Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1775/2025 12.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X19 Şəxsi Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsində mübahisə yaranmışdır. 60 yaşının tamam olduğu xx xxxxxxx 1963-cü il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün, Əmək pensiyaları haqqında" Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 30 avqust 2024-cü il tarixli, 3-17-1/2-H-208076/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və bildirmişdir ki, güzəştli iş stajı 5 il 3 ay təşkil edir. Bu səbəblə, pensiya təyinatı mümkün sayılmır. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 10 sentyabr 2024-cü il tarixində poçta vasitəsilə almış və bu fakt Azərpoçt MMC-nin rəsmi saytında yerləşdirilmiş çatdırılma barədə raportla təsdiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxxxxxx 1963-cü ildə Qazı-Məmməd şəhərində dünyaya gəlmiş və hazırda ünvan 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra 01 sentyabr 1980-26 fevral 1985-ci illərdə X2 əyani təhsil almış. Həmin dövr ərzində həqiqi hərbi xidmətə çağırılmış və 25 may 1982-22 iyun 1984-cü il tarixlərdə həqiqi hərbi xidmətdə olmuşdur. 17 sentyabr 1985-ci ildə Şirvanneft NQÇİ-də X3 Sexində təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. 03 yanvar 1991-ci ildə işdən çıxmışdır. 16 yanvar 1991-ci ildə X14 Təchizat Birliyinə çilingər peşəsinə qəbul edilmişdir. 03 iyun 1991ci ildə orada mühəndis vəzifəsinə keçirilmişdir. 01 sentyabr 1993-cü ildə işdən azad edilmişdir. 22 iyul 1998-ci ildə X1 X20 çilingər vəzifəsinə qəbul edilmişdir. 14 yanvar 1999cu ilə həmin sexdə qaz yığma operatoru vəzifəsinə işə qəbul edilmişdir. 30 noyabr 2000-ci ildə həmin müəssisə ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. 01 dekabr 2000-ci ildə Qarasu əməliyyat Şirkətinin X20 qaz yığma operatoru qəbul edilmişdir. 14 may 2001-ci il tarixində Quyuların Yeratı və Əsaslı Təmir Sexinə hazırlıq briqadası operatoru keçirilmişdir. 15 aprel 2004-cü il tarixində hazırlıq briqadasında usta vəzifəsinə keçirilmiş. 08 yanvar 2008-ci ildə həmin sex Nəqliyyat Şöbəsinin tərkibinə verilmiş və yükləmə üzrə usta vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 01 yanvar 2009-cu il tarixində yükləmə-boşaltma işləri üzrə usta vəzifəsinə keçirilmiş. 10 iyun 2009-cu il tarixində boru Bazasında İstehsalat sahəsi ustası vəzifəsinə keçirilmişdir. 01 iyun 2013-cü ildə Quyuların təmirə hazırlanması sexində istehsalat sahəsi ustası keçirilmişdir. 01 noyabr 2021-ci ildə Mexaniki Avadanlıqların Təmiri və Xidməti üzrə sexin Boru və Ştanqların təmizlənməsi və sınağı sahəsində usta vəzifəsinə işə qəbul edilmişdir. 01 mart 2022-ci ildə həmin istehsalat sahəsində böyük usta keçirilmişdir. İddiaçı iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə 60 yaşının tamam olduğu 06 oktyabr 2023-cü il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. 01 yanvar 2006-cı ilə qədər iddiaçı ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır. Eyni zamanda güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməyi barədə hazırki işə götürənini arayış vermiş və iddiaçı həmin arayışı ilkin sübutetmə yükü qismində cavabdehə təqdim etmişdir. Lakin cavabdeh bu sübutları gözardı etmişdir. İddiaçının işlədiyi vəzifələr 14 may 2001-ci ildən hal-hazıradək işlədiyi istehsalat sahəsi quyuların yeraltı və əsaslı təmir işlərinə hazırlıq işləri ilə bağlı olmuşdur. Bu dövrlər ərzində işlədiyi vəzifənin və şöbənin adı idarə daxilində yeni inzibati quruluşa bağlı olaraq müxtəlif cür adlandırılmışdır. İşəgötürənin bütün iş dövrlərini güzəştli iş stajı kimi qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzrərinə qoyulmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İcraatınızda İddiaçı cavabdeh Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(120)-1775/2025 nömrəli inzibati iş vardır. İddiaçı iddia ərizəsində ona xx.xx.2023cü il tarixdən (60 yaşından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 17-1/2-H-208076/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa göra əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (5 il 3 ay) olmasıdır. Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmçinin bildirilir ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X16 qərarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fahlələr yarımbəndində (a) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri İşlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "X11"nin ona dair xx.xx.2023-cü il tarixli 81 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qaz yığma sexində çilingər, xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində hazırlıq briqadasında usta və yükləmə üzrə usta, xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində istehsalat sahəsi ustası. xx.xx.2021-2.10.2023-cü il tarixləri arasındakı dövr ərzində boru və ştanqların təmizlənməsi və sınağı sahəsində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi çilingər, hazırlıq briqadasında usta, yükləmə üzrə usta, boru və ştanqların təmizlənməsi və sınağı sahəsində usta və böyük usta vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda bildirilir ki, iddiaçının xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə güzəştli iş stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filialı tərəfindən "X11" şirkətinə sorğu göndərilmişdir. Lakin müvafiq sorğuya cavab olaraq, iddiaçının stehsalat sahəsi ustası vəzifəsində işlədiyi müddətdə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olubolmamağı ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərə görə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 3 ay xx.xx.1990-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 etiraza uyğun izahat verərək təmin olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. xx.xx.1963-cü il təvəllüdlü iddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-21-208076/2024 nömrəli imtina haqqında məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X10 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X16 qərarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi Üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyiniz etdiyiniz "X11"nin sizə dair xx.xx.2023-cü il tarixli 81 nömrəli arayışında xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qaz yığma sexində çilingər, xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində hazırlıq briqadasında usta və yükləmə üzrə usta, xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində istehsalat sahəsi ustası, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində boru və ştanqların təmizlənməsi və sınağı sahəsində usta, böyük usta vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz çilingər, hazırlıq briqadasında usta, yükləmə üzrə usta, boru ve ştanqların təmizlənməsi və sınağı sahəsində usta və böyük usta vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda, xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə güzəştli iş stajınızın dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Lakin müvafiq sorğumuza cavab olaraq, istehsalat sahəsi ustası vəzifəsində işlədiyiniz müddətdə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı işlərinde (neft-qaz mədənlərində), ), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olub-olmamağınız ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 3 ay (xx.xx.1990-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. “X11” Şirkətinin 81 nömrəli, 12 oktyabr 2023-cü il tarixli Arayışının surətindən müəyyən olunur ki, İddiaçı X12 Əməliyyat Şirkətində Mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə sexin Boru və ştanqların təmizləndməsi və sınağı sahəsində böyük usta vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə X12 Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir;
1. Qaz yığma sexi: (bilavasitə neft-qaz sənaye obyektlərində) 5-ci dərəcə qaz yığma operatoru (neft və qaz hasilatı üzrə operatorlarla eynilik təşkil edir, bilavasitə neft-qaz sənaye obyektlərində) (xx.xx.2000-xx.xx.2001)
2. Quyulaın Əsaslı və Yeraltı Təmir Sexi: 5-ci dərəcə hazırlıq briqada operatoru (xx.xx.2001-xx.xx.2004)
3. Hazırlıq briqadasında Usta: (xx.xx.2004-xx.xx.2008)
4. Nəqliyyat şöbəsi: (bilavasitə neft-qaz sənaye obyektlərində) yükləmə üzrə usta (xx.xx.2008-xx.xx.2009)
5. Nəqliyyat sexi: (bilavasitə neft-qaz sənaye obyektlərində) yükləmə-boşaltma işləri üzrə usta (xx.xx.2009-xx.xx.2009)
6. Boru bazası: (bilavasitə neft-qaz obyektlərində) istehsalat sahəsi üzrə usta (xx.xx.2009-xx.xx.2013)
7. Quyuların təmirə hazırlanması sexi: istehsalat sahəsinin ustası (xx.xx.2013xx.xx.2021)
8. Mexaniki avadanlıqların təmiri və xidməti üzrə sexin Boru və ştanqlarının təmizlənməsi və sınağı sahəsində usta (xx.xx.2021-xx.xx.2022)
9. Mexaniki avadanlıqların təmiri və xidməti üzrə sexin Boru və ştanqlarının təmizlənməsi və sınağı sahəsində böyük usta (xx.xx.2022-xx.xx.2023) Cəmi: 22 il, 01 ay, 11 gün.
"xxxx" Müştərək Müəssisəsi Qaz yığma sexi 4-cü dərəcəli çilingər qəbul edilib. (xx.xx.1998-xx.xx.1999) Həmin sexdə 4-cü dərəcə qaz yığma operatoru (neft-qaz hasilatı üzrə operatorlarla eynilik təşkil edir bilavasitə neft-qaz sənaye obyektlərində) (xx.xx.1999-xx.xx.1999) İxtisası üzrə 5-ci dərəcə verilib (xx.xx.1999-xx.xx.2000) Əmək kitabçasında göstərilən qeydlərə əsasən, Ümumi əmək stajı 25 il.2 ay.20 gün. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 25 il, 2 ay, 20 gün imtiyazlı iş stajına malikdir. ИТ-İ seriyalı, ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 17 sentyabr 1985-ci ildə Şirvanneft NQÇİ-də X3 Sexində təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. 03 yanvar 1991-ci ildə işdən çıxmışdır. 16 yanvar 1991-ci ildə X14 Təchizat Birliyinə çilingər peşəsinə qəbul edilmişdir. 03 iyun 1991ci ildə orada mühəndis vəzifəsinə keçirilmişdir. 01 sentyabr 1993-cü ildə işdən azad edilmişdir. 22 iyul 1998-ci ildə X1 X20 çilingər vəzifəsinə qəbul edilmişdir. 14 yanvar 1999cu ilə həmin sexdə qaz yığma operatoru vəzifəsinə işə qəbul edilmişdir. 30 noyabr 2000-ci ildə həmin müəssisə ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. 01 dekabr 2000-ci ildə Qarasu əməliyyat Şirkətinin X20 qaz yığma operatoru qəbul edilmişdir. 14 may 2001-ci il tarixində Quyuların Yeratı və Əsaslı Təmir Sexinə hazırlıq briqadası operatoru keçirilmişdir. 15 aprel 2004-cü il tarixində hazırlıq briqadasında usta vəzifəsinə keçirilmiş. 08 yanvar 2008-ci ildə həmin sex Nəqliyyat Şöbəsinin tərkibinə verilmiş və yükləmə üzrə usta vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 01 yanvar 2009-cu il tarixində yükləmə-boşaltma işləri üzrə usta vəzifəsinə keçirilmiş. 10 iyun 2009-cu il tarixində boru Bazasında İstehsalat sahəsi ustası vəzifəsinə keçirilmişdir. 01 iyun 2013-cü ildə Quyuların təmirə hazırlanması sexində istehsalat sahəsi ustası keçirilmişdir. 01 noyabr 2021-ci ildə Mexaniki Avadanlıqların Təmiri və Xidməti üzrə sexin Boru və Ştanqların təmizlənməsi və sınağı sahəsində usta vəzifəsinə işə qəbul edilmişdir. 01 mart 2022-ci ildə həmin istehsalat sahəsində böyük usta keçirilmişdir. НЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir ( 2 il 06 ay 04 gün).
Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş:
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli, 14-2-1/2-H-5xx-xx/2024 nömrəli məktubunun surətindən müəyyən olunur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2/2-H-559-1/2023-3514 nömrəli arxiv arayışında iddiaçının “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X3 sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək təmirçi-çilingər peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçının “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X3 sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (5 il 3 ay 18 gün) işlədiyi təmirçi-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaltların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsi ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-21-285891/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. “X11” Şirkətinin 04-2/440A nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, İddiaçı “Quyuların Əsalı və Yeraltı təmiri sexində 5-ci dərəcəli haırlıq briqada operatoru” işlədiyi vəzifə üzrə (xx.xx.2001-xx.xx.2004) 20 ildən artıq vaxt keçdiyindən onun vəzifə təlimatı Şirkətin arxivində aşkar olunmamışdır. “X11” Şirkətinin 74 nömrəli, xx.xx.2024-cü il tarixli Arayışının surətindən müəyyən olunur ki, Kayman Adalarının “X11” Şirkətinin filialının Mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə sexin Boru və ştanqların təmizlənməsi və sınağı sahəsinin böyük ustası İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü) həqiqətən 01.12.200-ci il tarixdən hal-hazıradək həmin şirkətdə aşağıdakı peşələrdə işləmişdir:
1. Qaz yığma sexi: (bilavasitə neft-qaz sənaye obyektlərində) 5-ci dərəcə qaz yığma operatoru (neft və qaz hasilatı üzrə operatorlarla eynilik təşkil edir, bilavasitə neft-qaz sənaye obyektlərində) (xx.xx.2000-xx.xx.2001) Əmr №1; xx.xx.2001 (0 il 5 ay 13 gün)
2. Quyulaın Əsaslı və Yeraltı Təmir Sexi: 5-ci dərəcə hazırlıq briqada operatoru (xx.xx.2001-xx.xx.2004) Əmr №15/p;xx.xx.2001 (2 il 11 ay 1 gün)
3. Hazırlıq briqadasında Usta: (xx.xx.2004-xx.xx.2008) Əmək müqaviləsinə əlavə (3 il 8 ay 24 gün)
4. Nəqliyyat şöbəsi: (bilavasitə neft-qaz sənaye obyektlərində) yükləmə üzrə usta (xx.xx.2008-xx.xx.2009) Əmək müqaviləsinə əlavə (01 il 11 ay 24 gün)
5. Nəqliyyat sexi: (bilavasitə neft-qaz sənaye obyektlərində) yükləmə-boşaltma işləri üzrə usta (xx.xx.2009-xx.xx.2009) Əmək müqaviləsinə əlavə xx.xx.2008 ( 0 il 5 ay 9 gün)
6. Boru bazası: (bilavasitə negt-qaz obyektlərində) istehsalat sahəsi üzrə usta (xx.xx.2009-xx.xx.2013) Əmək müqaviləsinə əlavə xx.xx.2009 ( 3 il 11 ay 22 gün)
7. Quyuların təmirə hazırlanması sexi: istehsalat sahəsinin ustası (xx.xx.2013xx.xx.2021) Əmr №28-OK;xx.xx.2013 (8 il 5 ay 0 gün)
8. Mexaniki avadanlıqların təmiri və xidməti üzrə sexin Boru və ştanqlarının təmizlənməsi və sınağı sahəsində usta (xx.xx.2021-xx.xx.2022) Əmr№279- BK xx.xx.2021 (0 il 4 ay 0 gün)
9. Mexaniki avadanlıqların təmiri və xidməti üzrə sexin Boru və ştanqlarının təmizlənməsi və sınağı sahəsində böyük usta (xx.xx.2022-xx.xx.2023) Əmr 19-BK; xx.xx.2022 (2 il 9 ay 3 gün) Cəmi: 24 il, 0 ay, 4 gün. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Kayman Adalarının “X11” Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir:
1. Qaz yığma sexində 5-ci dərəcəli qaz yığım operatoru: xx.xx.2000-xx.xx.2001;
2. Quyuların Əsalı və Yeraltı təmiri sexində 5-ci dərəcəli hazırlıq briqada operatoru: xx.xx.2001-xx.xx.2004
3. Hazırlıq briqadasında usta: xx.xx.2004-xx.xx.2008
4. Quyuların təmirə hazırlanması sexində istehsalat sahəsində usta: xx.xx.2013-xx.xx.2021. X4 işlədiyi peşələrin güzəştli əmək pensiyası hüququna əsas olan işinin xüsusiyyətləri aşağıdakı kimiddir: 5-ci dərəcəli qaz yığım operatoru: Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensantı çıxarma texnoloji prosesinin aparılması; Quyuların aramsız işləməsinə nəzarət edilməsi, qrup ölçü qurğularının, nasos stansiyalarının, kompressor stansiyalarının işinə və quyuların iş rejminin saxlanması və yaxşılaşdırılması üzrə aparılan geoloji-texniki tədbirlərin keçirilməsinə nəzarət; Neft və qaz quyularının verilmiş istismar əmsalının təmin edilməsi; Elektrik dalma nasoslarının işə buraxılması və qoyulmuş rejimə salınmasının təmin edilməsi; Lay təzyiqinin saxlanması üçün su vurucu quyuların işinə nəzarət; Quyuların kimyəvi üsullarla işləməsinin hesabatının aparılması; Mədəndə aparılan mürəkkəb quraşdırma və sökmə işlərinin, elektrik dalma nasosları qurğularında, avtomatik qrup ölçü qurğularında işlərin görülməsi; Quyuların yeraltı və əasalı təmirə hazırlanmasında, onların təmirdən sonra işə buraxılmasında və rejimə salınmasında iştirakı; İstehsalat sahəsində usta: Quyuların təmirə hazırlanması sexi tərəfindən istehsalat tapşırıqlarının müəyyən edilmiş vaxtda və həcmdə verilmiş nomenklaturaya, keyfiyyətə uyğun yerinə yetirilməsi əməyin məhsuldarlığının artmasını, avadanlıqların texniki imkanları və rasional yüklənməsi əsasında görülən işlərə çəkilən zəhmətin azaldılmasının təmini; İşlərin vaxtında görülməsini hazırlamaq, fəhlə və briqadaların bölgüsünü təmin etmək; Texnoloji proseslərə riayət olunmasına nəzarət etmək, operativ şəkildə onların pozulmasını aşkara çıxarmaq və səbəblərini aradan qaldırmaq; Fəaliyyətdə olan texnoloji proseslərin, həmçinin istehsalat qrafiklərinin təkmilləşdirilməsi və yenilərinin işlənib hazırlanmasında iştirak etmək. Yüklərin nəqli zamanı onların insanların başı üzərindən keçməməsi və harasa ilişməməsi üçün yükləri müşaiyət etmək; Boruların, ştanqların və görülən işlərin keyfiyyətini yoxlamaq; Sahənin rekonstruksiyası, texnoloji avadanlıqların təmiri, istehsalat proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə başa çatmış işlərin təhvil-təslimində iştirak etmək; Fəhlələrin iş normasını yerinə yetirilməsini, istehsalat sahələrindən, alətlərdən, avadanlılardan düzgün istifadə edilməsinin, Hazırlıq sexinin ritmik işini təmin etmək; İşçilərin istehsalat təlimatlandırılmasını həyata keşirmək, əməyin mühafizəsi qaydaları, texniki təhlükəsizlik və istehsalat sanitariyası, avadanlıq və alətlərin texniki istismarı tədbirlərinin yerinə yetirilməsinə dair tədbirlər keçirmək, həmçinin bu işə nəzarət etmək; Hazırlıq sexinin istehsalat-təsərüfat fəaliyyətini nizamlayan qanunverici və normativ aktlara uyğun olaraq başçılıq etdiyi istehsalat sahəsinə rəhbərlik etmək; İddiaçı "Kayman Adalarının «X13» Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 15 il 6 ay 9 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- qazın yığılması üzrə operatorlar va quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; b) rəhbərlər və mütəxəssislər-neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar yarımbəndlərinə uyğundur. Arayışda olan məlumatlar işçinin Əmək kitabçasına və şəxsi işinə istinadən qeyd edilmişdir. X17 Məhkəməsinə təqdim edilməsi üçün verilir. Arayış “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na 2 nömrəli Əlavəyə uyğun hazırlanmışdır. “X11” Şirkətinin 04-2/164 A nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı işlədiyi vəzifə üzrə xüsusi avadanlıqla təmin olunması barədə qeydiyyat vərəqəsinin təsdiq olunmuş surəti və 2013-cü il tarixli vəzifəsi təlimatı qoşamada məhkəməyə göndərilmişdir. İddiaçı “Quyuların Əsaslı və Yeraltı təmiri sexində 5-ci dərəcəli hazırlıq briqada operatoru” işlədiyi vəzifə üzrə (xx.xx.2001-xx.xx.2004) 20 ildən artıq vaxt keçdiyindən onun vəzifə təlimatı şirkətin arxivində aşkar olunmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun: Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər– 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə– pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:
10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı; 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi; a) fəhlələr, quyuların əsaslı təmirinin qazmaçıları, dənizdə üzən buruq aqreqatlarının qazmaçıları, işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri və s. b) rəhbərlər və mütəxəssislər: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri və s.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Məhkəmənin mövqeyi:
Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. İş materiallarından müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasiləsiz əmək fəaliyyətini davam etdirmiş və hal-hazırdada işləyir. İddiaçının xx.xx.2014-cü il tarixdə 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçının xx.xx.2023-cü il tarixədək ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. Belə ki, iş materiallarında olan "Kayman Adalarının «X13» Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 15 il 6 ay 9 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- qazın yığılması üzrə operatorlar va quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; b) rəhbərlər və mütəxəssislər-neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar yarımbəndlərinə uyğundur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Cavabdeh inzibati orqanın imtinasının əsas dəlili iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi "X11"nin ona dair xx.xx.2023-cü il tarixli 81 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qaz yığma sexində çilingər, xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində hazırlıq briqadasında usta və yükləmə üzrə usta, xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində istehsalat sahəsi ustası. xx.xx.2021-2.10.2023-cü il tarixləri arasındakı dövr ərzində boru və ştanqların təmizlənməsi və sınağı sahəsində usta və böyük usta yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. İşə götürən tərəfindən məhkəmə təqdim edilmiş vəzifə təlimatlarından və digər sübutlardan müəyyən edilir ki, cavabdeh orqanın dəlilini təşkil edən iddiaçının işlədiyi çilingər, hazrlıq briqadasında usta, yükləmə üzrə usta, boru və ştanqların təmizlənməsi və sınağı sahəsində usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 10 və 10.2-ci bölmələri: fəhlələr yarımbəndində (a) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə tam şəkildə eynilik təşkil edir. Beləliklə, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ödənilməyən məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajını qəbul etmiş, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xüsusi iş stajına münasibətdə mübahisələndirmədiyi dövürlər 5 il 3 ay (xx.xx.1990-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2004-cü il tarixlər) təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının fəaliyyət göstərdiyi müəssə "Kayman Adalarının «X13» Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 15 il 6 ay 9 gün təşkil etdiyini təsdiq etmiş, iddiaçının fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- qazın yığılması üzrə operatorlar va quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; b) rəhbərlər və mütəxəssislər-neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar yarımbəndlərinə uyğun olduğunu bir daha təsdiq etmişdir. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, hüququnun yarandığı “xx.xx.2023-cü il tarixdən 60 yaşdan, güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı iddiası təmin edilsin. İddiaçı hüququnun yarandığı “xx.xx.2023-cü il tarixdən 60 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Şahəli Musayev