Məhkəmə qərarları › İş №2-1(120)-1781/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1781/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1781/2022 23.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə İddiaçı cavabdeh X10 X5 X12inə qarşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X3 30 yanvar 2019-cu il tarixli, 01153 nömrəli Dağ-mədər ayırması aktı ilə ona verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh X10 X5 X12inə qarşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X3 30 yanvar 2019-cu il tarixli, 01153 nömrəli Dağ-mədər ayırması aktı ilə ona verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(112)-7424/2022 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə müraciət edərək prosessual müddətin bərpa olunması barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan onun yerin təkindən İstifadə hüququnu ləğv edərkən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkənin şirin su ehtiyatının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil oln yerüstü su ehtiyatlarının, çaylarda sululuğun ve yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirə salınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirdiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mar tarixli, 56 nömrəli qərarı İlə təsdiq edilmiş” Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin , sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları" ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi ictamai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma buruq qazma və digər işlərin aparılmasının qadağan edilməsini əsas göstərir. Məlum edirlər ki, onun yerin təkindən istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün icazə sənədləri vardır. İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 46 nömrəli sərəncamı ilə rayonun Şahverdili kəndi yaxınlığında 5 ha yer ayrılaraq onun istrfadəsinə verilmişdir. Azərbaycan Vətən Müharibəsi X8 rayon şöbəsinin müraciət əsasında Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2006-cı il tarixli məktubu, mütəxəssis rəyi, karxanaların yeri göstərilməklə ərazinin sxemi verilmişdir. Onun VÖEN-i vardır. Müharibə veteranıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətləı Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 30 yanvar 2019-cu il tarixdə qeydiyyata alınmış 01156 nömrəli Dağ-mədən ayırması aktı ilə ona 5 İİ müddətinə İmişli qum-çınqıl yatağında 5 hektaı ərazidə istifadəyə icazə verilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh X10 X5 X12inə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh X10 X5 X12inin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmənin keçmiş iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il sərəncamından görünür ki, Şahverdili kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından sağ sahil boyunca 2 ha, sol sahil boyunca 3 ha, cəmi 5 ha ərazi qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün onun müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, Bəhrəmtəpə hidroqovşağından 7 km aşağı məsafədə Araz çayında inert materialların götürülməsi məqsədilə karxananın yaradılmasına icazə verilə bildirildiyi qeyd edilmişdir.. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə İmişli rayon İcra Hakimiyyəti arasında qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 5 ha torpaq sahəsi 15 il müddətinə torpaq icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 01153 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı dağmədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 1- 25 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 5 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X3 27 may 2021-ci il tarixli, 68 nömrəli “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarından görünür ki, 30 yanvar 2019-cu il tarixli 01153 nömrəli “Dağmədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/6446-11 saylı və xx.xx.2022-ci il tarixli, 05/7426-11 saylı məktublarına əsasən 2019-2021-ci illərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X10 X5 X12 tərəfindən adıçəkilən sahibkarlıq subyektində hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X3 məhkəməyə göndərdiyi 28 aprel 2022-ci il tarixli, 19/507 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən X12dir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Məlumat üçün bildirirlər ki, Agentliyin əməkdaşları tərəfindən Araz çayının hövzəsində yerləşən qum-çınqıl karxanalarının monitorinqi zamanı İmişli rayonu ərazisində “İmişli” yatağından qum-çınqıl çıxarılması üçün İddiaçı verilmiş 30 yanvar 2019-cu il tarixli, 01153 nömrəli “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış yer təki sahəsində hasilat işlərinin aparılmaması aşkar edilmişdir, iddiaçı izahatında bildirmişdir ki, İqtisadiyyat Nazirliyindən lisenziya ala bilmədiyinə görə ərazidə fəaliyyət göstərməmişdir. X9 xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarının icrasının təmin edilməsi məqsədilə iddiaçıya xx.xx.2020-ci il tarixli məktub göndərilmişdir. Həmin məktuba əsasən, İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli, 01153 nömrəli “Dağ-mədən ayırması” aktının əsli, ayrılmış yer təki sahəsinin istifadə olunmadığı təqdirdə, Agentliyə təhvil verilməsi tələb olunmuşdur. Lakin, İddiaçı tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməyərək, əvəzində İmişli Rayon icra Hakimiyyətinin başçısına müraciət olunaraq, ona İmişli rayon icra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 46 saylı Sərəncamı ilə rayonun Şahverdi kəndi yaxınlığında Araz çayının yatağından qum-çınqıl materiallarının istehsalı məqsədi ilə 5,0 ha torpaq sahəsinin icarəyə verildiyi, lakin hüquqi şəxs yaratmadan fəaliyyət göstərməsinin çətinliyi nəzərə alınaraq qeyd edilən 5,0 ha torpaq sahəsinin təsis etdiyi "xxxx" MMC-yə qum-cınqıl materiallarının çıxarılması məqsədi ilə icarəyə verilməsi xahiş olunmuşdur. “Yerin təki haqqında” Qanunun 18-ci maddəsinin 4-cü bəndinə əsasən, yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən istifadə hüququ dayandırılır. Həmin Qanunun 19-cu maddəsinin 6-cı bəndinə əsasən, bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququ ləğvi haqqında qərar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01,1999-cu il tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydaları”nın 01 nömrəli Əlavəsinə əsasən. Yerin təkinin istifadəçisi “Dağ-mədən ayırması” aldıqdan iki il müddətində işə başlamamışdırsa “Dağ-mədən ayırması” aktı öz qüvvəsini itirir və Dövlət Mineral X1ytarılır. Lakin iddiaçı Aktının əslini geri qaytarmamış, müxtəlif məzmunlu məktublarla Araz çayının hövzəsində karxana fəaliyyətinin davam etdirilməsinə icazə verilməsini istəmişdir. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixli, AZ3000/003044529 nömrəli teleqram ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişdir. Aidiyyəti üzrə Agentliyə yönləndirilmiş müraciətə xx.xx.2021-ci il tarixli, 19/Ə-147 nömrəli məktubla verilmədiyi bir daha iddiaçının nəzərinə çatdırılmışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, Araz çayının müasir və qədim məcrası ərazilərində dağ-mədən müəssisələrinin fəaliyyət zamanı çoxsaylı çuxurlar, gölməçə və göllər yaranmışdır. Çayın müasir məcrasından kənarda, bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılması, gələcəkdə bu zona üçün su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bu səbəbdən sözügedən ərazidə qum-çınqıl karxanalarının fəaliyyətinə icazə verilməsi məqsədəuyğun hesab edilmədiyi barədə bildirilmişdir. Lakin bununla bərabər, iddiaçıya həmin bölgədə iqtisadi fəallığı artırmaq üçün alternativ yer təki sahələrinin hərrac və müsabiqə yolu ilə istifadəyə verilməsi nəzərdə tutulduğu bildirilmişdir. “Su ehtiyarlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Eyni zamanda AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizəsi zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər işlərinin aparılması qadağan edilir. AR Prezidentinin xx.xx.2019-cu il tarixli, 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu il bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” AR qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəllənin 11 -ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, X10 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarı müvafiq qaydada iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Buna görə də, iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə X10 X5 tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunur. Göründüyü kimi, İddiaçı “imişli” yatağından qum-çınqıl hasilatı məqsədilə verilmiş 30 yanvar 2019-cu il tarixli, 01153 nömrəli “Dağ- mədən ayırması” Aktının ləğvi qanunamüvafiq qaydada həyata keçirilmişdir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. İddia rədd edilsin və X9 27 may 2021 -ci il tarixli, 68 nömrəli qərarı qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İmişli rayonu İcra Hakimiyyəti vaşçısının xx.xx.2006-ci il sərəncamı ilə Şahverdili kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından sağ sahil boyunca 2 ha, sol sahil boyunca 3 ha, cəmi 5 ha ərazi qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün onun müvəqqəti istifadəsinə verilmişdir. Bundan başqa Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Bəhrəmtəpə hidroqovşağından 7 km aşağı məsafədə Araz çayında inert materialların götürülməsi məqsədilə karxananın yaradılmasına icazə verilməsində heç bir müayinənin olmadığı qeyd edilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli, 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə İddiaçı ilə İmişli rayon İcra Hakimiyyəti arasında qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 5 ha torpaq sahəsi 15 il müddətinə torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 01153 nömrəli Dağ-Mədən ayırması aktında İddiaçı dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşdiyi, markşeyder planının üzərində 1-25 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 5 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. Cavabdeh orqan 27 may 2021-ci il tarixli, 68 nömrəli “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarından görünür ki, 30 yanvar 2019-cu il tarixli 01153 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərarı qəbul etmişdir. Hazırda iddiaçı onun hüquqi marağına uyğun olmayan həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırıması zamanı həmçinin müəyyən edilmişdir ki, Agentliyin əməkdaşları tərəfindən Araz çayının hövzəsində yerləşən qum-çınqıl karxanalarının monitorinqi zamanı İmişli rayonu ərazisində “İmişli” yatağından qum-çınqıl çıxarılması üçün İddiaçı verilmiş 30 yanvar 2019-cu il tarixli, 01153 nömrəli “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış yer təki sahəsində hasilat işlərinin aparılmaması aşkar edilmişdir, iddiaçı izahatında bildirmişdir ki, İqtisadiyyat Nazirliyindən lisenziya ala bilmədiyinə görə ərazidə fəaliyyət göstərməmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin: 1-ci cümləsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən, yerin təkindən istifadə hüququnun ləğvi "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə lisenziya və icazə dayandırılır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmənin qənaətinə görə hazırkı mübahisənin həllinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, X12lər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə araşdırması zamanı tətqiq edilən sübutlarla müəyyən olunur ki, İddiaçı ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar cavabdeh tərəfindən 2019-cu il tarixində aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. (Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/6446-11 saylı və xx.xx.2022-ci il tarixli, 05/7426-11 saylı məktublarına əsasən) Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cababdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan iddia təmin edilməli, qanunsuz yoxlama nəticəsində müəyyən edilmiş nəticəyə əsasən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt isə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X6rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X3 xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 X3 xx.xx.2021-ci il tarixli, 68 nömrəli qərarı ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar