanmışdır. Bundan sonra məlum olmuşdur ki, üçüncü şəxs İddiaçı Füzuli rayon İH Başçısının xx.xx.2011-ci il tarixli, 36 saylı sərəncamı ilə Füzuli rayon İH Başçısının 46 saylı, 05 iyul 2005-ci il tarixli sərəncamında düzəliş edilərək, "xxxx" və “Ədalət- 83” kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və istifadə etdikləri, müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələri uzunmüddətli (99 il müddətinə) "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının istifadəsində saxlanılması, müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələrinin təyinatına uyğun sənədləşdirmənin təmin olunmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılmasına (qeyd olunan sərəncama əsasən 40 ha.torpaq sahəsinin A seriyalı, 133082 nömrəli Plan və Ölçü sənədi tərtib olunmasına və 31 may 2011-ci il tarixdə X23 kitabında 1714 nömrə ilə qeydiyyata alınmasına), yəni rəsmi olaraq Füzuli rayon İH-i Başçısının 46 saylı, 05 iyul 2005-ci il tarixli sərəncamının "xxxx" (20 ha) və "xxxx"(40 ha) kəndli fermer təsərrüfatlarına verilmiş 60 ha torpaq sahəsi hissəsində ləğv edilməsinə baxmayarq İddiaçı ləğv olunmuş Sərəncam və JN-8893, KOD 60600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna” dair Şəhadətnamə (halbuki həmin Sərənacam və JN-8893, KOD 60600001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna” dair Şəhadətnaməni 60 ha torpaq sahəsinə dair hər hansı bir hüquqi qüvvəyə malik olmamışdır) əsasında 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək 170 ha. (müvafiq olaraq "xxxx" və "xxxx" kəndli fermer təsərrüfatlarının istifadəsinə verilmiş 20 ha və 40 ha ümumilikdə 60 ha) torpaq sahəsinə dair müvəqqəti istifadə hüquqlarının **********6 reyestr və ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 11 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 07.11,2019-cu il tarixdə qeydiyyata alınmasına nail olmuşdur. Göründüyü kimi Cavabdeh Başçısının sərəncamları ilə "xxxx" kəndli fermer təsərrüfatlarına ayrılmış torpaq sahəsindən 20 ha, "xxxx" X16na ayrılmış torpaq sahəsindən isə 40 ha sahə Cavabdeh Başçısının 05 iyul 2005-ci il tarixli 46 saylı sərəncamı ilə əsassız və qanunsuz olaraq İddiaçı icarəsinə verildiyindən Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli, 36 saylı sərəncamı ilə Cavabdeh Başçısının 05 iyul 2005ci il tarixli 46 saylı sərəncamı ilə İddiaçı icarəsinə verilmiş 170 ha torpaq sahəsinin yerquruluşu sənədlərində düzəliş edilərək əvvəllər "xxxx" və "xxxx" kəndli fermer təsərrüfatlarının icarəsində olan və inidyənə kimi istifadə etdikləri müvafuq olaraq 20 və 40 ha torpaq sahələri 99 il müddətinə özlərinin istifadəsində saxlanılmışdır. 50 ha. və 40 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün müvafiq olaraq "xxxx" və "xxxx" KFT MMC-nin istifadəsinə verilməsinə dair Füzuli rayon İH-i Başçısının 11 saylı, 17 mart 1998-ci il tarxli və xx.xx.2001-ci il tarixli, 65 saylı sərəncamlarının, o cümlədən "xxxx" KFT MMC-nin qeyd olunan torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair Füzuli rayon Torpaq şöbəsi tərəfindən JN-2025 nömrəli, 60600001 kodlu, 22 avqust 2002-ci il tarixli Şəhadətnamənin qüvvədə olmasına baxmayaraq Cavabdeh Başçısının 05 iyul 2005-ci il tarixli 46 saylı sərəncamı ilə əsassız olaraq "xxxx" (20 ha) və "xxxx"(40 ha) kəndli fermer təsərrüfatlarının qanuni istifadəsində olan 60 (altmış) ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş və həmin torpaq sahələrinə dair də sonuncunun müvəqqəti istifadə hüququ **********6 reyestr və ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 11 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, 170 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsinə dair Cavabdeh Başçısının 05 iyul 2005-ci il tarixli, 46 saylı sərəncamı qəbul olunmamışdan əvvəl həmin torpaq sahəsinin 60 hektarı Füzuli rayon İH-i Başçısının 11 saylı, 17 mart 1998-ci il tarxli və xx.xx.2001-ci il tarixli, 65 saylı sərəncamları əsasında "xxxx" və "xxxx" KFT MMC-nin qanuni istifadəsinə verildiyindən və iddiaçı iddia ərizəsində torpaq sahəsinin Cavabdeh Başçısının 05 iyul 2005- ci il tarixli, 46 saylı Sərəncamı qəbul olunmamışdan müvafiq olaraq 4 və 6 il əvvəl qəbul edilmiş Füzuli rayon İH-i Başçısının qüvvədə olan 11 saylı, 17 mart 1998-ci il tarxli və xx.xx.2001-ci il tarixli, 65 saylı sərəncamları əsasında "Dəyənat” və "xxxx" KFT MMC-lərin istifadəsinə verilməsini təkzib edən hər hansı bir mötəbər sübuta istinad edə bilmədiyindən mübahisə predmeti olan Füzuli rayon İH-i Başçısının xx.xx.2011-ci il tarixli, 36 saylı sərəncamı qanunverdiciliyin tələblərinə uyğun olaraq qəbul olunmuşdur, həmin Sərəncamla "xxxx" və “Ədalət- 83” kəndli (fermer) təsərrüfatlarının müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələrinə dair hüquqları tam qanuni əsaslarla bərpa olunmuşdur, həmin Sərəncamın qəbul olunması nəticəsində İddiaçı hər hansı bir hüququ və qanunla qorunan maraqları pozulmamışdır və ona görə də iddiaçı iddia ərizəsində hüquqlarının pozulmasını İPM- nin 35.1-ci maddəsinin tələblərinə müvafiq olaraq əsaslandıra bilmədiyindən iddia qeyri mümkün sayılmalıdır. İddiaçı cavabdeh Füzuli rayon İH-nə qarşı xx.xx.2011-ci il tarixli, 36 №-li sərəncamın ləğv olunmasına dair iddiası həmçinin iddia müddətinin ötürülməsinə görə də mümkün sayılmamalıdır. Aşağıda qeyd olunanlara görə iddiaçının ərizəsində Füzuli rayon İH-i Başçısının xx.xx.2011-ci il tarixli, 36 saylı sərəncamı barədə yaxınlarda məlumatının olmasına dair göstərdiklərinin əsassız sayır. Belə ki, iddiaçılar "xxxx" və "xxxx" X16 MMC cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019- cu il tarixli 170 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın "xxxx" (20 ha) və "xxxx"(40 ha) kəndli fermer təsərrüfatlarına verilmiş 60 ha torpaq sahəsi hissəsində ləğv edilməsi və cavabdehin zəbt etmiş olduğu torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə iddia ərizəsi bir neçə dəfə aidiyyəti üzrə ümumi məhkəməyə göndərilmiş, nəhayət Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ciil tarixli 2(064)-229/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Füzuli rayonu ərazisində yerləşən 170,0 ha torpaq sahəsinin İddiaçı 99 il müddətinə icarəyə verilməsinə dair DƏDRX-nin xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın qismən, yəni "xxxx" və "xxxx" kəndli fermer təsərrüfatlarına ayrılmış müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələri hissələrində ləğv olunması və cavabdeh İddiaçı həmin torpaq sahələrindən çıxarılmaqla onun qanunsuz sahibliyindən alınması qət edilmişdir. Şirvan Apeliyasiya Məhkəməsinin 2(106)-249/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iddiaçılar "xxxx" və "xxxx" fermer təsərrüfatlarının nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxs statusuna malik fermer təsərrüfatları və iş üzrə cavabdeh İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN:**********) vergi ödəyicisi kim qeydiyyatda olduğuna görə birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia ərizəsinin icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulması kimi qiymətləndirilmiş və Füzuli rayon məhkəməsinin 22 iyul 2021- ciil tarixli 2(064)-229/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçılar"xxxx" və "xxxx" X16 MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan kommersiya Məhkəməsinin 2-2(121 )-560/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçılar “Ədalət-83 X16” MMC və “X9” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “Ədalət 83” və "xxxx" X16 MMC-yə ayrılmış 60 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmış və iddiaçılara izah olunmuşdur ki, onlar hazırki mübahisəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq həll edə bilərlər. Hal-hazırda yuxarıda qeyd olunan tələbə dair iddia ərizəsi üzrə 2-1(120)-1606/2022 nömrəli inzibati iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Füzuli rayon məhkəməsinin 22 iyul 2021-ciil tarixli 2(064)-229/2021 saylı qətnaməsi məhz İddiaçı apelyasiya şikayətinə əsasən ləğv edilmişdir. Şirvan Apeliyasiya Məhkəməsinin 2(106)-3406/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli Bildirişinə əlavə olunmuş apelyasiya şikayətindən müəyyən olunur ki, Füzuli rayon məhkəməsinin 22 iyul 2021-ciil tarixli 2(064)-229/2021 saylı qətnaməsindən apeliyasiya şikayətini İddiaçı özü vermiş və o, apelyasiya şikayətini xx.xx.2021-ci il tarxdə imzalamışdır. Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(064)-229/2021 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iddianı təmin edərkən iddianın əsaslı olmasını təsdiq edən sübutlaran biri kimi məhz Cavabdeh Başçısının 27 may 2011-ci il tarixli, 36 saylı sərəncamına istinad etmiş və qətnaməsində qeyd etmişdir ki, “Cavabdeh Başçısının 27 may 2011-ci il tarixli, 36 saylı İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sənədlərində düzəliş edilməsi barədə sərəncamında göstərilir ki, "xxxx" və "xxxx" kəndli fermer təsərrüfatlarının xx.xx.2011- ci il tarixli ərizələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi ilə Aparatın hüquq şöbəsinin xx.xx.2011-ci il tarixli birgə təklifi nəzərə alınsın. İddiaçı yerquruluşu sənədlərində düzəliş edilərək, "xxxx" və “Ədalət- 83” kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələri uzunmüddətli (99 il müddətinə) özlərinin istifadəsində saxlanılsın və nəzərə alınsın ki, həmin sahədən təyinatına uyğun üzüm əkinin üçün istifadə ediləcəkdir."xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının istifadəsində saxlanılan, müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələrinin təyinatına uyğun sənədləşdirməni təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılsın”. Yuxarida qeyd olunanlarla təsdiq olunur ki, İddiaçı Füzuli rayon İH Başçısının xx.xx.2011-ci il tarixli, 36 saylı sərəncamının mövcud olmasından ən azından məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdiyi vaxt ( mülki işə baxılma vaxtını nəzərə almasaq belə), yəni xx.xx.2021-ci il tarixdə məlumatı olmuşdur və bununla da onun adı çəkilən sərəncamı barədə yaxınlarda məlumatının olmasına dair göstərdikləri təkzib olunur. Elektron məhkəmə sistemində əldə edilmiş məlumatlardan müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Beləliklə də müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsini İPM ilə müəyyən olunmuş müddət ərzində deyil, Sərəncamın mövcudluğu ona məlum olandan təxminə 8 aydan artiq bir müddər keçdikdən sonra vermişdir ki, bu hal isə iddianın qeyri-mümkün sayılmasını şərtləndirən mühüm amillərdən biri kimi çıxış etmiş olur. Ona görə İddiaçı cavabdeh Füzuli rayon İH-nə qarşı Füzuli rayon İH-nin xx.xx.2011-ci il tarixli, 36 №-li sərəncamın ləğv olunması barədə” iddia ərizəsinin mümkün sayılmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər “X9” MMC-nin, “Ədalət-83 X16” MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 36 nömrəli sərəncamı ilə "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının 04 m 2011-ci il tarixli ərizələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsi ilə Aparatın hüquq şöbəsinin 25 may 2011-ci il tarixli birgə təklifinin nəzərə alınması, İddiaçı yerquruluşu sənədlərində düzəliş edilərək, "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının icarəsində olan və indiyə kimi istifadə etdikləri, müvafiq olaraq 20, 0 ha və 40,0 torpaq sahələri uzunmüddətli (99 il müddətinə) özlərinin istifadəsində saxlanılması və həmin sahədən təyinatına uyğun üzüm əkin üçün istifadə ediləcək olmasının nəzərə alınması, "xxxx" və "xxxx" kəndli (fermer) təsərrüfatlarının istifadəsində saxlanılan, müvafiq olaraq 20,0 ha və 40,0 ha torpaq sahələrinin təyinatına uyğun sənədləşməsini təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılması qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, Cavabdeh xx.xx.2011-ci il tarixli, 36 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir. İşin araşdırılmış hallarından göründüyü kimi, hazırda mübahisələndirilən qərar hazırki iş üzrə 3-cü şəxs qismində cəlb olunan “X9” MMC-nin, “Ədalət-83 X16” MMC tərəfindən məhkəmə icraatı qaydasında mübahisələndirilmiş, Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Füzuli rayonu ərazisində yerləşən 170,0 ha torpaq sahəsinin İddiaçı 99 il müddətinə icarəyə verilməsinə dair DƏDRX-nin xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı qismən, yəni "xxxx" və "xxxx" kəndli fermer təsərrüfatlarına ayrılmış müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələri hissələrində ləğv olunması və cavabdeh İddiaçı həmin torpaq sahələrindən çıxarılmaqla onun qanunsuz sahibliyindən alınması qət edilmişdir. Hazırki iş üzrə İddiaçı həmin iş üzrə cavabdeh qismində çıxış etmiş və həmin məhkəmə qətnaməsindən şikayət vermişdir. Belə ki, İddiaçı Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi və özü tərərfindən xx.xx.2021-ci il tarixdə imzalanmış apellyasiya şikayətində Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamından məlumatsız olduğunu və sərəncamını qanunsuz hesab etdiyini göstərmişdir. Apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsində məhkəmə iclasında İddiaçı iştirakı təmin edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(106)-249/2022 saylı qərardadı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Füzuli rayon məhkəməsinin 22 iyul 2021 -ciil tarixli 2(064)-229/2021 saylı qətnaməsi ləğv edilməsi, iddiaçılar"xxxx" və "xxxx" X16 MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX- nin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(121)-560/2022 saylı qərardadı ilə “X9” MMC-nin, “Ədalət-83 X16” MMC-nin cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 60 ha torpaq sahəsindən çıxarılması və onun qanunsuz sahibliyindən alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi hazırda iddiaçı tərəfindən mübahisələndirilən Füzuli rayon Məhkəməsində baxılan 2(064)-229/2021 saylı məhkəmə prosesində Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamı müzakirə edilmiş, məhkəmə qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamını mübahisələndirmişdir. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi sərəncamdan ən geci 2021-ci ilin sentyabr-oktyabr aylarından məlumatı olmuş, hətta həmin qərar üzrə mübahisəyə baxılarkən iddiaçı məhkəmə icraatına cəlb olunaraq yuxarı instansiya məhkəməsinin məhkəmə prosesində iştirak etmişdir. İddiaçı ən geci 2021-ci ilin sentyabr-oktyabr aylarından sərəncamdan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə olan halda İddiaçı qaldırıdığı iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən sərəncam barədə ən geci 2021-ci ilin sentyabr-oktyabr aylarından məlumatlı olmuş, digər məhkəmə mübahisəsində həmin sərəncam barədə qəbul edilmiş məhkəmə qərarını mübahisələndirmişdir. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh xx.xx.2011-ci il tarixli sərəncamından məlumatlı olduğu vaxtdan 8 (səkkiz) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malik olsa da, hazırkı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (“X9” MMC, “Ədalət-83 X16” MMC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdeh xx.xx.2011-ci il tarixli, 36 nömrəli sərəncamının ləğv olunması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1773/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1773/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver