Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1778/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Mııdafıə Fondunun Kürdəmir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980-1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil müddətinin və xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir “Süd” zavodunda maşinist işləməyi ilə bağlı əmək stajını təsdiq edən əmək kitabçasının Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Kürdəmir rayon şöbəsinin vəzifəli şəxslərinin qəbul etməmələri barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə əmək stajının nəzərə alınmaqla, ona əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Mııdafıə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Mııdafıə Fondunun Kürdəmir rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialı ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.1980xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddətin, xx.xx.1994-xx.xx.2001-ci illərdə X13 və xx.xx.2001-xx.xx.2002-ci illərdə X6 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 06 dekabr 2021-ci il tarixli, 2- 1(120)-665/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçının xx.xx.1980xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.2001-ci illərdə X13 və xx.xx.2001-xx.xx.2002-ci illərdə X6 İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər Z.A.Zeynalov və O.N.İsmayılovdan ibarət tərkibdə) 20 aprel 2022-ci il tarixli, 2- 1(106)-103/2022 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(120)-665/2021 nömrəli qərarının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibti işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.1999-cu illərdə X13 və xx.xx.1999-xx.xx.2002ci illərdə X6 İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Kürdəmir şəhərində anadan olmuş və hazırda da həmin ünvanda yaşayır. 1980-ci il tarixdə Sumqayıt Politexnik Texnikumunda əyani şöbəsinə daxil olaraq 1988-ci ildə həmin Texnikumu bitirmişdir. Onu da bildirir ki, Texnikuma daxil olandan sonra müəyyən müddət təhsilini dondurmuşdur. O, xx.xx.1973-cü ildən fasilələrlə xx.xx.2001-ci il tarixlərdə işləmiş və hazırda da xx.xx.2020-ci il tarixindən Şirvan QİŞ-də fəhlə işləyir. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən yaşa görə pensiyaya çıxmaq üçiın DSMF-nin Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Orada ondan əmək stajı barədə əmək kitabçası istədilər. Həmin İdarədə işləməyi əmək kitabçasında qeyd olunmuşdur. DSMFnin Kürdəmir rayon şöbəsinin ona ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Süd zavodunda işləməyi əmək kitabçasında qeyd edilsə də Süd zavodunun arxiv sənədləri tapılmadığı, müəsissənin səndləri Dövlət Arxivinə təhvil verilmədiyindən və eləcə də həmin müəssisənin arxiv sənədlərinin saxlandığı hüquqi ünvanı məlum olmadığından və nəticə etibarı ilə əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılmasının həyata keçirilməsi mümkün olmamışdır. “Əmək pensiyalan haqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək penisyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanması zəruri hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatma imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən baslayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı H.X11 rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Kürdəmir rayon şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir “Süd” zavodunda işlədiyi müddətin qarşılıqlı yoxlanılması mümkün olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş arayışda iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X6 idarəsində işləməsi faktı öz əksini tapmışdır. Lakin iddiaçının əmək kitabçasında xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir “Süd” zavodunda işləməyi öz əksini tapsada, arayış və əmək kitabçasında qeyd olunan illər üzrə ziddiyətlər əsaslı şübhə doğurur. Bundan başqa, X16 dair sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən və həmçinin həmin müəssisənin arxiv sərıədlərinin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kıtabçasındakı qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Əlavə olaraq, İddiaçı 1980-ci il tarixdən 1988-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığını iddia edir. Lakin 1986-1988-ci illərdə əmək kitabçasında işləməsinə dair müvafiq qeydlər vardır. Göstərilən halları nəzərə alaraq cavabdeh tərəfindən həmin illər sosial sıgorta stajına daxil edilməmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddıaçı İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, o, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Kürdəmir rayon süd emalı zavodunda işləmişdir. Lakin 1999-cu ildən zavoda süd gəlmədiyi üçün zavodun fəaliyyəti dayanmışdır və bu müddət ərzində idarənin müdiri xəstə olduğu üçün işə gəlmədiyinə görə əmək kitabçasını götürə bilməmişdir. xx.xx.1999-cu ildən 2002-ci ilə qədər suvarma sistemləri idarəsinə işə düzəlib işləmişdir. Ona görə də əmək kitabçasını alarkən süd zavodunda işlədiyi illərin yazılmasına fikir verməmişdir. İdarənin məsul şəxsi əmək kitabçasını yazarkən texniki səhf etmişdir. Bu onun günahı deyil. Bu yazılmaya görə tarixlər üst-üstə düşür. Lakin əmək pensiyası hesablanan zaman bu fakt ortaya çıxıb. Təkrar olaraq qeyd edir ki, o, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Kürdəmir rayon süd emalı zavodunda, xx.xx.1999-cu ildən 2002-ci ilə qədər Suvarma Sistemləri idarəsində işləmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki,“... iddiaçının əmək kitabçasında qeyd edilmişdir ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək X13, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci tarixədək X6 İdarəsində işləmişdir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində xx.xx.2001-ci il tarixədək X13, həmin tarixdən sonra isə X6 İdarəsində işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən isə iddiaçı izahat verərək bildirmişdir ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək X13 və xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək X6 İdarəsində işləmişdir. Belə ki, 1999-cu ildən X16 süd verilməyəcəyi üçün onlara da əmək haqqı verilməyəcəkdi. Maddi çətinliyi olduğundan o da həmin zavodda işdən çıxıb xx.xx.1999-cu il tarixdən X6 İdarəsində işləməyə başlamışdır. Lakin həmin vaxt X14 direktoru ağır xəstə olduğundan və əmək kitabçası da direktorda olduğundan onun X13 işdən azad edilməsi barədə əmrin verilməsi və əmək kitabçasının doldurulması mümkün olmamışdır. X14 direktoru 2001-ci ildə işə qayıtdıqdan sonra xx.xx.2001-ci il tarixdə onun işdən azad edilməsi barədə əmri vermiş və o da əmək kitabçasını əldə edə bilmişdir. Daha sonra da əmək kitabçasında X6 İdarəsində işləməsi barədə qeydlər aparılmışdır. Göründüyü kimi, iddiaçının tələbinin dəyişdirilməsi zamanı birinci instansiya məhkəməsi iddiaçının izahatını almamış, iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya lazımi hüquqi yardım göstərməmiş və nəticədə iddia tələbi düzgün müəyyən edilməmişdir. İddia tələbinin dəyişdirilməsi apellyasiya icraatı zamanı məqsədəmüvafiq olmadığından iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən ilk növbədə iddiaçının iddia tələbini dəqiqləşdirməlidir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə əlaqədar məlumat və sənədləri tam aydınlaşdırmadan qərar qəbul etmişdir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, X18 xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək fəaliyyət göstərmişdir. Həmçinin həmin məktuba əlavə edilmiş müəssisənin (obyektin) əmək kollektivi haqqında məlumatın surətindən görünür ki, 1995-ci il 01 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər qrafasında “yoxdur” qeydi edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi X14 hansı tarixlərdə fəaliyyət göstərmiş olduğunu, iddiaçının X13 hansı tarixlərdə işləmiş olduğunu müəyyən etməmiş və bu istiqamətdə lazımi araşdırma aparmamışdır. Həmçinin iddiaçının Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı müddətlə bağlı işdə olan arxiv sənədləri Rus dilindədir. Birinci instansiya məhkəməsi həmin sənədlərin Azərbaycan dilinə edilmiş tərcüməsini əldə etməmişdir. İddiaçının mübahisəli staj dövrləri nəzərə alınacağı təqdirdə birinci instansiya məhkəməsi həmçinin iddiaçının digər staj dövrlərini də araşdıraraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(106)-103/2022 saylı qərardadındakı göstərişlər (hüquqi mövqe) nəzərə alınaraq təkrar məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 28 fevral 2022-ci il tarixli, 10-10-116/12 saylı məktubda Sumqayıt Politexnik Texnikumunun sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sumqayıt filialına təhvil verildiyindən sözügedən sorğunun cavablandırılmasının imkan xaricində olduğu bildirilmişdir. Bundan əlavə Apelyasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2- 1(106)-103/2022 saylı qərardadındakı göstərişlər (hüquqi mövqe) nəzərə alınaraq təkrar məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının təqdim etdiyi Sumqayıt Politexnik Texnikumu üzrə xx.xx.1980-ci il tarixli, 161-c nömrəli əmrinin Rus dilindən Azərbaycan dilinə edilmiş tərcüməsi əldə edilmişdir. Həmin əmrdən görünür ki, aşağıda göstərilən 1980/81 tədris ili üçün yeni qəbul olunmuş və qəbul imtahanları vermiş abituriyentlər 1 sentyabr 1980-ci il tarixdən etibarən Sumqayıt Politexnik Texnikumunun gündüz şöbəsinin aşağdakı ixtisas qrupu və kursları üçün tələblər sırasına daxil edilir: Gündüz şöbə, İİ kurs, “Sənaye müəssisələri və qurğularının elektrik avadanlığı” ixtisası üzrə EPD-80 qrupu, 28. İddiaçı, Əsas: Protokol № 44, 22 avqust 1982-ci il. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçalarının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixli, 156 nömrəli əmrlə Şirvan meliorasiya su tikinti trestinin PMK-18-ə İ dərəcə fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli, 75 nömrəli əmrlə Sovet ordusunda xidmətə çağırışla əlaqədar işdən azad edilmiş, xx.xx.1976-cı il tarixli, 39 nömrəli əmrlə Ucar kombinatının Kürdəmir filialına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 33 nömrəli əmrlə Texniki məktəbə daxil olunmaqla əlaqədar ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1986-cı il tarixli, 14/0 nömrəli əmrlə Qazma qurğularına xidmət üzrə İİİ dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1988ci il tarixli, 42/k nömrəli əmrlə İV dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.1994-cü il tarixli, 46/k nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixli, 109 nömrəli əmrlə X16 maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1999-cu il tarixdə X6 İdarəsinə dördüncü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə Şirvan qış otlaqlarının X9 İstismarı İdarəsinə 4-cü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 05 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan НЗ-2126562 saylı hərbi biletdən görünür ki, İddiaçı 08 may 1974-cü il tarixdən 04 iyun 1976-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********092300 saylı məktubundan görünür ki, Kürdəmir “Süd” zavodu 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Kürdəmir rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 24 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin qeydiyyatı Dövlət Statistika Komitəsi tərəfindən 1996-cı ildən başlayaraq aparılır və “X18” 17 iyun 1996-cı ildən qeydiyyatdadır. Hal-hazırda əlavə heç bir məlumat yoxdur. İş materiallarında olan Sumqayıt Dövlət Universitetinin xx.xx.2021-ci il tarixli, 40-xxxx/2021 saylı məktubundan görünür ki, Sumqayıt Politexnik Texnikumu ilə Sumqayıt Dövlət Universiteti arasında heç bir əlaqə olmadğı üçün texnikuma aid sənədlər Sumqayıt Dövlət Universitetinin arxivində mövcud deyildir. İş materiallarında olan Dövlət Arxivinin Sumqayıt filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 12/1 nömrəli məktubuna əlavə olunmuş Sumqayıt Politexnik Texnikumunun xx.xx.1988-ci il tarixli, 161-s nömrəli və xx.xx.1983-cü il tarixli, 2-s nömrəli, xx.xx.1987-ci il tarixli, 432-s nömrəli və xx.xx.1988-ci il tarixli, 99-s nömrəli əmrlərindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə gündüz (əyani) bölməsinə qəbul olunmuş və imtahanda iştirak etmədiyinə görə xx.xx.1983-cü il tarixdən xaric olunmuş, daha sonra xx.xx.1987-ci il tarixdə texnikumun qiyabi bölməsinə bərpa olunmuş, xx.xx.1988-ci il tarixdə təhsilini başa çatdırmış və xx.xx.1988-ci il tarixli, 7 nömrəli protokol əsasında diplom almışdır. İş materiallarında olan hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir: “sizin xx.xx.2021-ci il tarixli 2-1(120)-665/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, ünvan 7 ünvanında yaşayan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən sığortaolunanın xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olacağı təqdirdə sığortaolunanlara avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildiririk ki, həmin dövrdə (xx.xx.2006-xx.xx.2018) iddiaçının pensiya kapitalı olmamışdır. Vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsini, əmək kitabçasının, hərbi biletinin, diplomunun surətlərini və Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən işləməsi barədə arayış təqdim etmişdir. İddiaçı təqdim etdiyi diplomda xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il (7 il 6 ay 23 gün) tarixlərədək Sumqayıt Politexnik Texnikumunu bitirildiyi göstərilmişdir. Xatırladırıq ki, xx.xx.2006-cı il tarixindən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq, həmin tarixədək bitmiş əyani təhsil müddəti sığorta stajına daxil edilir. Lakin vətəndaşın həmin dövürdə əyani təhsil alması mübahisəli olduğundan həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. Bildiririk ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-ci illərdə hərbi xidmət dövrü (2 il 3 gün), əmək kitabçasında qeyd olunan xx.xx.1973 xx.xx.1974, xx.xx.1976-xx.xx.1980, xx.xx.1986-xx.xx.1994, xx.xx.1994-xx.xx.2001-ci illər (19 il 9 ay 9 gün) və xx.xx.1999-xx.xx.2002-ci illərdə (arayış) Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən (3 il 4 ay 29 gün) işləməsini nəzərə alsaq xx.xx.2005-ci il tarixədək 25 il 2 ay 29 gün ümumi iş stajı və xx.xx.2020-cı ildən xx.xx.2021-ci il tarixədək 8 ay stajı nəzərə alınmaqla ümumilikdə 25 il 10 ay 29 gün sığorta stajı hesablanmışdır. Buradan görünür ki, vətəndaşın bütün sosial sığorta stajı nəzərə alınsa ona yaşa görə əmək pensiyası hesablamaq mümkündür. Lakin qeyd edirik ki, vətəndaşın əmək kitabçasında qeyd olunan xx.xx.1994-xx.xx.2001-ci illər (6 il 9 ay 4 gün) mübahisəlidir. Belə ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir rayon Süd zavodunda işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, Kürdəmir rayon Süd zavodunun hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsada ümumi əmək stajına daxil edilməmişdir. Qeyd etdiyimiz illəri ((xx.xx.1994-xx.xx.2001-ci illər (6 il 9 ay 4 gün)) nəzərə almadıqda İddiaçı 19 il 1 ay 25 gün sığorta stajı qalır. Eyni zamanda bildiririk ki, vətəndaşın təqdim etdiyi arayışında qeyd olunan xx.xx.1999 - xx.xx.2002-ci illər əmək kitabçasında qeyd edilməmişdir. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 91 nömrəli məktubundan görünür ki, X14 şəxsi heyətinə dair ilkin sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli, **********56 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1993-cü il tarixli nizamnamədən görünür ki, X18 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 293 saylı 8 iyun 1993-cü il tarixli qərarı ilə “Azəryeyinti Sənaye” dövlət şirkətinin tərkibində müstəqil müəssisə kimi tabe edilmişdir. X18 sərbəst balansla birbaşa Azərbaycan Respublikası Dövlət Yeyinti Sənayesi şirkətinə tabedir, tam təsərrüfat hesabı ilə işləyir. Hüquqi vahiddir. Aqrosənaye bankının Kürdəmir rayon şöbəsində hesablaşma hesabları var və Kürdəmir rayonunda yerləşir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli, **********56 nömrəli məktubuna əlavə olunmuş müəssisənin xx.xx.2014-cü il tarixli, 2827 nömrəli alqı-satqı müqaviləsindən, 13 may 2014-cü il tarixli, 02 nömrəli hərracın yekun protokolundan görünür ki, X18 hərraca çıxarılmış və xx.xx.2014-cü il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən X2 tərəfindən 11917 manata satın alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli, **********56 nömrəli məktubundan görünür ki, X18 7 iyul 1993-cü ildən 01 yanvar 1997-ci ilə qədər fəaliyyət göstərmiş, zavodun rəhbərləri X3 və X2 olmuşdur. İşdə olan X6 İdarəsinin 06 dekabr 2021-ci il tarixli, 01/492 nömrəli məktubu və ona əlavə olunmuş əmrlərdən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə 1 nömrəli əmr ilə X6 İdarəsinə işə daxil olmuş, xx.xx.2002-ci il tarixli, 19 nömrəli əmr ilə işdən azad olunmuşdur. İş materiallarında olan X6 İdarəsinin 06 dekabr 2021-ci il tarixli, 01/492 nömrəli məktubuna əlavə olunmuş əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 1999-2002-ci illərdə əmək haqqı almışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin X6 İdarəsinin xx.xx.2021-ci il tarixli, 01/06 nömrəli arayışından görünür ki, İddiaçı 1999-2002ci illərdə əmək haqqı almışdır. İş materiallarında olan MT-İ № 271151 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1988-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 11-11-37/12 nömrəli məktubundan görünür ki, Sumqayıt Politexnik Texnikomu tərəfindən İddiaçı verilmiş MT-İ seriyalı, 271151 nömrəli diplom dövlət nümunəlidir. İş materiallarında olan hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir: “ünvan 7 ünvanında yaşayan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən sığortaolunanın xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olacağı təqdirdə sığortaolunanlara avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildiririk ki, həmin dövrdə (xx.xx.2006-xx.xx.2018) iddiaçının pensiya kapitalı yoxdur. Sorğunuzla bağlı bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən yaranır. Bu Qanunun tələblərindən göründüyü kimi vətəndaşın 25 il sığorta stajı və ya 28800 (min əmək pensiyası 200*144=28800) pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiya hüququ yaranır. Vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsini, əmək kitabçasının hərbi biletinin, diplomunun surətlərini və Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən işləməsi barədə arayış təqdim etmişdir. İddiaçı təqdim etdiyi diplomda xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il (7 il 6 ay 23 gün) tarixədək Sumqayıt Politexnik Texnikumun bitirildiyi göstərilmişdir. Xatırladırıq ki, xx.xx.2006-cı il tarixindən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq, həmin tarixədək bitmiş əyani təhsil müddəti sığorta stajına daxil edilir. Lakin vətəndaşın həmin dövürdə əyani təhsil alması mübahisəli olduğundan həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. Bildiririk ki, təhsil dövrünü tam əyani qurtardıqda sosial sığorta stajına daxil edilir. Nəzərinizə çatdırırıq ki, iddiaçının əmək kitabçasında xx.xx.1994-xx.xx.2001-ci il tarixlərində X13 işləməsi qeyd olunmuşdur. Eyni zamanda təqdim etdiyi arayışda xx.xx.1999-xx.xx.2002-ci illərdə Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən işləməsi göstərilmişdir. Buradan görünür ki, vətəndaşın xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək əmək (sosial sığorta) stajı üst-üstə düşür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.2-ci bəndinə əsasən Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bildiririk ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət dövrü (2 il 3 gün), əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.1974, xx.xx.1976-xx.xx.1980, xx.xx.1986-xx.xx.1994, xx.xx.1994-xx.xx.2001-ci illər (19 il 9 ay 9 gün) və xx.xx.2001-xx.xx.2002-ci illərdə (arayış) Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən (1 il 26 gün) işləməsini nəzərə alsaq, xx.xx.2005-ci il tarixədək 22 il 10 ay 8 gün ümumi iş stajı və xx.xx.2020-cı ildən xx.xx.2021-ci il tarixədək 8 ay stajı nəzərə alınmaqla ümumilikdə 23 il 6 ay 8 gün sığorta stajı hesablanmışdır. Buradan görünür ki, vətəndaşın bütün sosial sığorta stajı nəzərə alınsa ona yaşa görə əmək pensiyası hesablamaq mümkün deyildir. Əlavə olaraq qeyd edirik ki, vətədaşın əmək kitabçasında qeyd olunan xx.xx.1994-xx.xx.2001-ci illər (6 il 9 ay 4 gün) mübahisəlidir. Belə ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir rayon Süd zavodunda işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, Kürdəmir rayon Süd zavodunun hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsa da ümumi əmək stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, vətəndaşın təqdim etdiyi arayışında qeyd olunan xx.xx.1999xx.xx.2002-ci illər əmək kitabçasında qeyd edilməmişdir. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.” İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış sığortaolunanların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ərnək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veraikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Məlumat üçün bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada təyinat aparılır. Bildiririk ki, əmək kitabçanızda Sizin xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir «Süd» zavodunda işləməyiniz qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin həmin müəssisələrin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən və eləcədə həmin müəssisənin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvanı məlum olmadığından və nəticə etibarı ilə əmək kitabçanızdakı qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmadığı üçün Sizin pensiyanız hesablanarkən əyani təhsil müddəti ümumi əmək stajına daxil edilməmişdir. Bu səbəblərdən də Sizə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə Kürdəmir rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1973-cü il tarixli, 156 nömrəli əmrlə Şirvan meliorasiya su tikinti trestinin PMK-18-ə İ dərəcə fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli, 75 nömrəli əmrlə Sovet ordusunda xidmətə çağırışla əlaqədar işdən azad edilmiş, 08 may 1974-cü il tarixdən 04 iyun 1976-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmiş, xx.xx.1976-cı il tarixli, 39 nömrəli əmrlə Ucar kombinatının Kürdəmir filialına fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 33 nömrəli əmrlə Texniki məktəbə daxil olunmaqla əlaqədar ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1986-cı il tarixli, 14/0 nömrəli əmrlə Qazma qurğularına xidmət üzrə İİİ dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 42/k nömrəli əmrlə İV dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.1994-cü il tarixli, 46/k nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixli, 109 nömrəli əmrlə X16 maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə işdən azad edilmiş, xx.xx.1999-cu il tarixdə X6 İdarəsinə dördüncü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə Şirvan qış otlaqlarının X9 İstismarı İdarəsinə 4-cü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 05 nömrəli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının xx.xx.1994xx.xx.1999-cü illərdə X13 və xx.xx.2001-xx.xx.2002-ci illərdə X6 İdarəsində işlədiyi əmək fəaliyyəti, eləcə də 1980-ci il tarixdən 1988-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil alması ilə bağlıdır. Cavabdeh inzibati orqan bildirir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi Kürdəmir rayon Süd zavodunun hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsa da ümumi əmək stajına daxil edilməmişdir. Eyni zamanda bildirirlər ki, vətəndaşın təqdim etdiyi arayışında qeyd olunan X6 İdarəsində işlədiyi xx.xx.1999xx.xx.2002-ci illər üzrə əmək fəaliyyəti əmək kitabçasında qeyd edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1994-cü il tarixli, 109 nömrəli əmrlə X16 maşinist vəzifəsinə qəbul edildiyi, xx.xx.1999-cu il tarixdə işdən azad edildiyi, xx.xx.1999cu il tarixdə X6 İdarəsinə dördüncü dərəcəli fəhlə vəzifəsinə qəbul edildiyi, xx.xx.2002-ci il tarixdə işdən azad edildiyi müəyyən olundu və bununla da cavabdeh inzibati orqanın iddiaçının X13 işlədiyi iş illəri ilə X6 İdarəsində işlədiyi iş illərinin üst-üstə düşməsi barədə ziddiyyətli məqamlara aydınlıq gətirilmiş oldu. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı xx.xx.1999-cu il tarixdə X6 İdarəsinə dördüncü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmiş, həmin dövrlər əmək kitabçasında qeyd olunmuş, eləcə də iddiaçı işlədiyi 1999-2002-ci illərdə əmək haqqı almışdır. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi Kürdəmir rayon Süd zavodunun hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmaması, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Sumqayıt Politexnik Texnikumunun gündüz (əyani) bölməsinə qəbul olunmuş və imtahanda iştirak etmədiyinə görə xx.xx.1983-cü il tarixdən xaric olunmuş, daha sonra xx.xx.1987-ci il tarixdə texnikumun qiyabi bölməsinə bərpa olunmuş, xx.xx.1988-ci il tarixdə təhsilini başa çatdırmış və xx.xx.1988-ci il tarixli, 7 nömrəli protokol əsasında diplom almışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.1999-cu illərdə X13 və xx.xx.1999-xx.xx.2002-ci illərdə X6 İdarəsində işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı X4 xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.1999-cu illərdə X13 və xx.xx.1999-xx.xx.2002ci illərdə X6 İdarəsində işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X4 xx.xx.1980-xx.xx.1983-cü illərdə Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığı müddət, xx.xx.1994-xx.xx.1999-cu illərdə X13 və xx.xx.1999-xx.xx.2002ci illərdə X6 İdarəsində X6 İdarəsində işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin 1 saylı Mərkəzi Aran regional filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1778/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1778/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver