Məhkəmə qərarları › İş №2-1(120)-1780/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1780/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1780/2024 16.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin N018-ci il 19 aprel tarixli 1 № li Fərmanına uyğun olaraq, oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adının N7-ci il avqustun N-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsinin Müdafiə Nazirliyinə həvalə olunması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.1976-cı il təvəllüdlü XN adının N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gömdərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, həmin siyahı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olduqdan sonra isə mərhum oğlu XN adının ümumi siyahıya əlavə edilərək iddiaçıya birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 05 aprel N0N4-cü il tаriхli, N-1(1N0)-1780/N0N4 nömrəli qərardadı ilə iddiaçının olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdehlər sırasından çıxarılması, iddia tələbinə “Azərbaycan Respublikası Prezidentinin N018-ci il 19 aprel tarixli 1 № li Fərmanına uyğun olaraq, oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adının N7-ci il avqustun N-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsinin Müdafiə Nazirliyinə həvalə olunması” kimi baxılması, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.1976-cı il təvəllüdlü X6 xx.xx.N4-cü il tarixdə Şəki Birləşmiş şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. N.0, döyüş zonasında yerləşən N №-li hərbi hissədə xidmət keçərkən xx.xx.N6-cı il tarixdə mina partlayışı nəticəsində həlak olmuşdur. Lakin oğlunun ölümü ilə əlaqədar ona heç bir sığorta ödənişi verilməmişdir. Sığorta ödənişinin alınmasına görə AR Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Sığorta şirkəti müraciətinə imtina cavabı vermişdir. İmtina cavabından sonra cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişi tələbinə dair Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin N(006)-4364/N0NN №-li, xx.xx.N0NN-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və həmin qətnamədən Apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin N(103)-888/N0N3 №-li, xx.xx.N0N3-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilməmişdir. Apelİyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, N7-ci il avqustin N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməlidir. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Prezidentinin N018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanından görünür ki, N7-ci il avqustun N-dək “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə qərara alınmışdır ki, onların vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11.000 manat məbləğində birdəfəlik ödəmə verilsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may N0N1-ci il tarixli 1340 nömrəli Fərmanının N.7-ci bəndi (sığorta hadisəsi hesab edilə biləri halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi N0N1-ci il yanvarın l-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir) “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi tarixdən, yəni N avqust N7-ci il tarixdən 1 yanvar N0N1-ci il tarixədək baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta ödənişlərinin verilməsinə aiddir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza məhz N avqust N7-ci il tarixdə formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. İddiaçının oğlunun həlak olması həmin Qanunun təsiri dairəsinə düşmədiyinə görə də sözügedən Qanunun tətbiqindən əvvəl baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişlərinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin 18 may N0N1-ci il tarixli 1340 nömrəli Fərmanının N.7-ci bəndində dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərdən bəhs edilir ki, həmin şəxslərin dairəsi, onların hüquq və vəzifələri yuxarıda göstərilən Qanunla tənzimlənir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 aprel N018-ci il tarixli Fərmanı ilə sığorta ödənişi deyil, birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır. Apellyasiya Məhkəməsinin qərarından sonra etibarnamə üzrə nümayəndəsi vasitəsilə xx.xx.N0N3-cü il tarixdə AR Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mərhum oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adının AR Prezidentinin N018-ci il 19 aprel tarixli, 1 №-li Fərmanına uyğun olaraq N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına əlavə edilərək AR Əmək və ƏSMN-nə təqdim olunmasına göstəriş verilməsini xahiş etmişdir. AR Müdafiə Nazirliyi tərəfindən müraciəti cavablandırılmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ərizəsinə cavab olaraq verilmiş xx.xx.N0N3cü il tarixli cavab məktubunda göstərilir ki: Əlavə olaraq, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən göndərilmiş “N7-ci il avqustun N-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısrnda H.Q.Məmmədovun adı keçmir. Odur ki, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan xəsarətdən (təhlükəsizlik qaydalarını pozması) vəfat etmiş H.Q.Məmmədovun adının yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməsi mümkün deyil. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin N018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci hissəsinə əsasən N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə, Dövlət - Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətləri və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda H.Q.Məmmədovun adı aşkar olunmamışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. Aşağıda izah olunanlara əsasən hesab edir ki, onun mərhum oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adı AR Prezidentinin N018-ci il 19 aprel tarixli 1 №-li Fərmanına uyğun olaraq N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına əlavə edilərək AR Əmək və ƏSMN-nə təqdim olunmalıdır: Yuxarıda göstərilənlərə əsasən AR Prezidentinin N018-ci il 19 aprel tarixli 1 №-li Fərmanına uyğun olaraq oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adının N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsinin AR Müdafiə Nazirliyinə, həmin siyahı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olduqdan sonra isə oğlu XN adının ümumi siyahıya əlavə edilərək mənə birdəfəlik ödəmənin verilməsi üçün AR Əmək və ƏSMN-nə təqdim olunması vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.N0N4-cü il tarixli, 3-17-1/N-13N173/N0N4 nömrəli mülahizəsində qeyd edilmişdir ki, icraatınızda İddiaçı “Azərbaycan Respublikası Prezidentinin 19 aprel N018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adının N7-ci il avqustun N-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsinin Müdafiə Nazirliyinə həvalə olunması” tələbinə dair N-1 (1N0)-1780/N0N4 nömrəli inzibati iş vardır. İş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0N4cü il tarixli N-1 (1N0)-1780/N0N4 nömrəli Qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) üçüncü şəxs qismində cəlb olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel N018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, N7- ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilib. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Hazırki iş üzrə İddiaçı oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adı aidiyyəti qurumlar tərəfindən Nazirliyə təqdim edildikdən sonra 11000 manat birdəfəlik ödəmənin verilməsi məsələsinə baxıla bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr N010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanların iş üzrə yekun məhkəmə aktı çıxarılan zaman nəzərə alınmasını xahiş edirik. Şifahi məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X8 izahatında iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 6N-ci maddəsinə əsasən işə iddiaçının və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Laçın rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, işdə olan İV-ЖГ seriyalı 300610 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur, İddiaçı onun anasıdır. İşdə olan V-ЖГ seriyalı 3N5814 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.N6-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin xx.xx.N0NN-ci il tarixli 84 nömrəli sığorta olunmuş hərbi qulluqçuların, məhkəmə-hüquq və mühafizə orqanları işçiləri və polis əməkdaşlarının xidmət dövrü haqqında arayışından görünür ki, əsgər XN xidməti vəzifəsi “atıcı” olmuş, xx.xx.N4-cü ildən xx.xx.N6-cı ilədək xidmət etmiş, N №-li hərbi hissədə xx.xx.N6-cı ildə mina partlayışı nəticəsində həlak olmuşdur. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.N0NN-ci il tarixli, 864 nömrəli arayışından görünür ki, 1976-cı il təvəllüdlü X6 xx.xx.N4cü il tarixdə Şəki rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.N6-cı il tarixdə həlak olmuşdur. Əsas: 1976-cı il təvəllüdlü vətəndaşların əlifba qeydiyyatı jurnalı - səh. 175, s.s N49. İşdə olan xx.xx.N4-cü il tarixdə verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1976-cı il təvüllüdlü X1 Birləşmiş Şəhər Hərbi Komissarlığında hərbi xidmət keçmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.N0N3-cü il tarixli, 3-43-90/N-Q-1xx/xx/N0N3 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum XN adının Azərbaycan Respublikası Prezidentinin 19.04 N018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar müvafiq siyahıya daxil edilməsi barədə təkrar müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yenidən baxılmışdır. Bir daha qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.N018-ci il tarixli 1 №-li Fərmanına əsasən, N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.N6-cı ıl tarixli bildirişinə və hərbi hissə tərəfindən keçmiş Şəki rayon hərbi komissarlığına ünvanlanmış 08.06 N6-cı il tarixli 1868/1 nömrəli məktuba əsasən məlum olmuşdur ki, H.Q.Məmmədov xx.xx.N6-cı il tarixdə döyüş postunu özbaşına tərk edərkən Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində yaralanmış və 056 saylı hərbi hospitalda xx.xx.N6-cı il tarixdə vəfat etmişdir. Həmçinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli 4/N-983 nömrəli arayışında da H.Q.Məmmədovun döyüş postunu tərk edərkən piyadalar əleyhinə minaya toxunaraq, mina partlayışı nəticəsində qəlpə yarası alması və xx.xx.N6-cı il tarixdə 056 saylı hərbi hospitalda vəfat etməsi barədə məlumat qeyd olunmuşdur. Əlavə olaraq. Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən göndərilmiş “N7-ci ıl avqustun N-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı na H.Q Məmmədovun adı keçmir. Odur ki, döyüş tapşırığının və ya doyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan xəsarətdən (nizamnamə və təhlükəsizlik qaydalarını pozması nəticəsində) vəfat etmiş H.Q.Məmmədovun adının yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil edilməsi mümkün deyil. Eyni məzmunlu müraciətinizlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Sizə 19 05.N0N3-cü il tarixli 3-43/N-Q-NNxx/xx/N0N3 nömrəli məktubla məlumat verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0NN-ci il tarixli, 4/N- 983 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Şəki RHK-dan çağırılmış X3 N №-li hərbi hissə komandirinin N sentyabr N4-cü il tarixli NN6 №-li əmrində (Əsas § 5, sıra 1N0, əmrdə adı Qabil yazılmışdır, vəzifəsi göstərilməyib) hərbi hissənin tərkibinə daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “kursant” hərbi rütbəsi verilməklə “Qala” hərbi şəhərciyinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli N67 №-li əmrində X3 (əsas: § 8, sıra 186, səh 14, əmrdə adı Qabil yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilməsi barədə məlumat vardır. N №li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “xx.xx.N4”, sıra 48, səh 56, məlumatda adı Qabil yazılmışdır) xx.xx.1976-cı il təvəllüdlü X3 Şəki RHK-dan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N5 oktyabr N4-cü il tarixli 300 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olunması və mina partlayışı nəticəsində həlak olduğu üçün komandirin 8 iyun N6-cı il tarixli, 161 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N8 oktyabr N4-cü il tarixli 300 №-li əmrində (əsas: § 1, səh 1) N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş şəxsi heyətin xx.xx.N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: N4-cü il tarixli adlı siyahı qovluğu, səh 119, sıra 196, məlumatda adı Qabil yazılmışdır) Şəki RHK-dan çağırılmış X3 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyun N6-cı il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi X6 (əsas: § 4, sıra 1, səh 31) stasionar müalicəyə daxil edilmiş hesab edilərək ərzaq təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin N iyun N6-cı il tarixli N №-li əmrilə N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi X7 (əsas: § 4, sıra 1, səh 33, əmrdə atasının adı Qənmət yazılmışdır) stasionar müalicədən və ərzaq təminatından çıxmış hesab edilmişdir. 1976-cı il təvəllüdlü, Şəki ŞHK-da qeydiyyatda olan, xx.xx.N4-cü il tarixdən hərbi hissədə xidmət edən, 1-ci MAT-un 1-ci bölüyünün N-ci tağımının əsgəri sıravi X6 xx.xx.N6-cı il tarixdə döyüş postunu tərk edərkən piyadalar əleyhinə minaya toxunaraq, mina partlayışı nəticəsində qəlpə yarası almış, 056 №li hərbi hospitala göndərilmiş, xx.xx.N6-cı il tarixdə N №-li hərbi hospitalda həlak olduğuna görə N №-li hərbi hissə komandirinin N iyun N6-cı il tarixli 161 №-li əmrilə (əsas: § 6, səh 40) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri Şəki ŞHK-na göndərilmişdir. İşdə olan N №-li hərbi hissənin Şəki Birləşmiş Şəhər Hərbi Komissarlığına ünvanladığı xx.xx.N6-cı il tarixli, 1868/1 nömrəli bildirişdən görünür ki, X6 xx.xx.N6-cı il tarixdə döyüş postunu tərk edərkən Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində qəlpə yarası almış, N №-li hərbi hospitala göndərilmiş, xx.xx.N6-cı il tarixdə N №-li hərbi hospitalda vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0N4-cü il tarixli, 3-16-5/8-13-363/N0N4 nömrəli məktuba əlavə olunmuş xx.xx.N9-cu il tarixli, 13 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X6 xx.xx.N6-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel N018-ci il tarixli, 1 nömrəli fərmanının: 1-ci bəndində qeyd edilmişdir: N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin. N-ci bəndində qeyd edilmişdir: Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. 4-cü bəndində qeyd edilmişdir: Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. 5-ci bəndində qeyd edilmişdir: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 5-1-ci bəndində qeyd edilmişdir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını N019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 6-cı bəndində qeyd edilmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 6.1-ci bəndində qeyd edilmişdir: birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə (bu Fərmanın 3-1-ci hissəsinin müddəaları nəzərə alınmaqla) qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin; 6.N-ci bəndində qeyd edilmişdir: hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adının bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin; 6.3-cü bəndində qeyd edilmişdir: birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin; 6.4-cü bəndində qeyd edilmişdir: müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin; 7.N-ci bəndində qeyd edilmişdir: bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tarixədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni təmin etsin; 8-ci bəndində qeyd edilmişdir: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsinlər. 9-cu bəndində qeyd edilmişdir: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin. 10-cu bəndində qeyd edilmişdir: Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.N1-ci il tarixli Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum edsin və ya onların hüquqlarını məhdudlaşdırsın: buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. N5 dekabr N1-ci il tarixdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun N.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun N7-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun N-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Azərbaycan Respublikasının xx.xx.N7-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin N018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, N7-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalanan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır. Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş sığorta ödənişinin qanunun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd şərtin nəzərdə tutulmadığı halda belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” N8 yanvar N014-cü il tarixli Qərarı ilə bu Qanunun N0 may N7-ci il tarixədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə şamil edilməsini qərara almış, ödənişlərin verilməsindən imtinanı konstitusiya prinsipi olan bərabərlik hüququnun pozulması kimi qiymətləndirmiş, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” N0 may N7-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsini Konstitusiyanın 1N, 16 və N5-ci maddələrinə uyğun hesab etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı oğlu xx.xx.1976-cı il təvəllüdlü X6 xx.xx.N4-cü il tarixdə Şəki Birləşmiş şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilmiş, döyüş zonasında yerləşən N №-li hərbi hissədə xidmət keçərkən xx.xx.N6-cı il tarixdə mina partlayışı nəticəsində həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad olunmuş, qeydiyyat sənədləri Şəki Birləşmiş şəhər Hərbi Komissarlığına göndərilmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, xx.xx.1976-cı il təvəllüdlü X6 xx.xx.N6-cı il tarixdə mina partlayışı nəticəsində həlak olması, ölüm haqqında şəhadətnamə və digər sübutlarla təsdiq olunur. Odur ki, iddiaçının oğlunun hərbi xidmətdə olan zaman vəfat etməsi təkzib olunmaz haldır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin N018-ci il 19 aprel tarixli 1 № li Fərmanına uyğun olaraq, oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adının N7-ci il avqustun N-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsinin Müdafiə Nazirliyinə həvalə olunması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 5N-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, N3.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin N018-ci il 19 aprel tarixli 1 № li Fərmanına uyğun olaraq, oğlu xx.xx.1976-cı il təvəllüdlü XN adının N7-ci il avqustun N-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar