Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1796/2023 08.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 3406 nömrəli müqavilə əsasında onun istifadəsində olan ünvan 1i ünvanındakı 0,6278 ha torpaq sahəsində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə əmlak payı olaraq ona satılmış ümumi sahəsi 192,90 kv.m. qeyri yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 3406 nömrəli icarə müqaviləsi əsasında onun icarəsində olan ünvan 1i ünvanındakı 0,6278 ha torpaq sahəsində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə əmlak payı olaraq ona satılmış ümumi sahəsi 192,90 kv.m. qeyri yaşayış binasl üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “xx.xx.2022-ci il tarixli, 3406 nömrəli müqavilə əsasında onun istifadəsində olan ünvan 1i ünvanındakı 0,6278 ha torpaq sahəsində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə əmlak payı olaraq ona satılmış ümumi sahəsi 192,90 kv.m. qeyri yaşayış binasl üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1972-ci il tarixdə tikilmiş Lənkəran rayonu, sabiq Kənarmeşə sovxozunun qaraj ərazisində yerləşən 6278,0 kv.m torpaq sahəsi üzərində yerləşən ümimi sahəsi 192,90 kv.m. ölçülərində qeyri yaşayış binası olan tikili olmuşdur vardır. O, və Kənarmeşə kənd sakinləri aqrotexserviz sexləri, təmir emalatxanası, çöprək sexi və digər istehsalat sahələri yaratmaq təşəbbüsü ilə X15 Komissiyasına (YAİK) və Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edərək bu məqsədlərlə onlara torpaq sahəsinin ayrılmasını xahiş etmişlər. Kənarmeşə YAİK həmin istehsalat sahələrinin yaradılması üçün sabiq Kənarmeşə sovxozunun qaraj ərazisində 6278,0 kv.m. torpaq sahəsinin ayrılmasını məqsədəmüvafıq hesab etmişdir. Ona görə də Lənkəran rayonu, Kənarmeşə YAİK-nm 20 may 2000-ci il tarixli 6 saylı qərarı ilə qarajın ümimi ərazisindən 0,58 ha. torpaq sahəsinin ayrılması, ona həmçinin digər kənd sakinlərinə düşən əmlak payı alqı-satqı sənədlər əsasında ödənilməsi nəzərədə tutulmuşdur. Eyni zamanda Lənkəran rayon Aqrar İslahat Komissiyasının (AİK) 22 may 2000-cil tarixli 7 saylı “Əmlakın özəlləşdirilməsi haqqında” Qərarının 4-cü bəndinə qeyd edilmişdir ki, “X11 İslahat Komissiyasına (YAİK) məxsus olan qaraj təsərrüfatının qalan hissəsinin tikililəri ilə birlikdə əmlak payı kimi İddiaçı verilməsi haqqında Kənarmeşə YAİK-nın 20 may 2000-ci il tarixli 6 saylı qərarı təsdiq edilsin” Bu səbəblərdən Lənkəran rayon Kənarmeşə YAİK- nın 20 may 2000-ci il tarixli, AKT, 06 saylı Əmr, Sərəncam və 06 saylı protokoldan çıxarış əsasında: 1972-ci il tarixdə tikilmiş Lənkəran rayonu, sabiq Kənarmeşə sovxozunun qaraj ərazisində yerləşən 6278,0 kv.m. torpaq sahəsi üzərində yerləşən ümimi sahəsi 192,90 kv.m ölçülərində qeyri yaşayış binası olan tikili, Lənkəran rayonu, Seydəkəran kənd sakini İddiaçı satıldığına görə Kooperativin balansından çıxarılsın, əmlakın dəyəri ödənildikdən sonra özəlləşmə ilə əlaqədar vətəndaşa lazım olan sənədlər verilsin və mədaxil olunan vəsait təyinatı üzrə yönəldilməsi qeyd edilmişdir. Lənkəran rayonu, Kənarmesə YAİK-nın 22 may 2000-ci il tarixli AKT-da qeyd edilmişdir ki, “X11 İslahat Komissiyasının (YAİK) balansında olan 1972-ci il tikintisi olan bir hissəsi satılandan sonra 13.610.000 (köhnə pul ilə- on üç milyon, altı yüz on min) manat olan avtoqaraj kompleksi Kənarmeşə kənd sakini İddiaçı satılması ilə əlaqədar olaraq təhvil - təslim işi aparıldı. Avtoqaraj binasının təmirə ehtiyacı olmuş şəkildə komissiya üzvülərinin iştirakı ilə Kənarmeşə kənd sakini İddiaçı təhvil verildi.” Odur ki, “İcarəçi” İddiaçı tərəfindən “İcarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə xx.xx.2022-ci il tarixli, 3406 nömrəli, “Torpaq sahəsinin fiziki şəxslərə icarəyə verilməsi barədə” Müqavilə bağlanmışdır. X7 predmeti; ünvan 1i ünvamndakı qeyri-yaşayış binasının yerləşdiyi 6278,0 kv.m torpaq sahəsinin “İcarəyəverən” tərəfindən, icarə şərtləri əsasında “İcarəçi”- nin istifadəsinə verilməsindən ibarətdir. Odur ki, xx.xx.2000- ci il tarixdə X11 İslahat Komissiyasının hesabına iddiaçı tərəfindən 13.610.000 manat məbləğində pul ödənilməklə qeyri yaşayış binası olan tikilini özəlləşdirmişdir. Eyni zamanda, Lənkəran rayonu X11 İslahat Komissiyası aşağıdakı ilkin hüquqmüəyyənedici sənədləri də təsdiq etmişdir. 20 may 2000-ci il tarixli, “Kənarmeşə kənd sakini İddiaçı ailə üzvülərinə Kənarmeşə kəndi ərazisində qaraj təsərrüfatının bir hissəsinin istehsal sahələrinin tikintisindən ötrü torpaq sahəsinin ayrılması barədə AKT”. Həmin ayrılmış torpaq sahəsinin sxemi. Lənkəran rayon Kənarmeşə YAİK-nın 20 may 2000-ci il tarixli AKT-qarajın satılmasına görə təhviltəslim barədə. 20 may 2000-ci il tarixli, 06 saylı Əmr və Sərəncam. 20 may 2000-ci il tarixli, 06 saylı iclas protokolundan çıxarış. Lənkəran rayonu, Kənarmeşə YAİK-nın 22 may 2000-ci il tarixli qərarı. Lənkəran rayonu, Kənarmeşə YAİK-nın 22 may 2000-ci il tarixli Əmlakdan pay haqqının verilməsi barədə AKT. xx.xx.2000-ci il tarixli, X11 İslahat Komissiyasının hesabına 13.610.0 manat məbləğində ödənilən pulun ödəniş qəbzi. Odur ki, qeyd edilən ilkin hüquqmüəyyənedici sənədlərə əsaslanaraq ünvan 1ində yerləşən həmin qeyri yaşayış binası olan tikiliyə, xüsusi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın, plan və ölçülərinin, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı adna qeydiyyata alınması zərurəti yaranmışdır. Bu səbəblərdən, mülikyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü, 07 dekabr 2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi müraciət etmiş. Müraciəti ********** sayla qeydiyyata götürməklə, 12 dekabr 2022-ci il tarixli, **********35 saylı qeydiyyat nömrəli, 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” imtina cavabı verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq imtina cavab məktubunda səbəb kimi göstərmişdir ki, “Sənədlərin qanunamüvafıqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdurki, sözü gedən 6278.0 kv.m. torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Beləki, sözü gedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin ilkin hüquqmüəyyənedici sənədlədə qeyri- yaşayış binasının ümumi ölçüsü barədə hər-hansı bir qeydin aparılmaması” qeyd edilmişdir. Bir sözlə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin ümumi formal, cavabından belə başa düşmək olur ki, guya aşağıdakı səbəblərə görə adına, YAİK ödəniş əsasında əmlakdan pay hüququna dair yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsini qanunamüvafıq hesab etmişdir: Mülkiyyət hüquqlarını qeydiyyata almaq istədiyi qeyri- yaşayış binası olan tikilinin ümimi ölçüləri barədə, Ərazi İdarəsinə müraciətində, hər- hansı bir qeydin aparılmaması, imtinaya səbəb kimi göstərilmişdir. Məhkəmənin nəzərəinə çatdırır ki, adları qeyd edilmiş ilkin hüquqmüəyyənedici sənədlər əsasında, ünvan 1i ərazisində icarəsində olan 6278,0 kv.m. torpaq sahəsi, Lənkəran rayonu X11 İslahat Komissiyası 22 may 2000-ci il tarixli əmlak payı olaraq İddiaçı ayrılması və həmin torpaq sahəsi üzərindəki, qeyri-yaşayış binası olan tikilinin özəlləşdirilməsi barədə qərar və AKT vermişdir. Bu o deməkdirki 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları, icarəsində olan 6278,0 kv.m. torpaq sahəsində və həmin torpaq sahəsi üzərində 1972-ci il tarixdə tikilmiş qeyri yaşayış binası olan tikilinin faktiki olaraq naturada müayinə etməklə həqiqətəndə belə bir daşınmaz əmlakın olub yerləşməsi və ölçüləri barədə qanunamüvafıq rəy verməlidirlər. Yəni məhkəmənin nəzərinə çatdırırır ki, mülkiyyət hüquqlarının qeydiyyata götürülməsi barədə tələb edilən mübahisələndirilən həmin qeyri yaşayış binası olan tikilinin ölçüləri faktiki olaraq 192,90 kv.m. təşkil edir. Lakin 10 saylı Lənkəran Ərazi İdarəsi, imtina cavabı yazmaqdan ötrü səbəblər axtarır. 07 avqust 2000- ci il tarixli, X11 İslahat Komissiyasının hesabına köhnə pul ilə 13.610.0 manat məbləğində ödədiyi pulu nəzərə almır. Ümumiyyətlə yuxarıda qeyd etdiyi ilkin hüquqmüəyyənedici sənədlər barəsində fikir münasibət bildirmir, onlara qiymət vermir. 10 saylı Lənkəran Ərazi İdarəsi, təqdim olunmuş sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə, təqdim etdiyi hüquqmüəyyənedici sənədlər arasında müəyyən uyğunsuzluqlar mövcud olmasını cavab məktubunda qeyd edir. Lakin konkret olaraq faktiki vəziyyətlə, təqdim etdiyi sənədlər arasında hansı uyğunsuzluğun olmasını 12 dekabr 2022-ci il tarixli, imtina cavab məktubunda göstərmir. 10 saylı Lənkəran Ərazi İdarəsi imtina səbəbi kimi qeyd etdiyi “ekspertiza ilə təqdim olunmuş sənədlər arasında uyğunsuzluq mövcud olması”, 1972-cı il tarixdə, tikilmiş təmirə ehtiyacı olunan qeyri-yaşayış binası olan tikilinin mülkiyyət hüququnu verməməkdən yayınmaqdan ötrü yazdığı bəhanədir ümumi cavabdır. Odur ki, xx.xx.2022-ci il tarixli, 3406 nömrəli, “İcarə Müqaviləsi” əsasında mən iddiaçı- İddiaçı icarəsində ünvan 1i ünvamndakı 0,6278 ha torpaq sahəsində yerləşən, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000- ci il tarixli, 07 nömrəli Qərarı ilə əmlak payı olaraq mənə satılmış ümumi sahəsi 192,90 kv.m. qeyri-yaşayış binası (tikili) üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhtəliyinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsin (İddiaçı) icarəsində olan 6278.0 kv.m torpaq sahəsində Lənkəran rayon X4 22 may 2000-ci il tarixli, 07 saylı qərarı ilə əmlak payı olaraq ona ayrılmış qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq hazırki iş üzrə iddiaçının adına qeydiyyatın aparılması öhdəliyinin cavabdeh olaraq üzərimizə qoyulması məsələsinə münasibətdə bildiririk ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki sərəncamın aidiyyəti üzrə icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, yuxarıda göstərilən ünvanda yerləşən, Lənkəran rayon X4 22 may 2000-ci il tarixli, 07 saylı qərarı ilə əmlak payı oiaraq ona ayrılmış qeyri-yaşayış binası iddiaçı şəxsin icarəsində olan 6278.0 kv.m torpaq sahəsində yerləşir və faktiki yerində tərəfimizdən keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, iddiaçının mülkiyyətinə verilmiş həmin qeyri-yaşayış binasının ümumi sahəsi 192.9 kv.m təşkil edir. İcarəsində olan 6278.0 kv.m torpaq sahəsində yerləşən həmin qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2022-ci il 07 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Həmin ərəfədə icraatda olan sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Yəni faktiki yerində aparılan müayinənin (çöl ölçmə işlərinin) və sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş sənədlər üzrə həmin qeyri-yaşayış binasının ümumi sahəsi barədə müvafiq qeyd aparılmamışdır. Xidmət orqanı olaraq bildiririk ki, həmin qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 12 dekabr 2022-ci il tarixli, **********35 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hazırki sərəncamın İddiaçı cavabdeh olaraq Ərazi idarəsinə qarşı “icarəsində olan 6278.0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 192.9 kv.m-dən ibarət qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh olaraq üzərimizə qoyulması” iddia tələbinə dair qanunamüvafiq qərar qəbul etməyinizi xahiş edirik. İddiaçı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Keçmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə İmişli rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 3406 nömrəli müqavilə əsasında onun istifadəsində olan ünvan 1i ünvanındakı 0,6278 ha torpaq sahəsində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə əmlak payı olaraq ona satılmış ümumi sahəsi 192,90 kv.m. qeyri yaşayış binasl üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan X15 Komissiyasının xx.xx.2000-ci il tarixli, 15 nömrəli məktubundan görünür ki, təsərüfatın bir hissəsinin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. Həmin dəyər əmlak payı hesabına ödənilmişdir. Lakin X11 İslahat Komissiyasında bölünəcək əmlakın dəyəri 10 milyon manatdır. Qarajın dəyəri isə 13.610.000 manatdır. Qarajın dəyərinin əmlak payı hesabına ödənilməsi qeyrimümkün olunduğundan dəyəri nağd yolla ödənilməlidir. Odur ki qısa vaxt ərzində bu barədə fikrini rəsmi şəkildə bildirməsi və ödənişi başa çatdırması tövsiyyə olunmuşdur. İşdə olan xx.xx.2000-ci il tarixli, 20 nömrəli qəbzdən görünür ki, iddiaçı Hüseynov X2 X15 Komissiyasının hesabına 13.610.000 manat bank yolu ilə ödəniş etmişdir. İşdə olan xx.xx.2000-ci il tarixli X11 İslahat Komissiyasının aktından görünür ki, X11 İslahat Komissiyasının balansında olan 1972-ci il tikintisi olan 13.610.000 manat dəyərində olan Avtoqaraj kompleksi kənd sakini İddiaçı satılması ilə əlaqədar təhvil-təslim işləri aparılmış, komissiya üzvlərinin iştirakı ilə Kənarmeşə kənd sakini İddiaçı təhvil verilmişdir. İşdə olan Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli iclas protokolundan 7 nömrəli çıxarışdan görünür ki, X11 İslahat Komissiyasına məxsus olan qaraj təsərrüfatının qalan hissəsinin tikililəri ilə birlikdə əmlak payı kimi İddiaçı verilməsi haqqında X11 İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 6 saylı qərarı təsdiq edilmişdir. İşdə olan X11 İslahat Komissiyasının 06 saylı protokolundan çıxarışdan görünür ki, 1972-ci il tikintisi olan Avtoqaraj İddiaçı satılmışdır. İşdə olan X11 İslahat Komissiyası üzrə 06 saylı əmrdan görünür ki, 1972-ci il tikintisi olan Avtoqaraj binası İddiaçı satılmışdır. İşdə olan xx.xx.2000-ci il tarixli aktdan görünür ki, Avtoqaraj binası İddiaçı təhfil-təslim işləri aparılmışdir. İşdə olan İddiaçı ailə üzvlərinə Kənarmeşə kəndi ərazisində qaraj təsərrüfatının bir hissəsinin istehsal sahələrin tikintisindən ötrü torpaq sahəsinin ayrılması barədə xx.xx.2000-ci il tarixli aktdan görünür ki, Kənarmeşə kənd sakinlərinin kənddə yaratmaq istədikləri istehsal sahələrinin tikintisi üçün qarajın ərazisindən 0.58 ha torpaq sahəsinin ayrılmasına komissiya məqsədə müvafiq hesab edir və nəzərdə tutulmuş sahə yerdə ölçülərək nişangahlarla həmin vətəndaşlara təhvil verilmişdir. İşdə olan Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 3406 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, bundan sonra “İcareyeveren” adlandırılacaq, Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubovun şəxsində bir tərəfdən və bundan sonra “icarəçi” adlandırılacaq İddiaçı şəxsində digər tərəfdən Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 154 nömrəli sərəncamı əsasında icareyeverənin icarəyə verdiyi ünvan 4i ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 6278.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubundan bildirilmişdir ki, sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, sözü gedən 6278.0 kv.m-dən ibarət icarənizdə olan torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Sözü gedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin ilkin hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının (tikilinin) ümumi sahəsi barədə hər-hansı bir qeyd aparılmamışdır. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Eyni zamanda həmin Qanunun 8.0.3. maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları da hüquqların dövlət qeydiyyatı üçün mühüm əsaslardan sayılır ki, bu baxımdan aidiyyəti üzrə faktiki olaraq islahatın müvafiq qərarı əsasında əmlak payı olaraq sizə ayrılmış qeyri-yaşayış binası (Əmlak Məsələləri Dövlət Xidmətindən icarənizə verilmiş torpaq sahəsi üzərində yerləşən tikiliyə dair) üzərində mülkiyyət hüququnuzun tanınması barədə müvafiq qərar qəbul edildiyi təqdirdə, qanunamüvafiq qaydada tərəfimizdən baxılacaqdır. Qeyd olunan səbəbdən faktiki olaraq icarənizdə olan həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində (icarənizdə olan ümumilikdə 6278.0 kv.m torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binasına dair) yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X8rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan qeyri-yaşayış binasına dair ilkin hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış binasının (tikilinin) ümumi sahəsi barədə hər-hansı bir qeyd aparılmaması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lənkəran rayon Kənarmeşə YAİK- nın 20 may 2000-ci il tarixli, qərarı ilə Lənkəran rayonu, sabiq Kənarmeşə sovxozunun qaraj ərazisində yerləşən 6278,0 kv.m. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 192,90 kv.m ölçülərində qeyri yaşayış binası olan tikili, Lənkəran rayonu, Seydəkəran kənd sakini İddiaçı satılması qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Həmçinin, məhkəmə sorğusu əsasında təqdim edilən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında Lənkəran rayonu, Seydəkəran kənd sakini İddiaçı istifadəsində olan qeyri yaşayış binasının (qarajın) ümumi sahəsinin 192,90 kv.m olduğu öz təsdiqini tapmışdır. Cavabdeh DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli, 3406 nömrəli müqavilə əsasında onun istifadəsində olan ünvan 1i ünvanındakı 0,6278 ha torpaq sahəsində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə əmlak payı olaraq ona satılmış ümumi sahəsi 192,90 kv.m. qeyri yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı xx.xx.2022ci il tarixli, 3406 nömrəli müqavilə əsasında onun istifadəsində olan ünvan 1i ünvanındakı 0,6278 ha torpaq sahəsində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli qərarı ilə əmlak payı olaraq ona satılmış ümumi sahəsi 192,90 kv.m. qeyri yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1796/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1796/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver