Məhkəmə qərarları › İş №2-1(120)-1778/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1778/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1778/2024 05.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi katibliyi. İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edillməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 05 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1965-ci il tarixli, 55 saylı doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1965-ci il tarixdən xx.xx.1962-ci il tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxx 1962-ci ildə Ağcabədi rayonu Qaradolaq kəndində anadan olmuşdur. Bununla bağlı Cavabdehndə 55 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Daha sonra ona məlum olmuşdur ki, xx xxxx 1962-ci il tarixdə doğulmağına baxmayaraq Cavabdehndə tərtib olunmuş 55 saylı doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1965-ci il” kimi qeyd olunmuşdur. Doğum haqqında arayış əldə etmək üçün xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət etmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə ona arayış təqdim edilmiş, lakin doğum tarixinin “xx.xx.1965-ci il” kimi qeyd olunduğu bildirilmiş və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddia ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsindən və nikah haqqında şəhadətnamədən də görünür ki, o, həqiqətən də xx xxxx 1962-ci il tarixdə anadan olmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı məhkəmə iclasına gəlmiş, Cavabdeh nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Ağcabədi rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.1965-ci il tarixli, 55 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1965-ci il tarixdən xx.xx.1962-ci il tarixə düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, iş materialarında olan; Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatdadır. xx.xx.2014-cü il tarixli, AZ-İ№ 950650 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X3 ilə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı rəsmi nikah akt qeydi bağlamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ağcabədi rayonu, Qaradolaq kəndində anadan olmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1965-ci il tarixdə Ağcabədi rayonu, Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı barəsində tərtib edilmiş 55 saylı doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1965” təqdim etdiyiniz sənədlərdə isə “xx.xx.1962” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1 -ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün xx.xx.1965-ci il tarixdə Ağcabədi rayonu, Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı barəsində tərtib edilmiş 55 saylı doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1965”dən, “xx.xx.1962”yə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Ağcabədi Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ilk dəfə qeydiyyata alınmasına səbəb olan və ilkin şəxsiyyət vəsiqənin verilməsinə əsas olmuş sənədlərin, arxiv sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.Lakin vətəndaşa aid AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının kserosurəti Sizə göndərilir.Fərdi uçət kartoçkasında onun doğum tarixi 1962 kimi göstərilmişdir. 22 aprel 1965-ci il tarixli, 55 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən edilir ki, İddiaçı 10 aprel 1965-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Ağcabədi rayonu Qaradolaq kəndində anadan olmuşdur və həmin kənddə yaşamışdır.Qaradolaq kənd orta məktəbində oxumuş 06 iyul 1978 ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 2002-ci ilin oktyabr ayında Ağcabədi rayon Avşar kənd sakini ilə ailə qurmuş və Avşar kəndinə köçmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağcabədi rayon Qaradolaq kənd H.Məmmədov adına 1 nömrəli tam orta məktəbinin arayışında qeyd edilmişdir ki, İddiaçı ona görə ki, o, 06 iyul 1978-ci ildə Ağcabədi rayon Qaradolaq kənd (indiki Ağcabədi rayon Qaradolaq kənd H.Məmmədov adına 1 nömrəli tam orta məktəb) məktəbinin 8-ci sinifini bitirmiş və 737852 nömrəli şəhadətnamə almışdır. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Ağcabədi Rayon Mərkəzi Xəstaxanasi" X7 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1 1962-1965-ci illərdə uşaq dünyaya gətirməsi ilə bağlı heç bir sənəd Ağcabədi RMX PHŞ-nin Arxiv bölməsində mövcud deyildir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xx.xx.2024-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Bununla yanaşı, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “X4” X6 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda verilmiş baza məlumatlarına əsasən müraciət etməyib və dispanser müşahidəsi aparılmayıb. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət arxivləri mühafizə etdikləri sənədlər əsasında həmin faktların təsdiq edilməsi barədə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, sənədlərdən çıxarışlar və ya sənədlərin surətini verir. Nəzərinizə çatdırırıq ki, arxiv sənədləri əsasında informasiyanın verilməsi xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq olunmuş “Milli arxiv fondu sənədlərindən istifadə Qaydası”nın 3.1-ci maddəsinə uyğun olaraq axtarış məlumatları göstərildiyi həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tələb olunan şəxslər barədə axtarış məlumatlarını (ad, soyad, ata adları, doğulduqları tarix və faktların alındığı inzibati ərazi vahidliyi) qeyd etməklə müvafiq dövlət arxivinə müraciət etməyiniz məsləhət görülür. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Əlavə olaraq bildiririk ki,VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikasının dövlət arxivlərinə yalnız 1947-ci ilə qədər təhvil verilmişdir. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Ağcabədi Rayon İcra Hakimiyyəti Ağcabədi Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Arxivdə mühafizə olunan Ağcabədi rayon VVAQ şöbəsinin sənədlərinə baxış keçirildi.Baxış zamanı məlum oldu ki, Ağcabədi rayon VVAQ şöbəsinin 1962-ci il dövrü əhatə edən sənədləri arxivdə mühafizə oiunmur.Bu səbəbdən İddiaçı doğumu barədə sizə heç bir məlumat verək mümkün olmadı. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il taruxli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - (2.5.1.) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; - (2.5.2.) valideynlərin nikah haqqında şəhadətnaməsi; - (2.5.3.) doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; - (2.5.4.) uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; - (2.5.5.) uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; - (2.5.6.) uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; - (2.5.7.) valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, mövcud qanunvericilik doğumun qeydə alınması üçün təqdim edilməli sənədlərin siyahına doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədi, eləcə də müvafiq sənədlər, o cümlədən tibb müəssisəsinin sənədi olmadıqda doğumla bağlı məhkəmə qətnaməsinin (qanuni qüvvəyə minmiş) olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçının doğulması ilə bağlı əsas sənəd doğum haqqında akt qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı doğum tarixi də 10 aprel 1965-ci il kimi qeyd edilmiş və 22 aprel 1965-ci il tarixdə də tərtib edilmişdir. Lakin həmin akt qeydindən sonra tərtib edilmiş iddiaçıya məxsus sənədlərdə onun doğum tarixi xx.xx.1962-ci il kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi və digər sənədlərdə həmin tarix səhvən qeyd edilmişdir və akt qeydində dəyişiklik edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübut, yəni doğum tarixinə “xx xxxx 1962-ci il” kimi düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə ümumi məhkəməyə (rayon və ya şəhər) müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.1965-ci il tarixli, 55 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1965ci il tarixdən xx.xx.1962-ci il tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1965-ci il tarixli, 55 saylı doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1965-ci il tarixdən xx.xx.1962-ci il tarixə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar