Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1779/2025 04.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X25 Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh X25 Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh X25 Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında Qanunun 8.2-ci maddəsinə əsasən yaş həddi 5 il azaldılmaqla ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X11 ilə xx.xx.1996-cı ildə rəsmi nikah bağlamışdır. Birgə nikahlarından 4 övladları dünyaya gəlib. Axırıncı qızı X14 1995-ci ildə qüsurlu doğulub. TSEK tərəfindən ona “anadangəlmə inkişaf qüsuru, hər iki aşağı ətrafın varus deformasiyası, pəncə və beldə əzələ atrofiyası, hərəki funksiyasının pozulması” diaqnozu qoyulub. Rəsmi sağlamlıq imkanları məhdud uşaq olduğuna görə qızına baxmışdır. Çünki anası ikinci qrup əlil olub və sağlamlıq imkanları imkan vermədiyinə görə xəstə uşağa baxa bilməyib. Uşağın anası X11 ilə aralarındakı nikah İmişli Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ana xəstə olduğuna görə uşaq onun himayəndəsində qalmış və qızına o baxmışdır. Nikah pozulandan sonra heç vaxt ailə qurmamışdır. İddia ərizəsinə əlavə etdiyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki arayışdan da görünür ki, X11 ilə aralarındakı nikah məhkəmə tərəfindən pozulub və o subaydır. İddia ərizəsinə əlavə etdiyi arayışdan da görünür ki, həyat yoldaşı X11 “sağ ağ ciyərin infinfratif vərəmi dağılma mərhələsi” diaqnozu ilə ikinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. İddia ərizəsinə əlavə etdiyi TSEK-in arayışından da görünür ki, qızı X1 inkişaf qüsuru, hər iki aşağı ətrafın varus deformasiyası, pəncə və beldə əzələ atrofiyası, hərəki funksiyasının pozulması diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır. Ona görə də qanunla müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası X25 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinin həlli ilə əlaqədar müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina olunmuşdur. Belə ki, ona təqdim olunmuş 23 avqust 2024-cü il tarixli 3-17-1/2-R-201986/2024 saylı qeydiyyat nömrəli məktubda göstərilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil omaqla beş və daha çox uşağı olan və ya əliliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, iddiaçı cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin edilməsini xahiş etmişdir. İddiaçı müraciət ərizəsində bildirmişdir ki, o, sağlamlıq imkanları məhdud uşağı təkbaşına böyütmüşdür. Cavabdeh orqan müvafiq müraciəti araşdırarkən iddiaçının iddia etdiyi kimi sağlamlıq imkanları məhdud uşağı təkbaşına böyütməsinə dair hər hansı hüquqi və ya faktiki əsas yoxdur. Belə ki, iddiaçının nikahına xitam verildiyi vaxt, yəni xx.xx.2023-cü il tarixdə uşaqlıqdan sağlamlıq imkanları məhdud olmuş övladı X14 (xx.xx.2005-ci il təvəllüdlü) yetkinlik yaşına çatmışdı. Bundan əlavə, X9 əlilliyinin müddəti də həmin vaxtda, yəni yetkinlik yaşına çatdıqda dayanmışdır. Bundan əlavə, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasındakı qeydlər də cavabdeh orqan tərəfindən mötəbər sayılmamışdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçası xx.xx.2004-cü il tarixdə doldurulmağa başlasa da, ilkin qeyd xx.xx.1996-cı il tarixə məxsusdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı bir sıra dövrlər mötəbər hesab edilmədiyindən iddiaçının kifayət qədər sığorta stajı yoxdur. Bundan narazı qalan iddiaçı Ə.X21 Məhkəməsinə müraciət etmişdir. İddiaçıya məxsus xx.xx.2023-cü il tarixli 05/09İS/168792- 23 nömrəli arayışdan da aydın olur ki. iddiaçının nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin vaxt isə iddiaçının xx.xx.2005-ci il təvəllüdlü övladı X14 yetkinlik yasına çatmış, eləcə də əlilliyinin müddəti bitmişdir. İddiaçının hüququnun yarandığına əsas verdiyini iddia etdiyi Qanunun 8.3-cü maddəsində isə əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalardan söhbət gedir. İddiaçıya münasibətdə müvafiq maddənin tətbiqi qeyri-mümkündür. Belə ki şəxsin nikahına xitam verilən zaman onun əlilliyi müəyyən edilmiş uşağı yox idi. Bununla yanaşı, himayədə uşağın qalması ilə bağlı bir məsələ olmadığından iddiaçının nikahına xitam verilməsinə dair təqdim etdiyi İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)- 1886/2021 nömrəli qərarında belə uşağın kimdə qalmasına dair hər hansı bir qeyd yoxdur. Müvafiq maddənin tələbi isə ondan ibarətdir ki, nikahına xitam verilmiş kişi əlilliyi müəyyən edilmiş uşağı təkbaşına səkkiz yaşınadək böyütməkdir. İddiaçıya münasibətdə isə müvafiq tələbin gözlənilmədiyi müşahidə olunur. Nəticə etibarilə, cavabdeh orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə, yəni 5 il azaldılmaqla təyin edilməsindən imtina etmişdir. Əlavə olaraq qeyd edir ki, vətəndaşa məxsus əmək kitabçası xx.xx.2004-cü il tarixdə doldurulmağa baslanılsa da, onun işləməsinə dair qeydlər xx.xx.1996-cı il tarixdən başlayır. Bununla yanaşı müvafiq qeydlər latın qrafikalı əlifba ilə yazılsa da, istifadə edilmiş möhürlər kirilcə tərtib edilmişdir. Əmək kitabçasının xx.xx.2004cü il tarixdə doldurulmağa başlamasını nəzərə alsaq, müvafiq möhürlərin kirilcə olması həmin qeydlərə ciddi şübhələrin olmasına dəlalət edir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edirlər. Daha sonra cavabdeh inzibati orqan etiraza əlavə verərək əlavədə qeyd etmişdir ki, iddiaçı İmişli rayon “Ağammədli” və “Fizuli” adına kolxozlarında işlədiyinə dair Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İmişli rayon Dövlət Arxivinin 19 iyun 2025-ci il tarixli, 3- 48-22RA/2-176/2025 nömrəli arayışını təqdim etmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-83419/2025 nömrəli xidməti məktubuna əsasən bildirir ki, İddiaçı İmişli rayon “Ağammədli” və“ Füzuli” adına kolxozlarında işlədiyinə dair Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İmişli rayon Dövlət Arxivinin 19 iyun 2025-ci il tarixli 3- 48-22RA/2-176/2025 nömrəli arayışına baxılmışdır. xx.xx.1984-cü il tarixindən xx.xx.1990cı il tarixinədək olan dövr onun sığorta stajına daxil edilmişdir. Staj cədvəlindən də göründüyü kimi (qoşmaya əlavə edilir) iddiaçının ümumi stajı 16 il 6 ay 27 gündür. Bu isə Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən minimum sosial sığorta stajından, yəni 25 ildən azdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə icraatına cəlb olunmuş 3-cü şəxs X11 iclasda iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq 3-cü şəxs X5 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. 0124364 nömrəli, xx.xx.2004-cü il tarixdə doldurulmuş Əmək kitabçasının surətindən görünür ki, İddiaçı; xx.xx.1996-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Oruclu orta məktəbində tarix müəllimi, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək M.Ə.Sabir adına “Uşaq və məktəblilər parkında” Gənc tarixçilər dərnəyinin rəhbəri, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Ə.Əliyev adına Telişli kənd orta məktəbində tarix müəllimi, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək tarix müəllimi, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək ixtisasına uyğun tarix müəllimi vəzifələrində işləmişdir. X25 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası X25 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.2-ci maddəsinə əsasən Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Təkrar müraciətinizə əsasən bir daha bildiririk ki, X11 vəfat etmədiyindən və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edilmədiyi üçün sizə əlilliyi müəyyən edilmiş uşağı olan kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya məxsus 1981-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Respublikası vətəndaşının AA2326017 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. X12 dair Əlillik təyinatı barədə arayışlarından müəyyən olunur ki: 01 avqust 2011-ci il tarixdən 01 avqust 2013-cü il tarixədək, 01 avqust 2015-ci il tarixdən 29 iyul 2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sağlamlıq imkan məhdud uşaq kimi əlillik təyin edilmişdir. X6 məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdən ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə X11 arasında bağlanmış nikah İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. AB-İ № 052576 nömrəli, xx.xx.1997-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1991-ci ildə Bakı Dövlət Universitetinin filalogiya fakultəsinə daxil olmuş və xx.xx.1996-cı il tarixdə tarix müəllimi ixtisası üzrə kursu bitirmişdir. X25 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.2-ci maddəsinə əsasən Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Bildirir ki, qanunvericiliyin tələblərinə əsasən X11 vəfat etmədiyindən və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edilmədiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətində “dublikat” sözü yazılmadığından xx.xx.2004-cü il tarixinədək qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirir ki, iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmət dövrü, 052576 nömrəli təhsil haqqında diplomun surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək təhsil aldığı dövr, sözügedən əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1996-cı il tarixindən xx.xx.2000- ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək, xx.xx.2006-cı il tarixindən sonra 1 il 10 ay əmək fəaliyyəti dövrləri daxil edilməklə ümumilikdə sığorta stajı 17 il 10 ay təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildirir ki, iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində 2037,36 manat pensiya kapitalı qeydə alınmışdır. İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1886/2021 nömrəli qətnaməsi il’ iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında 02 dekabr 1996-cı il tarixdə İmişli rayonunun Oruclu kənd icra nümayəndəliyi tərəfindən bağlanmış, 11 nömrəli nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. İmişli rayon Məhkəməsinin məktubunda qeyd edilmişdir ki, iddiaçı X11 iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı ilə aralarında Oruclu kənd icra nümayəndəliyi tərəfindən bağlanmış 02 dekabr 1996-cı il tarixli, 11 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1886/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Nikahın pozulması haqqında işə baxılarkən, yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması ilə bağlı tərəflər arasında mübahisə olmadığından, məhkəmə qeyd olunan məsələsini müzakirə etməmişdir. İmişli Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, xx.xx.2005-ci il təvəllüdlü X9 himayəçiliyə və ya qəyyumluğa verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti Qəyyumluq və himayəçilik komissiyasında məlumat yoxdur. X25 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7- ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.2-ci maddəsinə əsasən Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Bildirir ki, qanunvericiliyin tələblərinə əsasən X11 vəfat etmədiyindən və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edilmədiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. X25 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Agentliyin arxiv şöbəsinin tibbi-sosial ekspertiza sənədləri arasında araşdırma zamanı vətəndaşa dair ilkin olaraq xx.xx.2007-ci il tarixindən 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsinə dair müayinə aktı aşkarlanmışdır. Lakin protokol məlumatı olmadığından üzləşdirilməsi və “Əlillik” altsisteminə şəxsin əlillik məlumatlarının daxil edilməsi mümkün olmamışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən G.Rzayevanın əlillik vəziyyəti xx.xx.2015-ci il tarixində qiymətləndirilmiş və 2 il müddətinə (xx.xx.2017-ci il tarixinədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Şəxsin sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən “Əlillik” altsistemi tərəfindən 18 yaşınadək (18 yaşının tamam olması ilə əlaqədar, xx.xx.2023-cü il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2023-cü il tarixindən sonra “Əlillik” altsisteminə vətəndaşa dair əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə yeni göndəriş daxil olmamışdır. Məktəbəqədər və Ümumi Təhsil Üzrə X24-Muğan Regional Təhsil İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci tarixli məktubunda qeyd edilmişdir ki, 01 aprel 2016-cı il tarixədək əmək haqqı cədvəlləri İmişli rayon Təhsil Şöbəsi tərəfindən Dövlət Arxivinə təhvil verilmişdir. Odur ki, qeyd edilən dörvlərə aid əmək haqqı cədvəllərinin təqdim edilməsi imkan xaricindədir. İmişli rayon Oruclu kənd tam orta məktəb üzrə xx.xx.1996-cı il tarixli, 125 nömrəli əmrdən çıxarışa əsasən, İddiaçı Azərbaycan Respublikası TN-nin göndərişinə əsasən Bakı Dövlət Üniversitetinin tarix fakültəsini bitirib İmişli rayon Təhsil şöbəsinin sərəncamı ilə göndərildiyi üçün ixtisası üzrə Oruclu kənd orta məktəbində tarix müəllimi təyin edilmişdir. İmişli rayon Oruclu kənd tam orta məktəb üzrə xx.xx.2000-ci il tarixli, 224 nömrəli əmrdən çıxarışa əsasən, İddiaçı ailə vəziyyəti nəzərə alınaraq ərizəsinə əsasən Oruclu kənd tam orta məktəbinin müəllimliyindən azad edilmişdir. İmişli rayon Ə.Əİiyev adına Telişli kənd tam orta ümumitəhsil məktəb üzrə xx.xx.2004-cü il tarixli, 95 nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı- ali təhsilli tarix müəllimi ərizəsinə və ehtiyaca görə xx.xx.2004-cü il tarixdən məktəbə tarix müəllimi təyin edilmişdir. İmişli rayon Ə.Əİiyev adına Telişli kənd tam orta ümumitəhsil məktəb üzrə xx.xx.2007-cü il tarixli, 27 nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı- ali təhsilli tarix müəllimi ərizəsi nəzərə alınaraq xx.xx.2007-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi əmək məcəlləsinin 69-cu maddəsinə əsasən ləğv edilmişdir. Elm Və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X19-Muğan Regional Təhsil İdarəsi İmişli rayon X3 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 05 nömrəli arayışında qeyd edilmişdir ki, İmişli rayon M.Ə.Sabir adına “Uşaq və məktəblilər park”ına (sonradan “Ekoloji Tərbiyə və Təcrübəçiiik Mərkəzi”, indiki İmişli rayon Uşaq-Gənclər inkişaf Mərkəzi) aid əmr kitabları UGİM-in yerləşdiyi binada saxlanılırdı. Lakin 07 may 2024-cü il tarixdə Uşaq-Gənctər inkişaf Mərkəzində baş vermiş yanğın nəticəsində əmr kitabları və digər sənədlər yanmışdır. Bu barədə FHN DYMX İmişli rayon X16 Hissəsinin 08 may 2024-cü il tarixli müvafiq aktı vardır. Odur ki, Rzayev Əİizadə Allahqulu oğlunun İmişli rayon M.Ə.Sabir adına “Uşaq və məktəblilər parkı”nda dərnək rəhbəri işləməsinə dair işə qəbul və işdən azad olma əmrlərinə çıxarış vermək mümkün deyildir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayonu, Oruclu kəndində qeydiyyatda olan, xx.xx.1962-ci il təvəllüdlü istefada olan leytenant İddiaçı qeydiyyat kartasına əsasən, 1981-1983-cü il tarixlərdə keçmiş Sovet ordusunda əsgər kimi müddətli həqiqi hərbi xidmət keçmişdir. İmişli rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, G.İddiaçıanın ölümü haqqında akt qeydinin müəyyən edilməsi ilə əlaqədar “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. X25 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X17 Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.2-ci maddəsinə əsasən Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Bildiririk ki, qanunvericiliyin tələblərinə əsasən X11 vəfat etmədiyindən və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edilmədiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. xx.xx.2025-ci il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 7.1-ci bəndinin tələblərinə əsasən iddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətində “dublikat” sözü yazılmadığından xx.xx.2004-cü il tarixinədək qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. İddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmət dövrü, 052576 nömrəli diplomun surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.2025-cı il tarixinədək təhsil aldığı dövr, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində pensiya kapitalı mövcud olduğundan xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək, xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı 10 il 6 ay 27 gün təşkil edir. İmişli rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Rzayev X7 rayon Ağaməmmədli və Füzuli adına kolxozlarda 1979-cu ildən 1990-cı il tarixədək işləmişdir. Qeyd: 1981-ci ilin son hesablaşma kitabında adı aşkarlanmasa əmək haqqı almağı qeyd olunmamışdır. İmişli rayon İcra Hakimiyyəti Başçısının Oruclu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Alahqulu oğlu ailə üzvləri ilə birlikdə inzibati ərazidə qeydiyyatda olsa da son 20 (iyirmi) ildir ailəsi ilə birlikdə Bakı şəhərində yaşayırlar. Bu səbəbdən X12 yetkinlik yaşınadək kim tərəfindən baxılması məlum deyil. Bakı Dövlət Universitetinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı (xx.xx.1962-ci il doğum tarixi) 1991-ci il 12 avqust tarixli 3/193 nömrəli əmrlə Filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1993-cü il 08 fevral tarixli 3/35 nömrəli əmrlə Tarix fakültəsinin əyani şöbəsinin İİ kursuna köçürülmüşdür. 1996-cı il 15 iyul tarixli 3/278 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Tarixçi-tarix müəllimi” ixtisası üzrə bitirmiş və ona 1997-ci il 31 mart tarixində qeydiyyat nömrəsi TƏ-282 olan AB-İ seriyalı 052576 nömrəli adi diplom verilmişdir. X25 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən G.Rzayevaya sonuncu dəfə xx.xx.2014-cü il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı -müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 4.3. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.3.2. sığorta hissəsindən; 4.3.3. yığım hissəsindən. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 6-1. Əmək pensiyasının minimum məbləği Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş aylıq sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək eyni növ əmək pensiyalarına keçirilməsinə yol verilmir. Maddə 30. Əmək pensiyasını təyin edən orqan 30.1-2. Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar X10 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X10 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X25 Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 4.1.2-ci bəndinə əsasən, 1 iyul 2020-ci il tarixdən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia, etiraz ərizəsini, iş materiallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsi tətbiq edilməklə onun yaş həddi 5 il azaldılmaqla ona əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X11 ilə aralarındakı nikah məhkəmə tərəfindən pozulub və həyat yoldaşı X11 “sağ ağ ciyərin infinfratif vərəmi dağılma mərhələsi” diaqnozu ilə ikinci dərəcəli əlil olmuş və əmək qabiliyyətsizdir. Övladları X1 inkişaf qüsurlu, hər iki aşağı ətrafın varus deformasiyası, pəncə və beldə əzələ atrofiyası, hərəki funksiyasının pozulması diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır və uşağa o baxdığı üçün qanunla müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin tələblə cavabdeh inzibati orqana müraciət etmiş və tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtina onunla əsaslandırılmışdır ki, X11 vəfat etmədiyindən və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edilmədiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bundan sonra İddiaçı cavabdehin imtinasından narazı qalaraq məhkəmə qaydasında həmin tələbi mübahisələndirmişdir. Məhkəmə iş materiallarından müəyyən edir ki, iddiaçı X11 ilə rəsmi nikahda olmuş və rəsmi nikahlarından xx.xx.2005-ci il tarixdə X14 adlı övladları doğulmuşdur. İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-1886/2021 nömrəli qətnaməsi ilə iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında 02 dekabr 1996-cı il tarixdə İmişli rayonunun Oruclu kənd icra nümayəndəliyi tərəfindən bağlanmış, 11 nömrəli nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. İddiaçının övladı X12 dair Əlillik təyinatı barədə arayışlardan müəyyən olunur ki 01 avqust 2011-ci il tarixdən 01 avqust 2013-cü il tarixədək, 01 avqust 2015-ci il tarixdən 29 iyul 2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sağlamlıq imkan məhdud uşaq kimi əlillik təyin edilmişdir. X6 məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdən ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçının iddia etdiyi kimi sağlamlıq imkanları məhdud uşağı təkbaşına böyütməsinə dair faktın hüquqi və ya faktiki əsasasına gəldikdə məhkəmə qeyd edir ki, Əmək pensiyaları haqqına Qanunun 8.1-ci maddəsinə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir. Belə ki, həmin maddənin iddiaçıya tətbiq olunması üçün qadının vəfat etdiyi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verilməsi halları öz təsdqini tapmalıdır. Məhkəmə müəyyən edir ki, İmişli rayon Məhkəməsinin Qətnaməsinə əsasən, X11 ilə İddiaçı aralarında bağlanmış nikah pozulsa da nikahın pozulması haqqında işə baxılarkən, yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması ilə bağlı tərəflər arasında mübahisə olmadığından, məhkəmə qeyd olunan məsələsini müzakirə etməmişdir. Həmçinin iş materiallarında olan İmişli Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, xx.xx.2005-ci il təvəllüdlü X9 himayəçiliyə və ya qəyyumluğa verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti Qəyyumluq və himayəçilik komissiyasında məlumat yoxdur. Bundan başqa İmişli rayon İcra Hakimiyyəti Başçısının Oruclu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Alahqulu oğlu ailə üzvləri ilə birlikdə inzibati ərazidə qeydiyyatda olsa da son 20 (iyirmi) ildir ailəsi ilə birlikdə Bakı şəhərində yaşayırlar. Bu səbəbdən X12 yetkinlik yaşınadək kim tərəfindən baxılması məlum deyil. Bundan əlavə İmişli rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, G.İddiaçıanın ölümü haqqında akt qeydinin müəyyən edilməsi ilə əlaqədar “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, qadının vəfat etdiyi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verilməsi halları məhkəmə araşdırması nəticəsində mötəbər sübutlarla öz təsdqini tapmamışdır. Və belə olan halda iddiaçıya münasibətdə müvafiq maddənin tətbiqi qeyri-mümkündür. Məhkəmə hesab edir ki, müvafiq maddənin iddiaçıya münasibətdə tətbiqini qeyri-mümkün edən kifayət qədər əsaslar mövcud olduğu üçün ümumi iş stajının və digər halların da araşdırılmasına zərurət qalmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69, 75, 81, 85 və 69-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1779/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1779/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver