Məhkəmə qərarları › İş №2-1(120)-1785/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1785/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1785/2025 16.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Lənkəran şəhər Psixiatriya X2rşı “İddiaçı Lənkəran Şəhər X5 Hüquqi Şəxsində qeydiyyatda olmasının etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Lənkəran şəhər Psixiatriya X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı Lənkəran Şəhər X5 Hüquqi Şəxsində qeydiyyatda olmasının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1968-ci il tarixdə Lerik rayonu, Veri-Küsəkəran kəndində anadan olmuşdur. 2003-cü il tarixdə Lerik rayon sakini X16 ilə ailə həyatı qurmuşdur. Onun 2034-cü il tarixdə X11 ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun savxozunda yerləşən natamam tikilisi və hasarı olan 30 sot torpaq sahəsini 2500 ABŞ dollarına satmışdır. 2004-cü il tarixdə torpağın sənədi ilə bağlı mübahisələri düşmüşdür. Belə ki, həmin torpaq sahəsini sənədləşdirmək istəyərkən məlum oldu ki. həmin torpaq sahəsinin sənədləri qaydasında deyildir. Bundan sonra o, Şirməmməddən torpağın sənədlərini istədi. O, isə ona dedi ki, torpaq artıq bahalaşıb, o həmin qiymətə torpaq vermir, çıxın onun torpağından gedin. Lakin o, artıq həmin dövrdə evi tikmişdi və orada yaşayırdı. O, evdən çıxmağa imtina etdi və ona dedi ki, sənin torpağın bahalaşıbsa onunda pulunun faizi bahalaşıb. Beləcə aralarında mübahisələr yaranmağa başladı. Nəhayət o, polisə müraciət etdi və 25 aprel 2006-cı il tarixdə X1 Rayon Məhkəməsinin hökmü ilə CM-nin 178.2.4, 186.1, 188 və 322.2.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırıldı. Proses zamanı onun ruhi əsəb dispanserində qeydiyyatda olmağı barədə heç bir danışıq olmamışdır. O, məhkəmənin hökmünü aldıqdan sonra bilmişdir ki, o, ruhi-əsəb dispanserində qeydiyyatdadır. Bundan sonra o, hökmü götürüb Baş Prokurorluğun istintaq idarəsinin rəisinin qəbuluna getdi və nə üçün onun ruhi-əsəb dispanserində qeydiyyatda olmağı yazılıb. Orada mübahisələri oldu. Onu ruhi-əsəb dispanserinə saldıracaqlarından qorxub heç bir hərəkət etmədi. O, İlqar Cəfərovun qəbulundan çıxaraq 1 saylı Zeytun Savxozunda tikdiyi evə gəldi. Lakin bundan bir neçə gün sonra X11 onun yaşadığı evə gələrək onun həmin evdən çıxmağını tələb etdi. O, evdən çıxmaq istəməyəndə isə onu döyməyə başlamışdır. Bununla bağlı o Suraxanı RPİnə müraciət etdi. Lakin hər dəfə X11 onu döyüb evdən qovmağa çalışdıqda o polisə müraciət etsədə onun Ruhi-Əsəb Dispanserində qeydiyyatda olmağı əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra X11 2011-ci il tarixdə onu mülki qaydada məhkəməyə verərək evdən çıxarılmağını tələb etdi. Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən o qeyd edilən evdən çıxarılmışdır. Bundan sonra o özü üçün tikinti materialları aldı və həmin evin yerləşdiyi torpaq sahəsinin yanında, onun X4 aldığı 30 sot torpaq sahəsinin yanında ev tikdi. Lakin bu ərəfədə X11 ilə mübahisələri də davam edirdi və onu daim gəlib döyürdü. Lakin hər dəfəsində də onun ruhi-əsəb dispanserində qeydiyyatda olmağı əsas gətirilərək cinayət işinin başlanması rədd edilirdi. Ona görə də o artıq münaqişələrdən bezib Lerik rayonuna getdi. Lerik rayonunda olarkən 2017-ci il tarixdə iyun yının 9-da onlara zəng olundu ki, X11 onun evini yandırıb. O, yenə bu barədə müvafiq orqanlara müraciət etdi. X3 törətdiyi cinayəti etiraf etmədiyi üçün cinayət işinin başlanması rədd edildi. O, yenidən orada ev tikmək istəyirdi. X3 İİ Qarabağ Müharibəsi qazisi torpağın ona məxsus olduğunu deyib onu həmin torpaq sahəsindən qovdu. Bundan sonra yenə o X11 barədə şikayət etdi. Həmçinin o, qazidən də şikayət etmişdi. Lakin yenidən 2022-ci il tarixdə onun ruhi-əsəb dispanserində qeydiyyatda olmağı əsas gətirilərək cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra o bir daha həmin yerə getmədi. Hal- hazırda onun şikayətləri üzrə Suraxanı RPİ-də cinayət işinin istintaqı gedir. Qeyd etmək istəyir ki, o tam şəkildə sağlamdır. Heç vaxt hər-hansı əsəb xəstəliyindən əziyyət çəıkməmişdir. Lənkəran Ruhi-Əsəb Dispanserinə necə qeydiyyata düşməyini bilmir. Mülki Prosessual Məcəlləsinin 335-ci maddəsində qeyd edilib ki, şəxsin psixiatriya stasionarına qeyri- könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ-də qeydiyyatda olmasının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lənkəran rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkündür, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixində Lerik rayonu, Küsəkəran kəndində anadan olmuş, Lənkəran rayonu, Ürgə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 dekabr 2024-cü il tarixli 3-17-4/2- 33288/2024 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində İddiaçı dair göndəriş və məlumat aşkar edilməmişdir. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 28 dekabr 2024-cü il tarixli 856 nömrəli məktubuna əsasən, İddiaçı Sadıq qızı 10 ildən çox müraciət etmədiyinə görə dispanser müşahidə qeydiyyatından çıxarılıb. Lakin şəxsin ümumi qeydiyyatdan çıxarılması mümkün deyil. İşdə olan "Lənkəran Rayon Mərkəzi Xəstəxanasi" X25 12 mart 2025-ci il tarixli 18-1- 58/2-297/2025 nömrəli məktubuna əsasən, Lənkəran ray., Urğə kəndində qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Psixiatriya kabinetində qeydiyyatda deyil. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 20 sentyabr 2024-cü il tarixli 651 nömrəli məktubuna əsasən, İddiaçı uzun müddət xəstəxanaya müraciət etmədiyinə görə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının dispanser müşahidə qeydiyyatından çıxarılmışdır. İşdə olan 08 iyun 2024-cü il tarixli 25 nömrəli arayışına əsasən, verilir, X17 ondan ötrü ki o, 2012-ci ildən hal-hazıradək mövsümi olaraq Lerik rayonu, B.Məmmədov adına Küsəkəran kənd ümumi orta məktəbində ocaqçı vəzifəsində işləyir. İşdə olan Lerik Rayon İcra Hakimiyyəti Başçısının Veri Kənd Ərazi İcra Nümayəndəliyinin 16 may 2024-cü il tarixli 5-65-39/2-167/2024 nömrəli arayışından görünür ki, Əliyeva X15 rayonun Ürgə kəndinin qeydiyyatında olmasına baxmayaraq, halhazırda Lerik rayonun Küsəkəran kəndində yaşayır və aşağıdakı üzrə ailə tərkibi vardır. 1.X7-xx.xx.2010, 2.X9-xx.xx.2004, 3.X10-xx.xx.2005. İşdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun İddiaçı ünvanlanmış 05 avqust 2013-cü il tarixli məktubuna əsasən, X11 tərəfindən ona vurulmuş maddi ziyanın məbləğinin hazırki bazar qiymətləri ilə ödənilməsi barədə Baş Prokurorluğa daxil olmuş müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 aprel 2006-cı il tarixli hökmü ilə Şirməmməd Kazımov Azərbaycan Respublikası CM-in 178.2.4, 186.1 və 322.1 -ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq şərti maliyyə vahidinin 3500 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlama müddəti nəzərə alınmaqla üzərində şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası saxlanılmış, CM-in 188-ci maddəsi ilə isə təqsirli bilinərək CPM-in 44.2.1 -ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 22 iyun 2007-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 aprel 2006-cı il tarixli hökmünün Şirməmməd Kazımovun Azərbaycan Respublikası CM-in 188 və 322.1 -ci maddələri ilə məhkum edilməsinə dair hissəsi ləğv edilmiş, həmin maddələrlə ona əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, CM-in 178.2.4 və 186.1 -ci maddələri ilə təyin edilmiş cərimə cəzaları CM-in 66.3-cü maddəsinə əsasən qismən toplama yolu ilə birləşdirilmiş və ona qəti cəza olaraq şərti maliyyə vahidinin 3400 misli miqdarında cərimə cəzası təyin edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 yanvar 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 22 iyun 2007-ci il tarixli hökmü ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 aprel 2006-cı il tarixli hökmü dəyişdirilmiş, hökmün nəticəvi hissəsindən Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə təyin olunmuş şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası və 322.1 -ci maddəsi ilə təyin edilmiş şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzası, eləcə də CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunması barədə müddəalar xaric edilmiş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında verilmiş vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyul 2013-cü il tarixli qərarı ilə təmin edilməmişdir. İzah edilir ki, Azərbaycan Respublikası CPM-in 411.3-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında kassasiya instansiyası məhkəməsinin qərarı qətidir və ondan şikayət verilə bilməz. İşdə olan Bakı Şəhər Prokurorluğunun xx.xx.2008-ci il tarixli 05/224 nömrəli məktubuna əsasən, Şirməmməd Kazımov və onun ailəsi tərəfindən təzyiqlərə məruz qalmasına dair müraciətinə şəhər prokurorluğunda qəbul edilməklə baxılmışdır. Müəyyən edilmişdir ki, Şirməmməd Kazımov tərəfindən qanunsuz torpaq zəbt edilməsi və həmin torpaq sahəsinin Sizə satılması, həmçinin X14 və X12 tərəfindən döyülməyiniz faktları ilə bağlı toplanmış materiallar əsasında Suraxanı RPİ-nin İŞ-si tərəfindən cinayət işləri başlanaraq Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Həmin cinayət işlərinə məhkəmədə baxılaraq müvafiq hökmlər çıxarılmışdır. Ərizədən və qəbul zamanı göstərdiklərinizdən görünür ki, hal-hazırda həmin işlər üzrə müvafiq hökmlər çıxmasına baxmayaraq, iddiaçıya və ailəsinə qarşı qonşu Şirməmməd Kazımov və onun ailəsi tərəfindən təzyiqlər davam etməkdədir. Odur ki, göstərilənləri nəzərə alaraq şəhər prokurorluğu tərəfindən və ailənin təhlükəsiziyinin təmin edilməsi məqsədi ilə Suraxanı rayon prokurorluğuna və Suraxanı RPİ-nə müvafiq göstərişlər verilmişdir. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 03 iyul 2024-cü il tarixli 501 nömrəli məktubuna əsasən, xx.xx.1967-ci il tarixdə anadan olan İddiaçı xx.xx.2004-cü ildən Lənkəran Şəhər Psixiatriya Xəxtəxanasında qeydiyyatdadır. Xəstə xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilə qədər Lənkəran ŞPX-da stasionar müalicə olunub. İşdə olan xx.xx.2022-ci il tarixli Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin təhqiqatçısı X13 cianyət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə araşdırma zamanı cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1785/2025 nömrəli qərardadı ilə, məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. İşdə olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 xx.xx.2025-ci il tarixli 2119 nömrəli rəyinə əsasən, İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu mülki iş materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, N.F.Hidayətov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci suallara cavab: Bu sualı cavablandırmaq məhkəməpsixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 8-ci sual: xx.xx.1968-ci ildə anadan olmuş və Lənkəran rayonu, Göyşaban ərazi dairəsi, Ürgə kəndində qeydiyyatda olmaqla Lerik rayonu, Veri-Küsəkəran kəndində yaşayan İddiaçı (AA*******) İddiaçı hər hansı psixi xəstəlik müəyyən edilmir. 9-cu sual: İddiaçı hal-hazırda hər hansı psixi xəstəlik mövcud deyilsə, əvvəllər İddiaçı hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müşahidə edilmişdirmi (əsas diaqnoz, patofunksional dəyişiklər ətraflı göstərilməklə)? Cavab: Yoxlanılan şəxs İddiaçı hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. 10-cu sual: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər X6 Hüquqi Şəxsində qeydiyyatda olmasının etibarsız hesab edilməsinə əsas varmı? Cavab:Təqdim edilmiş tibbi sənədlərə əsasən anamnezində keçirilmiş Şəxsiyyətin isterik tip pozuntusu. Davamsız kompensasiya vəziyyəti" diaqnozu qeyd edilmişdir. 11 -ci sual: Mütəxəssis rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, İddiaçı sağlamlıq vəziyyətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın. Cavab: Yoxlanılan şəxs İddiaçı hər hansı psixi xəstəlik müəyyən edilmir. “Psixiatriya yardımı haqqında” 12 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Maddə 3. Psixiatriya yardımı göstərilməsinin əsas prinsipləri Psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Maddə 4. Bu Qanunun tətbiq dairəsi 4.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində psixiatriya yardımı alan, habelə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə şamil olunur. Maddə 5. Psixiatriya yardımının könüllülüyü 5.1. Bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin özü müraciət etdikdə, ona psixiatriya yardımı göstərilir. 5.2. 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə psixiatriya yardımı onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı (xahişi) ilə bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilir. 5.3. Psixiatriya yardımı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Bu razılıq hədə-qorxu və zor tətbiq edilmədən alınır, yazılı formada sənədləşdirilir, pasiyentin özü və ya onun qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır. Maddə 8. Psixi pozuntunun diaqnozunun qoyulması və pasiyentlərin müalicəsi 8.1. Psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər tərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir. Pasiyentin psixi pozuntusunun diaqnozu ona əvvəllər təyin edilən diaqnoz ilə uyğun olmadıqda, psixiatriya müəssisəsinin həkim-məsləhət komissiyasının və ya yüksək ixtisaslı həkim-psixiatrın (tibb elmləri doktoru, professor, dosent) qərarı ilə dəyişdirilir və ya ləğv edilir. 8.2. Pasiyentə psixiatriya yardımı onun hüquq və azadlıqlarını məhdudlaşdırmadan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan psixiatriya yardımının səmərəliyini daha çox təmin edən vasitələrdən və üsullardan istifadə etməklə yalnız xəstəliyin müalicəsi üçün zəruri olan müddətdə göstərilir. 8.3. Şəxsi müayinə etmədən (qiyabi) diaqnoz qoymaq qadağandır. 8.4. Tibbi vasitələrdən və üsullardan istifadə etməklə pasiyent cəzalandırıla, yaxud ondan başqa şəxslərin mənafeyi üçün istifadə edilə bilməz. 8.5. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən, habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində tibbi-bioloji eksperimentlər aparmaq və psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticələr doğuran cərrahiyyə üsullarından istifadə etmək qadağandır. Maddə 17. Psixiatriya müayinəsi 17.1. Psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir. 17.2. Psixiatriya müayinəsi, habelə profilaktik müayinə aşağıdakı hallarda aparılır: 17.2.1. şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən; 17.2.2. müayinə olunanın razılığı (xahişi) ilə; 17.2.3. 16 yaşına çatmamış şəxsin valideynlərinin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə; 17.2.4. qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə. 17.3. Psixiatriya müayinəsinə dair məlumatlar və müayinənin yekunu (diaqnoz) şəxsin tibbi sənədində qeyd olunur. Sənəddə həkim-psixiatra müraciətin səbəbləri və tibbi tövsiyələr də göstərilir. Maddə 18. Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması 18.1. Şəxsin özünə və (və ya) ətrafdakılara qarşı təcavüzkar hərəkət etdiyi aşkar olunarsa, həkim-psixiatr, o cümlədən təcili yardım müəssisəsinin həkimi şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) olmadan psixiatriya müayinəsi haqqında qərarı dərhal qəbul edir və qərar tibbi sənədə yazılmaqla rəsmiləşdirilir. 18.2. Şəxsin psixi pozuntu nəticəsində öz əsas həyati tələbatmı müstəqil ödəməyə qadir olmadığı və ya təxirəsalınmaz psixiatriya yardımı göstərilməməsinin onun həyatı və sağlamlığı üçün təhlükə törədə biləcəyi hallarda şəxsin özü və ya qanuni nümayəndəsi psixiatriya müayinəsinə razılıq verməzsə, müayinə barədə qərarı həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə qəbul edir. 18.3. Valideynlərdən biri etiraz etdikdə, yaxud valideynləri və ya qanuni nümayəndələri olmadıqda, 16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin psixiatriya müayinəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir. Bu qərardan məhkəməyə şikayət edilə bilər. Maddə 20. Ambulator psixiatriya yardımı 20.1. Psixi pozuntusu olan şəxsə ambulator psixiatriya yardımı tibbi göstərişlərdən asılı olaraq məsləhət-müalicə yardımı və ya dispanser müşahidəsi şəklində göstərilir. 20.2. Məsləhət-müalicə yardımı psixi pozuntusu olan şəxsə onun razılığı (xahişi) ilə, 16 yaşına çatmamış şəxsə isə onun valideyninin, yaxud qanuni nümayəndəsinin razılığı (xahişi) ilə göstərilir. 20.3. Bu Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş hallarda psixiatriya dispanser müşahidəsi psixi pozuntusu olan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığından asılı olmayaraq təyin edilir. Bu, həkim-psixiatr tərəfindən müntəzəm nəzarəti təmin etmək üçün şəxsin psixi vəziyyətinin müşahidə edilməsini, ona zəruri tibbi və sosial yardım göstərilməsini nəzərdə tutur. 20.4. Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslar olduqda məhkəmənin qərarı əsasında şəxsin yaşayış yeri üzrə psixonevroloji dispanser və ya poliklinikanın psixiatriya kabineti tərəfindən həyata keçirilir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi ilə müraciət edərək, Lənkəran Şəhər X5 Hüquqi Şəxsində heç vaxt qeydiyyatda olmadığını, onun hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyini, Lənkəran Şəhər X5 Hüquqi Şəxsinə müraciət etmədiyini bildirmiş və buna görə də onun cavabdeh orqanda qeydiyyatda olmasının etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğular əsasında cavabdeh orqan məhkəməyə İddiaçı barəsində onun hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi barədə əsaslı məlumat və buna əsas olan sənəd və sübutları təqdim edə bilməmişdir, cavabdeh orqan məhkəməyə İddiaçı Sadıq qızının 10 ildən çox müraciət etmədiyinə görə dispanser müşahidə qeydiyyatından çıxarılması, lakin şəxsin ümumi qeydiyyatdan çıxarılmasının mümkün olmaması barədə məlumat vermişdir. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq, İddiaçı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Psixiatriya kabinetində qeydiyyatda olmaması barədə məlumat əldə edilmişdir. Həmçinin İddiaçı iş materiallarına məhkəmə qərarları, cinayət işinin rədd edilməsi barədə qərarlar təqdim edərək, onun ruhi-əsəb dispanserində qeydiyyatda olmasının əsas gətirilərək cinayət işinin başlanılması rədd edilməsi barədə məlumat vermişdir. Məhkəmə tərəfindən iddiaçının psixi vəziyyət və hansı psixi xəstəlikdən əziyyət çəkməsinin aydınlaşdırılması məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir və daxil olmuş məluamt əsasında İddiaçı heç bir psixi xəstəlikdən əziyyət çəkməməsi barədə məlumat verilmişdir. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin iddianın tələbindən imtina etməsi barədə mövqeyi əsaslı və qanuni olmamışdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və onun qeydiyyatı etibarsız hesab edilməlidir. İddiaçıya onnu qeydiyyatda olmasının etibarsız hesab edilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran şəhər Psixiatriya X2rşı “İddiaçı Lənkəran Şəhər X5 Hüquqi Şəxsində qeydiyyatda olmasının etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Lənkəran Şəhər X5 Hüquqi Şəxsində qeydiyyatda olmasının etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar