Məhkəmə qərarları › İş №2-1(120)-1781/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1781/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1781/2024 25.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarın ləğv edilməsi, yaralanmasının səbəb-əlaqəsinin “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, qeyd edilərək yenidən qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarın ləğv edilməsi, yaralanmasının səbəb-əlaqəsinin “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, qeyd edilərək yenidən qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhməmənin 25 yanvar 2024-cü il tarixli, 2-1(120)-1781/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən, iddia ərizəsində dəqiqləşmə aparılaraq iddiaçının soyadı “Məmmədov” kimi qeyd edilməsi qərara alınmışdır. İddiaçının vəkili Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı il tarixdə Biləsuvar RHK-ğı tərəfindən hərbi xidmətə çağrılmışdır. N saylı hərbi hissədə xidmət keçmişdir. xx.xx.1998-ci il tarixdə hərbi tapşırığı yerinə yetirən zaman düşmən tərəfindən atılan snayper gülləsindən hər iki qolundan yaralanmış və həmin zaman əsgər yoldaşları tərəfindən əvvəlcə tibb məntəqəsinə aparılmış, sonra isə oradan da Tovuz rayonunda yerləşən 195 saylı Alakol hospitalına göndərilmişdir xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 195 saylı hərbi hospitalda “Sağ əlin dirsək nahiyyəsinin arxadan önə dəlib keçən, sol əlin dirsək nahiyyəsinin ön səthinin kor güllə yarası, sağ mil sümüyün proksimalepifızinin yerdəyişməmiş qəlpəli sınığı diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.1998-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən (ehtiyata) təxris olunmuşdur. Sonra SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəisi tərəfindən xəstəliyinin səbəb əlaqəsinin təyini üçün hərbi həkim komssiyasına göndərilmişdir. Komissiya tərəfindən aparılan müayinə və araşdırmalar nəticəsində Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı belə oldu: “YARALANMADİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR’' səbəb əlaqəsi ilə təsdiq olunur. O, hərbi xidmət vəzifəsini yerinə yetirən zaman düşmənlə təmas xəttində düşmən tərəfindən atılan snayper gülləsindən yaralanmışdır. Və həmin vaxt onunla birlikdə bir neçə hərbiçi yoldaşları da xidməti vəzifələrinin yerinə yetirirdilər. Onlar (X2, X4 və sair.) bu hadisənin canlı şahidləridirlər. Baxmayaraq ki, o, xəsarəti hərbi xidmət vəzifələrini yarinə yetirən zaman almışdı, amma ona aldığı xəsarətin səbəb əlaqəsi “YARALANMADİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR,’’ rəyi verilmişdir. O, aldığı xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsi üçün yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissyasına müraciət etmiş və imtina almışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-4645/2023 saylı sərəncamı və vətəndaş İddiaçı ərizəsi xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuş və araşdırılmışdır. Aşağıdakılara görə İddiaçı iddiasını əsassız və qanunsuz hesab edirik.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur.Biləsuvar RHK tərəfindən 1996-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “Sağ əlin dirsək nahiyyəsinin arxadan önə dəlib keçən, sol əin dirsək nahiyyəsinin ön səthinin kor güllə yarası. Sağ mil sümüyünün proksimal epifizinin yerdəyişməmiş qəlpəli sınığı” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbihəkim ekspertizası haqqında Əsasnamə"nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən xx.xx.2022-ci il tarixdə “YARALANMADİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”kimi təyin edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır.Lakin şəhadətləndirmə dövründə İddiaçı hansı şəraitdə xəsarət almasına dair onun xidmət etdiyi N nömrəli hərbi hissənin komandiri tərəfindən travma haqqında arayışı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilməmişdir.Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏR'Bİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “ç” yarımbəndinin 4-cü abzasının tələblərinə ziddir. Beləki həmin abzasda qeyd olunur ki, -əgər xəsarət hərbi xidmət dövründə alınmışsa, lakin şəhadətlənmə anında şəhadətləndirmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa həmin xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi “YARALANMADİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”kimi təyin edilir.Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə əsasən, vətəndaş İddiaçı təyin edilmiş “Sağ əlin dirsək nahiyyəsinin arxadan önə dəlib keçən, sol əin dirsək nahiyyəsinin ön səthinin kor güllə yarası. Sağ mil sümüyünün proksimal epifizinin yerdəyişməmiş qəlpəli sınığı” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi mümkün deyildir.İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə əsasən, vətəndaş İddiaçı yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsi “YARALANMADİR, TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur.Vətəndaş İddiaçı təyin edilmiş yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir.Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır.Göstərilənləri nəzərə alaraq məhkəmədən vətəndaş İddiaçı iddiasının rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı 2021-ci ilin fevral ayında mübahisələndirilən qərarı əldə etdikdən sonra Müdafiə Nazirliyinə və digər hüquq mühafizə orqanlarına, həmçinin cavabdehə müraciətlər etdiyini, lakin heç bir tədbir görülmədiyini, sonralar ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirdiklərini, məhkəmədə bir dəfə müraciət etdiyini, sonradan ərizə ilə geri götürdüyünü, sonradan yenidən iddia ərizəsi ilə müraciət etdiyini və iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarın ləğv edilməsi, yaralanmasının səbəb-əlaqəsinin “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, qeyd edilərək yenidən qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarın ləğv edilməsi, yaralanmasının səbəb-əlaqəsinin “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, qeyd edilərək yenidən qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə hüquqi yardım edərək qeyd etmişdir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı;iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;iddiaçının (ərizəçinin) tələbi, iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri;əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırmasıilə bağlı məhkəmənin hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı X1 iddia tələbində dəqiqləşdirmə aparmayaraq iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə uyğunlaşdırmamışdır. Tələb aydın olmadığından və həmin tələbə inzibati qaydada baxılması yol verilən olmadığından, həmin tələb əsasında işə mahiyyəti üzrə baxıb, yekun məhkəmə aktının çıxarılması mümkün deyildir. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarında göstərilmişdir ki, Biləsuvar RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş X3 hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma və travma- diaqnoz; "Sağ əlin dirsək nahiyəsinin arxadan önə dəlib keçən, so! əlin dirsək nahiyəsinin ön səthinin kor güllə yarası Sağ mil sümüyünün proksimal epifizinin yerdəyişməmiş qəlpəiı sınığı" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2020-cı tarixli 914 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 914 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1998-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “YARALANMADİR, TRAVMADİR HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” İşin hallarından müəyyən olunur ki, iddiaçı hal-hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarını xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının tərəfindən qəbul edilən qərar 2021-ci il tarixə aiddir. Həmin qərarın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmasa da, iddiaçı E.Mehtiyevin izahatı və Hərbi Həkim Komissiyası tərəfindən cavablandırılmış xx.xx.2023-cü il tarixli məktubun məzmunlarından məlum olur ki, iddiaçı 2021-ci ildən mübahisələndirilən qərar barədə məlumatlı olmuşdur, lakin müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. X6 Məhkəməsinin icraatında “İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş “Yaralanmışdır, Travmadır, Hərbi Xidmət Dövründə almışdır” əvəzinə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-345/2023 saylı inzibati iş mövcud olmuş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin olunmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş “Yaralanmışdır, Travmadır, Hərbi Xidmət Dövründə almışdır” əvəzinə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarı artıq bir dəfə məhkəmə qaydasında mübahisələndirilmiş, həmin inzibati iş icraatı zamanı iddiaçıya qərarla bağlı buraxılmış müddətlə bağlı hüquqi yardım edilmiş, İddiaçı tərəfindən rəsmi izahat verilərək, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarın 2021-ci il tarixdə verildiyini, savadsızlığı və hərbi komissarlıq tərəfindən ona düzgün istiqamət verilməməsi səbəbindən Şirvan İnzibati Məhkəməsinə müraciət etməmiş, 2022-ci il tarixdə müddət keçdiyi üçün təkrarən Hərbi Həkim Komissiyasına müraciət etdiyini, cavabdeh qərarda heç bir dəyişiklik etmədiyi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Bundan da aydın olur ki, iddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərardan 2021-ci il tarixdən məlumatlı olmuşdur, xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında mübahisələndirmiş, xx.xx.2023-cü il tarixdə iş üzrə icraata xitam verilmiş və hal-hazırda yenidən (xx.xx.2023-cü il tarixdə) iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarı inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andn hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və yeni qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2021-ci il tarixli, 34 nömrəli qərarın ləğv edilməsi, yaralanmasının səbəb-əlaqəsinin “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, qeyd edilərək yenidən qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar