Məhkəmə qərarları › İş №2-1(120)-178/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-178/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-178/2025 16.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “adına hesablanmış 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1639,88 manat məcburi dövlət sosial sığorta haqqı, 10,9 manat maliyyə sanksiyası ümumilikdə 1650,78 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 135,88 manat məcburi dövlət sosial sığorta haqqı, 318,37 manat maliyyə sanksiyası üzrə ümumilikdə 454,25 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, məcburi dövlət sosial sığorta üzrə olan 2105,03 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı ərizə təqdim edərək, “adına hesablanmış 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1639,88 manat məcburi dövlət sosial sığorta haqqı, 10,9 manat maliyyə sanksiyası ümumilikdə 1650,78 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 135,88 manat məcburi dövlət sosial sığorta haqqı, 318,37 manat maliyyə sanksiyası üzrə ümumilikdə 454,25 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur, fəaliyyət göstərdiyi dövrdə hər ay vergi və məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı hesabatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında ödəmiş, xx.xx.2017-ci il tarixdə təqaüdə çıxdığı üçün sahibkar kimi fəaliyyətini dayandırmış və bununla bağlı 5 saylı Ərazi Vergilər İdarəsinə məlumat vermişdir. Fəaliyyətinin dayandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmiş və ona 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fiziki şəxsin dayandırılması barədə arayış təqdim edilmişdir. 2020-ci ilin aprel ayınadək vergi orqanı tərəfindən hər hansı bir borcun olmasına dair heç bir məlumat verilməmişdir. Aprel ayında, yəni sahibkarlıq fəaliyyətini dayandırdığı dövrdən 3 (üç) il sonra ona bildirilmişdir ki, guya onun məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə xx.xx.2020-ci il tarixə 2105,03 manat borcu yaranmışdır. Göstərilən borc tamamilə əsassız və buna görə də qərarda göstərilən məbləğ silinərək xx.xx.2020-ci il tarixli qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq onun adına hesablanmış 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1639,88 manat məcburi dövlət sosial sığorta haqqı, 10,9 manat maliyyə sanksiyası ümumilikdə 1650,78 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 135,88 manat məcburi dövlət sosial sığorta haqqı, 318,37 manat maliyyə sanksiyası üzrə ümumilikdə 454,25 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinə yaranmış sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcla bağlı sorğu etmişdir. İddiaçı yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcu xx.xx.2019-cu ildən əvvəlki tarixə aid olduğu üçün həmin borc məbləği DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən hesablanmışdır. Buna görə də 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin yaranma səbəbi barədə 5 saylı Ərazi Vergilər İdarəsinə geniş məlumat verməsi üçün DSMF-nin Şirvan şöbəsinə müraciət olunmuş və daxil olmuş məktubda cavab olaraq bildirmişlər ki, İddiaçı vergi orqanında xidmət sahəsində fəaliyyət göstərən sığortaedən kimi qeydiyyatdan keçərək xx.xx.2010-cu il tarixdə fəaliyyətə başlamışdır. İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə xx.xx.2017-ci il tarixə təqdim etdiyi uçot əsaslı vahid rüblük hesabata əsasən məcburi dövlət sığorta haqqı üzrə 1775,76 manat, penya maliyyə sanksiyası üzrə 536,61 manat, ümumilikdə 2312,37 manat borcu vardır. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən bu borcdan 207,34 manat silinmə aparılmışdır. xx.xx.2017-ci il tarixə 2105,03 manat borc əks olunmuşdur. Sahibkarın xx.xx.2017ci il tarixdən fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən sosial sığorta hesablanması dayandırılmışdır. Eyni zamanda İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdən 5 saylı Ərazi Vergilər İdarəsinə borcla saldo kimi 2105,03 manat məbləğ keçmiş və şəxsi hesab vərəqəsinin xx.xx.2022-ci il tarixə olan göstəricisinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 2105,03 manat borcu mövcuddur. Həmçinin yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə **********9 nömrəli bildiriş göndərilmiş və yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bildirişin göndərilməsinə baxmayaraq yaranmış borc məbləği ödənilmədiyi üçün banklarda olan hesablaşma hesablarına sərəncamlar qoyulmuşdur. İddiaçı tərəfindən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borclar ödənilmədiyi üçün 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********399800 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilərək məlumat üçün İddiaçı və qərarın icra olunması üçün məhkəmə icra qrumuna poçt vasitəsi ilə göndərilmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maiiyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinin müddəlarına əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeylərini gözləməyə və müdafiə etməyə borcludur. Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydanın 9-cu maddəsinə əsasən “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********9 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 2105,03 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə1775,76 manat məcburi dövlət sosial sığorta haqqı üzrə, faizlər üzrə 329,27 manat borcu vardır. İş materiallarında olan tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2105,03 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği xx.xx.2020-ci il tarixdən icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********609600 nömrəli məktubunda qeyd edilmişdir ki, Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət və 21 dekabr 2018-ci il tarixli 422 nömrəli Fərmanı ilə işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Sosial sığorta haqqında qanununun 10-cu maddəsinə əsasən Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, bəyannamələrin təqdim edilməsi Sığortaedəniərın hüquq və vəzifələrinə aid edilmiş və Sosial sığorta haqqında Qanunun 10-cu maddəsinin tələblərinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti hesabatlarını qəbul etmək xx.xx.2018-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Şirvan şəhər filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, xx.xx.2010-cu ildən xidmət sahəsində sığortaedən kimi fəaliyyət göstərən İddiaçı (VÖEN: **********) 01.01,2017-ci il tarixə 648.05 manat 0732 fəaliyyət kodu üzrə, 0100 fəaliyyət kodu üzrə isə 1664.30 manat ümumi borcu yaranmışdır. Borcun yaranma səbəbi sığotaedənin fəaliyyəti dövründə hesablanmış mdss haqlarını vaxtında qanunvericiliyə uyğun olaraq ödəməməsidir. Belə ki, sığortaedən 2013- cü ildə 0732 fəaliyyət kodu üzrə 186.88 manat hesablanmış məcburi dövlət sosial sığorta haqqının əvəzinə 135.00 manat mdss haqqı, 0100 fəaliyyət kodu üzrə 622.50 manat hesablanmış mdss haqqı əvəzinə 290.00 manat mdss haqqı ödəmişdir. 2014-cü ildə 0732 fəaliyyət kodu üzrə 201.60 manat hesablanmış mdss haqqının əvəzinə 180.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 405.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. 2015-ci ildə 0732 fəaliyyət kodu üzrə 201.60 manat hesablanmış mdss haqqının əvəzinə 185.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 135.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. 2016-cı ildə 0732 fəaliyyət kodu üzrə 151.20 manat hesablanmış mdss haqqının əvəzinə 105.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 810.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. Qeyd etmək istəyirik ki, Vergilər Nazirliyi tərəfindən göndərilmiş vergi fərqi müqayisəli cədvəllərində aşkar olunmuş 2014-cü il üçün 1080.00 manat, 2015-ci il üçün 1620.00 manat hesablanmış əmək haqqı fərqi sığortaedənin hesabına bərpa edilmişdir. xx.xx.2017-ci il tarixə ödənilməmiş mdss haqlarına görə hesablanmış 0732 fəaliyyət kodu üzrə 512.17 manat maliyyə sanksiyasından (o cümlədən penya) 193.80 manatı , 0100 fəaliyyət kodu üzrə 24.44 manat maliyyə sanksiyasından (o cümlədən penya) 13.54 manatı “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq silinmişdir. Sığortaedənə göndərilmiş xx.xx.2017-ci il tarixli 40/595 saylı xəbərdarlıq məktubunda səhvən sığortaedənin 0732 fəaliyyət kodu üzrə olan 648.05 manat borcu əks olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********226100 nömrəli məktubunda qeyd edilmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********399800 nömrəli “Tələbin icraya yönəldilməsi haqında” qərar üzrə vergi ödəyicisi İddiaçı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2105,03 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-11173/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən sığortaedənin xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrlər üzrə məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlarının surətlərini təqdim edirik. Sığortaedənə aid iş qovluğunda borcların tələb edilməsi üçün İddiaçı göndərilmiş xəbərdarlıq aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-112803/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatların qeydiyyatı kağız daşıyıcı formasında aparılmış və xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları aşkar edilməmişdir. İddiaçı tərəfindən muzdlu işə cəlb edilən şəxslərlə əmək müqaviləsinin olubolmaması, əmək müqaviləsinin bağlanılmasına dair məlumatların təqdim edilməsi ilə əlaqədar məsələ Filialın qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətinə aid deyildir. İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar Fond tərəfindən 18.01,2024-cü il tarixində 3-17-1/2- 11173/2024 nömrəli məktubla Məhkəməyə ünvanlanmışdır. İddiaçı iş qovluğunda məcburi dövlət sosial sığortası üzrə yaranmış borcla bağlı hər-hansı qərar aşkar edilməmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması DVX-yə həvalə olunduğundan İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi üçün DVX-yə müraciət edə bilərsiniz. Məhkəmənin iş üzrə 13 avqust 2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/7710/2024 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron çıxarış (FORMA B) məlumatlarında göstərilən rüblük hesabatlar (səhifə 163-297) əsas götürülməklə müəyyən olunur ki, xx.xx.2010cu ildən xidmət sahəsində sığortaedən kimi fəaliyyət göstərən İddiaçı xx.xx.2017-ci il tarixə 0732 fəaliyyət kodu üzrə 135,88 manat, 0100 fəaliyyət kodu üzrə isə 1639,88 manat borcu yaranır, maliyyə sanksiyalarına münasibətdə isə borcun düzgün hesablanmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-35280/2025 nömrəli xidməti məktubundan görünür ki, sığortaedənin Fonda təqdim etdyi sonuncu, 2017-ci ilin İ rübünün məcburi dövlət sosial sığortası üzrə hesabatlarına əsasən 1 aprel 2017-ci il tarixinə 0100 fəaliyyət növünün kodunda (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) 1664,32 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 1639,88 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 24,44 manat) və 0732 fəaliyyət növünün kodunda (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər respublika tabeli digər şəhərlərdə) 648,05 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 135,88 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə 512,17 manat) borcu öz əksini tapmışdır. Bundan əlavə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən 15 noyabr 2018-ci il tarixdə sığortedənin 1 yanvar 2015-ci il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 207,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə borc sığortaedənin Fonda təqdim etdiyi hesabat məlumatları əsasında formalaşmış və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış penya məbləği proqram təminatı tərəfindən avtomatik rejimdə hesablanmışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığortaedənlər məcburi dövlət sosial sığorta haqqının ödənilməsini gecikdirdikdə, gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanır. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilənədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış, hesablanmış borcun tərkibi barədə məlumat vergi orqanına ötürülmüşdür. İşin müəyyən olunan hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin səbəbləri – iddiaçı barəsində 01 oktyabr 2018-ci il tarixədək məcburi sosial sığorta haqqları üzrə borcun mövcud olub-olmaması ilə bağlıdır. Belə ki, “Sosial sığorta haqqında” Qanunun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. - 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. - 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: - 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; - 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; - 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. İşin hallarından göründüyü kimi, iddiaçı hesab edir ki, onun barəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqları üzrə 1650,78 manat və 454,25 manat borcun konkret olaraq hansı illər, hansı aylar üzrə və hansı məbləğdə yaranmasına, mənbəyinə və əsaslarına dair hər hansı sübut yoxdur. Odur ki, sözügedən borcun əsassız hesablandığını bildirir. İşdən görünür ki, iddiaçı adına hesablanmış 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1639,88 manat məcburi dövlət sosial sığorta haqqı, 10,9 manat maliyyə sanksiyası ümumilikdə 1650,78 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 135,88 manat məcburi dövlət sosial sığorta haqqı, 318,37 manat maliyyə sanksiyası üzrə ümumilikdə 454,25 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsini xahiş edir. Eləcə də, məhkəmə tərəfindən müvafiq araşdırmalar aparılmış və iddiaçı tərəfindən xx.xx.2012ci il tarixindən xx.xx.2018-ci ilə kimi –

1. 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə: - 1639,88 manat məcburi dövlət sosial sığorta haqqı: - 24,44 manat maliyyə sanksiyası hesablandığı müəyyən edilir, - Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən maliyyə sanksiyası üzrə 0100 fəaliyyət növünə görə 13,54 manat borcun silindiyi və 10,9 manat maliyyə sanksiyası borcunun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən bu borcdan 207,34 manat silinmə aparılmışdır.

2. 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növünə görə: -135,88 manat məcburi dövlət sosial sığorta haqqı: - 512,17 manat maliyyə sanksiyası hesablandığı müəyyən edilir. - Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən maliyyə sanksiyası üzrə 0732 fəaliyyət növünə görə 193,80 manat borcun silindiyi və 318,37 manat maliyyə sanksiyası borcunun olduğu müəyyən edilir. Ümumi olaraq qeyd edilən illər ərzində 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1639,88 manat məcburi dövlət sosial sığorta haqqı, 10,9 manat maliyyə sanksiyası ümumilikdə 1650,78 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 135,88 manat məcburi dövlət sosial sığorta haqqı, 318,37 manat maliyyə sanksiyası üzrə ümumilikdə 454,25 manat borc müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya müvafiq borc məbləğinin hesablanmasına əsas olmuş inzibati icraat materiallarının təsdiq edilmiş surəti cavabdeh orqandan tələb edilmiş, eyni zamanda tələb olunan sığorta borcu hansı tarixlərdə yaranması, yaranması əsasları, iddiaçıdan tələb olunan sığorta borcunun hesablandığı dövrlər üzrə iddiaçının məcburi dövlət sığorta haqqı üzrə ödəmə öhdəliyinin hansı məbləğdə olması, iddiaçıdan tələb olunan sığorta borcunun yarandığı tarixlərdə (həmin rüblərdə) iddiaçının hesabatlar verib-verməməsi, əgər hesabatlar verməmişdirsə, Dövlət Sosial Müdafiə Fondunun onu hansı qaydada hesablaması, iddiaçıya maliyyə sanksiyasının hansı qaydada tətbiq edilməsi (tətbiq edilmə əsasları), iddiaçının ayrı-ayrı dövrlər üzrə neçə işçisi olması və bunun hansı sübutlar əsasında müəyyən edilməsi, iddiaçının sosial sığorta borcları və maliyyə sanksiyaları barədə məlumatlandırılması, Dövlət Sosial Müdafiə Fondunun iddiaçının işçisi hesab etdiyi şəxsləri hansı tarixlərdə və hansı əsaslarla iddiaçının işçisi hesab etməsi (belə ki, həmin işçilər başqa işəgötürənin işçiləri ola bilər, yaxud müəyyən dövr iddiaçının, müəyyən dövr isə başqa işəgötürənin işçiləri ola bilərdi) barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” PHŞ-yə sorğular ünvanlanmışdır. İddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın xx.xx.2019-cu il tarixli imtina cavabının və məhkəməyə təqdim edilən 134 vərəq məbləğin hesablanmasına əsas olan sənədlərin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsindən daxil olmuş məktubda xx.xx.2018-ci il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 52,00 manat borcun İddiaçı (VÖEN-**********) xx.xx.2017-ci il tarixə təqdim etdiyi uçot əsaslı vahid rüblük hesabata əsasən məcburi dövlət sığorta haqqı üzrə 1775,76 manat, penya maliyyə sanksiyası üzrə 536,61 manat, ümumilikdə 2312,37 manat borcu vardır. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən bu borcdan 207,34 manat silinmə aparılmışdır. xx.xx.2017-ci il tarixə 2105,03 manat borc əks olunmaqdadır. Sahibkarın xx.xx.2017-ci il tarixdən fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən sosial sığorta hesablanması dayandırılmışdır. İddiaçı şəxsi hesab vərəqəsinin xx.xx.2019-cu il tarixə olan göstəricisinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 2105,03 manat borcu mövcud olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Şirvan şəhər filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, xx.xx.2010-cu ildən xidmət sahəsində sığortaedən kimi fəaliyyət göstərən İddiaçı (VÖEN: **********) xx.xx.2017-ci il tarixə 648.05 manat 0732 fəaliyyət kodu üzrə, 0100 fəaliyyət kodu üzrə isə 1664.30 manat ümumi borcu yaranmışdır. Borcun yaranma səbəbi sığotaedənin fəaliyyəti dövründə hesablanmış mdss haqlarını vaxtında qanunvericiliyə uyğun olaraq ödəməməsidir. Belə ki, sığortaedən 2013- cü ildə 0732 fəaliyyət kodu üzrə 186.88 manat hesablanmış məcburi dövlət sosial sığorta haqqının əvəzinə 135.00 manat mdss haqqı, 0100 fəaliyyət kodu üzrə 622.50 manat hesablanmış mdss haqqı əvəzinə 290.00 manat mdss haqqı ödəmişdir. 2014-cü ildə 0732 fəaliyyət kodu üzrə 201.60 manat hesablanmış mdss haqqının əvəzinə 180.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 405.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. 2015-ci ildə 0732 fəaliyyət kodu üzrə 201.60 manat hesablanmış mdss haqqının əvəzinə 185.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 135.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. 2016-cı ildə 0732 fəaliyyət kodu üzrə 151.20 manat hesablanmış mdss haqqının əvəzinə 105.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 810.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. Qeyd etmək istəyirik ki, Vergilər Nazirliyi tərəfindən göndərilmiş vergi fərqi müqayisəli cədvəllərində aşkar olunmuş 2014-cü il üçün 1080.00 manat, 2015-ci il üçün 1620.00 manat hesablanmış əmək haqqı fərqi sığortaedənin hesabına bərpa edilmişdir. xx.xx.2017-ci il tarixə ödənilməmiş mdss haqlarına görə hesablanmış 0732 fəaliyyət kodu üzrə 512.17 manat maliyyə sanksiyasından (o cümlədən penya) 193.80 manatı , 0100 fəaliyyət kodu üzrə 24.44 manat maliyyə sanksiyasından (o cümlədən penya) 13.54 manatı “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042- VQ nömrəli Qanununa uyğun olaraq silinmişdir. Sığortaedənə göndərilmiş xx.xx.2017-ci il tarixli 40/595 saylı xəbərdarlıq məktubunda səhvən sığortaedənin 0732 fəaliyyət kodu üzrə olan 648.05 manat borcu əks olunmuşdur. Məhkəmənin iş üzrə 13 avqust 2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/7710/2024 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyinə əsasən xx.xx.2010-cu ildən xidmət sahəsində sığortaedən kimi fəaliyyət göstərən İddiaçı xx.xx.2017-ci il tarixə 0732 fəaliyyət kodu üzrə 135,88 manat, 0100 fəaliyyət kodu üzrə isə 1639,88 manat borcunun yarandığı, maliyyə sanksiyalarına münasibətdə isə borcun düzgün hesablanmadığı müəyyən olunur. Məhkəmə İddiaçı tələbi üzrə xx.xx.2010-cu ildən xx.xx.2017-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqqı və maliyyə sanksiyaları üzər borc məbləğlərinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesa edir. Birincisi, xx.xx.2010-cu ildən xx.xx.2017-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqqı borclarıdır ki, bu hissə də iddiaçı vergi sistemində borcunun olmadığını, 0 manat göstərdiyini qeyd edərək qeyd edilən məbləğin ondan tələb edilməsinin qanunsuz olduğunu bildirir. Həmin hissədə aparılan araşdırmaya və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin çıxışına əsasən müəyyən edilir ki, vergi borcu və məcburi dövlət sosial sığorta haqqı üzrə borclar ayrı-ayrı sahələri əhatə etdiyindən iddiaçının vergi borcu qrafasında məcburi dövlət sosial sığorta haqqı borcunun göstərilməməsi onun məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olmadığı kimi qiymətləndirilə bilməz.qeyd edilən borc məbləğləri İddiaçı məxsus məlumat vərəqində aydın şəkildə öz əksini tapmışdır. Eləcə də, məhkəməyə təqdim edilən sənədlərə, həmçinin ekspert rəyinə əsasən iddiaçı adına hesablanmış 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1639,88 manat məcburi dövlət sosial sığorta haqqının və 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 135,88 manat məcburi dövlət sosial sığorta haqqının düzgün hesablandığı müəyyən edilir. Məhkəmə həmin hissə də ekspet rəyini mötəbər sübut kimi qəbul edir. İkincisi, xx.xx.2010-cu ildən xx.xx.2017-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqqı borcları üzrə hesablanan maliyyə sanksiyaları ilə bağlıdır. Qeyd edilməlidir ki, iş materiallarına nəzər yetirilən zaman Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən 15 noyabr 2018-ci il tarixdə sığortedənin 1 yanvar 2015-ci il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 207,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silindiyi müəyyən edilir. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığortaedənlər məcburi dövlət sosial sığorta haqqının ödənilməsini gecikdirdikdə, gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanır. İşmtaeriallarına əlavə edilən sənədlərə nəzərən 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 24,44 manat maliyyə sanksiyası hesablandığı müəyyən edilir. Həmin məbləğdən Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən 13,54 manat borc silinmiş və 10,9 manat maliyyə sanksiyası borcu qalmışdır. Həmçinin İddiaçı fəaliyyətinin dayandırıldığı xx.xx.2017-ci il tarixindən maliyyə sanksiyası üzrə dəyişikliklərin olmadığı müəyyən edilir. Məhkəmə qeyd edir ki, əsas borc məbləğinin 1639,88 manat olduğuna nəzərən 10,9 manat maliyyə sanksiyasının hesablanması qanunazidd hesab edilə bilməz. Məhkəmə hesab edir ki, 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 10,9 manat maliyyə sanksiyası borcunun əsaslı hesablanmışdır. 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 512,17 manat maliyyə sanksiyası hesablandığı müəyyən edilir. Həmin məbləğdən Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən 193,80 manat borc silinmiş və 318,37 manat maliyyə sanksiyası borcu qalmışdır. Həmçinin İddiaçı fəaliyyətinin dayandırıldığı xx.xx.2017-ci il tarixindən maliyyə sanksiyası üzrə dəyişikliklərin olmadığı müəyyən edilsə də, məhkəmə maliyyə sanksiyasının əvvəlki dövrlər üzrə hesablanmasında qeyri-mütnasiblik müəyyən edir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə, sxem cədvələ və çıxarışlara nəzər yetirən zaman İddiaçı 2013-cü ilin sonuncu rübü üzrə maliyyə sanksiyası borcunun olmadığı müəyyən edilir. Lakin 2014-cü ilin İ rübü üzrə dövrün sonuna 56,88 manat məcburi dövlət sosial sığorta haqqı borcuna qarşılıq 55,03 manat maliyyə sanksiyası hesablandığı müəyyən edilir. Qeyd edilən hal 2017-ci ilin İ rübünə qədər durmadan artmışdır. Halbuki İddiaçı tərəfindən 2014-2016-cı illər arasında hesablanan məcburi dövlət sosial sığorta haqqlarının mütəmadi olaraq ödənildiyi müəyyən edilir. Eləcə də, qeyd edilən dövrlər üzrə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanına əsasən maliyyə sanksiyası üzrə 0732 fəaliyyət növünə görə 193,80 manat borcun silindiyi müəyyən edilir. Məhkəmənin qənaətinə görə 2014-cü ildən İddiaçı nisbətdə maliyyə sanksiyalarının hesablanmasında qeyri-mütənasiblik olmuşdur ki, həmin yanlışlığa yol verilməzsə ödəyicinin ödəməli olacağı maliyyə sanksiya borcu cüzi məbləğ təşkil etməli idi. Eləcə də, həmin borcun yarandığı dövr üzrə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli fərmanının tətbiqi nəticəsində İddiaçı xx.xx.2018-ci il tarixə maliyyə sanksiyası borcunun olmayacağı müəyyən ediləcəkdi. Odur ki, məhkəmə İddiaçı tələbi üzrə 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə maliyyə sanksiyasının düzgün hesablanmaması hissəsində tələbinin əsaslı olduğunu qeyd edir. Həmin hissədə də ekspet rəyini mötəbər sübut kimi qəbul edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 318,37 manat maliyyə sanksiyası üzrə borcun düzgün hesablanmadığından həmin hissədə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 318,37 manat əsassız hesablanmış maliyyə sanksiyası borc məbləğinin silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı, digər 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia qismən təmin edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə İddiaçı adına hesablanmış 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 318,37 manat maliyyə sanksiyasının silinməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı, digər 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar