Məhkəmə qərarları › İş №2-1(120)-1798/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1798/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1798/2025 22.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, iddiaçının vəkili X7, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən 52 yaşdan güzəştli pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 22 il 24 gün ümumi və həmin stajın 10 ildən çoxunu zərərli iş sayılan nəqledici, izolyasiyaedici və termoizolyasiyaçı peşələrində işlədiyi üçün 52 yaşdan güzəştli pensiya təyinatı aparılması hüququ vardır. Bu məqsədlə, cavabdehə rəsmi ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, cavabdeh isə özünün 30 avqust 2024-cü il tarixli, 3-17-1/2-Ə-208899/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və öz qərarını onunla əsaslandırmışdır ki; Ümumi iş stajı 25 ildən az (15 il 3 ay 22 gün) təşkil edir; "xxxx" Azərbaycan-X12 xx.xx.2000-ci ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəblə, xx.xx.2000-xx.xx.2004-cü illərdə həmin müəssisədə işlədiyi dövrü iş stajına daxil etmək mümkün deyildir. - Əmək kitabçasının dublikatının doldurulma tarixi qeyd edilməyib; Mingəçevir Enerjiquraşdırma ATSC-də əmək haqqı cədvəllərinin və əmr kitablarının saxlanılmadığı üçün həmin müəssisədə işlədiyi dövrü iş stajına daxil etmək mümkün deyil. Pensiya kapitalı azdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli əmək pensiyasının təyin edilməsi mümkün hesab edlmir”. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Cavabdehin imtina məktubunu 13 sentyabr 2024-cü ildə almış və bu barədə həmin məktubun çatdırılması barədə Azərpoçt MMC-nin rəsmi saytında yerləşdirilmiş raportla təsdiq edilir. xx xxxxxx 1964-ci ildə Kirovabad şəhərində doğulmuş, qeydiyyat ünvanı ünvan 1aşenerji İstehsalat Təmir Müəssisəsində Hörgü sexinə anbardar qəbul edilmiş, 01 noyabr 1983-cü ildə yaşayış yerini dəyişdirdiyinə görə işdən çıxmış, 3 yanvar 1984-cü ildə Mingəçevir Quraşdırma İdarəsi Qafqazenerjiquraşdırma trestinə 2-ci dərəcəli izolyasiyaçı peşəsinə qəbul edilmiş, 30 iyul 1989-cu ildə işdən çıxmış, 01 avqust 1989-cu ildə Azərenerji X4 Təmir X22 nəqledici vəzifəsinə qəbul edilmiş, 31 mart 1995-ci ildə köçürmə yolu ilə işdən çıxmış, 03 aprel 1995-ci ildə köçürmə yolu ilə Azərenerjiistilikizolyasiya müəssisəsinə nəqledici kimi işə qəbul edilmiş, 01 iyul 1995-ci ildə termoizolyasiyaçı keçirilmiş, 02 yanvar 1996-cı ildən orada termoizolyasiyaçı keçirilmiş, 01 iyun 1996-cı il tarixində anbardar vəzifəsinə keçirilmiş, 01 fevral 1997-ci ildə tabelçi keçirilmiş, 08 oktyabr 2001-ci ildə işdən çıxmış, 22 oktyabr 2001-ci ildə ERA Azərbaycan-X13 termoizolyasiyaçı peşəsinə qəbul edilmiş, 31 may 2005-ci il tarixində işdən çıxmışdır. Əmək fəaliyyəti dövründə nəqledici, izolyasiyaçı və termoizolyasiyaçı peşəsində 10 ildən çox güzəştli iş stajı toplamış ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (sonradan- Siyahı) Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində 2140000a— 17531 kodu ilə qeyd edilmiş avadanlığın isti tozdan təmizlənməsi və onun yığılması, buraxılması, yüklənməsi və nəql olunmasında istifadə olunan toztutan qurğuların fəhlələri, XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—12520 kodu ilə qeyd edilmiş izolyasiyaçılar və həmin bölmədə 2290000a—12531 kodu ilə qeyd edilmiş termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar peşələrinin ilə eynilik təşkil edir. Qeyd edilənlərə əsasən hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı T Əliyeva məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyinolunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq. 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş. hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdinlməsıni (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetinı təşkil edir. Qanunun 1.0.8-cı maddəsinə uyqun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X17 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsim, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X27 qərarlarını, X27 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay. il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri uzro işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. Əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içlıyinin dublikatı verildiyi zaman həmin vaxta qədər emək stajına malik olan işçilənn əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (15 il 3 ay 22 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1989xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2012-2022-ci illər üzrə 2 il 5 ay)), güzəştli iş stajı isə 10 ildən az (6 il 8 ay (xx.xx.1989-xx.xx.1996-cı ıl tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda bildiririk ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının dublikatında xx.xx.1983-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Azbaşenerji İstehsalat Təmir Müəssisəsinin Hörgü sexində anbardar, xx.xx.1984-xx.xx.1989cu il tarixləri arasındakı dövr ərzində X1 Quraşdırma İdarəsində izolyasıyaçı, xx.xx.1989xx.xx.1995-ci il tarixləri arasındakı dovr ərzində Azerenerjı Dövlət Şirkəti İstehsalat Təmir Müəssisəsində (Əli-Bayramlı DTS) nəqliyyatçı, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində nəqledıci, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində izolyasiyaedici, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində anbardar, xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində tabelçi, xx.xx.2001-xx.xx.2005-ci i! tarixləri arasındakı dövr ərzində isə "xxxx" Azərbaycan-X13 termoizolyasiyaçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, sözügedən əmək kitabçasının dublikatının doldurulma tarixi qeyd olunmadığı, əmək kitabçasının əlavə içliyinin və əmək stajının hansı əmrlərə (sərəncam) əsasən müəyyənləşdirildiyi ilə bağlı hər hansı məlumatın olmadığını, "xxxx" Azərbaycan-X12 xx.xx.2000-ci il tarixdən sonra fəaliyyətinin dayandırıldığı, lakin həmin tarixdən sözügedən dövrlərin müəssisənin möhürü ilə təsdiq edildiyi müəyyən olunmuşdur. Buna görə də, xx.xx.1984-xx.xx.1989-cu və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar həmin dövrlər üzrə iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq Mingəçevir Enerjiquraşdırma ATSC-nın əmək haqqı cədvəllərinin və əmr kitablarının adıçəkilən müəssisədə saxlanılmadığı bildirilmişdir. Bu fakt Mingəçevir Elektrikquraşdırma ATSC tərəfindən xx.xx.2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də həmin dövrləri idiaçının iş stajına daxil etmək mümkün deyildir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14347,95 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İnzibati iş üzrə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi“nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında izahatında iddiaçının vəkili X10 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X20 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddianın növü və mümkünlüyü İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Şirvan şəhərində qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 01-PH/370 nömrəli işin xarakterli haqqında güzəştli arxiv arayışından görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Qazanxana Avadanlıqlarını odadavamlı materiallarla qoruyucu təbəqənin hörülməsi sahəsinə anbardar peşəsinə qəbul edilib və xx.xx.1983-cü ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinə (öz xahişi ilə) işdən azad edilib. xx.xx.1989-cu ildə “Azenerji” X4-Təmir müəssisəsinin odadavamlı materiallarla hörgü sexinə nəqledici peşəsinə qəbul edilib və xx.xx.1996-ci ildə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci maddəsinə əsasən “Azərenerjiistilikizolyasiya” müəssisəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən odadavamlı materiallarla işləyənlərin, yəni Qazanxana Avadanlıqlarını odadavamlı materiallarla qoruyucu təbəqənin hörülməsi üzrə hörgüçülərin və avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztufan qurğuların fəhlələrinin işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının. Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-17531 saylı şifrəsinə əsasən avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztufan qurğuların fəhlələrinin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 05 il, 08 ay təşkil edir. İşdə olan X5 Tipli Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 05 nömrəli güzəştli iş haqqında arayışdan görünür ki, İddiaçı həqiqətən “Qafqazenerjiquraşdırma” X6 İdarəsinə xx.xx.1984-cü il tarixində 2-ci dərəcə ilə izolyasiyaçı vəzifəsinə işə qəbul olmuş, xx.xx.1986-cı il tarixdə həmin vəzifədə 3-cü dərəcə verilmiş, xx.xx.1989-cu il tarixli, 231 к nömrəli əmr ilə işdən azad edilmişdir. Termoizolyasiyaçı və izolyasiyaçı vəzifələrində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə aiddir; İşçi zonanın havasının yüksək tozlu.və qazlı olması, izolə edilən avadanlıqlaın, qurğuların, işçi zinanın hvasının yüksək temperatur malik olması, işlərin görüldüyü ərazidə 1,3 metr və daha artıq hündürlük dəyişmələri, 100-200°C temperatura qədər qızdırılmış izoləedici materiallarla (bitum qətranı və s.) iş zamanı yanıq alma təhlükəsi və belə materialların qızdırılması ilə buxarlanan kinmyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (rusca-стекловата) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və dəriyə təması nəticəsində sağlamlığa təhlükə yaratması və s. aiddir. Termoizolyasiyaçı və izolyasiyaçı vəzifələrində işləyən işçilərin istənilən istehsalat profilli idarə və müəssisələrdəki əmək fəaliyyəti onlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Onların bu hüququ (köhnə və təzə siyahıya istinad edilməklə) XX kodu ilə öz əksini tapmışdır və həmin siyahılarda göstərilən peşələrin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. “Qafqazenerjiquraşdırma” X6 İdarəsi əsasən enerji müəssisələrinin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. İddiaçı göstərilən illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000а—12520 kodu ilə qeyd edilmiş izolyasiyacılar vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. “Qafqazenerjiquraşdırma” tresti Mingəçevir Quraşdirma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X5 Tipli Səhmdar Cəmiyyəti olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 3 saylı Mərkəzi Aran regional filialının pensiya təminatı şöbəsinin baş mütəxəssisi X2, baş mütəxəssisi X25 Mingəçevir Enerjiquraşdırma ATSC-nin kadrlar şöbəsinin rəisi X3 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək “Qafqazenerjiquraşdırma” X6 İdarəsində işlədiyi dövr Mingəçevir Enerjiquraşdırma ATSC-də saxlanıanlara əsasən yoxladığda aydın olmuşdur ki, Mingəçevir Enerjiquraşdırma ATSC-də naməlum səbəbdən əmrlər kitabları əmək haqqı cədvəlləri saxlanılmır, yoxlama üçün əmrlər kitabları əmək haqqı cədvəllərə təqdim olunmadı, ona görə də İddiaçı iş stajının yoxlanılması ona əmək haqqı hesablanıb-hesablanmamasının yoxlanılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X14 Təranə Əli qızına ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-208899/2024 nömrəli məktubundan görünür k, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (15 il 3 ay 22 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1989xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2012-2022-ci illər üzrə 2 il 5 ay)), güzəştli iş stajı isə 10 ildən az (6 il 8 ay (xx.xx.1989-xx.xx.1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda bildiririk ki, ******* nömrəli əmək kitabçasının dublikatında xx.xx.1983-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Azbaşenerji İstehsalat Təmir Müəssisəsinin Hörgü sexində anbardar, xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində X1 Quraşdırma İdarəsində izolyasiyaçı, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində Azərenerji Dövlət Şirkəti istehsalat Təmir Müəssisəsində (Əli- Bayramlı DTS) nəqliyyatçı, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində nəqledici, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində izolyasiyaedici, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində anbardar, xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində tabelçi, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" Azərbaycan-X13 termoizolyasiyaçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı, sözügedən əmək kitabçasının dublikatının doldurulma tarixi qeyd olunmadığı, əmək kitabçasının əlavə içliyinin və əmək stajının hansı əmrlərə (sərəncam) əsasən müəyyənləşdirildiyi ilə bağlı hər hansı məlumatın olmadığı, "xxxx" Azərbaycan-X12 xx.xx.2000-ci il tarixindən sonra fəaliyyətinin dayandırıldığı, lakin həmin tarixdən sözügedən dövrlərin müəssisənin möhürü ilə təsdiq edildiyi müəyyən olunub. Buna görə də, xx.xx.1984xx.xx.1989-cu və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar həmin dövrlər üzrə iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq Mingəçevir Enerjiquraşdırma ATSC-nin əmək haqqı cədvəllərinin və əmr kitablarının adıçəkilən müəssisədə saxlanılmadığı bildirilib. Bu fakt Mingəçevir-Elektrikquraşdırma ATSC tərəfindən xx.xx.2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də, həmin dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14347,95 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-277079/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Təranə Əli qızı X15 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 15 il 3 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək (12 il 10 ay 22 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1989-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) həmin tarixdən sonra 2 il 5 ay)), güzəştli iş stajı isə 6 il 8 ay (01.08.1 ƏSƏSİ.03.1996-cı il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarf’nın 3.10cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. Əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd edilir. Eyni zamanda bildiririk ki, İddiaçı ******* nömrəli əmək kitabçasının dublikatında xx.xx.1983-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Azbaşenerji İstehsalat Təmir Müəssisəsinin Hörgü sexində anbardar, xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində X1 Quraşdırma İdarəsində izolyasiyaçı, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində Azərenerji Dövlət Şirkəti İstehsalat Təmir Müəssisəsində (Əli- Bayramlı DTS) nəqliyyatçı, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində nəqledici, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində izolyasiyaedici, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində anbardar, xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində tabelçi, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" Azərbaycan-X13 termoizolyasiyaçı vəzifələrində işlədiyi qeyd olunub. Araşdırma zamanı, sözügedən əmək kitabçasının dublikatının doldurulma tarixi qeyd olunmadığı, əmək kitabçasının əlavə içlivinin və əmək stajının hansı əmrlərə (sərəncam) əsasən müəyyənləşdirildiyi ilə bağlı hər hansı məlumatın olmadığı, "xxxx" Azərbaycan-X12 xx.xx.2000-ci il tarixindən sonra fəaliyyətinin dayandırıldığı, lakin həmin tarixdən sonrakı dövrlərin müəssisənin möhürü ilə təsdiq edildiyi müəyyən olunub. Buna görə də, xx.xx.1984xx.xx.1989-cu il və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bununla əlaqədar həmin dövrlər üzrə İddiaçı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq Mingəçevir Enerjiquraşdırma ATSC-nin əmək haqqı cədvəllərinin və əmr kitablarının sözügedən müəssisədə saxlanılmadığı bildirilib. Bu fakt Mingəçevir Elektrikquraşdırma ATSC tərəfindən xx.xx.2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də həmin dövrləri İddiaçı iş stajına daxil etmək mümkün deyil. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14347,95 manat təşkil edir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/516 nömrəli məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Qazanxana Avadanlıqlarını odadavamlı materiallarla qoruyucu təbəqənin hörülməsi sahəsinə anbardar peşəsinə qəbul edilib və xx.xx.1983-cü ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinə (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1989-cu ildə “Azenerji” X4-Təmir müəssisəsinin odadavamlı materiallarla hörgü sexinə nəqledici peşəsinə qəbul edilmiş və xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36cı maddəsinin 5-ci maddəsinə əsasən “Azərenerjiistilikizolyasiya” müəssisəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən odadavamlı materiallarla işləyənlərin, yəni Qazanxana Avadanlıqlarını odadavamlı materiallarla qoruyucu təbəqənin hörülməsi üzrə hörgüçülərin və avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztutan qurğuların fəhlələrinin işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-17531 saylı şifrəsinə əsasən avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztutan qurğuların fəhlələrinin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İşdə olan “Mingəmevir Enerjiquraşdırma” ATSC-nin xx.xx.2025-ci il tarixli, 02 nömrəli işçinin güzəştli iş stajı barədə arayışından görünür ki, İddiaçı xx.xx.1984- xx.xx.1989-cu illərdə X1 Quraşdırma İdarəsində işlədiyi izolvasiyaçı vəzifəsinin peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində qeyd edilmiş izolyasiyaçılar vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmçinin, onun işlədiyi izolvasiyaçı vəzifəsinin peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—12520 kodu ilə göstərilmi izolvasivaçılar peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. İddiaçı işlədiyi izoiyasiyaçı peşəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 04 aprel 1997-ci il tarixində qeydiyyata almmış və qeydiyyat №42 olan “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası, Hissə-3, Bölmə: “Təmir, quraşdırma və təmir tikinti işləri” (sonrctdan-VTİSK) adlı normativ-hüquqi sənədin 205-ci səhifəsində 402 “Termoizolyasiya işlərində izoləedici” adlı paraqrafda 2-ci və 3-cü ixtisas dərəcəsi bölmələrində nəzərdə tutulan peşədir və həmin peşə və ixtisas dərəcəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmin VTİSK-da 2-ci və 3-cü ixtisas dərəcəsi üzrə izolyasiyaçıların vəzifə öhdəlikləri sabiq işçinin də yerinə yetirdiyi əmək funksiyalarını təşkil etmişdir. Ağır və zərərli iş faktorlarına işçi zonadakı mühitin yüksək temperaturu, tozluluğu, normadan artıq səs-küylü olması, yanğın və partlayış təhlükəli şərait, zəhərli buxarların tənəffüs sisteminə təsiri, izolyasiya materiallarından iş prosesində ayrılan zərərli tozların (məsələn, daş yunu və şüşəli liflərdən ayrılan) tənəffüs sisteminə və dəriyə zərərli təsiri, 1,8 metr və daha artıq hündürlük dəyişmələri (hündürlükdın yıxılma riski), izolyasiya edilən səthlərin yüksək temperaturu (termiki yanıq yaratma riski) və s. daxildir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı müəssisədə izolyasiyaçı vəzifəsində topladığı əmək stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsini təsdiq edirlər. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01-PH/244 nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxxxx 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2001-ci ildə "xxxx" Azərbaycan-X23 Müəssisəsinin “Elektro-ERA” Filialına 3-cü dərəcəli termoizolyasiyaçı peşəsinə qəbul edilmiş və xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İddiaçı "xxxx" Azərbaycan-X23 Müəssisəsindəki güzəştli iş stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında verilir. Belə ki, "xxxx"ASC həmin müəssisələrlə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, daha əvvəlki tarixlərdə həmin müəssisələrdə işləmiş X16 və X11 eyni əsaslarla tərəflərindən onların qeyd edilən müəssisələrdə topladığı güzəştli iş stajı barədə arayış təqdim edilmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən heç bir mübahisələndirmə aparılmadan birbaşa inzibati qaydadad həmin şəxslərə güzəştli pensiya təyinatı aparılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı işlədiyi termoizolyasiyaçı peşəsində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə: Normal tempraturdan artıq qızdırılmış izoləedici materiallarla işləməsi, materialların qızdırılması nəticəsində buxarlanan kimyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (seklovata) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və təması nəticəsində sağlamlığa təhlükə yaranması və s. aiddir. Qeyd edilən peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12531 şifrəsi ilə qeyd edilmiş “termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar” bəndinə əsasən termoizolyasiyaçı peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının tələbindən imtinanın əsaslarından biri iddiaçının ümumi iş stajı ilə ilə bağlı olmuşdur. Ümumi stajla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçsını) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi dövrə aid güzəştli iş stajı barədə arayışının olunmaması iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Şərh olunan qanunvericiliyin müddəalarının təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. Hal-hazırki iş üzrə iddiaçının 52 yaşı xx.xx.2016-cı il tarixində olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı qeyd edilən xx.xx.2016-cı il tarixədək toplanması zəruridir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb olunur. 1) 20 il ümumi iş stajının olması; (52 yaşı tamam olanadək) 2) bu müddətin azı 10 ilinin güzəştli iş stajı olması; İnzibati orqan tərəfindən mübahisəli ümumi iş stajı xx.xx.1984-cü il tarixindən xx.xx.1989cu il tarixinədək “Qafqazenerjiquraşdırma” X6 İdarəsində işlədiyi və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" Azərbaycan-X13 termoizolyasiyaçı vəzifələrində işlədiyi illərlə bağlı olmuşdur. Həmin hallarla bağlı araşdırma zamanı inzibati orqannın imtinasının əsassız olduğu müəyyən edilir. Belə ki, qeyd edilən dövrlərlə bağlı əmək kitabçasında qeydlər aparılmış və həmin qeydlərdə hər hansısa bir şübhə doğuran hal aşkar edilməmişdir. Eləcə də sorğu cavablarına əsasən: - xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək olan dövr üzrə - X5 Tipli Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 05 nömrəli güzəştli iş haqqında arayışdan görünür ki, İddiaçı həqiqətən “Qafqazenerjiquraşdırma” X6 İdarəsinə xx.xx.1984-cü il tarixində 2-ci dərəcə ilə izolyasiyaçı vəzifəsinə işə qəbul olmuş, xx.xx.1986-cı il tarixdə həmin vəzifədə 3-cü dərəcə verilmiş, xx.xx.1989-cu il tarixli, 231 к nömrəli əmr ilə işdən azad edildiyi müəyyən edilir. Tərəflə bağlı şəxsi vərəqə məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Qeyd edilən dövr üzrə Mingəçevir Enerjiquraşdırma ATSC-də naməlum səbəbdən əmrlər kitabları əmək haqqı cədvəlləri saxlanılmadığı müəyyən edilmişdir ki, məhkəmə həmin hal iddiaçının səhvi kimi qiymətləndirmir. - xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" Azərbaycan-X13 işlədiyi dövr üzrə - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01-PH/244 nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxxxx 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2001-ci ildə "xxxx" Azərbaycan-X23 Müəssisəsinin “Elektro-ERA” Filialına 3-cü dərəcəli termoizolyasiyaçı peşəsinə qəbul edilmiş və xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edildiyi müəyyən edilir. Cavabdeh "xxxx" Azərbaycan-X12 qeyd edilən dövrdə fəaliyyətdə olmadığını əsas gətirmişdir ki, araşdırma nəticəsində bu halın əsassız olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X24 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-4/2-207562/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi xx.xx.2005-ci il tarixdə ********** nömrəli on rəqəmli VÖEN ilə vergi uçotuna alınması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat mövcuddur. Uçot baza məlumatlarına əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) hüquqi ünvanının ünvan 4mişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək “Qafqazenerjiquraşdırma” X6 İdarəsində işlədiyi və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" Azərbaycan-X13 termoizolyasiyaçı vəzifələrində işlədiyi illər üzrə sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmur və qeyd edilən dövrləri iddiaçınnı ümumi iş stajına əlavə edir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı mövcuddur. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən etdi ki, iddiaçı 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Qazanxana Avadanlıqlarını odadavamlı materiallarla qoruyucu təbəqənin hörülməsi sahəsinə anbardar peşəsinə qəbul edilib və xx.xx.1983-cü ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinə (öz xahişi ilə) işdən azad edilib. xx.xx.1989-cu ildə “Azenerji” X4-Təmir müəssisəsinin odadavamlı materiallarla hörgü sexinə nəqledici peşəsinə qəbul edilib və xx.xx.1996-ci ildə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci maddəsinə əsasən “Azərenerjiistilikizolyasiya” müəssisəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən odadavamlı materiallarla işləyənlərin, yəni Qazanxana Avadanlıqlarını odadavamlı materiallarla qoruyucu təbəqənin hörülməsi üzrə hörgüçülərin və avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztufan qurğuların fəhlələrinin işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının. Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-17531 saylı şifrəsinə əsasən avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztufan qurğuların fəhlələrinin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 05 il, 08 ay təşkil edir. Həmçinin iddiaçı 1964-cü il təvəllüdlü İddiaçı “Qafqazenerjiquraşdırma” X6 İdarəsinə xx.xx.1984-cü il tarixində 2-ci dərəcə ilə izolyasiyaçı vəzifəsinə işə qəbul olmuş, xx.xx.1986-cı il tarixdə həmin vəzifədə 3-cü dərəcə verilmiş, xx.xx.1989-cu il tarixli, 231 к nömrəli əmr ilə işdən azad edilmişdir. Termoizolyasiyaçı və izolyasiyaçı vəzifələrində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə aiddir; İşçi zonanın havasının yüksək tozlu.və qazlı olması, izolə edilən avadanlıqlaın, qurğuların, işçi zinanın hvasının yüksək temperatur malik olması, işlərin görüldüyü ərazidə 1,3 metr və daha artıq hündürlük dəyişmələri, 100-200°C temperatura qədər qızdırılmış izoləedici materiallarla (bitum qətranı və s.) iş zamanı yanıq alma təhlükəsi və belə materialların qızdırılması ilə buxarlanan kinmyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (rusca-стекловата) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və dəriyə təması nəticəsində sağlamlığa təhlükə yaratması və s. aiddir. Termoizolyasiyaçı və izolyasiyaçı vəzifələrində işləyən işçilərin istənilən istehsalat profilli idarə və müəssisələrdəki əmək fəaliyyəti onlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Onların bu hüququ (köhnə və təzə siyahıya istinad edilməklə) XX kodu ilə öz əksini tapmışdır və həmin siyahılarda göstərilən peşələrin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. “Qafqazenerjiquraşdırma” X6 İdarəsi əsasən enerji müəssisələrinin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. İddiaçı göstərilən illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000а—12520 kodu ilə qeyd edilmiş izolyasiyacılar vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. İddiaçı işlədiyi termoizolyasiyaçı peşəsində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə: Normal tempraturdan artıq qızdırılmış izoləedici materiallarla işləməsi, materialların qızdırılması nəticəsində buxarlanan kimyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (seklovata) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və təması nəticəsində sağlamlığa təhlükə yaranması və s. aiddir. Qeyd edilən peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12531 şifrəsi ilə qeyd edilmiş “termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar” bəndinə əsasən termoizolyasiyaçı peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının. Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-17531 saylı şifrəsinə əsasən avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztufan qurğuların fəhlələrinin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının. Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-17531 saylı şifrəsinə əsasən avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztufan qurğuların fəhlələrinin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin İddiaçı xx.xx.1984-xx.xx.1989-cu illərdə X1 Quraşdırma İdarəsində işlədiyi izolvasiyaçı vəzifəsinin peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində qeyd edilmiş izolyasiyaçılar vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmçinin, onun işlədiyi izolvasiyaçı vəzifəsinin peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—12520 kodu ilə göstərilmi izolvasivaçılar peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Belə olan halda məhkəmə qeyd edilən illəri güzəştli iş stajı kimi qəbul edir. Qeyd edilən dövr inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilən hal digər sorğu cavabları ilədə öz təsdiqini tapmışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-PH/516 nömrəli məktubunda qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Qazanxana Avadanlıqlarını odadavamlı materiallarla qoruyucu təbəqənin hörülməsi sahəsinə anbardar peşəsinə qəbul edilib və xx.xx.1983-cü ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinə (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1989-cu ildə “Azenerji” X4-Təmir müəssisəsinin odadavamlı materiallarla hörgü sexinə nəqledici peşəsinə qəbul edilmiş və xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36cı maddəsinin 5-ci maddəsinə əsasən “Azərenerjiistilikizolyasiya” müəssisəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən odadavamlı materiallarla işləyənlərin, yəni Qazanxana Avadanlıqlarını odadavamlı materiallarla qoruyucu təbəqənin hörülməsi üzrə hörgüçülərin və avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztutan qurğuların fəhlələrinin işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-17531 saylı şifrəsinə əsasən avadanlığın isti tozdan təmizlənməsi, onun yığılması, buraxılmasında, yüklənməsi və nəql edilməsində istifadə olunan toztutan qurğuların fəhlələrinin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01-PH/244 nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxxxx 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2001-ci ildə "xxxx" Azərbaycan-X23 Müəssisəsinin “Elektro-ERA” Filialına 3-cü dərəcəli termoizolyasiyaçı peşəsinə qəbul edilmiş və xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İddiaçı "xxxx" Azərbaycan-X23 Müəssisəsindəki güzəştli iş stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında verilir. Belə ki, "xxxx"ASC həmin müəssisələrlə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, daha əvvəlki tarixlərdə həmin müəssisələrdə işləmiş X16və X11 eyni əsaslarla tərəfimizdən onların qeyd edilən müəssisələrdə topladığı güzəştli iş stajı barədə arayış təqdim edilmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən heç bir mübahisələndirmə aparılmadan birbaşa inzibati qaydadad həmin şəxslərə güzəştli pensiya təyinatı aparılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən. İddiaçı işlədiyi termoizolyasiyaçı peşəsində işləyən işçilərin sağlamlığına mənfi təsir göstərən amillərə: Normal tempraturdan artıq qızdırılmış izoləedici materiallarla işləməsi, materialların qızdırılması nəticəsində buxarlanan kimyəvi maddələrin tənəffüs sisteminə mənfi təsiri, şüşəli liflərdən (seklovata) tozlanan şüşə tozunun tənəffüs yollarına düşməsi və təması nəticəsində sağlamlığa təhlükə yaranması və s. aiddir. Qeyd edilən peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-12531 şifrəsi ilə qeyd edilmiş “termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar” bəndinə əsasən termoizolyasiyaçı peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. İşdə olan “Mingəmevir Enerjiquraşdırma” ATSC-nin xx.xx.2025-ci il tarixli, 02 nömrəli işçinin güzəştli iş stajı barədə arayışından görünür ki, İddiaçı xx.xx.1984- xx.xx.1989-cu illərdə X1 Quraşdırma İdarəsində işlədiyi izolvasiyaçı vəzifəsinin peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində qeyd edilmiş izolyasiyaçılar vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmçinin, onun işlədiyi izolvasiyaçı vəzifəsinin peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—12520 kodu ilə göstərilmi izolvasivaçılar peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. İddiaçı işlədiyi izoiyasiyaçı peşəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 04 aprel 1997-ci il tarixində qeydiyyata almmış və qeydiyyat №42 olan “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası, Hissə-3, Bölmə: “Təmir, quraşdırma və təmir tikinti işləri” (sonrctdan-VTİSK) adlı normativ-hüquqi sənədin 205-ci səhifəsində 402 “Termoizolyasiya işlərində izoləedici” adlı paraqrafda 2-ci və 3-cü ixtisas dərəcəsi bölmələrində nəzərdə tutulan peşədir və həmin peşə və ixtisas dərəcəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmin VTİSK-da 2-ci və 3-cü ixtisas dərəcəsi üzrə izolyasiyaçıların vəzifə öhdəlikləri sabiq işçinin də yerinə yetirdiyi əmək funksiyalarını təşkil etmişdir. Ağır və zərərli iş faktorlarına işçi zonadakı mühitin yüksək temperaturu, tozluluğu, normadan artıq səs-küylü olması, yanğın və partlayış təhlükəli şərait, zəhərli buxarların tənəffüs sisteminə təsiri, izolyasiya materiallarından iş prosesində ayrılan zərərli tozların (məsələn, daş yunu və şüşəli liflərdən ayrılan) tənəffüs sisteminə və dəriyə zərərli təsiri, 1,8 metr və daha artıq hündürlük dəyişmələri (hündürlükdın yıxılma riski), izolyasiya edilən səthlərin yüksək temperaturu (termiki yanıq yaratma riski) və s. daxildir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı müəssisədə izolyasiyaçı vəzifəsində topladığı əmək stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsini təsdiq edirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı güzəştli iş stajı 10 ildən çox təşkil edir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar