Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1784/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1784/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. xx.xx.1975-xx.xx.1977, xx.xx.1979-xx.xx.1980. xx.xx.1982-xx.xx.1987-ci illərdə İmişli rayon X4 Birliyində, xx.xx.1987-xx.xx.1989-cu illərdə İmişli rayon Əhaliyə Məişət Xidməti İdarəsində, xx.xx.1989-xx.xx.2003-cü illərdə İmişli X4 Birliyində işləmiş və bu barədə Əmək kitabçam var.Ümumilikdə müəssisələrdə işlədiyi 24 il 7 ay 2 gün eləcə də 2 il hərbi xidmət illəri - cəmi 26 il 7 ay 2 gün əmək stajı vardır. xx.xx.2024-cü il tarixdə tam pensiya hüququ verən 65 yaşı tamam olmuşdur. Bununla belə, ona pensiya təyin edilməyib və sosial müavinət verilir. İddiaçı yaşa görə təyin edilmiş pensiyanın artırılması üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə göndərmişdir. Ona verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilir ki, onun əmək kitabçasında qeyd olunan xx.xx.1989-cu il tarixdə xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Səbəb kimi əmək haqqı cədvəllərinin arxivdə olmaması göstərilmişdir. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. “Əmək pensiyalan haqqında” Azərioaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalannın 3.2-ci maddəsində göstərilir- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş staiı aşağıdakı sənədlər üzrə müəyyən edilir:3.2.1. əmək kitabçası: qalan hallarda məhkəmənin qərarı. Əmək kitabçasında heç bir saxtakarlıq yoxdur, orada göstərilən illərdə o işdə olmuşdur. Əmək haqqı cədvəllərinin arxivə verilməməsində və ya aşkar olunmamasında onun təqsiri yoxdur. Həmin illər ştatda olan işçi olduğundan ona staj kimi hesablanmalıdır. Hazırda 65 yaşı tamam olmaqla əmək stajına müvafiq konstitusion pensiya hüququ yaranmışdır. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi qanuna ziddir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələblərinin əsasları kimi İddiaçı onun əmək kitabçasında olan dövrlərin sığorta stajına daxil edilərək cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd edir. İş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Odur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2- ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı ərizə ilə Mərkəzi Fiiiala müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin 08 avqust 2024-cü ii tarixli 3-17-1/2- Q-187363/2024 nömrəli məktubu iıə ona ümumilikdə sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 11 il 10 ay 16 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006- cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixindən xx.xx.2003-cü il tarixinədək İmişli Rayon İctimai İaşə Birliyində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının monitorinqi nəticəsində tərtib olunmuş xx.xx.2024-cu il tarixli akta əsasən, İmişli Rayon İctimai İaşə Birliyində saxlanılan əmr kitablarında işə daxil olmağı və işdən çıxmağı barədə məlumatlar müəyyən edilsə də, əmək haqqı cədvəlləri aşkarlanmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli akta əsasən sözügedən müəssisənin əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. X8 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən X12 Birliyinin 1992-2001-ci illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989cu il tarixindən xx.xx.2003-cü il tarixinədək (qeydlər üç fərqli şəxs tərəfindən təsdiqlənsə də, eyni imzadan istifadə olunmuşdur, işə daxilolma qeydi latın qrafikalı möhürlə təsdiqlənmişdir) olan dövrün doldurulma qaydası da pozulmuşdur. Əmək Məcəlləsinin 87ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. 25 dekabr 1991-ci il tarixli “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin tarixdən 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası bərpa edilmiş, həmçinin möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 4.1 -ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bu səbəblərdən xx.xx.1989-cu il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1,0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (DSMF-na məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22—1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1 -ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1 -ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibındəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq iddiaçıya xx.xx.2024-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Beləliklə, hazırki iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-4794/2024 nömrəli iş üzrə iddiasının təmin edilməməsi barədə qərar edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən İmişli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş İddiaçı İmişli rayonu, Hacırüstəmli kənd ünvanında qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 242 nömrəli arayışında qeyd edilmişdir ki, verilir 1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, O, 28 04.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil oımuş ərizəyə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 11 il 10 ay 16 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai iaşə Birliyində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının monitorinqi nəticəsində tərtib olunmuş xx.xx.2024-cu il tarixli akta əsasən, İmişli Rayon İctimai İaşə Birliyində saxlanılan əmr kitablarında işə daxil olmağı və işdən çıxması barədə məlumatlar müəyyən edilsə də, əmək haqqı cədvəlləri aşkarlanmayıb. Eyni zamanda xx.xx.2024-cü il tarixli akta əsasən sözügedən müəssisənin əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməyib. X8 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən, X12 Birliyinin 1992-2001-ci illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək (qeydlər üç fərqli şəxs tərəfindən təsdiqlənsə də, eyni imzadan istifadə olunmuşdur, işə daxilolma qeydi latın qrafikalı möhürlə təsdiqlənmişdir) olan dövrün doldurulma qaydası da pozulmuşdur. Bu səbəblərdən xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən, xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan ИТ-İ №1303600 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977, xx.xx.1979-xx.xx.1980. xx.xx.1982-xx.xx.1987-ci illərdə İmişli rayon X4 Birliyində, xx.xx.1987-xx.xx.1989-cu illərdə İmişli rayon Əhaliyə Məişət Xidməti İdarəsində, xx.xx.1989-xx.xx.2003-cü illərdə İmişli X4 Birliyində əmək fəaliyyəti ilə məşğul olmuşdur. -İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-8704/2024 nömrəli məktubunda göstərilmişdir ki, Hüquqi şəxslərin uçotu ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Vergi ödəyicilərinin dövlət reyestrində İmişli Rayon Kooperativ Cəmiyyətinin "X4 Birliyi"nin xx.xx.1999-cu il tarixdə 9 rəqəmli (5********) VÖEN alaraq vergi uçotuna alınması, xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək yeni ********** nömrəli VÖEN alması barədə məlumat mövcuddur. Dövlət Vergi Xidmətinin məlumat bazasında İmişli rayon Kooperativ Cəmiyyətinin “X4 Birliyi”nin (VÖEN: **********) xx.xx.2002-ci il tarixdən xx.xx.2019-cü il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Həmçinin, dövlət reyestrində İmişli rayon Əhaliyə Məişət Xidmət İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-43/2-19/01-3/2025 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayonu üzrə qeydiyyatda olan X4 Birliyi (sonradan İmişli rayon Kooperativ Cəmiyyətinin “X4 Birliyi") 17 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində İmişli rayon Əhaliyə Məişət Xidməti İdarəsinə dair məlumat mövcud deyildir. İmişli rayonu üzrə qeydiyyatda olan Əhaliyə Məişət Xidməti Kombinatı (sonradan "xxxx" ASC) 17 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-113456/2025 nömrəli məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi MT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən iş stajı 11 il 10 ay 16 gün təşkil edir. xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.2003-cü il tarixinədək İmişli Rayon İctimai İaşə Birliyində (qeydlər üç fərqli şəxs tərəfindən təsdiqlənsə də, eyni imzadan istifadə olunmuşdur, işə daxilolma qeydi latın qrafikalı möhürlə təsdiqlənmişdir) olan dövrün doldurulma qaydası pozulmuşdur. Fondun Mil-Muğan regional filialının xx.xx.2024-cu il tarixli aktına əsasən İmişli Rayon İctimai İaşə Birliyində saxlanılan əmr kitablarında işə daxil olmağı və işdən çıxmağı barədə məlumatlar müəyyən edilsə də, əməkhaqqı cədvəlləri aşkar edilməmişdir. Eyni zamanda Fondun Mil-Muğan regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən sözügedən müəssisənin əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. - İşdə olan İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı 1975-1989-cu illərdə İmişli rayon Məişət Xidməti İdarəsinin və İmişli rayon X5 Birliyindəki əmək fəaliyyəti ilə bağlı sorğuya cavab olaraq bildirilir ki, adı gedən təşkilatların sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar, İmişli rayon X4 Birliyinin və İmişli rayon Əhaliyə Məişət Xidməti İdarəsinin hansı tarixdən qeydiyyatdan keçməsi, təşkilatihüquqi formasına dəyişikliyin olub-olmaması,hüquqi varisliyinin müəyyən edilibedilməməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan İmişli rayon X4 Birliyi və İmişli rayon Əhaliyə Məişət Xidməti İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, İmişli rayon “Əhaliyə Məişət Xidməti” İdarəsi adlı hüquqi şəxs vergi uçotuna alınmayıb və qeydiyyatda olması barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrində heç bir məlumat aşkar edilməmişdir. İmişli rayon “X4 Birliyi” (VÖEN **********) xx.xx.1999-cu iİ tarixdən 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır və vergi uçot bazasına əsasən fəaliyyəti aktivdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, cavabdeh orqan tərəfindən iddiaçının təqdim etdiyi MT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən iş stajı 11 il 10 ay 16 gün təşkil etməsi barədə məlumat verilmişdir. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.2003cü il tarixinədək İmişli Rayon İctimai İaşə Birliyində (qeydlər üç fərqli şəxs tərəfindən təsdiqlənsə də, eyni imzadan istifadə olunmuşdur, işə daxilolma qeydi latın qrafikalı möhürlə təsdiqlənmişdir) olan dövrün doldurulma qaydası pozulmuşdur. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının xx.xx.1989-cu ildən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai İaşə Birliyində işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1989-cu ildən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai İaşə Birliyində iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1989-cu ildən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai İaşə Birliyində işləməsi halı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirmişdir ki, İddiaçı 1976-cı ildən tanıyır. İmişli rayon X4 Birliyində birlikdə işləmişlər. O, həmin Birlikdə baş mühasib işləmişdir, iddiaçı isə yeməkxana müdiri işləyib. Həmin yerdən 2002-ci ildə işdən çıxmışdır, İddiaçı isə həmin yerdə əmək fəaliyyətinə davam etmişdir. Hazırda pensıyaçıdır. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-2-1/2- 8704/2024 nömrəli məktubuna əsasən, Hüquqi şəxslərin uçotu ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Vergi ödəyicilərinin dövlət reyestrində İmişli Rayon Kooperativ Cəmiyyətinin "X4 Birliyi"nin xx.xx.1999-cu il tarixdə 9 rəqəmli (5********) VÖEN alaraq vergi uçotuna alınması, xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək yeni ********** nömrəli VÖEN alması barədə məlumat mövcuddur. Dövlət Vergi Xidmətinin məlumat bazasında İmişli rayon Kooperativ Cəmiyyətinin “X4 Birliyi”nin (VÖEN: **********) xx.xx.2002-ci il tarixdən xx.xx.2019-cü il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-43/2-19/01-3/2025 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayonu üzrə qeydiyyatda olan X4 Birliyi (sonradan İmişli rayon Kooperativ Cəmiyyətinin “X4 Birliyi") 17 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin İmişli Rayon İctimai İaşə Birliyində işləməsi və əmək haqqı alması, o cümlədən Birliyin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə İmişli Rayon İctimai İaşə Birliyi mövcud olmuş, iddiaçı İmişli Rayon İctimai İaşə Birliyində işləmiş və əmək haqqı almış, sadəcə olaraq İmişli Rayon İctimai İaşə Birliyinin 1989-cu il tarixdən 2003-cü ilədək olan sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi İmişli Rayon İctimai İaşə Birliyində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1989-cu ildən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai İaşə Birliyində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdehin istinad etdiyi hal, yəni “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək (qeydlər üç fərqli şəxs tərəfindən təsdiqlənsə də, eyni imzadan istifadə olunmuşdur, işə daxilolma qeydi latın qrafikalı möhürlə təsdiqlənmişdir) olan dövrün doldurulma qaydası da pozulması barədə etirazı üzrə məhkəmə nəzərə çatdırır ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi Birliyin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, İddiaçı xx.xx.1989-cu ildən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai İaşə Birliyində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə İmişli Rayon İctimai İaşə Birliyinin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin İmişli Rayon İctimai İaşə Birliyi tərəfindən müəyyən dövr üçün Birliyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə tam təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair Birliyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. İddiaçıya xx.xx.2024-cü il tarixdə 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2024-cü il tarixdən), yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan (sosial müavinət çıxılmaqla) ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1784/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1784/2025
07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver